Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə151/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   147   148   149   150   151   152   153   154   ...   306

uyğunlaşdırılması  istiqamətində  inkişaf  edir.  Həm  yeni  sazişlərin  bağlanması, 

həm də arbitraj qərarlarının sayının çoxalması nəticəsində investisiya rejiminin 

sürətli təkamülü baş verir. 2009-cu ildə 211 yeni BİS bağlanmış (82 İİM, 109 

İVAQM və 20 başqa BİS), yəni həftədə təqribən 4 yeni saziş imzalanmışdır. İlin 

sonunda  isə  sazişlərin  sayı  5939-dək  artmışdır.  Sazişlərin  tezliklə  bağlanması 

meyli  2010-cu  ildə  də  davam  etmiş  və  ilk  5  ay  ərzində  daha  46  BİS 

imzalanmışdır  (6  İİM,  33  İVAQM  və  7  başqa  BİS).  Lissabon  müqaviləsinə 

əsasən  XBİ  məsələləri  üzrə  səlahiyyətlərin  üzv-dövlətlərdən  alınaraq, 

ümumilikdə  Aİ-yə  verilməsi  nəticəsində  Avropada  ciddi  irəliləyişlər  əldə 

olunmuşdur. İnvestorlarla dövlətlər arasında mübahisələrin həllinə gəldikdə isə 

2009-cu  ildə  ən  azı  32  yeni  iş  başlanmış  və  44  qərar  qəbul  olunmuş,  bunun 

nəticəsində  ilin  sonunda  qaldırılmış  işlərin  ümumi  sayı  357-ə  çatmışdır.  Bu 

işlərin əksəriyyətində iddiaçı qismində inkişaf etmiş ölkələrin investorları çıxış 

etmiş,  cavabdeh  isə  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələr 

olmuşdur. Təhlilçilərin rəyinə görə, arbitraj qərarlarının bəzisinin tam məntiqi 

olmamasına  yaxud  bir-biri  ilə  uzlaşmamasma  baxmayaraq,  ümumilikdə 

konsolidasiya meyilləri bərpa olunur (şəkil 14.3). 

14.3-cü  şəkildəki  diaqramda  2009-cu  ildə  beynəlxalq  investisiya 

sazişlərinin (İİM, İVAQM və sair) sayının zəif də olsa, artım prosesi əks olunur. 

2010-cu  ildə  də  bu  çoxalma  davam  etmişdir.  Eyni  vaxtda  milli  təhlükəsizlik 

mülahizələri əsasında xarici investisiyalar üzərində nəzarət meyilləri də öz təsiri 

qüvvəsini  saxlamışdır.  Bu  məqsədlə  İƏİT  ölkələrinin  bəzisində  dövlət 

tənzimlənməsi  tədbirləri  həyata  keçirilmişdir.  Onlar  mütləq  xəbərdarlıq 

qaydasının  təsir  dairəsini  genişləndinniş  yaxud  hökumətə  ölkə  şirkətlərinin 

kapitalında  səhm  paylarının  satın  alınmasını  məhdudlaşdırmaq  hüququ 

vemaişdir.  Latın  Amerikasının  bir  çox  ölkələrində  hasilat  sənayesində  xarici 

müəssisələrin milliləşdirilməsi meyli də qalmaqdadır. 

Yuxarıdakı  cədvəllərin  və  diaqramların  məlumatlarından  görünür  ki, 

axırıncı  10  ildə  (2001-2010-cu  illər),  ikitərəfli  və  regional  səviyyələrdə 

bağlanılan  BİS-in  sayı  xeyli  çoxalmışdır.  İkitərəfli  səviyyədə  ən  mühüm 

müqavilə alətləri bunlardır: 

 



ikitərəfli investisiya sazişləri (İİS); 

 



ikiqat  vergitutmanm  aradan  qaldırılması  haqqında  müqavilələr 

(İVAQM). 



377 


 

7(KHI 


(İO5000 


^Ü(K) 

3000 


200(1 

I0(HI 


(I 

2002 


200(i 

200


»

 

il ərzində bağlanmış İkitərəfli İnvestisiya Müqavilələrinin (İİM) 



il ərzində bağlanmış ikiqat Vergiqoymanm Aradan Qaldırılması Müqavilələrinin 

Beynəlxalq İnvestisiya Sazişlərinin (BİS) artan yekunla 



Şəkil 14.3.

 Beynəlxalq İnvestisiya Sazişlərinin (BİS) və başqa müqavilələrin 

(İİM, İVAQM)* bağlanılmasının dinamikasında tendensiyalar 

* UNCTAD. World Investment Report, 2010. P. 23 

Son vaxtlar bəzi ölkələrlə bağlanan sazişlər daha çox liberallaşma effekti 

versə  də,  İİS  investorların  müdafiə  olunması  alətidir.  Dünya  üzrə  XBİ-nin 

təqribən  7%-i,  inkişaf  etməkdə  olan  ölkələrdə,  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələrində  XBİ-nin  ümumi  həcminin  22%-i  bu  müqavilələrlə  əhatə  edilir. 

İVAQM  vergi  tutulan  gəlirlərin  bölgüsü  ilə  əlaqədar  olan  məsələlərin  həlli,  o 

cümlədən  ikiqat  vergitutmanın  miqyasının  azaldılması  məqsədi  ilə  bağlanılır. 

Dünya üzrə XBİ-nin təqribən 87%-i, inkişaf etməkdə olan ölkələrdə. Mərkəzi və 

Şərqi Avropa ölkələrində isə onların ümumi həcminin 57%-i bu müqavilələrin 

əhatə dairəsindədir. 

Kapitalizmin 3 aparıcı mərkəzi çərçivəsində bağlanmış müqavilələrin və 

sazişlərin (İİS, İVAQM) əksəriyyəti həm investisiyaların, həm də ticari-iqtisadi 

əməkdaşlıq  üzrə  ən  önəmli  tərəfdaşlarla  münasibətlərin  qarşılıqlı  surətdə 

tənzimlənməsini  nəzərdə  tutur.  Müqavilələrin  bu  tipi  bazarın  perspektivliyi  və 

sahibkarlıq  fəaliyyəti  baxımından  daha  böyük  maraq  kəsb  edən  ölkələrlə  daha 

intensiv bağlanılır. Başqa məlumatlar da bu fikri təsdiqləyir. 

Bəzi regional müqavilələr yalnız investisiyalara aid olsa da, son vaxtadək 

bu  məsələlərin  ticarət  sazişləri  vasitəsilə  tənzimlənməsinə  meyil  göstərilməsi 

müşahidə edilirdi. Bu, ikitərəfli ticarət sazişlərinə də şamil olunur. Bundan 



378 


əlavə,  indi  azad  ticarət  haqqında  müqavilələr  bir  çox  hallarda  həm  də  azad 

investisiya rejimi haqqında razılaşma əldə olunduğunu da ifadə edir. 

Az sayda mövcud olan çoxtərəfli sazişlər konkret investisiya məsələlərinə 

(məsələn, ticarətlə əlaqədar investisiya tədbirləri, sığorta, mübahisələrin nizama 

salınması  və  sosial  siyasət  məsələləri)  aiddir  yaxud  sektorial  xarakterdədir 

(məsələn.  Xidmətlər  sahəsində  Ticarət  üzrə  Baş  Saziş,  GATS  -  General 

Agreement on Trade in Services). İnvestisiyalara dair çoxtərəfli ümumi müqavilə 

olmasa  da,  hazırda  bu  ideya  ilə  bağlı  məsələ  YTT-  də  müzakirə  edilir. 

Ümumilikdə  isə  BİS-in  sayının  artması  və  onların  özünün  xarakteri  son 

onilliklərdə milli siyasətin XBİ üçün daha da açılmasına istiqamətləndiyini əks 

etdirir.  Bununla  əlaqədar  olaraq,  XBİ  ilə  bağlı  məsələlər  beynəlxalq  iqtisadi 

diplomatiyada  ön  plana  çıxır.  Bu,  çoxtərəfli  səviyyədə  keçirilən  beynəlxalq 

ticari-iqtisadi danışıqlarla həmişə əlaqədar olmasa da, müasir dövrdə ikitərəfli və 

çoxtərəfli, regional səviyyələrdə yaranan vəziyyətdən, bağlanmış müqavilələr və 

sazişlər nətieəsində meydana çıxan mexanizmlərdən asılıdır. 

Qarşılıqlı  XBİ  axınlarının  intensiv  artımı  ilə  bərabər,  şirkətlər  arasında 

münasibətlər  mürəkkəbləşir,  dövlətlərarası  səviyyədə,  ikitərəfli  və  çoxtərəfli 

ticari-iqtisadi  danışıqlar  zamanı  həll  edilməli  olan  çoxsaylı  məsələlər  meydana 

çıxır.  Təcrübədə  BİS-in  təyinatından,  dəqiq  məzmunundan  asılı  olaraq,  XBİ 

məsələlərinə  müəyyən  dərəcədə  toxunulur.  Bir  qayda  kimi,  onların  hamısı 

iqtisadi  agentlərin  (şirkətlərin)  həlledici  rol  oynamasına  şərait  yaratmaqla, 

tənzimləmə rejiminin aşkarlığını yüksəldir, sabitləşdirir və nəticələri əvvəlcədən 

görmək imkanı  yaradır.  Bunun niyyəti müvafiq  iqtisadi  şərait  yarandığı  halda, 

XBİ-nin  həcmini  artınnaqdır.  Beləliklə,  XBİ  üçün  həlledici  olan  amillərə 

toxunulduğu halda, BİS onun axınlarına təsir göstərə bilir. 

Təcrübə  göstərir  ki,  XBİ-nin  daha  səmərəli  tərzdə  cəlb  edilməsi  və 

bununla əlaqədar fayda əldə olunması üçün yalnız passiv-liberal siyasətin həyata 

keçirilməsi  kifayət  deyil.  Liberallaşma  böyük  həcmdə  XBİ  cəlb  olunmasına 

yardım göstərə bilər, amma ondan maksimum fayda əldə edilməsi üçün bunun 

kifayət etməyəcəyi bəllidir. Məsələn, qəbul edən ölkə üçün daha yüksək fayda 

potensialına  malik  olan  XBİ  növlərinin  (qabaqcıl  texnologiyalara  yaxud 

ixracyönümlü sahələrə XBİ qoyuluşları) cəlbi sadəcə ölkəyə XBİ daxil olması və 

bununla  bağlı  əməliyyatların  liberallaşdırılması  ilə  müqayisədə  daha  çətin 

məsələdir. Ölkələr xarici investorların cəlbində uğur əldə edən kimi, XBİ- 



379 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə