Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə154/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   150   151   152   153   154   155   156   157   ...   306

zəruriliyini  nümayiş  etdirməklə,  investisiyaların  beynəlxalq  tənzimlənməsi 

sistemində mühüm dəyişikliklərə səbəb olmuşdur. 

 

İnvestisiyaların  cəlbi  üzrə  konkret  tədbirlər,  ixtisaslı  işçi  qüvvəsinin 



yerli  bazasının,  texniki  potensialın  genişləndirilməsi,  iri  (habelə  orta) 

korporasiyaların  ixracla  məşğul  olan  xarici  filialları  arasında,  həmçinin,  yerli 

malgöndərənlərlə  əlaqələrin  inkişaf  etdirilməsi  sahəsində  güclü  səylərlə 

dolğunlaşdırılmalıdır.  Bu  geniş  aspektlərin  nəzərə  alınması  ixraca  səmtləşmiş 

XBİ-nin qəbul edən ölkənin inkişafına öz nəticələrini göstənuəsi üçün vacibdir. 

Daha keyfiyyətli XBİ cəlb etməklə yanaşı, həyata keçirilən fəali)^ət növlərinin 

səviyyəsini  də  yüksəltməyə  şərait  yaratdığına  görə,  mühümlüyü  baxımından 

ölkənin öz potensialının inkişafı birinci yerə qoyulmalıdır. 

 

Ehtimal  ki,  orta  və  uzunmüddətli  perspektivdə  Rusiyaya  XBİ  axını 



böyük  qeyri-müəyyənliklə  müşayiət  olunacaq.  Bu,  həm  daxili  siyasətin 

elementləri və bundan daha çox, infrastrukturun geridə qalması və bununla bağlı 

olaraq, daxili bazarın həcminin iri kapital massivləri üçün darlığı ilə əlaqədardır. 

Ərazisi  nəhəng,  tərkib  hissələri  əməyin  ərazi  və  istehsal-sahə  bölgüsü 

baxımından başdansovdu şəkildə əlaqələndirilmiş ölkə təsərrüfatına adekvat olan 

məbləğdə  intensiv  XBİ  axınlarını  təmin  etmək  üçün  yalnız  xammal  layihələri 

(neft-qaz layihələri üstünlük təşkil etməklə) kifayət deyil. Rusiya iqtisadiyyatına 

XBİ  axınlarının  məhdudlaşmasının  əsas  səbəbi  hələ  1970-1980-ci  illərdə 

köhnəlmiş zəif infrastrukturdur. Hökumət ilahi qüvvə tərəfindən (siyasi məharət 

sayəsində  yox)  yaradılmış,  10  il  ərzində  Rusiya  xəzinəsinin  neft  dollarlarmm 

tükənməz axını ilə dolduğu unikal tarixi şansı əldən buraxmamalı, bundan ölkədə 

XXI  əsr  infrastrukturunun  yaradılması  üzrə  böyük  obyektlərin  tikintisi  üçün 

istifadə  etməlidir.  Xalqın  rifahının  yüksəldilməsi  məqsədi  ilə  ölkəyə  güclü 

investisiya  axınlarının  cəlb  olunmasının  və  dayanıqlı  iqtisadi  artımın  təmin 

edilməsinin yeganə mexanizmi budur. 

 



UNCTAD-2010 Hesabatında hökumətlərin, elmi ictimaiyyətin, işgüzar 

dairələrin  diqqətinin  iqtisadiyyatın  karbohidrogen  sektorlarının  inkişafına 

yönəldilməsinin  həyati  vacibliyi  vurğulanır;  burada  TMK-lar  həm  ekoloji 

problemləri yaradan amil, həm də həmin problemin həllinin açarı kimi nəzərdən 

keçirilir. 

385 



Yoxlama sualları 

1.

 



Kapitalın  beynəlxalq  hərəkətinin  təbiəti  və  səbəbləri  nədən  ibarətdir? 

Kapitalın XBİ formasında hərəkət etməsinin səbəbləri nədir? 

2.

 

Ölkəyə XBİ daxilolmasının real dinamikasının indeksi nədir? XBİ-nin 



daxil  olduğu  və  çıxarıldığı  aparıcı  ölkələr  hansılardır?  Şirkətin,  ölkənin 

transmillilik indeksinin müəyyənləşdirilməsində XBİ hansı rolu oynayır? 

3.

 

Ölkələrin müxtəlif qruplarında XBİ-yə təsir göstərən amilləri sadalayın. 



XBİ-nin tənzimlənməsinin milli rejimlərində hansı dəyişikliklər baş vermişdir, 

onların hansı xüsusiyyətləri vardır, QƏ kapitalın hərəkətinə təsiri nə cürdür? 

4.

 

İqtisadi qüdrətin 4 mərkəzi: ABŞ - Aİ - Yaponiya - Çin arasında XBİ- 



nin  hərəkətini  təhlil  edin.  Bu  mərkəzlərdən  hər  birinin  inkişaf  etməkdə  olan 

ölkələrlə  investisiya  kapitalı,  tərəfdaşlığın  xarakteri  üzrə  əlaqələri  necədir? 

XBİ-ni qəbul edən lider ölkələrdə XBİ indeksləri necədir? 

5.

 



Qlobal böhran XBİ-nin hərəkətinə nə cür təsir göstərmişdir? 

6.

 



«Kapitalın  beynəlxalq  hərəkətinin  formaları»,  «kapitalın  strukturu», 

«dövlət kapitalı və özəl kapital» anlayışlarını xarakterizə edin. Dövlət kapitalının 

və  özəl  kapitalın  növlərini,  ölkədən  çıxarılan  kapitalın  mənbələrini  göstərin. 

Kapitalın  xalis  hərəkəti  nə  deməkdir?  İnvestisiyaların  hansı  növlərini  və 

fonnalarını tanıyırsınız? Kapitalın ixracı nə deməkdir? Kapital ixracının növləri 

və formaları hansılardır? 

7.

 

Dövlətin  beynəlxalq  investisiya  siyasətində  (investisiya  rejimlərinin 



dəyişməsində) rolunun yüksəlməsi nədə təzahür olunur? 

8.

 



İİS-in  və  İVAQM-m  məzmununu  və mahi)^ətini izah edin.  Ölkələrin 

müxtəlif  qruplarında  BİS  sistemini  təhlil  edin.  BİS-in  məzmununun 

razılaşdırılmasmda başlıca məsələ nədir? 

9.

 



Beynəlxalq  təşkilatlar  istehsalçıları  və  milli  hökumətləri 

karbohidrogen iqtisadiyyatına investisiya yönəltməyə niyə həvəsləndirir? 

10.

 

Rusiyada  infrastrukturun  inkişafı  və  modernləşdirilməsi  üçün  XBİ- 



dən istifadə olunmasının zəruriliyi nədən irəli gəlir? 

386 


Referatlarm mövzuları 

1.

 



Kapitalın  beynəlxalq  hərəkəti;  şərtləri  və  əsası,  kapitalın  hərəkəti 

formaları 

2.

 

Xarici  birbaşa  investisiyalar,  böhrandan  sonrakı  dövrdə  onların 



coğrafiyası 

3.

 



Rusiyada XBİ: xarici investisiyalar ölkəmizə nə verir? 

4.

 



Beynəlxalq  investisiya  sazişləri  (BİS)  sistemi,  investisiyalar  barədə 

sazişlər  (İİS),  ikiqat  vergitutmanın  aradan  qaldırılması  haqqında  müqavilələr 

(İVAQM) 

387 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə