Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə144/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   140   141   142   143   144   145   146   147   ...   306

iqtisadiyyatını investorlar üçün cəlbediciyə çevirə bilər. 

Adalarda yerləşən 29 inkişaf etməkdə olan kiçik ölkə də XBİ cəlb etməyə 

səy göstərir. Birbaşa investisiya yatıranlar onların daxili bazarının, təbii və insan 

resursları bazasının məhdud olmasından və yüksək tranzaksiya məsrəflərindən, o 

cümlədən nəqliyyat xərclərindən ehtiyat edir. Amma 2009-cu ildə 35% yaxud 5 

milyard dollar məbləğinə düşməsinə baxmayaraq, daxili  kapital  qoyuluşlarının 

kəskin  azaldığına  görə,  onların  ümumi  həcmində  XBİ-  nin  payı  əvvəlki  kimi 

30%-dən yüksək qalırdı. Ölkələrin bu qrupuna daxil olan ümumi XBİ-nin yarısı 

investisiyaların  əsas  alıcıları  olan  3  ölkədə  (Yamayka,  Trinidad  və  Tabaqo, 

Baham adaları - göstərilən ardıcıllıqla) cəmləşmişdi. 

2009-

 

cu  ildə  XBİ  axınlarının  ‘A  hissəsi  vergi  sığınacaqları  olan  bu  ölkələrin 



payına  düşsə  də,  beynəlxalq  qaydaların  sərtləşdirilməsi  nəticəsində  bura  XBİ 

daxilolmaları  azalır.  Ehtimal  ki,  coğrafi  yerləşməsi  əlverişsiz  olduğuna  görə, 

həmin  ölkələr  gələcəkdə  turizm  kimi  ənənəvi  sahədə  mövcud  olan  potensiala 

istinad  etməlidir.  Ölkələrin  bu  qrupu  üçün  adekvat  informasiya- 

telekommunikasiya  infrastrukturunun  yaradıldığı  və  onlar  tərəfindən  özlərinin 

insan potensialı inkişaf etdirildiyi halda, biliklərə əsaslanan sahələr seqmentində 

də perspektivlər açılır. 

XBİ-nin ixtisarının struktur xüsusiyyətbri. 2008-2009-cu illərdə və 

2010-


 

cu ilin birinci yarısında XBİ-nin hər üç tərkib hissəsi: paylı investisiyalar, 

başqa  kapital  axınları  (əsasən  korporasiyadaxili  borclar)  və  şirkətlərin 

investisiyaya  yönəldilmiş  mənfəəti  üzrə  əhəmiyyətli  ixtisar  qeydə  alınmışdır. 

Paylı  investisiyalar  transsərhəd  QƏ  ilə  birgə  azalmışdı.  TMK-nm  xarici 

filiallarının  mənfəətinin  azalması  yenidən  investisiyaya  yönəldilən  gəlirlərin 

ixtisarına gətirib çıxardı və nəticədə 2009-cu ildə inkişaf etmiş ölkələrdən XBİ 

çıxarılması 47% aşağı düşdü. Bəzi hallarda TMK-nm baş şirkətinin və mənzil- 

qərargahlarının strukturunun yenidən qurulması xarici filialların onlardan aldığı 

borcların  geri qaytarılmasına və TMK ilə onların xarici filialları arasında xalis 

korporasiyadaxili  kapital  axınlarının  zəifləməsinə  səbəb  oldu.  Mütləq  qeyd 

edilməlidir  ki,  2008-2009-cu  illərdə  paylı  investisiyaların  ixtisarı,  dünya 

iqtisadİ3^atmda baş vermiş əvvəlki tənəzzüllə (2001-2002-ci illər) müqayisədə, 

daha  əhəmiyyətli  olmuşdu.  2008-ci  ilin  ortasından  bir  sıra  ölkələrdə 

investisiyaların  geri  götürülməsi,  o  cümlədən  investisiyaların  reparasiyası, 

kreditlərin qaytarılması və filiallar tərəfindən öz baş şirkətlərinə olan borclarının 

ödənilməsi XBİ-nin ümumi axınlarından çox olmuşdur. Məsələn, 

360 



2008-ci ildə Almaniyadan investisiyaların geri götürülməsi şəklində XBİ axınları 

110  milyard  dollar  yaxud  onun  ümumi  XBİ  axınlarının  40%-i  həcmində 

olmuşdur. 2009-cu ildə QƏ üzrə bütün transsərhəd əqdlərinin 

'/3 

hissəsindən çoxu 

xarici  firmaların  başqa  finnalara  yenidən  satışı  (qəbul  edən  ölkədə,  yerləşdiyi 

ölkədə və «üçüncü ölkələrdə») ilə əlaqədar idi. Bu, 2009- 2010-cu illərdə XBİ 

axınlarını daha da azaltdı. İnvestisiyaların geri götürülməsi nadir hal olmasa da 

(adətən XBİ sahəsində bütün layihələrin 'A hissəsindən 4/5 hissəsinədək), böhran 

dövründə daha da aydın nəzərə çarpmağa başladı’. 

14.2.

 

Beynəlxalq istehsalın formalaşması, kapitalın, 

malların və xidmətlərin ölkədən çıxarılması 

Dünya  iqtisadiyyatmdakı  mövqeləri  möhkəmləndikcə,  TMK-lar 

beynəlxalq  istehsalın  çox  güclü  sektorunu  fonnalaşdırır.  Təhlil  göstərir  ki,  bu 

sektor, birincisi, ümumdünya iqtisadiyyatının artımım üstələyən artım indeksinə 

malikdir; ikincisi, dövri tərəddüdlərə məruz qalsa da, +1,5 bənddən aşağı düşmür 

(1982-2007-ci illər dövründə). Yalnız ümumdünya böhranı onun artım tempini 

2006-cı ildəki 47,2%-dən 2007-ci ildəki 29,9%-dək aşağı sala bilmişdir; görürük 

ki, templər zəifiəsə də, qlobal böhran şəraitində belə, artım saxlanılmışdır. 

İstehsal  amillərinin  beynəlmiləlləşməsi  prosesinin  sürətlənməsinin, 

onların  beynəlxalq  xarakterinin  formalaşmasının  ən  güclü  vasitələrindən  biri 

beynəlxalq istehsaldır. İzah edək: «beynəlxalq istehsal» termini başqa ölkələrdə 

yerləşən  şirkətlər  (TMK)  tərəfindən  buraxılan  və  nəzarət  olunan  mallara  və 

xidmətlərə aiddir. Bu ölkələrdə (qəbul edən ölkələr) istehsala nəzarət, bilavasitə 

məhsul  buraxan  müəssisələrin  əsas  vasitələrinin  minimum  hissəsinə  sahiblik 

hüququ  verən  sadə  səhmlərin  minimum  zərfinin  əldə  olunması  yaxud  bu 

nəzarətin  həyata  keçirilməsini  nəzərdə  tutan  müqavilələr  (səhmləri  satın 

almadan) əsasında yerinə yetirilə bilər. İstehsala nəzarət, habelə xaricdə yerləşən 

müəssisənin  (xarici  filialın)  idarə  olunmasında  kapital  qoyuluşları  vasitəsilə 

yaxud  bağlanmış  müqavilələr  əsasında  iştirak  beynəlxalq  istehsalı  xarakterizə 

edir. 


^Доклад 

о 

мировых 



инвестициях, 

2009 


год; 

транснациональные 

корпорации, 

сельскохозяйственное  производство  и  развитие.  ЮНКТАД,  Нью-Йорк;  Женева,  2009.  С.  9;  World 

Investment Report, 2010. Р. 17. 

361 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə