Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə149/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   145   146   147   148   149   150   151   152   ...   306

kapitalının ixracı, özəl kapitalın ixracı, beynəlxalq təşkilatların ixracı. 

Dövlət  kapitalının  ixracı.  Kapitalın  dövlət  tərəfindən  ixracı  (ölkədən 

çıxarılması) 

1960-1970-ci 

illərdən 

milli 

maraqların 



xaricdə 

möhkəmləndirilməsinin  əsas  alətlərindən  birinə  çevrilmişdir.  Kapital  ixracının 

böyük həcmdə beynəlxalq yaxud milli banklar tərəfindən həyata keçirilməsi ilə 

əlaqədar olaraq, 1980-ci illərin əvvəlindən bu funksiya zəifləməyə başlamışdır. 

Dövlət  kapitalının  rolunun  yenidən  güclənməsi  kommunizm  sisteminin 

dağılması  ilə  əlaqədardır.  Dünyanın  fövqəldövlətləri  yeni  ölkələrin  müəyyən 

təkamülündə  birbaşa  maraqlı  olduğuna  görə,  onlar  kapital  ixracından  əvvəlcə 

güclü siyasi təzyiq vasitəsi kimi istifadə edir, sonra isə buna iqtisadi yardım kimi 

münasibət  göstərir.  Eyni  zamanda  bu  «ssenari»yə  özəl  kapital  da  cəlb  olunur. 

Dövlət kapitalının ixracı mənfəət əldə etmək məqsədi ilə deyil, əsasən siyasi və 

ideoloji maraqlar mülahizələrinə əsasən həyata keçirildiyinə görə, adətən aparıcı 

donor-ölkələrin  maraqları  nöqteyi-nəzərindən  vacib  olan  ölkələrə  və  onların 

iqtisadiyyatının sahələrinə (o cümlədən xammal) yönəldilir. 

Ölkədən  çıxarılan  kapitalın  ümumi  həcmində  dövlət  kapitalının  payı 

1988-ci  ildə  təqribən  30%  (1970-ci  illərdə  40-42%)  və  1990-1995-ci  illərdə 

35%-ə yaxın olmuşdur (sürətli artım); sonrakı 12 il ərzində bu həcm azalmış və 

1997-2007-ci  illərdə  30%-dən  artıq  olmamışdır.  Kapitalın  əsas  hissəsi  (90%-ə 

yaxmı) ənənəvi olaraq inkişaf etməkdə olan ölkələrə yönəldilirdi, amma 1990- cı 

illərin sonu - XXI əsrin ilk illərində kapitalın ölkədən çıxarılmasının coğrafiyası 

dəyişməyə başladı, bunun təqribən 30%-i Şərqi Avropaya və MDB- yə - iqtisadi 

sistemin transfonnasiyası yoluna cəsarətlə qədəm qoymuş ölkələrə yönəldilməyə 

başladı. İxracatçı-ölkələr, bir qayda olaraq, özəl xarici investisiyalar və kreditlər 

üçün qarantiya sistemi, özəl firmaların investisiya fəaliyyəti üçün əlverişli mühit 

(dövlət  kapitalının  ən  mühüm  funksiyalarından  biridir)  yaradırdı.  Bu  cür 

həvəsləndirici əməliyyatların bir neçə növü vardır: 

 



əvəzsiz subsidiyalar və dotasiyalar; 

 



inkişaf üçün dövlətin uzunmüddətli kreditləri (25-40 illik); 

 



dövlətin kommersiya kreditləri

 



özəl ixrac kreditlərinə dövlət qarantiyası verilməsi. 

Beləliklə, dövlət tərəfindən kapitalın ölkədən çıxarılması, birincisi, ölkəyə 

kapitalın  beynəlxalq  axınının  bazar  mexanizminin  səmərəliliyinin  lazımi 

dərəcədə  olmamasını  kompensasiya  edən  beynəlxalq  maliyyə-iqtisadi  sahədə 

dövlət tənzimlənməsinin formasıdır. İkincisi, dövlətlərin və beynəlxalq 

372 



maliyyə qurumlarının siyasətinin aləti qismində çıxış edir. Ölkədən beynəlxalq 

təşkilatlar vasitəsilə çıxarılan kapitalın həcmi də buna dəlalət edir: 2001-2008- ci 

illərdə ixrac olunan kapitalın ümumi həcmində onun xüsusi çəkisi 15% olmuşdur 

(1990-1999-cu illərdə - 12%). 

Kapitalın  çıxarılması  -  TMK-nın,  TMB-nin  və  beynəlxalq  təşkilatların 

sürətlə genişlənən funksiyasıdır və bu, lokal maliyyə-iqtisadi böhranlara (1997- 

ci  ildə  Asiya  böhranı,  1990-cı  illərdə  Argentina,  Çili,  Braziliya,  Meksika  və 

Rusiyadakı  böhranlar,  2001-2002-ci  ildə  ümumdünya  böhranı,  2008-2010-cu 

illərdə qlobal böhran) qarşı getdikcə həssaslaşan beynəlxalq maliyyə sistemində 

baş  verən  miqyaslı  pozuntularla  izah  edilir.  Asiya,  Afrika  və  Latın  Amerikası 

ölkələrində yoxsulluğun və səfalətin artması, inkişaf etməkdə olan ölkələrin bir 

çoxunda  cəmij^ətin  məzlum  təbəqələrinin  mübarizəsinin  silahlı  toqquşma 

formalarına keçməsi nəticəsində sülhə yeni təhdidlərin meydana çıxması ilə bağlı 

problemlərin  obyektiv  surətdə  aktuallaşması,  maliyyə  vəsaitlərinin  dövlət 

tərəfindən verilməsi formalarının əhəmiyyətini yüksəltmişdir. 

Kapitalın  ölkədən  axınının  həcmi  nöqteyi-nəzərindən,  vəziyyət  kapital 

axınlarının inkişaf etmiş ölkələrdə cəmləşməsinə analojidir. Yalnız bir, lakin çox 

mühüm  xüsusiyyət  vardır:  investisiya  kapitalının  çatışmadığı  şəraitdə  inkişaf 

etməkdə  olan  ölkələrdən,  habelə  yeni  transfonnasiya  olunan  dövlətlərdən  (o 

cümlədən MDB-dən) kapitalın xaricə intensiv axını müşahidə olunur və bəzən 

kapitalın  ölkədən  axını  ölkəyə  XBİ  axmlannı  üstələyir.  Qeyd  edək  ki,  ABŞ 

texnologiyaların ötürülməsi  sahəsində beynəlxalq  köçürmələr üzrə dünyada ən 

iri alıcı və Yaponiyadan sonra ikinci tədiyyəçidir: 2007-ci ildə vəsaitlərin 57%-i 

beynəlxalq hesabların ödənilməsi üçün istifadə olunmuş, royalti və lisenziya üzrə 

24% ödəmələr həyata keçirilmişdir. 

14.5.

 

Beynəlxalq investisiya rejiminin 

mahiyyəti və məzmunu 

Qeyd etmişdik ki, təkcə beynəlxalq ticarət sahəsində deyil, ümumiyyətlə, 

beynəlxalq iqtisadi münasibətlərdə iki tarixi meyil mövcuddur: 

1)

 



BİM-in liberallaşmasına doğru, özü də bu, qlobal xarakter alır; 

2)

 



təcridolunma  və  avtargiya.  Bu  meyil  lazımınca  dəyərləndirilməlidir: 

hətta XXI əsrin birinci onilliyinin sonunda belə, bu meyil ABŞ-dan başlayaraq

373 



Rusiyayadək onlarca  ölkənin  xarici  iqtisadi siyasətində kifayət  dərəcədə  aydın 

nəzərə çarpmışdır. 11 O-dan çox dövlət ÜTT-nin qaydalarına (Doha və Uruqvay 

raundları) zidd olan qanun və başqa nonuativ-hüquqi aktlar qəbul etmişdir. 

Başlıca problem bundadır ki, rəvan, böhransız inkişaf şəraitində iqtisadi 

beynəlmiləlçiliyə meyil güclənir və BİM pozitiv inkişaf üçün təkan alır. İqtisadi 

sarsıntılar,  enmələr,  depressiyalar  dövründə  isə  «Bacaran  canını  qurtarsın!» 

prinsipi üzrə qədim siyasət üstünlük təşkil etməyə başlayır. Həmin andaca dünya 

iqtisadiyyatının inkişafının çoxəsrlik təcrübəsində bu prinsipin həm ölkənin, həm 

də bütün dünya birliyinin vəziyyətini daha da qəlizləşdirdiyi tamamilə unudulur. 

Buna baxmayaraq, biz dünya ölkələrinin bu sahədə iqtisadi həmrəyliyinin 

əsas formalarını ümumiləşdimıəyə çalışacağıq. 

Liberallaşmaya  doğru  ümumi  meylin  mövcudluğuna  baxmayaraq,  milli 

siyasətin 31 yeni tədbirində XBİ-nin tənzimlənməsinin sərtləşdirilməsi nəzərdə 

tutulurdu.  30  faizlik  səviyyədən  yüksələrək,  bu  tədbirlərin  payı  UNCTAD-m 

müvafiq məlumatları dərc etməyə başladığı 1992-ci ildən sonra 2009-cu ildə ən 

yüksək  nöqtəyə  çatmışdı.  Bu  tədbirlərin  həyata  keçirilməsi  müəyyən  dərəcədə 

strateji sahələrin qorunması və milli resursların mühafizəsi, milli təhlükəsizliyin 

təmin  olunmasına  görə  narahatçılığın  artması  ilə  izah  olunur.  Son  dövrün 

böhranları, o cümlədən maliyyə bazarlarmdakı sarsıntılar və ərzağın qiymətinin 

bahalaşmasının  nəticələri  də  bir  sıra  sahələrin  fəaliyyətini  tənzimləmək  istəyi 

doğurmuşdur.  Nəhayət,  bazarları  formalaşmaqda  olan  ölkələr  ətraf  mühitin 

qorumasına və sosial müdafiəyə daha çox diqqət yetirməyə başlayır, zəif inkişaf 

etmiş  ölkələr  isə  öz  tənzimləmə  rejimlərindəki  çatışmazlıqları  aradan  qaldırır. 

Bunun  nəticəsində  bəzi  sahələrdə  əcnəbilərin  iştirakına  yeni  məhdudiyyətlər 

meydana çıxmış yaxud investisiya layihələrinin seçilməsi və təsdiqi prosedurları 

sərtləşdirilmişdi (bəzən milli təhlükəsizlik mülahizələrinə görə). 

Dövlətin iqtisadiyyata müdaxilə miqyasının genişlənməsi, əsasən bir sıra 

Latın  Amerikası  dövlətlərində  əmlakın  müsadirə  edilməsi  faktlarında,  habelə 

xilasediei  maliyyə  əməliyyatları  çərçivəsində  şirkətlərin  kapitalında  dövlətin 

iştirakının artmasında təzahür olunmuşdu; sonuncu hal həm inkişaf etmiş, həm də 

inkişaf etməkdə olan ölkələrdə baş venuişdir. 2010-cu ildə strateji kimi nəzərdən 

keçirilməsi  mümkün  olan  sahələrdə  müvəqqəti  milliləşdirmə  dalğasının  baş 

qaldırması, bir sıra hallarda isə, özəlləşdirilmiş şirkətlərin milli 

374 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə