Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə159/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   155   156   157   158   159   160   161   162   ...   306

Ənənəvi olaraq, kapitalın ölkədən çıxarılması onun beynəlmiləlləşməsinin 

əsas  fonnalarmdan  biri  kimi  çıxış  edir.  Kapital  ölkədən  çıxarıldıqca, 

təsərrüfatçılıq  subyektləri  dünyanın  müxtəlif  ölkələrində  fəaliyyət  göstərən 

korporasiyaların 

məcmusuna 

çevrilir. 

Əlavə 

dəyər 


istehsalının 

beynəlmiləlləşməsi  transmilli  korporasiyanın  kapitalının  beynəlmiləlləşməsinin 

mühüm  fonuası  kimi  çıxış  edir.  Avtomobillərin,  traktorların,  kənd  təsərrüfatı 

maşınlarının,  kompüterlərin,  təyyarələrin,  müxtəlif  dəzgahların  və  s. 

buraxılışının  ABŞ,  Kanada,  Qərbi  Avropa,  Yaponiya,  Latın  Amerikası  və 

Asiyanın  müəssisələrində  təmərküzləşməsinə,  bunların  dünya  səviyyəsində 

ixtisaslaşmış  və  şaxələndirilmiş  istehsalının  təşkilində  marağı  olan  TMK-lar 

tərəfindən nəzarət edilir. İstehsalın (xidmətlər sahəsinin) bu cür, milli sərhədlər 

qoyulmadan  təşkili,  çoxsaylı  ölkələrdə  fəaliyyət  göstərən  bir  yaxud  bir-biri  ilə 

qarşılıqlı  əlaqədə  olan  TMK-lar  qrupunun  əsasında  özəl  ticarət-təchizat 

şəbəkəsinin  yaradılmasını  nəzərdə  tutur.  Baş  korporasiya  müəssisələri  ilə 

istehsal-texnoloji  və  xüsusilə  də  maliyyə  prosesləri  ilə  bağlı  olduğuna  görə, 

onların hansı ərazidə faliyyət göstənnəsindən asılı olmayaraq, vahid qlobal (qitə) 

strategiyası işləyib hazırlayır və həyata keçirir. 



TMK-nın  fəaliyyət  sahələri.  Ənənəyə  görə,  TMK-nm  əhatə  dairəsinə 

daxildən daha çox, xarici bazarlarda fəaliyyət göstərən, müvafiq istehsal (xidmət) 

sahələrində əhəmiyyətli paya malik olan ən iri və müasir müəssisələr daxildir. Bu 

cəhət  müəyyən  şəraitdə  TMK-nm  fəaliyyət  göstərdiyi  ölkələrin  iqtisadi 

problemlərini  mürəkkəbləşdirə  bilər.  TMK-nm  hərəkətlərinə  nəzarətin, 

ümumij^ətlə,  mürəkkəb  olduğu  ilə  hesablaşsaq,  onların  zəif,  yəni  keçid  dövrü 

yaşayan,  habelə  inkişaf  etməkdə  olan  ölkələrdə  nəzarət  altına  alınmasının  az 

səmərə  verəcəyini  fərz  etmək  olar.  Emal,  hasilat,  neft-kimya  və  neft-qaz, 

maşınqayırma  sənayelərinin  müxtəlif  sahələrində,  elektronikada  fəaliyyət 

göstərən  güclü  TMK-lar  özünün  istehsalını  və  bütün  qitələr  üzrə  səpələnmiş 

müəssisələri  ilə  əlaqəsini  uzlaşdırır,  beynəlxalq  kooperasiya  və  ixtisaslaşma 

proseslərini  qlobal  miqyasda  idarə  edir.  Universal  sənaye  bazasına  malik  olan 

TMK həm baş korporasiyada, həm də onun bütün müəssisələrində (filiallarında) 

istehsalın,  əmtəə  bazarının  yüksək  səmərəliliklə  planlaşdırıl-  masını,  kapital 

qoyuluşları  və  elmi-tədqiqat  işləri  sahəsində  işlərin  uğurla  yerinə  yetirilməsini 

milli,  qitə  və  beynəlxalq  miqyasda  təmin  edən  əlaqələndirilmiş,  vahid 

sənaye-ticarət  siyasətini  həyata  keçirir.  Transfer  qiymətləri  siyasəti  ilə 

manipulyasiya etməklə, TMK-nm müxtəlif ölkələrdə 



400 


fəaliyyət  göstərən  filialları  milli  qanunvericiliklərin  tələblərindən  bacarıqla 

yayınır. Nəticədə mənfəət normasının azalmağa doğru meyil göstərməsinin təsiri 

neytrallaşdırılır, kapitalın əsas məqsədi olan mənfəət əldə edilir. 

Göstərilən  xarakterli  hərəkətlər  beynəlxalq  əmək  bölgüsünün  əsasının 

qlobal  miqyasda  dəyişməsinə  gətirib  çıxarır.  Bu  halda  ikitərəfli  ticarətin  get- 

gedə daha böyük hissəsi (ümumdünya ticarətinin 40%-dən çoxu) eyni TMK- nm 

müxtəlif  ölkələrdə  yerləşən  müəssisələrinin  payına  düşür.  15.1-ci  cədvəldə 

transmilli istehsalın əsası kimi çıxış edən 100 ən böyük korporasiyanın siyahısı 

verilmişdir.  Cədvəlin  məlumatları  TMK  aləminin  həm  ölkələr,  həm  də 

iqtisadiyyatın sahələri üzrə sürətlə genişləndiyini göstərir. Emal sənayesinin və 

neft  sektorunun  «General  Motors»  (GM)  və  «General  Electric»,  «British 

Petroleum»,  «Shell»,  «Toyota»  və  «Ford  Motor»  kimi  şirkətləri  UNCTAD-ın 

tərtib etdiyi dünyanın 25 ən böyük qeyri-malİ5^ə TMK-sı siyahısında mövqelərin 

yuxarı  sırasını  tuturdu.  2009-2010-cu  illərdə  bir  sıra  TMK-nm  və  TMB-nin 

müflisləşməsi  yaxud  fəaliyyət  şəraitinin  pisləşməsi  nəticəsində  vəziyyət  bir 

qədər dəyişmişdir. Buna baxmayaraq, böhrandan sonra da birinci yüzlüyə daxil 

olan TMK-nm tərkibi dayanıqlıdır. 

UNCTAD-ın  hazırladığı  «Ümumdünya  investisiyaları  perspektivlərinin 



Şərhi  (2009-2010-cu  illər)»  göstərir  ki,  qısamüddətli  perspektivdə  qlobal 

maliyyə-iqtisadi  böhran  TMK-nm  XBİ  sahəsində  planlarına  mənfi  təsir 

göstərmişdir.  Əvvəlki  tədqiqatın  nəticələrinə  görə,  böhran  TMK-nm  40%-nə 

təsir göstənnişdisə, 2009-cu ildə onların ən azı 85%-nə sirayət etmişdi. Dünyada 

olan bütün TMK-lar investisiya planlarının ixtisar olunmasının əsas səbəbi kimi

qlobal  iqtisadi  tənəzzülü,  79%-i  isə  birbaşa  olaraq,  maliyyə  böhranını 

göstərmişdir.  Hər  iki  cəhət  həm  ayrılıqda,  həm  də  birlikdə  TMK-nm  XBİ 

qoyuluşlarına  meyil  göstərməsinin  zəifləməsinə  və  qabiliyyətinin  aşağı 

düşməsinə gətirib çıxarmışdır. TMK-nm xarici filiallarının ixracı 2008-ci ildəki 

6,6 trilyon dollardan 2009-cu ildə 5,1 trilyon dollaradək azalmışdır. 

UNCTAD-ın ilkin qiymətləndirməsinə görə, 2008-ci ildə ən iri TMK-nm 

beynəlmiləlləşməsi  templəri  xeyli  səngimiş,  onların  ümumi  mənfəəti  isə  27% 

aşağı düşmüşdür. Ancaq 500 ən iri şirkətin siyahısı qlobal böhran nəticəsində az 

dəyişmişdir; 100 ən iri korporasiyanın siyahısında isə, demək olar ki. dəyişiklik 

bas verməmişdir (cədvəl 15.1). 

401 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə