Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə153/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   149   150   151   152   153   154   155   156   ...   306

maksimum dərəcədə şərait yaradan sahələr xüsusilə mühüm əhəmiyyət kəsb edir. 

Əsas  məsələ  inkişaf  qarşısında  qoyulan  məqsədləri  beynəlxalq  investisiya 

sazişlərinin (BİS) bir hissəsinə çevirməkdir. 

Maraqlı nümunə: Rusiyada xarici şirkətlərin (onun iqtisadiyyatının 40%- ə 

nəzarət edən) mədaxillərindən əldə edilən gəlirlər minimum səviyyədədir. 

BİS  məsələləri  mürəkkəb  xarakterlidir.  BİS-in  bəzi  müddəalarının 

potensial nəticələri axıradək öyrənilmədiyindən, ayrı-ayrı ölkələr düzgün seçim 

etməkdə çətinlik çəkir. Bununla əlaqədar olan çətinlikləri və məqamları regional 

səviyyədə  NAFTA-nm  təcrübəsində,  GATS-ın  regionlararası  səvi}^əsində 

BİS-lər,  çoxtərəfli  səviyyədə  baxıldıqda,  ticarətlə  bağlı  olan  investisiyaların 

timsalında nümayiş etdirmək olar. Sazişlərin tətbiq və təfsir olunması ilə əlaqədar 

problemlər  tez-tez  meydana  çıxır.  Belə  hallarda  nəticəsinin  əvvəlcədən  nəzərə 

alınması mürəkkəb olan mübahisələr yarana bilər. BİS-lər MDB ölkələrində, o 

cümlədən Rusiyada daha mürəkkəb və qeyri- müəyyən xarakterdədir; nəticədə 

ölkələrin  bu  qrupu  xarici  şirkətlər  üçün  böyük  məbləğdə  izafi  mənfəət 

əldəetmənin mənbəyinə çevrilir. 

Milli hökumətlər və beynəlxalq təşkilatlar bu cür problemləri minimum 

səviyyəyə endinnəyə imkan verən tərzdə hərəkət etməlidir. Amma əsas məsələ, 

bunu  necə  etməkdir.  UNCTAD-m  Baş  Katibi  R.Rukiperunun  söylədiyi  fikir 

bundadır  ki,  müqavilədə  iştirak  edən  inkişaf  etməkdə  olan  ölkələrin  yararlana 

biləcəyi  xüsusi  və  fərqləndirilmiş  hüquqlar  və  çıxarışlar  spektrinin 

dəqiqləşdirilməsi  məqsədilə  müvafiq  müdafiə  tədbirləri  hələ  ilkin  mərhələdə 

nəzərdə  tutulmalıdır.  Bundan  başqa,  onun  rəyincə,  inkişaf  etməkdə  olan 

ölkələrdə,  xüsusilə  də  zəif  inkişaf  etmiş  ölkələrdə  sazişlərin  yerinə  yetirilməsi 

üçün  peşəkarların,  o  cümlədən  maliyyə  işçilərinin  çatışmaması  müşahidə 

olunduğuna  görə,  burada  beynəlxalq  səvij^ədə  olan  öhdəliklərin  yerinə 

yetirilməsi ilə əlaqədar inzibati yük xeyli mürəkkəb olacaq. Bu, yeni sazişlərin 

bağlanmasından  əvvəl  və  qəbul  olunan  öhdəliklər  yerinə  yetirilərkən  siyasətin 

müxtəlif  variantlarının  düzgün  qiymətləndirilməsi  işində  inkişaf  etməkdə  olan 

ölkələrə  yardım  göstərilməsi  potensialının  möhkəmləndirilməsinə  yönəlmiş 

texniki  əməkdaşlığın  əhəmiyyətini  göstərir'.  Amma  bu  məsələnin  yalnız 

metodoloji cəhətidir, əsası isə budur: konkret ölkə tərəfindən müvafiq sazişi kim 

bağlayır? Bu şəxsin peşə hazırlığı hansı səviyyədədir? Kimin mənafeyini ifadə 

edir: cəmiyyətin, yoxsa dövlət bürokratiyasmm, hakimiyyət daşıyıcı- 

' UNCTAD. World Investment Report, 2003. P. 7. 

382 



larinin? 

Beləliklə,  beynəlxalq  müqavilələrin  və  sazişlərin  icrasının  hər  bir 

mərhələsində  ölkələrin  əsas  vəzifəsi  bağlanılan  BİS-in  istənilən  səviyyədə  və 

kontekstdə  məqsədlərinin,  məzmununun  və  yerinə  yetirilməsi  yollarının 

razılaşdırılmasında  balansın  əldə  olunmasına  yönəlmiş  inkişaf  prosesini 

tapmaqdır.  Başqa  sözlə,  böyük  həcmdə  XBİ-nin  cəlbinə  və  bunlardan  böyük 

fayda əldə olunmasına yönəlmiş siyasətin dəstəklənməsi üçün, inkişaf aspektləri 

beynəlxalq investisiya sazişlərinin ayrılmaz hissəsi olmalıdır. 



Xülasə 

 



Kapitalın  beynəlxalq  hərəkətinin  (maliyyə  resurslarının  ölkədən 

çıxarılmasının) mahiyyəti və məzmunu kapitalın müəyyən hissəsinin bir ölkədə 

milli  dövriyyədən  çıxarılaraq,  başqa  ölkələrdə  ən  müxtəlif  fonnalarda  istehsal 

prosesinə  yaxud  digər  dövriyyəyə  daxil  edilməsindədir.  Müasir  dövrdə 

investisiya kapitalının ölkədən çıxarılması öz templərinə görə onun beynəlxalq 

hərəkətinin başqa fonnalarını geridə qoyaraq, üstünlük təşkil edir. Bu meyil XXI 

əsrin  əvvəlində,  hətta  dünya  iqtisadiyyatında  tənəzzül  şəraitində  də 

möhkəmlənmişdir.  Kapitalın  ölkədən  çıxarılmasının  səbəbləri  və  məqsədləri 

dəyişməz  qalır:  kapital  sahiblərinin  BƏB  proseslərindən  və  müqayisəli 

üstünlüklərdən yararlanmaqla, mənfəət normasını yüksəltmək. 

Müharibədən  sonrakı  onilliklərdə  inkişaf  etmiş  ölkələrin  maliyyə 

resurslarının  beynəlxalq  hərəkəti  ciddi  dəyişikliklərə  məruz  qalsa  da,  1980- 

1990-cı  illərdə  xüsusilə  intensivləşən  yüksəlmə  meyli  müşahidə  olunmuşdur. 

Xarici  investisiyaların  yardımı  ilə  malların  və  xidmətlərin  istehsalı  arasındakı 

ziddiyyətlər  qismən  həll  olunur,  əmtəələrin  ixracı  və  idxalı  artırılır,  intensiv 

iqtisadi artımın nəticəsi kimi, xidmətlərin və işçi qüvvəsinin ölkədən-ölkəyə axını 

güclənir,  avadanlığa  və  xidmətlərə  tələbat  çoxalırdı.  Bununla  da,  mənfəət 

nonnasmm aşağı düşməsi meyli neytrallaşdırılır, bütövlükdə ümumdünya iqtisadi 

tarazlığının strateji məsələləri həll olunurdu. 

 



Dünya  iqtisadiyyatında  böhranlı  enmə  başa  çatdıqdan  sonra,  2003-cü 

ildə  yeni  ümumdünya  iqtisadi  tsiklinin  başlanması  ilə  əlaqədar  olaraq,  XBİ 

axınları dünya iqtisadiyyatında, maliyyəsində və ticarətdə 2008-ci ildə baş verən 

dərin  böhranadək  yeni  dinamizmlə  səci}^ələnirdi.  Yeni  yüksəliş  2009-cu  ilin 

sonundan başlasa da, həm bütövlükdə, həm də regionlar üzrə dayanıqlı 

383 



olmamış,  yalnız  Çin,  Hindistan  və  müəyyən  qədər  ABŞ  kimi  ölkələrin 

dinamikası hesabına saxlanmışdır. 

 

Kapitalın beynəlxalq hərəkəti miqyasının intensiv  genişlənməsi dünya 



ictimaiyyəti  qarşısında  ümumdünya  kapitallar  bazarının  inkişafının  təmin 

edilməsi kimi mühüm məsələ qoyur. Kapitalın beynəlxalq hərəkətinin strukturu, 

onun növləri və fonnalan mürəkkəbləşir. Burada kapitalın ölkədən çıxarılmasının 

dövlət formalarının əhəmiyyətinin azaldığını düşünmək düzgün olmazdı. Daha 

da  mürəkkəbləşərək,  onlar  özəl  kapitalın  istiqamətləndiyi  regionlarda  və 

ölkələrdə  sosial-iqtisadi  və  siyasi  sabitliyin  təmin  olunmasının  ümumi 

məsələlərinin həllinə xidmət edir. Təbii ki, özəl kapitalın mənfəətlə işləməsi üçün 

sosial-iqtisadi  ilkin  şərtləri  möhkəmləndirmək  üzrə  ənənəvi  funksiyası  onların 

öhdəsində qalır. 

 



TMK-nm  böyük  investisiya  axınları  və  qlobal  fəaliyyəti  milli  iqtisadi 

sistemləri  vahid  istehsal-iqtisadi,  investisiya-maliyyə  əlaqələrinə  cəlb  etməklə, 

onları öz aralarında get-gedə daha sıx bağlayır. Bunun nəticəsi kimi, ölkələrin 

qarşılıqlı  asılılığı  güclənir  və  bu,  şübhəsiz  ki,  proteksionist,  ticarət,  istehsal, 

investisiya  və  başqa  maneələri  aradan  qaldıran,  təsərrüfat  əlaqələrinin 

qovuşmasına,  əhalinin  və  işçi  qüvvəsinin  sərbəst  hərəkətinə  şərait  yaradan 

pozitiv  prosesdir.  Bütün  bunlar  əmək  məhsuldarlığını,  milli  iqtisadiyyatın 

səmərəliliyini  yüksəldir,  bilik  və  texnologiyalarla  mübadiləni  genişləndirir, 

amma  bununla  yanaşı,  dünya  iqtisadiyyatının  qlobal  sistemindəki  hər  hansı 

«zəncirdə»  baş  verən  pozuntu  nəticəsində  milli  iqtisadiyyat  üçün  təhlükə 

yaranması  riskini  artırır.  Bu  proseslər  eyni  zamanda  beynəlxalq  istehsalı  - 

iqtisadiyyatın TMK-lar tərəfindən nəzarət olunan sektorunu fonnalaşdınr. 

 

Milli  iqtisadiyyatın  transmillilik  indeksi  yüksəldikcə,  onun  dünya 



iqtisadiyyatının  vəziyyətindən  asılılığı  güclənir.  Milli  iqtisadiyyatların  artan 

beynəlmiləlləşməsi investisiya proseslərinin bir növ «ikili» - beynəlxalq və milli 

səviyyələrdə tənzimlənməsini tələb edir. Buna müvafiq olaraq, dövlətlər XBİ-nin 

artmasının  asanlaşdırılması  üçün  şərait  təmin  edirlər.  Əvvəlki  onilliklərlə 

müqayisədə,  son  illərdə  ölkələr  arasında  XBİ  axınlarım  asanlaşdıran 

müqavilələrin  və  razılaşmaların,  beynəlxalq  investisiya  sazişlərinin  (BİS) 

bağlanmasının intensivliyi artmışdır. BİS, İİS və İVAQM sistemi investisiyaların 

hərəkətinin tənzimlənməsində və bütövlükdə BİM sistemində mühüm yer tutur. 

Qlobal  maliyyə-iqtisadi  böhranı  liberal  yanaşmanın  dövlət  tənzimlənməsinin 

güclənməsi ilə əlaqələndirilməsinin 



384 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə