dən daha böyük fayda götürülməsində milli investisiya siyasəti ön plana keçir.
Siyasət tədbirləri texnologiyaların modernləşdirilməsini sürətləndirə, yerli
səviyyədə satınalmaların həcmini genişləndirə, əldə edilən mənfəətin yenidən
investisiyalara yönəldilməsi məbləğini artıra, ətraf mühitin mühafizəsini və
istehlakçıların hüquqlarının müdafiəsini gücləndirə bilər və s. Onlar XBİ ilə
əlaqədar olan potensial təhlükələr qarşısında sədd qoymağa da qadirdir. Məsələn,
onlar anti-inhisar praktikasının genişlənməsini ləngidə, xarici fımıalann öz
hərəkətləri ilə fəaliyyət qabiliyyətli ölkə şirkətlərini bazardan sıxışdınuasına
yaxud yerli şəraitin özəlliklərini pozmasına müqavimət göstərə bilər. BİS
bağlanarkən, bu cür siyasətin həyata keçirilməsi üçün zəruri olan alətlər toplusu,
bir qayda kimi, məhduddur yaxud ümumiyyətlə yoxdur.
Bütövlükdə isə, inkişafa səmtləşmiş müddəalar tərəflərin öhdəliklər qəbul
etməyə hazırlığından asılı olaraq, imperativ yaxud dispozitiv ola bilər. BİS-də
iştirak edən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən
uyğunsuzluqları, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan, xüsusilə də zəif
inkişaf etmiş ölkələrə yardım göstərmək öhdəliyini qəbul etməsi vasitəsilə aradan
qaldırmaq mümkündür. İnkişaf etmiş dövlətlərin yoxsul ölkələr qrupuna
texnologiyaların
ötürülməsində
yardım
göstərməsini
nəzərdə
tutan
Texnologiyaların Ötürülməsi haqqında Saziş buna nümunədir. TMK-nın
yerləşdiyi ölkələrin XBİ axınlarını inkişaf etməkdə olan ölkələrə səmtləşdinnək
üçün şərait yaratmaq, özü də bunu müvafiq beynəlxalq təşkilatlar vasitəsilə
texniki yardımın göstərilməsi barədə müddəalarla möhkəmləndirmək öhdəliyini
qəbul etməsi xüsusilə aktualdır. Predmetin mürəkkəbliyi, inkişaf etməkdə olan
ölkələrin çoxunun, xüsusilə də zəif inkişaf etmiş ölkələrin XBİ sahəsində
siyasətin təhlili və işlənib hazırlanması, habelə insan resurslarının və institusional
bazanın tərəqqisi üçün mali}ryə çətinliklərini nəzərə aldıqda, bu sazişlər böyük
əhəmiyyət kəsb edir. İnstitusional tərəqqi inkişaf etməkdə olan ölkələrə XBİ-nin
cəlb olunmasında və bundan faydalanmaqda yardım göstərilməsini nəzərdə tutur.
BİS-in məzmununun razılaşdırılması. Ölkələrin XBİ sahəsində milli
siyasətinin inkişafına aid olan və beynəlxalq investisiya danışıqları keçirildikdə
xüsusilə incə yanaşma tələb edən, ölkələrin əksər hallarda tam əks mövqe
tutduqları məsələlərin nizama salınması BİS-in məzmununun razılaşdırılmasında
mərkəzi yer tutur. Bu məsələlərə aşağıdakıları aid etmək olar:
380
•
sazişin əsas müddəalarını ümumi şəkildə təsvir və əhatə dairəsini
müəyyən etdiyinə görə investisiya anlayışının təyin olunması;
•
milli müəssisələrə verilməsi mümkün olan üstünlüklərin həcmini və
üsullarını müəyyən etdiyinə görə milli rejimin tətbiq olunma hüdudları (xüsusilə
də ölkədə yerləşmək hüququna tətbiq baxımından);
•
tənzimləmə hüququ ilə xüsusi mülkiyyət sahiblərinin hüquqları
arasındakı sərhəd meyarlarının müəyyənləşdirilməsini nəzərdə tutduğuna görə
əmlakın müsadirə olunmasının dövlət siyasəti çərçivəsində yol verilən
tənzimləmə tədbiri kimi nəzərdən keçirildiyi hallar;
•
qeyri-dövlət subyektlərinin cəlb olunması və investisiya mübahisələrinin
nizama salınmasında müstəqillik dərəcəsi barədə məsələ meydana çıxdığına
görə, mübahisələrin həlli mexanizmlərinin təsir dairəsi;
•
inkişaf məqsədlərinə nail olunmasına imkan yaratdığına görə istehsal-
investisiya fəaliyyətinə, stimullara, texnologiyaların verilməsi və rəqabət
sahələrində siyasətə dair tələblərdən istifadə olunması.
İnkişaf etməkdə olan ölkələrin çoxunun nöqteyi-nəzərindən geniş,
«pozitiv siyahılara» əsaslanan, hər bir ölkəyə öz ehtiyaclarına və vəziyyətinə
uyğun olaraq, BİS-də öhdəlikləri hansı şərtlərlə, hansı qrafik üzrə qəbul etməkdə
müstəqillik təmin edən GATS tipli yanaşma daha münasibdir. Bu halda gələcək
BİS-də ümumi balans əldə olunmasını təmin etmək üçün TMK- nın yerləşdiyi
ölkələrin öhdəliklərinə xüsusi diqqət yetirilməlidir. İnkişaf etmiş ölkələrin (məhz
onlar TMK-nın yerləşdiyi əsas ölkələrdir) hamısında XBİ axınlarının inkişaf
etməkdə olan ölkələrə yönəldilməsinə həvəsləndinnənin müxtəlif təsirli
tədbirləri artıq mövcuddur. Bu cür öhdəliklər bir sıra ikitərəfli və regional
müqavilələrdə öz əksini tapmışdır. İnkişaf etməkdə olan ölkələr gələcək BİS-də
aşkarlıqdan, sabitlikdən və TMK-nın yerləşdiyi ölkələr tərəfindən həyata
keçiriləcək tədbirlərin əvvəlcədən açıqlamasından daha böyük fayda əldə edə
bilərdi.
TMK-lar inkişaf etməkdə olan və ya keçid iqtisadiyyatlı ölkələrə
qoyduqları investisiyalardan əldə etdikləri faydanı, özlərinin fəal korporativ
sosial məsuliyyəti çərçivəsində könüllü qaydada yaxud hüquqi baxımdan dəqiq
işlənib hazırlanmış prosedurlar çərçivəsində tədbirlər keçirmək vasitəsilə artıra
bilər. Qəbul edən ölkələrin dövlət gəlirlərinin artmasına, yerli müəssisələrlə
əlaqələrin formalaşmasına və inkişafına, iş yerlərinin yaradılmasına, yerli işçi
qüvvəsinin ixtisas səviyyəsinin yüksəlməsinə və texnologiyaların verilməsinə
381