Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə148/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   144   145   146   147   148   149   150   151   ...   306

parlament  qəbul  etməlidir,  digərlərində  parlament  özünün  komitələri  və 

komissiyaları vasitəsilə razılığım bildirməlidir, avtoritar dövlətlərdə isə bu qərar 

ali icra hakimiyyəti tərəfindən qəbul olunur) iştirakı ilə qəbul edilir. 

Özəl (qeyri-dövlət) kapital - fiziki şəxslərin, fıraıaların, bankların və digər 

qeyri-dövlət  təşkilatlarının  vəsaitləridir.  Bu  vəsaitlər  ölkədən-ölkəyə  fiziki 

şəxslərin yaxud təşkilatların, daha dəqiq desək, sahiblərinin yaxud bu vəsaitlərə 

sərəncam vermək səlahiyyəti olan şəxslərin qərarı ilə köçürülür. 



Özəl kapitalın növləri.

 

Kapitalın beynəlxalq hərəkətinin bu kateqoriyası da 

müxtəlifliyi ilə fərqlənir: fiziki şəxslər və fınuaların xarici investisiyaları (kapital 

qoyuluşları), kreditlərin verilməsi (ticarət üçün, banklararası, layihələrin həyata 

keçirilməsinə və s.), borclar. 

Kapitalın  bu  formaları  və  növləri  «kapitalın  xalis  hərəkəti»  anlayışının 

tərkibinə  daxildir.  Maliyyə  kapitalının  ötürülməsinin  (ölkədən  çıxarılmasının) 

ayrı-ayrı formaları aşağıdakılardır: 

 

xalis dividendlər və faizlər; 



 

resursların rəsmi qaydada xalis ötürülməsi



 

resursların xərc qaydasında xalis ötürülməsi



 

rəsmi resurslardan istifadə olunması. 



Bu  kapitalın  mənşəyi

 

özəl  firmaları  özlərinin  yaxud  borc  aldıqları 

vəsaitlərdir. Ancaq hökumət tərəfindən kapitalın ölkələr arasında hərəkəti kifayət 

qədər ciddi nəzarət altına götürüldüyünə və tənzimləndiyinə görə fiziki şəxslərin 

öz hökumətlərinin kursuna riayət etməməsi çox nadir haldır. Lakin istisnalar da 

olur: avtoritar ölkələrdə bu cür kapitalın sahibləri onun köçürülməsi məsələsini 

«mətbəx diplomatiyası» yolu ilə «həll» edirlər. 

Kapitalın quruluşu. Kapital mürəkkəb struktur hissələrindən və fəaliyyət 

formalarından ibarətdir. 



Sahibkarlıq  kapitalı  -  mənfəət  əldə  olunması  məqsədilə  birbaşa  yaxud 

dolayısı yolla istehsala yönəldilmək üçün nəzərdə tutulan vəsaitlərdir. Kapitalın 

bu  növü  özəl  formada  olmasına  baxmayaraq,  həmin  məqsədlərə  dövlət 

vəsaitlərindən istifadə olunması hallarına da təsadüf edilir (ən tipik nümunə neft 

hasil edilən ərəb dövlətləridir). 

Ssııda kapitalı - faiz formasında mənfəət əldə olunması məqsədi ilə borc 

verilən  vəsaitlərdir.  Beynəlxalq  təcrübədə  ssuda  kapitalı  qismində  əsasən 

mənbəyi  dövlət  vəsaitləri  olan  rəsmi  kapitaldan  istifadə  edilir;  bir  qədər  kiçik 

miqyasda isə beynəlxalq (çoxmillətli) kreditləşdirmə tətbiq edilir. 



370 


Müddətinə görə

 

kapital qısamüddətli, ortamüddətli və uzunmüddətli olur. 

Sahibkarlıq  kapitalının  birbaşa  və  portfel  investisiyaları  formalarında 

bütün  qoyuluşları,  habelə  ssuda  vəsaitləri  həmişə  kifayət  qədər  uzun  müddətə 

verildiyinə  görə  dövlət  krediti  (və  borcları)  şəklində  verilən  ssuda  kapitalı 

uzunmüddətli

 

(5 ildən artıq) hesab olunur. 



Ortamüddətli kapital

 

- bir qayda kimi, 1 ildən 3 ilədək verilən vəsaitlərdir. 



Qısamüddətli  kapital

 

1  ilədək  müddətə  verilir  və  adətən  ticarət 

kreditlərində ssuda kapitalı fonnasında çıxış edir. 

Kapitalın  beynəlxalq  hərəkətinin  təhlilində  onu  adətən  iki:  birbaşa  və 

portfel kapital qoyuluşları (investisiyaları) formasında nəzərdən keçirirlər. 

Birbaşa  investisiyalar  -  investorun  kapital  yerləşdirdiyi  ölkədə 

uzunmüddətli iqtisadi maraqlar əldə etmək məqsədi ilə müəyyən obyekt üzərində 

nəzarətini təmin edən kapital qoyuluşudur. Bir qayda kimi, bu cür investisiyalar 

özəl  mənşəlidir  və  sahibkarlıq  kapitalının  ölkədən  çıxarılması  ilə  əlaqədardır. 

Çox  nadir  hallarda  xaricdə  maliyyə  əməliyyatları  keçirən  dövlət  fımıaları  və 

bankları vasitəsilə dövlət kapitalından istifadə olunur. 



Portfel  investisiyaları  -  kapitalın  xarici  qiymətli  kağızlarda,  kapital 

qoyuluşu (investisiyanın yerləşdirilməsi) obyekti üzərində real nəzarət imkanı ilə 

bağlı  olmadan  yerləşdirilməsidir.  İnvestisiyaların  bu  növləri  də  əsasən  özəl 

fonnadadır, amma dövlət də bu cür investisiya qoyuluşundan istifadə edə bilər. 



Kapitalın  beynəlxalq  hərəkətinin  bölgüsü.  Beynəlxalq  statistikada 

kapitalın beynəlxalq hərəkəti aşağıdakı formalarda nəzərdən keçirilir: 

 

birbaşa  investisiyalar;  qoyuluş  məkanı  -  investorun  öz  ö'lkəsinin 



sərhədlərindən kənardadır, kapitalın rezident və qeyri-rezident arasında hərəkəti 

kimi  müəyyənləşdirilir,  onların  arasında  uzunmüddətli  iqtisadi  maraqlar  və 

əlaqələr yaradır; 

 



portfel investisiyaları, aktivlər və passivlər; kapitalın qiymətli kağızların 

əldə edilməsi və satışı ilə bağlı olan hərəkətidir

 

sair investisiyalar, aktivlər və passivlər; kapitalın dövlətlərarası kreditlə 



və bank depozitləri ilə əlaqədar olan hərəkətidir

 



ehtiyat  aktivləri;  sikkə  qızılı,  XBH,  BVF-də  ehtiyat  mövqeyi,  xarici 

valyuta  -  bütün  bunlar  tədiyyə  balansının  saldosunun  tənzimlənməsi  üçün 

hökumətin istifadə edə bildiyi aktivlərlə bağlı olan kapitalın hərəkətidir. 

Kapitalın ixracı da müxtəlif formalarda həyata keçirilir: dövlət 



371 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə