Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə147/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   143   144   145   146   147   148   149   150   ...   306

məsələ hərəkətlərin miqyası, hansı tədbirlərin həyata keçiriləcəyi və bunun kim 

tərəfindən edilməsidir»'. Havaya istixana qazlarının (İQ) atılmasının azaldılması 

üzrə  qlobal  məsələnin  səviyyəsi  hədsiz  böyük  maliyyə  vəsaitləri  və  texnoloji 

cavab  tədbirlərin  yerinə  yetirilməsini  tələb  edir.  UNCTAD  hesab  edir  ki, 

TMK-lar  özlərinin  nəhəng  beynəlxalq  əməliyyatları  prosesində  tullantıların  iri 

mənbəyinə çevrildiyinə, habelə texnologiyaların yaradılmasında və yayılmasında 

çox  mühüm  mövqe  tutduqlarına  görə,  sözsüz  ki,  aşağı  karbo-  hidrogenli 

iqtisadiyyata  keçilməsində  aparıcı  rol  oynamalı  və  havaya  İQ  tullanması  ilə 

mübarizəyə vəsait qoyuluşlarım maliyyələşdirməlidir. Şübhəsiz ki, TMK-lar həm 

problemin, 

həm 

də 


onun 

həllinin 

bir 

hissəsidir. 



Ekspertlərin 

qiymətləndirmələrinə  görə,  2010-2015-ci  illərdə  havaya  istixana  qazlarının 

tullanmasını  məhdudlaşdıraraq,  istiləşmənin  2°C  hədəf  göstərici  hüdudlarında 

(Kopenhagen  razılaşmalarına  uyğun  olaraq)  saxlanması  üçün  qlobal  miqyasda 



hər il əlavə 440 milyard dollar məbləğində vəsait qoyuluşu tələb olunur. 2030- cu 

ilədək  tələbatın  məbləği  daha  çox,  hər  il  1,2  trilyon  dollaradək  çoxalacaqdır. 

Beynəlxalq  tədqiqatların  hamısında  qeyd  olunur  ki,  dünya  ölkələrinin 

əksəriyyətində  böyük  məbləğdə  büdcə  kəsirinin  olması  nəzərə  alınaraq, 

ümumdünya iqtisadiyyatında nisbətən əlverişli mühitin yaradılmasına yönəlmiş 

səylərdə irəliləyişə nail olmaq üçün özəl sektorun maliyyə dəstəyi son dərəcədə 

vacibdir. Buna  görə də iqlim dəyişmələri ilə mübarizənin  milli iqtisadi inkişaf 

strategiyaları  ilə,  TMK  və  xarici  investisiyalara  istinad  etməklə  aşağı 

karbohidrogeni!  iqtisadiyyata  keçid  məsələləri  siyasətinin  əlaqələndirilməsi 

vacibdir. 



Özəl  sektorun  səfərbər  olunması  üçün  səmərəli  mexanizmlərin 

zəruriliyi.  Son  dövrdə  müəyyən  irəliləyişlərə  baxmayaraq,  iqlim  dəyişmələri 

məsələləri üzrə beynəlxalq rejim, aşağı karbohidrogeni! iqtisadiyyata investisiya 

qoyuluşlarının həvəsləndirilməsi və bununla əlaqədar olan texnologiyaların axını 

(xüsus-ilə inkişaf etməkdə olan yoxsul ölkələrə) baxımından gözlənilən ümidləri 

doğrultmamışdır. 2009-cu ilin dekabrında keçirilən görüşdən sonra da gələcəkdə 

tullantıların hədəf göstəricilərinə, qurumların xarakterinə, konkret mexanizmlərə 

və maliyyələşdirmə mənbələrinə aydınlıq gətirilməmişdir. Beynəlxalq siyasətin 

əsas  aləti,  əvvəllər  olduğu  kimi,  perspektivləri  qeyri-müəyyən  olan  Kioto 

protokoludur. Beləliklə, iqlim dəyişmələri üzrə mövcud rejim özəl sektorun öz 

işgüzar strategiyalarını səmtləşdinnək üçün lazım olan siyasətin dəqiq, sabit və 

proqnozlaşdırıla bilən 

^ ЮНКТАД. Доклад о мировых инвестициях. Обзор ООН. 2010. С. 29. 

368 



çərçivəsinə olan ehtiyacını ödəməyə qadir deyil. 

Kioto  protokolunun  müsbət  tərəfi  kimi,  tullantıların  azaldılması  üçün 

mexanizmlərin,  o  cümlədən  inkişaf  etməkdə  olan  ölkələrin  dayanıqlı  iqtisadi 

inkişafına  yardım  göstərilməsi  kanalı  kimi  nəzərdən  keçirilən  Təmiz  İnkişaf 



Mexanizminin

 

yaradılması  göstərilir.  Ancaq  Kioto  protokolunun  mexanizmləri 

tullantıların azaldılmasının hədəf göstəricilərinə milli səviyyədə riayət olunması 

üçün işlənib hazırlandığına görə, özəl sektorun həmin fəaliyyətə cəlb olunması 

məsələsinin  həlli  ölkələrin  hökumətlərinin  səlahiyyətindədir  və  bu,  bazarların 

fraqment halına düşməsi ilə nəticələnir. Bu gün aydındır ki, növbəti «möhtəşəm 

sazişin»  bağlanması  kifayət  deyil.  Özəl  sektorun  bu  məsələyə  kapitalın 

transsərhəd  axınları  və  texnologiyaların  yayılması  (xüsusilə  yoxsul  ölkələrdə) 

fonnasmda  töhfəsinin  səmərəliliyini  yüksəltmək  üçün  dəqiq  işləyən 

mexanizmlərinin  həm  beynəlxalq,  həm  də  milli  səviyyələrdə  hazırlanması 

zəruridir. 

14.4.

 

Kapitalın beynəlxalq hərəkətinin 

formaları. Kapitalın strukturu 

Formalar.  Kapitalın  beynəlxalq  hərəkəti  müxtəlif  fonnalarda  həyata 

keçirilir və buna görə də xarici kapitalın milli qanunvericiliklərlə nəzərdə tutulan 

növlərinin  və  hərəkət  formalarının  bir  sıra  hallarda  beynəlxalq  aləmdə  təzahür 

olunanlar ilə uyuşmaması təcrübədə nəzərə alınmalıdır. 

Dünya bazarında hərəkətdə olan kapital mənşəyinə görə iki kateqoriyaya: 

rəsmi, yəni dövlət və özəl kapitala bölünür. 



Rəsmi (dövlət) kapital - dövlət büdcəsinin müvafiq maddələrində nəzərdə 

tutulan  və  xaricə  köçürülən  vasitələri  yaxud  ikitərəfli  və  çoxtərəfli  sazişlər 

əsasında hökumətin qərarı ilə xaricdən qəbul olunan vasitələrdir. 

Özəl kapital

 

- korporasiyaların və fərdi əmanətçilərin vəsaitləridir. 



Dövlət  kapitalının  növləri.  Bu,  ilk  növbədə,  dövlətlərarası  müqavilələr 

əsasında bir ölkənin başqasına verdiyi bütün dövlət borcları, ssudalar, bəxşişlər 

(qrantlar),  yardımlar  və  sairdir.  Rəsmi  kapitalın  başqa  növü  -  beynəlxalq 

təşkilatların, 0 cümlədən BVF-in, BHB-nin, BMT strukturlarının və s. vəsaitləri 

hesabına verilən kapitaldır. 

Rəsmi  kapitalın  mənbəyi

 

dövlət  büdcəsinin  vəsaitləri,  son  nəticədə  isə 

vergi tədiyyəçilərinin pullarıdır və buna görə də kapitalın bir ölkədən başqasına 

köçürülməsi haqqında qərar ali təmsilçilik orqanlarının (bəzi ölkələrdə qərarı 

369 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə