Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə155/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   151   152   153   154   155   156   157   158   ...   306

Fəsil 15 

TMK DÜNYA İQTİSADİYYATININ 

BEYNƏLMİLƏLLƏŞMƏSİNİN 

DƏRİNLƏŞMƏSİNİN ƏSAS AMİLİDİR 

15.1.

 

TMK: inkişaf naminə ekspansiya, 

yoxsa super gəlirlər dalınca qaçma? 

Ən ümumi şəkildə TMK-ya



 

bu cür açıqlama vermək olar: aktivləri bir neçə 

ölkədə yerləşdirilmiş yaxud iqtisadiyyatın bir və ya bir neçə sahəsində müxtəlif 

millətlərə  mənsub  kapitalla  təmsil  olunmuş,  beynəlxalq  menecmentlə  idarə 

edilən iri firma. 

Son  2-3  onillik  ərzində  TMK-nm,  onların  beynəlxalq  əməliyyatlarının 

miqyasının  və  fonnalarmm  dəyişməsi  nəticəsində  strategiyalarında  və 

strukturunda  baş  verən  dəyişikliklər  bu  gün  mövcud  və  formalaşmaqda  olan 

bazarların və sahələrin xarakterini müəyyən edir. Belə ki, ötən dövrdə TMK- nm 

inteqrasiya olunmuş beynəlxalq istehsal sistemi beynəlxalq şəbəkəyə çevrilmiş

 

və 


bunun  dairəsində  onlar  müstəqil  yaxud  qismən  müstəqil  olan  strukturların 

fəaliyyətini  subpodrat  mexanizmləri  və  ya  orijinal  avadanlıq  istehsalçıları 

vasitəsilə  getdikcə  daha  geniş  əlaqələndirirlər.  Bununla  yanaşı,  indi  TMK-lar 

iştirakçıhğm paylı olmayan formalarını,



 

məsələn, infrastruktur layihələri həyata 

keçirilərkən «inşaat - sahiblik - istismar - ötürülmə» sxemi çərçivəsində fəaliyyəti 

genişləndirir.  TMK-nm  dünyada  fəaliyyət  miqyasının  son  dərəcə  genişlənməsi 

ilə  bərabər,  yeni  iştirakçılar  və  investorlar,

 

o  cümlədən  inkişaf  etməkdə  olan 

ölkələrin TMK-sı, MRP (Milli Rifah Fondları) və birbaşa investisiyalar üzrə özəl 

fondlar meydana çıxmışdır. TMK-nm yeni aləmi həm onların yerləşdiyi, həm də 

onları qəbul edən ölkələrin milli və beynəlxalq səviyyələrdə siyasəti üçün ciddi 

nəticələr doğurur. 

Qismən də olsa, son zamanlar bu səbəbə görə investisiya siyasətində aydın 

dəyişikliklər baş verməklə, investorların və dövlətin hüquqlarına və vəzifələrinə 

daha  düşünülmüş  yanaşma  nəzərə  çarpır.  Hazırki  maliyyə-iqtisadi  böhranı 

vəziyyətində,  bir  tərəfdən,  XBİ  uğrunda  rəqabət  mübarizəsinin  kəskinləşməsi, 

digər  tərəfdən  isə,  dövlət  siyasəti  məsələlərinin  həlli  çərçivəsində  XBİ-nin 

tənzimlənməsi üzrə səylərin gücləndirilməsi nəzərə 

388 



alınaraq,  investisiya  rejimlərinin  liberallaşdırılmasına  və  xarici  investisiya 

qoyuluşlarının  həvəsləndirilməsinə  doğru  addımlar  atılır.  Bunun  nəticəsində 

1950-1970-ci  illərin  (ilk  növbədə,  dövlətin  aparıcı  rolu  şəraitində  artımın 

səciyyəvi  olduğu)  daha  aydın  ifadə  olunan  meyliləri  ilə  1980-2000-ci  illərdə 

nəzarət  olunmayan  bazarın  başlıca  aparıcı  qüvvəyə  çevrildiyi  siyasi  kursların 

dixtomiyası

 

baş  vennişdir.  Dövlət  və  investorun  hüquqları  və  vəzifələri 

konsepsiyası  daim  inkişaf  etdiyinə  görə,  liberallaşma  ilə  tənzimləmə  arasında 

düzgün nisbətin tapılmasına

 

qlobal böhran baş verənədək etinasızlıqla yanaşılsa 

da, bu, çoxdan aktual məsələyə çevrilmişdir. 

Beynəlxalq  və  daxili  investisiya  siyasətləri,  başqa  sahələrdə  (iqtisadi, 

investisiya,  sənaye)  yeridilən  siyasət  arasında  uzlaşmanın  təmin  edilməsi  son 

dərəcə  vacibdir

 

və  bu,  əlaqələr  yaradılmasının  dəstəklənməsi,  TMK-nm  qəbul 

edən ölkələrdə fəaliyyəti nəticəsində meydana çıxan əlavə təsirlərin (o cümlədən 

texnologiyaları  yayılması)  təmin  edilməsi  məsələlərinə  kompleks  yanaşmanı 

tələb edir'. 

Direktiv  orqanları  qarşısında  TMK  aləminin  bütün  mürəkkəbliyini  və 

dərinliyini,  onların  dövlət  və  inkişaf  prosesinin  başqa  iştirakçıları  ilə  qarşılıqlı 

əlaqəsi  mexanizmini  bütövlüklə  dərk  etmək  vəzifəsi  durur.  Bu  məsələnin  həlli 

üçün  üçtərəfli  investisiya  münasibətləri  sistemi  TMK-nm  yerləşdiyi  ölkə,  onu 

qəbul  edən  ölkə  və  xarici  investorların  hüquqları  və  vəzifələri  baxımından 

dəyişdirilməli,  TMK-nm  inkişafa  verdiyi  töhfədən  daha  səmərəli  yararlanmaq 

lazımdır.  Məsələn,  çərçivə  siyasəti  investorlar  və  inkişaf  arasındakı  qarşılıqlı 

təsirin ən vacib zonalanm möhkəmləndirməlidir. Sözsüz ki, TMK-lar mühüm rol 

oynamalıdır;  dünyaya  bütün  ölkələrin  dayanıqlı  inkişafını,  qabaqcıl 

texnologiyaların  tətbiqini,  başqa  sözlə,  real  inkişafın  məqsədlərini  təmin  edən 

yeni beynəlxalq investisiya rejimi

 

lazımdır. 

Amma müasir TMK-lar bunu işləyib hazırlamağa qadirdirmi? UNCTAD- 

ın Hesabatı bu suala cavab vermir və verə də bilməz. Aydındır ki, TMK-nm yeni 

aləmi investisiya siyasətinin işlənməsinin formalaşmaqda olan sistemi ilə birlikdə 

«investisiyalar - inkişaf - mənfəət» paradiqmasmm yenilənməsini tələb edir. Bu 

isə, TMK-nm müxtəlif ölkələrdə göstərdiyi fəaliyyətdən maksimum mənfəət əldə 

etmək  kimi  işbazhq  məqsədləri  çərçivəsindən  çox  uzaqlara  çıxan  mürəkkəb 

məsələdir. 

^ ЮНКТАД. Доклад о мировых инвестициях. Обзор ООН. 2010. С. 47. 



389 


15.2.

 

Müasir TMK-nın genezisi, 

mahiyyəti və təkamülü 

Genezis. Məlumdur ki, inkişafın müasir mərhələsində TMK-lar məhsuldar 

qüvvələrin  (istehsal  amillərinin),  maliyyə-iqtisadi  və  istehsal  əlaqələrinin  və 

münasibətlərinin  intensivləşməsinin  və  beynəlmiləlləşməsinin  başlıca  təşkilati 

qüvvəsi  qismində  çıxış  edir.  TMK-nın  və  onların  filiallarının  ümumdünya 

istehsal  və  satış  şəbəkəsi  qloballaşma  proseslərinin  mənbəyi  və  daşıyıcısıdır. 

Onlar beynəlxalq iqtisadiyyatın təməli olan beynəlxalq istehsalın maddi bazasına 

çevrilmişdir. 

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatını əhatə etmiş istehsalın və 

kapitalın təmərküzləşməsi prosesləri XIX-XX əsrlərin qovşağında başlanmışdır 

və  bunun  nəticələrindən  biri  təsərrüfatçılıq  təşkilatı  qismində  ilk  milli  və 

beynəlxalq  müəssisələrin  meydana  çıxması  olmuşdur.  Beynəlxalq  müəssisələr 

uzun müddət ərzində əsasən kartellər şəklində yaradılır və inkişaf edirdi; onlar 

Avropanın müxtəlif ölkələrində fəallıq göstərir, habelə başqa regionlara da nüfuz 

edirdilər. Belə ki, Almaniya hökuməti tərəfindən himayədarlıq göstərilən alman 

konsernləri  Birinci  Dünya  müharibəsinədək,  sonra  isə  1930-cu  illərin  ikinci 

yarısından  Avropanın,  demək  olar  ki,  bütün  ölkələrində  kifayət  qədər 

təcavüzkarlıqla fəaliyyət göstərirdi. 

XX

 



əsrdə  TMK-nın  fəaliyyətinin  məzmunu,  metodları  və  vasitələri, 

təşkilati quruluşunun prinsipləri də çox güclü dəyişikliklərə məruz qalmışdır; ilk 

onilliklərdə onlar yalnız tədavül sahələrində fəaliyyət göstərir, qarşılarına nüfuz 

dairələrinin  və  bazarların  bölüşdürülməsi  vəzifəsini  qoyurdu.  Müasir  TMK-lar 

əsas  diqqəti  istehsala  və  bazara,  dünyanın  ən  müxtəlif  ölkələrində  və 

regionlarında  filialların,  satış  bölmələrinin  yaradılmasına  yönəldir  və  bu  halda 

ərazilərin uzaqda yerləşməsi məsələsi əhəmiyyətli rolunu itirir. 

TMK-nın  meydana  çıxmasının  səbəbləri.  İlk  TMK-lar  1930-cu  illərin 

sonundan  meydana  çıxmışdır.  Bu,  onların  yaranmasının  ən  ümumi  səbəbinin 

istehsalın  beynəlmiləlləşməsi,  kapitalın  təmərküzləşməsi  və  onun  istehsal 

amillərinin  inkişafının  sürətləndiyi  şəraitdə  ölkədən  çıxarılması  faktı  olduğunu 

sübut edir. İnkişaf etmiş ölkələrin iri burjuaziyası kapitalın ölkədən çıxarılması 

(pul  və  istehsal  formalarında)  vasitəsilə  mənfəət  norması  saxlamağa  yaxud 

artırmağa səy göstərir, xaricdə bu məqsədə nail olmağa imkan verən «boşluqlara» 

müdaxilə etməklə, rəqabət mövqelərini möhkəmləndirirdi. Bu da 



390 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə