Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə15/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   11   12   13   14   15   16   17   18   ...   306

•  Beynəlxalq  iqtisadi  münasibətlər  adekvat  və  məntiqi  (o  cümlədən 

iyerarxiyasının  öyrənilməsi  baxımından)  yanaşma  tələb  edir.  Bu  mövqelərdən 

məqsədlərin aşağıdakı iyerarxiyası məqsədəuyğun hesab oluna bilər

1)

 



ümumdünya  təsərrüfat  əlaqələri  kompleksinin  inkişafda,  vəhdətdə  və 

bütövlükdə öyrənilməsi (inkişaf etmiş kapitalist dövlətləri, inkişaf etməkdə olan 

ölkələr, transformasiya olunan, yəni keçid iqtisadiyyatlı ölkələr). Bu, müəyyən 

mənada BİM sisteminin təşəkkül tapmasının və inkişafının dinamikasını özündə 

ehtiva  edən  qlobal  makro-təhlildir  (meqa-makro-  təhlildir).  Bu  zaman  dünya 

təsərrüfatının təkamül baxımından inkişafının əsas hissələrinin (istehsalın milli 

və  beynəlxalq  amilləri  yaxud  məhsuldar  qüvvələr,  BƏB,  qlobal  inteqrasiya 

prosesi,  transmilli  kapitalın  inkişafı,  əmtəələrin,  işçi  qüvvəsinin  və  maliyyə 

resurslarının  ümumdünya  miqyasında  yerdəyişməsi,  beynəlxalq  təşkilatların 

fəaliyyəti və s.) dərin nəzəri təhlilinin aparılması zəruridir

2)

 

BİM  sektorlarının  ölkə,  region  və  universal-qlobal  səviyyələrdə 



öyrənilməsi,  BİM-in  yeni  altsistemlərinin  əsas  əlamətlərinə  və  makroiqtisadi 

göstəricilərinə görə təhlili, regional inteqrasiyanın, beynəlxalq əməkdaşlıqda və 

bütün  səviyyələrdə  beynəlxalq  tənzimlənmədə  qlobal  qarşılıqlı  təsir  prosesinin 

tədqiq olunması. Bu, sektorlar üzrə makro və mikro-təhlildir. 

3)

 

beynəlxalq  iqtisadi münasibətlərin subyektlərinin, konkret  qurumların 



(beynəlxalq  və  milli)  BİM  sistemində  fəaliyyətinin  institusional  baxımdan 

öyrənilməsi. Bu, qlobal mikro-təhlildir. 



Yoxlama sualları 

1.

 



«Beynəlxalq iqtisadi münasibətlər» fənni nəyi öyrənir? 

2.

 



BİM-in predmetini və obyektini müəyyən edin. 

3.

 



BİM-in əsas əlamətləri və xassələri nədir? 

4.

 



BİM-in məzmunu nədən ibarətdir? 

5.

 



BİM anlayışını izah edin. 

6.

 



BİM-in vəzifələri və funksiyaları nədən ibarətdir? 

7.

 



BİM-in əsas fonnalarmı sadalayın. 

8.

 



BİM-in beynəlxalq iqtisadi problematika üzrə başqa fənlərlə əlaqəsini 

izah və təsvir edin. 

9.

 

Etik  prinsiplər  BİM-də  hansı  rol  oynayır?  Müasir  dövrdə  onlar  niyə 



xüsusi aktuallıq kəsb etməyə başlayır? 

40 


Referatların mövzuları 

1.

 



Müasir beynəlxalq iqtisadi münasibətlər anlayışı, onun məzmunu və 

mahiyyəti 

2.

 

Beynəlxalq iqtisadi münasibətlər sistemində müasir elmi-texniki 



əlaqələr 

41 


Fəsil 2 

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN ƏSAS 

NƏZƏRİYYƏLƏRİ VƏ KONSEPSİYALARI 

2.1.

 

BİM konsepsiyalarının inkişafı və təşəkkülü 

Avropanın  aparıcı  dövlətlərinin  ticari-iqtisadi  əlaqələrinin  ilkin  nəzəri 

əsaslandırmaları  həmin  ölkələrin  xarici  ticarəti,  daxili  mənbələrin  səfərbər 

olunmasında bunun yerinin müəyyənləşdirilməsi ilə bağlı idi və fiziokratlar və 

merkantilistlərin nəzəriyyələri çərçivəsində inkişaf edirdi. Onların nəzəriyyələri 

əsasən məhdud sayda nəzəri problemlər toplusunun: dövlətin xarici əlaqələrdəki 

rolu, «metal» (qızıl və gümüş) pula münasibət, xarici ticarətin tənzimlənməsinin 

xarakteri,  fritrederçılik  (free  trade),  yəni  dövlətin  proteksionizm  siyasəti 

vasitəsilə  bu  sahənin  tənzimlənmə  dərəcəsinin  müəyyənləşdirilməsi  üzərində 

qurulmuşdu. 



Adam Smit və beynəlxalq təsərrüfat əlaqələrinin onun tərəfindən təfsir 

olunması.  Müstəmləkəçilik  dövründə  Qərbi  Avropanın  aparıcı  dövlətlərinin 

sürətli inkişafı sənaye inqilabları ilə birlikdə təsərrüfatların beynəlmiləlləşməsinə 

doğru  universal  tendensiyaya  dinamizin  vermişdi.  Əmtəə  kütləsinin  ölkədən 

çıxarılması  ilə  bərabər,  kapitalın  daha  faydalı  qoyuluşu  məqsədi  üçün  ölkələr 

arasında  yerdəyişməsi,  habelə  əmək  resurslarının  miqrasiyası  genişlənməyə 

başlayır.  Milyonlarla  adam  Avropadan,  Asiyadan  və  dünyanın  başqa 

regionlarından  Amerikaya,  Kanadaya,  Avstraliyaya  üz  qoyaraq,  orada  işgüzar 

mühit  yaradır.  Beynəlxalq  iqtisadi  inkişafın  baş  verən  proseslərini  əsaslandıra 

biləcək iqtisadi nəzəriyyədə sıçrayışlı irəliləyiş üçün zəmin yaranır. Bu sıçrayışı 

klassik  iqtisadi  nəzəriyyənin  banisi  Adam  Smit  həyata  keçirdi.  O,  özünün 

«Xalqların sərvəti» əsərində (1776) təkcə bir ölkədə deyil, real iqtisadi həyatın 

mövcud  olduğu  hər  yerdə  sərbəst  sahibkarlıq  üçün  zəruri  olan  ən  mühüm 

müddəaları  əsaslandırmışdır.  Məhz  bu,  iki  başlıca  məqamı:  birincisi,  öz 

dövlətindən  (liberal  siyasət,  ixrac  və  idxala  yüksək  gömrük  rüsumlarının 

tətbiqinin inkarı), ikincisi isə «özgə» dövlətdən (proteksionizmin inkarı, ticarətdə 

liberalizm  siyasəti)  asılılığın  olmamasım  nəzərdə  tutan,  sahibkarlıq  azadlığına 

əsaslanan Laisses faire konsepsiyasının ümumiləşdirilmiş variantı 

42 



dır.  200  ildən  çox  dövr  ərzində  kapitalizm  iqtisadi  liberalizmin  Smit  nöqteyi- 

nəzərindən  izahına  istinadən  qurulan  iqtisadi  siyasət  əsasında  inkişaf  etmişdir. 

Sonradan  bir  sıra  təhlilçilər  onun  nəzəriyyəsinə  çoxsaylı  «düzəlişlər»  etmiş, 

iqtisadi  nəzəri}q/ədə  klassik  nəzəriyyənin  banisinin  fikirlərini  «sərbəst»  şərh 

edən «neoklassik istiqamət» meydana çıxmışdır. Nəticədə bu nəzəriyyədə kifayət 

qədər  eklektika  hökm  sürməyə  başlamasına  baxmayaraq,  «klassikanın»  məhz 

Adam  Smitin adı  ilə möhkəm  bağlılığı  qəbul  edilmişdir. Smit  nəzəriyyəsindən 

guya irəli gələn əsas müddəa neoklassik-liberallar tərəfindən qəti tezis-ultimatum 

mövqeyindən belə izah edilirdi: bazar mexanizmləri əsasında fəaliyyət göstərən 

kapitalist iqtisadiyyatı özünün fasiləsiz inkişafını və artımını iqtisadiyyata dövlət 

tərəfindən heç bir müdaxilə olmadan təmin etməyə qadirdir və bundan savayı, bu 

cür  müdaxilə  bir  halda  «pozuntular»  (böhranlar),  digər  halda  isə  «totalitar 

sosializm»  ilə  nəticələnir.  Fridrix  Hayek,  Milton  Fridman  və  bir  sıra 

«iqtisadçı-liberallar» belə fikirdə idilər. Qeyd edək ki, XX əsr - XXI əsrin birinci 

onilliyinin  ən  görkəmli  iqtisadçılarından  olan  professor  Pol  Samuelson 

nəzəriyyənin  bu  istiqamətinin  ciddi  elmi  əsasının  olmasını  inkar  edərək,  onu 

«libertarianizm» adlandırır. 

Buna  baxmayaraq,  libertarianizmin  göstərilən  müddəası  kapitalizmin 

aksiomu  kimi  qəbul  edilmiş,  dünyanın  bütün  ölkələrində  dominant  mövqe 

tutmuş,  beynəlxalq  iqtisadi və siyasi münasibətlərin  bütün  elementlərinə əsaslı 

surətdə daxil olmuşdur. 1970-ci illərin ortalarından 2008-ci ildə başlayan qlobal 

böhrana qədər məhz bu əqidə dünyada dominantlıq edən siyasi və işgüzar dairələr 

üçün adekvat intellektual resurs olmuşdur. 

Keynsçilik libertarianizmə qarşı. «Neoklassisizm» (qeyd edək ki, Smitin 

ilkin nəzəriyyəsi deyil) dünya kapitalizmini bir neçə onillik geri atan, onu az qala 

məhv edəcək Böyük böhran (1929-1933-cü illər) zamanı devrilmişdir. Qurtuluş 

«iqtisadçı-liberalların»  qəti  surətdə  inkar  etdiyi  tərəfdən,  yəni  iqtisadi  həyata 

dövlətin  güclü  müdaxiləsi  sayəsində  mümkün  oldu.  Əsas  xilasedici  isə  hələ 

Böyük  böhranadək  çoxsaylı  elmi  əsərlərində  milli  iqtisadiyyatların  miqyasının 

genişlənməsinin,  əsas  kapitalist  ölkələrinin  dövlətlərarası  əlaqələrinin 

sıxlaşmasmm  və  maliyyə  kapitalının  qovuşmasının  yalnız  bir  ölkədə  meydana 

çıxa biləcək kataklizmlər səbəbindən baş verən  böhranın  digər ölkələrə sirayət 

etməsi  ilə  nəticələnəcəyini,  dövlətlərin  isə  bunun  qarşısında  aciz  qalacağını 

sübuta  yetirən  ingilis  iqtisadçısı  və  siyasi  xadimi  C.M.Keyns  olmuşdur.  Onun 

fundamental olan «Məşğulluğun, faizin və pulun ümumi 



43 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə