Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə142/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   138   139   140   141   142   143   144   145   ...   306

rollardan birini oynadığına görə, çox güman ki, tempini sürətləndirəcəkdir. Belə 

ki, artıq 2009-cu ilin ortasından Çinə və Hindistana XBİ axınının genişlənməsi 

müşahidə olunur və onlardan XBİ çıxarılmasının sabit dinamikasının regiondan 

investisiya çıxarılması göstəricilərini artım trayektoriyasına yönəldəcəyi ehtimalı 

yaradır.  Bununla  belə,  yeni  sənayeləşmiş  4  ölkədə  (Honkonq  (Çin),  Cənubi 

Koreya, Sinqapur və Çinin Tayvan əyaləti) XBİ-nin daxil olması və çıxarılması 

səviyyələri, çox güman ki, asta və məhdud miqyasda bərpa olunacaqdır. 

Asiyada  genişlənən  regiondaxili  investisiyalar  texnologiyaların 

yayılmasının,  müqayisəli  üstünlüklərin  «dövrünün  yeniləşdirilməsinin»  və 

rəqabət  qabiliyyətinin  yüksəldilməsinin  alətlərindən  biridir.  Bu  amil  inkişafın 

müxtəlif  dövrlərində  olan  ölkələrin  təsərrüfat  sahələrinin  mərhələlərlə 

modernləşdirilməsində  mühüm  rol  oynayır.  Regional  inteqrasiya,  Çin 

iqtisadiyyatının  misli  görünməmiş  inkişafı  hazırda  bu  prosesi  sürətləndirir  və 

Kamboca,  Laos  Xalq  Demokratik  Respublikası,  Myanma  kimi  daha  geniş 

çevrəyə  daxil  olan  ölkələrin  inkişafı  üçün  imkanlar  açır.  Bundan  başqa, 

mərhələlərlə  modernləşmə  prosesi  elektronika  kimi  sahələr  çərçivəsindən 

çıxaraq, daha yüksək texnologiya məhsullarını əhatə etməyə başlayır. 

Beynəlxalq  kredit  bazarlarında  vəziyyətin  gərginləşməsi  və  beynəlxalq 

ticarətin ixtisarı XBİ-nin Qərbi Asiyaya axınına ciddi zərbə vuraraq, 2009-cu ildə 

24%  azalmasına  yaxud  68  milyard  dollaradək  düşməsinə  səbəb  oldu.  Qətər, 

Küveyt  və  Livan  istisna  olmaqla,  regiona  XBİ-nin  daxil  olması  xeyli  azaldı. 

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri bundan daha çox zərər çəkdi. Türkiyədə 

transsərhəd QƏ bazarı çökdü və ixracyönümlü sahələr qlobal böhran nəticəsində 

ciddi ziyana düşdü. Region ölkələrindən XBİ çıxarılması (bunun 87%-i Körfəz 

Ölkələrinin  Əməkdaşlığı  Şurasının  payına  düşür)  39%  azalaraq,  23  milyard 

dollara düşdü. Səudiyyə Ərəbistanından çıxarılan investisiyaların artımı «Dubai 

World»da yaranmış böhranın nəticələrini aradan qaldırmaq üçün kifayət etmədi. 

Qərbi Afrikanın bu böhranın  sakitləşəcəyinə və  beynəlxalq  kredit bazarlarında 

vəziyyətin  sabitləşəcəyinə  ümid  bəsləyən  ölkələri  möhtəşəm  infrastruktur 

planlarında düzəlişlər aparmadı və bu amilin həmin ölkələrə daxil olan XBİ-nin 

səviyyəsinin  bərpası  prosesini  saxlayacağı  ehtimal  olunur.  Digər  tərəfdən, 

qısamüddətli  planda  investisiyaların  ölkədən  çıxarılması  prosesinin  dinamikası 

ləngiyəcəkdir.  Regionda  əsas  investor  olan  dövlət  müəssisələri  daxili  bazara 

səmtləşmişlər və «Dubai World»dakı böhranlı 



355 


vəziyyət Birləşmiş Ərəb Əmirliklərindən XBİ çıxarılmasına təsirini göstərməkdə 

davam edəcəkdir. 

Qlobal iqtisadi və maliyyə sarsıntıları şəraitində Latın Amerikası və Karib 

dənizi hövzəsi ölkələrinə XBİ axınları 2008-ci ilin səviyyəsi ilə müqayisədə 36% 

azalaraq, 117 milyard dollara düşmüşdür. Region üzrə ən çox zərər çəkən ölkənin 

daxil  olan  investisiyalarının  ixtisarı  42%  təşkil  edən  Braziliya  olmasına 

baxmayaraq,  hələ  də  ən  böyük  həcmdə  XBİ  alandır.  Aparılan  tədqiqatların 

nəticələrinə  əsasən,  əvvəl  olduğu  kimi,  Braziliya  və  Meksika  investisiya 

qoyuluşlarının  obyekti  kimi  dəyərləndirilir  və  buna  görə  artım  meylinin 

ortamüddətli perspektivdə bərpa olunacağı ehtimal edilir. 

Braziliyadan  XBİ  çıxarılması  göstəricisinin  mənfi  10  milyard  dollar 

olması  ölkə  şirkətlərinin  xarici  filiallarının  öz  baş  müəssisələrinə  verdiyi 

fırmadaxili  kreditlərinin  kəskin  artması  ilə  izah  olunur.  Nəticədə  regiondan 

investisiya  çıxarılması  42%  aşağı  düşmüşdü.  Buna  baxmayaraq,  regionun 

transmilli  korporasiyalarının  QƏ  xətti  üzrə  əsasən  inkişaf  etmiş  ölkələrdə 

transsərhəd satınalmaları göstəricisi 52% artaraq, 3,7 milyard dollara çatmışdır. 

Regionun TMK-nm formalaşmasının 2003-cü ildə başlayan prosesi ortamüddətli 

planda  XBİ  çıxarılması  üçün  zəmin  yaradacaqdır.  Latın  Amerikası  və  Karib 

dənizi hövzəsi ölkələrindən XBİ çıxarılmasının orta illik göstəricisi 1991-2000-ci 

illərdəki  15  milyard  dollardan  2003-2009-cu  illərdə  48  milyard  dollaradək 

artmışdır. Latın Amerikasının get-gedə daha çox ölkəsinin, əsasən də Braziliya 

və Meksikanın şirkətləri region hüdudlarından çıxaraq, öz fəaliyyətlərini başlıca 

olaraq inkişaf etmiş ölkələrdə genişləndirir. 

2003-2008-ci illərdə regionda əlverişli iqtisadi şəraitdən başqa, fınnalarm 

daxili  bazarda  mövqelərinin  möhkəmlənməsinə  və  fəaliyyətinin  xaricdə 

genişlənməsinə  dövlət  siyasəti  də  imkan  yaratmışdır.  Hazırda  regionun  əsas 

xarici investorları idxalın əvəz olunması dövründə uğur qazanmış ən iri və yetkin 

işgüzar  qruplardır.  Bundan  başqa,  Braziliya  və  Meksika  kimi  ölkələrdə 

özəlləşdirmə  siyasətinin  həyata  keçirilməsi  nəticəsində  «milli  çempionlar» 

meydana  çıxmışdır.  Bir  qədər  sonra  Braziliyada  şirkətlərin  fəaliyyətinin  xarici 

bazarlara  çıxış  ilə  müşayiət  olunan  genişlənmə  prosesi  hökumət  tərəfindən 

yaradılan stimullara, o cümlədən ünvanlı kredit xətlərinə istinad edirdi. Ancaq 

gələcək genişlənmə ölkədən maliyyələşdirilmənin məhdud olması və beynəlxalq 

maliyyə  bazarlarında  yaranmış  gərgin  vəziyyət  səbəbindən  ləngiyə  bilər.  Bu 

TMK-lar üçün onların borcu ilə mənfəəti arasındakı nisbətin aşağı 

356 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə