Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə157/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   153   154   155   156   157   158   159   160   ...   306

aktivlərin  strukturu, ölkələr üzrə səpələnməsi  nəzərə alınır. Məsələn, ən böyük 

həcmdə  transsərhəd  aktivlərinə  (maliyyə  sektorundan  başqa)  lider  üçlük  - 

elektron sənayesinin təmsilçisi, xarici aktivlərinin məbləği 400 milyarddan çox 

olan «General Motors» (ABŞ), telekommunikasiya korporasiyası, xarici aktivləri 

200  milyard  dollardan  artıq  olan  «Vodafone»  (Böyük  Britaniya)  və  avtomobil 

istehsalçısı, xarici aktivləri təqribən 175 milyard dollar olan «General Motors» 

(ABŞ) malikdir. Onların hamısı klassik TMK-dır. 

Beləliklə,  biz  TMK-ya  daha  bir  tərif  verə  bilərik:  TMK  -  istehsal  və 

ticarət-təchizat  fəaliyyətini  öz  ölkəsinin  hüdudlarından  kənara  çıxararaq, 

beynəlxalq  istehsalın  fonnalaşmasının  təməlini  quran,  beynəlxalq  əmək 

bölgüsünün  obyektiv  meyillərindən  fəal  istifadə  edən,  istehsalın  və  kapitalın 

beynəlmiləlləşməsi  proseslərini  sürətləndirən,  beynəlxalq  iqtisadi  fəaliyyət 

sistemində  yeni  əlaqələrin və qarşılıqlı  münasibətlərin  bərqərar olmasına  şərait 

yaradan iri firmadır. 

UNCTAD-m məlumatlarına görə, dünya ticarətinin 33%-i TMK-nın xarici 

filiallarının payına düşür, dünyada ÜDM-in 10%-dən çoxu (6 trilyon dollar) onlar 

tərəfindən istehsal olunur, ümumdünya ETTKİ-də oynadığı rol getdikeə güclənir. 

Qeydiyyatdan keçmiş patentlərin 80%-dən çoxu onların payına düşür və inkişaf 

etmiş ölkələrin özəl sektorunda ETTKİ-nin 80%-ə yaxınını onlar maliyyələşdirir. 

TMK-nın strukturu. Transmilli korporasiya, adətən baş şirkətdən və xarici 

filiallardan  (törəmə  şirkətlərdən  və  bölmələrdən)  ibarətdir.  Müasir  TMK-  nın 

səciyyəvi xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar: 

 



özündə,  birincisi,  baş  şirkəti  (bir  və  daha  çox),  ikincisi,  ölkənin 

hüdudlarından kənarda səpələnmiş filialları, bölmələri, törəmə şirkətləri (xarici 

aktivlərin payı şirkətin ümumi aktivlərinin dəyərinin 25-30%-i qədər olmalıdır) 

birləşdirən təşkilati strukturdur

 

istehsal  vahidlərinin  çoxsaylı  ölkələrdə  yerləşdirilməsinə  əsaslanan 



beynəlxalq istehsal sistemidir (şirkətin ümumi dövriyyəsinin 1/5 hissəsindən ‘A 

hissəsinədək  xarici  əməliyyatların  payına  düşməli,  yəni  TMK-nın  baş  ofisinin 

yerləşdiyi ölkədən kənarda baş vennəlidir); 

 



resipiyent-ölkənin nümayəndələrinin mütləq qaydada daxil edildiyi (yerli 

şəraitə uyğunlaşmaq üçün) beynəlxalq menecment sistemidir. 



TMK-nın növləri və modelləri. Müasir iqtisadi ədəbiyyat korporasiyaları 

çoxmillətli, transmilli, millətlərarası, millətüstü, qlobal və s. bu kimi söz 



394 


birləşmələri  şəklində  verən  terminlərlə  zəngindir.  TMK-nm  dünya 

iqtisadiyyatında  həyata  keçirdiyi  fəaliyyətin  yeni  təşkilati  fonnalarmın  düzgün 

ifadə  olunması  axtarışlarını  əks  etdirdiyinə  görə,  bu  terminoloji  rəngarənglik 

müəyyən  dərəeədə  qanunauyğundur.  TMK-nın  ilk  tədqiqatçıları  olan  bəzi 

iqtisadçılar (R.Robinson, C.Robinson, L.Teraer, P.Samuelson, R.Barr, K.Savan 

və başqaları) onları beynəlxalq, multimilli, supermilli korporasiyalar; başqaları 

(C.Helbreyt,  X.Perlmutter,  S.Braun,  R.Vemon)  isə  etnosentrist,  polisentrist, 

geosentrist  korporasiyalar  adlandırır.  TMK  problemlərinin  tədqiqində  Kanada, 

əsasən  də,  Toronto  universitetinin  iqtisadçıları  böyük  rol  oynamışdır.  Onların 

əsərlərində aşağıdakılar fərqləndirilirdi: 

 

ölkəsindən  kənarda  fəaliyyət  göstərən,  yerli  şəraitə  uyğunlaşmaq 



məqsədi ilə yerləşdiyi dövlətlərin hökumətlərinin tövsiyələrini əldə rəhbər tutan 

milli şirkətlər; 

 

adətən  yerləşdiyi  ölkənin  qanunverieiliyini  və  şəraitini,  amma  bunu 



birinci göstərilənlərlə müqayisədə az nəzərə alan multimilli şirkətlər; 

 



qüdrətinə  güvənərək,  yerləşdiyi  ölkənin  milli  və  dövlət  xüsusiyyətləri, 

qanunvericiliyi  və  s.,  yəni  qlobal  strategiyasına  zidd  olan,  maraqlarına  uyğun 

gəlməyən heç nə ilə hesablaşmayan transmilli şirkətlər. 

Tədqiqatçıların  hamısı  bunların  məhz  transmilli  (beynəlxalq) 

korporasiyalara şamil olunduğu ilə razılaşır. 

TMK  haqqında  bütün  müasir  konsepsiyalar  firmanın  malların  və 

xidmətlərin  istehsalı  və  satışının  təşkili  üzrə  müəssisə  olması  nəzəriyyəsinə 

əsaslanır.  Beynəlxalq  şirkətlərin  əksəriyyəti  öz  fəaliyyətinə  milli  bazarlara 

xidmət  göstəmıəkdən  başlamışdır.  Sonra  isə  onlar  yerləşdikləri  ölkənin 

müqayisəli  üstünlüklərindən  və  şirkətin  konkret  üstünlüklərindən  yararlanıb, 

məhsullarını ölkədən kənara çıxarmaqla yaxud qəbul edən ölkədə istehsallarını 

təşkil  etmək  məqsədi  ilə  xaricə  investisiyalar  qoyaraq,  beynəlxalq  bazarlarda 

fəaliyyətlərini-  genişləndirmişlər.  TMK-nın  əsas  xüsusiyyətini  -  birbaşa 

investisiyalar əsasında xaricdə yaradılmasını, malların və xidmətlərin istehsalı və 

satışı  üzrə  xarici  fımıalanmn  mövcudluğunu  qeyd  edərək,  onun  tədqiqatçıları 

xarici birbaşa investisiyaların -bir sıra modellərini işləyib hazırlamışlar. 



TMK-nın  texnoloji  modeli.  Amerika  iqtisadçısı  C.Helbreyt  TMK-nın 

əmələ gəlməsini texnoloji səbəblərlə



 

əsaslandınmşdır. Onun fikrincə, beynəlxalq 

şirkətlərin xarici filiallarının təşkili qəbul edən ölkələrdə müasir. 

395 



mürəkkəb məhsulların satışı  və onlara xidmət  göstərilməsi ilə əlaqədar  olaraq, 

mal  və  xidmətlərin  ötürülməsi  üzrə  ixtisaslaşan  müəssisələr  sisteminin 

(şəbəkəsinin) mövcudluğunun zərurətindən irəli gəlir. Bu cür texnoloji strategiya 

TMK-ya dünya bazarındakı payını artımıağa imkan verir. 



İnhisar  (unikal)  iistiinlükhr  modelini  amerikalı  iqtisadçı  S.Haymer 

işləyib  hazırlamış,  sonra  professor  Ç.P.Kindleberger  və  başqaları  tərəfindən 

inkişaf etdirilmişdir. İnhisarçılıq üstünlükləri nəzəriyyəsinə görə, TMK-nı qəbul 

edən ölkə öz bazarında «oyun qaydalarını» yaxşı bilən, yerli hakimiyyətlə geniş 

əlaqələri olan və tranzaksiya xərcləri çəkməyən, yəni sazişlərin bağlanması üçün 

böjdik  vəsait  sərf  etməyən  yerli  firmalarla  müqayisədə,  xarici  investora 

üstünlüklər  təmin  edilməlidir.  Xarici  firmalar  üçün  inhisar  üstünlükləri  yerli 

müəssisələrdə  istehsal  edilməyən  orijinal  məhsulların  buraxılması;  böyük 

məbləğdə  mənfəət  əldə  etmək  imkanı  verən  «miqyas  effekti»;  TMK-nı  qəbul 

edən  ölkənin  dövlət  tənzimlənməsində  xarici  investorlar  üçün  əlverişli  şərait 

hesabına yarana bilər. 

TMK-ya  şamil  olunmaqla  məhsulun  həyat  dövrü  modeli  Amerika 

iqtisadçısı  R.Veron  tərəfindən  firmanın  artımı  nəzəriyyəsi  əsasında  işlənib 

hazırlanmışdır.  Bu  nəzəriyyəyə  görə,  istənilən  məhsul  həyat  dövrünün  4 

mərhələsindən keçir: 

1)

 



bazara giriş; 

2)

 



satışların artımı; 

3)

 



bazarın doydurulması; 

4)

 



satışların azalması. 

Daxili  bazarda  satışların  azalması  vəzi)^ətindən  çıxış  yolu  ixrac  yaxud 

məhsulun həyat dövrünü uzatmaq üçün onun istehsalının xaricə köçürülməsidir. 

Bu halda fınnanm artımı, bazarın doydurulması mərhələlərində istehsal və satış 

xərcləri, adətən ixtisar olunur və bu, malın qiymətinin ucuzlaşması nəticəsində 

ixracına və xaricdə istehsal həcmini çoxaltmağa imkan yaradır. Bu strategiyadan 

iri korporasiyalar, xüsusilə də TMK-lar istifadə edə bilər. 

Qərbin məşhur iqtisadçılarının (C.Helbreyt, Draker, F.Kotler və başqaları) 

tədqiqatlarına  əsasən,  TMK-nm  vahid  tərifi  yoxdur  və  temıinlərdən  ənənəvi 

semantik  istifadəyə  uyğun  olaraq,  onları  beynəlmiləl,  beynəlxalq  korporasiya 

adlandırırlar.  Məsələn,  çoxmillətli  korporasiyalar  (ÇMK)  bir  neçə  (ikidən  az 

olmayan) dövlətin milli şirkətlərini istehsal və elmi-texniki əsasda 



396 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə