Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə143/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   139   140   141   142   143   144   145   146   ...   306

olması, böhrandan ziyan çəkmiş sahələrdə fəaliyyətin məhdud həcmi və region 

iqtisadiyyatının  müqavimət  gücünün  nisbətən  yüksək  səviyyəsi  kimi  amillər 

müsbət rol oynayacaqdır. 

8 illik 3diksəlişdən sonra Cənub-Şərqi Avropaya və MDB-yə XBİ axınları 

2008-

 

ci  ilin  səviyyəsi  ilə  müqayisədə  43%  aşağı  düşərək,  69,9  milyard 



dollaradək  azalmışdır.  2009-cu  ildə  hər  iki  subregiona  XBİ  axınının  azalması 

qeyd olunsa da, Cənub-Şərqi Avropaya axının dinamikası MDB ilə müqayisədə 

az  zərər  çəkmişdir.  Daxili  tələbatın  ətalətliliyi,  təbii  resurslar  sektorunda 

layihələrin gözlənilən gəlirliyinin aşağı düşməsi və «dairəvi sxem» üzrə qoyulan 

XBİ mənbələrinin tükənməsi səbəbindən Rusiya Federasiyasına investisiya axını 

təqribən  2  dəfə  ixtisar  olunmuşdu.  Buna  baxmayaraq,  2009-cu  ildə  Rusiya 

Federasiyası dünyada investisiya qoyuluşlarının əsas obyektləri siyahısında 6-cı 

yer tuturdu. Transsərhəd QƏ bazarı regionda ən iri investor olan Aİ şirkətlərinin 

fəallığının zəifləməsinə görə çökmüşdü. Bununla bərabər, inkişaf etməkdə olan 

ölkələrdən,  o  cümlədən  Çindən  investisiyaların  artması  qeyd  olunmuşdu. 

XBİ-nin  ölkəyə  axınından  fərqli  olaraq,  bu  cür  investisiyaların  regiondan 

çıxarılması o qədər də kəskin olmamışdı (-16%). 

2009-

 

cu ildə regiondan çıxarılan XBİ-nin, şübhəsiz ki, iri mənbəyi olan Rusiya 



Federasiyası  xalis xarici investora çevrildi.  Xammalın  qiymətinin sabitləşməsi, 

özəlləşmənin yeni raundunun başlanması, iri xammal ixracatçıları olan ölkələrdə 

(Qazaxıstan,  Rusiya  Federasiyası  və  Ukrayna)  iqtisadi  yüksəliş  regionda  XBİ 

dinamikasının tədricən canlanması üşün zəmin yaratmalıdır. 

2010-

 

 cu  ildə  Qazaxıstana  XBİ  axını  60  milyard  dolları  ötüb  keçərək, 



böhrandan əvvəlki ilin (2007) səviyyəsindən yüksək olmuşdu. 

Strukturun  yenidən  qurulması  və  özəlləşdirmə  proqramlarının  həyata 

keçirilməsi  sayəsində  Cənub-Şərqi  Avropanın  bank  sahəsində  XBİ  həcmi  yeni 

minilliyin ilk illərindən artmağa başlamışdır. Nəticədə 2008-ci ilin sonunda bank 

aktivlərinin  90%-i  xarici  sahiblərə  məxsus  olmuşdur.  Qlobal  böhran  zamanı 

xarici banklar regionda pozitiv rol oynamışdı. Bununla belə, Yunanıstanın dövlət 

borcu ilə əlaqədar olaraq yaranan böhran, xarici bankların iri miqyasda iştirakının 

sistemli risklərin regiona köçürülməsi kanalma çevriləcəyi qorxusu yaratmışdır. 

Bütün  regionlar  arasında  XBİ-nin  dinamikasında  ən  güclü  enmə  inkişaf 

etmiş  ölkələrə  axında  -  44%  yaxud  566  milyard  dollaradək  qeydə  alınmışdır. 

Ancaq indiki iqtisadi və maliyyə sarsıntılarının xeyli ciddi olmasına 

357 



baxmayaraq, bu ixtisar 2000-2003-cü illərin iqtisadi tənəzzül dövrünə nisbətən 0 

qədər də miqyaslı olmamışdı. Aİ üzvü olan 27 dövlət zərbəyə daha yaxşı davam 

gətirdiyi,  Almaniyada isə fınnadaxili  kreditlərin  kəskin  artması sayəsində 46% 

artım qeydə alındığı halda, bu proses Şimali Amerikaya güelü təsir göstərmişdir. 

Digər  tərəfdən.  Böyük  Britaniyaya  XBİ  axınları  əvvəlki  illə  müqayisədə  50% 

azalmışdı. İnkişaf etmiş ölkələrdə transsərhəd QƏ Ys dəfə aşağı düşmüş, özü də, 

emal sənayesi sektorunda əqdlər təqribən 80% azalmışdı.' 

İqtisadiyyatda  zəif  canlanma  2010-cu  ildə  investisiya  axınlarını 

sabitləşdirmiş  və  gözlənildiyi  kimi,  inkişaf  etmiş  ölkələrə  XBİ  daxilolmalarını 

2009-cu  ilin  səviyyəsindən  yüksəyə  qaldırmağa  imkan  verməlidir  (amma  bu, 

daha çox ABŞ, AFR, İsveçrə və bir sıra kiçik ölkələrə aiddir). Həmçinin, 2009- cu 

ildəki  48%  enmədən  sonra  XBİ-nin  ölkədən  çıxarılması  səviyyəsinin  bərpa 

olunacağı  və  ortamüddətli  perspektivdə  bütün  dünyada,  o  cümlədən  inkişaf 

etməkdə  olan  ölkələrdə  iqtisadi  durumun  perspektivlərinin  yaxşılaşması 

sayəsində  artım  tempinin  sürətlənəcəyi  gözlənilir.  Lakin  bu  yüksəliş  meyli, 

Avropanın bir sıra ölkələrində dövlət borcu üzrə defolt riskinin artması və bunun 

avro zonasına yayılması duyğusunun güclənməsi üzündən pozula bilər. 

İqtisadi  tənəzzül  inkişaf  etməkdə  olan  ölkələrdə  istehsalın 

beynəlmiləlləşməsinin  məşğulluq  səviyyəsinə  təsir  göstərəcəyi  barədə  çoxdan 

mövcud  olan  qorxunu  yenidən  oyatdı.  Ötən  onillik  ərzində  ölkədən  XBİ 

çıxarılmasının sürətli artımı nəticəsində inkişaf etmiş ölkələrin TMK-nm xarici 

ölkələrdə  çalışan  işçilərinin  sayı  çoxalmışdır.  Bununla  bərabər,  TMK-nm 

yerləşdiyi  ölkənin  məhsullarının  ixracım  genişləndirdikdə  yaxud  investisiya 

qoyan şirkətin rəqabət qabiliyyətini gücləndirdikdə, XBİ cəlb edildiyi ölkədə iş 

yerlərini qoruyub saxlamağa və hətta artırmağa imkan verir. Aparılan tədqiqatlar 

XBİ-nin  ölkədən  çıxarılmasının  orada  iş  yerlərinin  ixtisar  olunması  prosesinə 

təsir  göstərməsi  sualına  birmənalı  cavab  vermir.  Həqiqətən  də,  nəticələrin 

xarakteri  investisiyaların  növündən,  filialların  yerləşməsindən  və  TMK-nm 

yeritdiyi məşğulluq siyasətindən asılıdır. 

Qlobal böhran dövründə ən zəif inkişaf etmiş (ZİÖ) 49 ölkəyə XBİ axını 

14%,  yəni  28  milyard  dollar  səviyyəsinə  düşmüşdür.  Əsas  kapitala  vəsait 

qoyuluşlarının ümumi həcmində XBİ-nin xüsusi çəkisinin yüksək (2009-cu ildə 

24%) olması və kapital yığımının mühüm tərkib hissəsini təşkil etməsi 

ЮНКТАД. Доклад о мировых инвестициях. Обзор ООН. 2010. С. 16. 

358 



göstərir ki, investisiya axınlarının ixtisarı ölkələrin bu qrupu üçün xüsusilə ciddi 

fəsadlar  törədəcəkdir.  ZİÖ-yə  daxil  olan  XBİ  əvvəlki  kimi,  onun  qlobal 

axınlarının cəmi 3%-ni və inkişaf etməkdə olan ölkələrə axınlarının 6%-ni təşkil 

edir.  Əvvəllər  olduğu  kimi,  XBİ  böyük  həcmdə  təbii  sərvətlərə  malik  olan  bir 

neçə  ölkədə  cəmləşmişdir.  Bu  ölkələrdə  XBİ-nin  əsas  hissəsi  tamamilə  yeni 

layihələrə yatırılır, özü də, 2009-cu ildə həmin layihələrin 60%-dən çoxu inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  özünün  təşəbbüsü  ilə  həyata 

keçirilmişdir.  Ölkələrin  bu  qrupuna  XBİ-nin  əsas  hissəsi,  əvvəl  olduğu  kimi, 

inkişaf  etmiş  ölkələrdən  daxil  olur.  XBİ-nin  dinamikasının  ortamüddətli 

perspektivləri  ZİÖ-də  struktur  qüsurlarının  aradan  qaldırılmasından  asılıdır. 

UNCTAD-m  mütəxəssisləri  hesab  edirlər  ki,  bu  əlverişsiz  amillərin  təsirini 

zəiflətmək üçün, inkişaf məqsədilə verilən  yardımlardan daha səmərəli istifadə 

olunmalı,  yəni  onlar  qəbul  edən  ölkənin  istehsal  potensialının  stimullaş- 

dırılmasma və bununla  da, XBİ-nin  cəlb  olunması  vasitəsinə çevrilməsinə sərf 

olunmalıdır'. 

Ənənəvi olaraq, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu 

XBİ-nin  yerləşdirilməsi  obyekti  qismində  o  qədər  də  cəlbedici  deyil.  Struktur 

çatışmazlıqları  ilə  yanaşı,  əlverişsiz  coğrafi  yerləşmə  onların  iqtisadiyyatının 

fəaliyyətinə mənfi təsir göstərir. Bununla belə, iqtisadi islahatların aparılması və 

investisiya  rejiminin  liberallaşdırılması,  habelə  qlobal  iqtisadi  şəraitin  əlverişli 

olması sayəsində 2000-2008-ci illərdə XBİ axını durmadan artırdı. 2009-cu ildə 

XBİ-nin  27%  yaxud  22  milyard  dollaradək  aşağı  düşməsi  dünyanın  başqa 

ölkələri  ilə  müqayisədə  mülayim  olmuşdur.  Dənizə  çıxışı  olmayan  inkişaf 

etməkdə  olan  ölkələrdə  istehsal  potensialının  şaxələndirilməməsi  nəticəsində 

XBİ,  əvvəlki  kimi,  yenə  də  zəngin  təbii  resurslara  malik  olan  bir  neçə  ölkədə 

cəmləşmişdir (2009-cu ildə XBİ-nin ümumi həcminin 58%-i Qazaxıstanın payına 

düşürdü).  İnkişaf  etməkdə  olan  ölkələrin  investorlarının  Asiya  və  Afrika 

ölkələrində  yerləşdirdiyi  XBİ-nin  həcminin  dənizə  çıxışı  olmayan  inkişaf 

etməkdə olan ölkələrdə sürətli artımı gözlənilmir. Əlverişsiz coğrafi yerləşmə ilə 

bağlı olan çətinlikləri dəf etmək üçün həmin ölkələr diqqətini daha böyük həcmdə 

biliklər  və  informasiya  tələb  edən,  resursların  gətirilməsi  üçün  nəqliyyat 

xərclərinə  ehtiyac  olmayan  sahələrdə  cəmləşdirməlidir.  Onların  daxil  olduğu 

regional  inteqrasiya  qrupları  yerli  bazarların  ölçülərini  böyütməyə  imkan 

yaratmaqla, bu ölkələrin 

^ ЮНКТАД. Доклад о мировых инвестициях. Обзор ООН. 2010. С. 18. 

359 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə