Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə16/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   12   13   14   15   16   17   18   19   ...   306

nəzəriyyəsi»  kitabında  (1936)  ilk  növbədə  siyasətin  güclü  əks-tsiklik  təsiri 

əsaslandırılırdı.  Bu  dahi  iqtisadçı  XX  əsr  iqtisadiyyatında  dövlətin  fəal  rolu 

olmadan  kapitalizmin  inkişafını  qeyri-mümkün  edən  səbəbləri  izah  edərək 

yazırdı ki, «Sərbəst sahibkarlıq kraliça Viktoriyanın dövründə qalmışdır». Keyns 

nəzəriyyəsi  yalnız müharibədən sonrakı onilliklərdə, onun əsas ideyaları bütün 

qeyri-sosializm  ölkələrinin  iqtisadi  siyasətinin  tərkib  hissəsinə  çevrildikdə 

özünün  hərtərəfli  fundamental  və  praktiki  təsdiqini  tapdı.  Keynsçi  ideyalar 

həmçinin, beynəlxalq siyasət praktikasında və dünya iqtisadiyyatı nəzəriyyəsində 

konkret təzahür olunmuşdur. 

2.2.

 

Keyns məktəbinin sonu və libertarianizmin 

beynəlxalq siyasi arenaya çıxması 

1970-ci illər bütövlükdə inkişaf etmiş ölkələr üçün çətin dövr olmuşdur: 

Yaxın  Şərqdə  ərəblər  və  yəhudilər  arasındakı  müharibə  nəticəsində  baş  verən 

«neft  şokları»  (neftin  qiymətinin  dəfələrlə  bahalaşması)  onların  bu  regiondan 

idxal  edilən  neftdən  asılı  olan  iqtisadiyyatlarını,  demək  olar  ki,  dağıtmışdı. 

İşsizliyin  kəskin  surətdə  artdığı  vəziyyətdə  keynsçi  anti-böhran  və  anti-tsiklik 

siyasətlər  öz  təsirini  göstənuirdi.  Avropa  və  ABŞ-da  transmilli  kapitalın 

mənafelərini  əhəmiyyətli  dərəcədə  ifadə  edən,  iqtisadçı-libertarianizm 

düşərgəsindən  olan  keynsçilik  əleyhdarları  bu  ideyalardan  imtina  edilməsinə 

müvəffəq  olaraq,  liderlik  edən  (rəsmi)  iqtisadi  doktrinanın  nümayəndələri 

qismində onun yerini tutdular və bu, dərhal ümumdünya iqtisadi siyasətində və 

beynəlxalq  iqtisadi  münasibətlərin  konsepsiyalarında  öz  əksini  tapdı.  Belə  ki, 

bütün sonrakı onilliklər ərzində, qlobal böhran başlayanadək iri korporasiyaların, 

bankların,  maliyyə  mərkəzlərinin  fəaliyyəti  (həm  milli,  həm  də  beynəlxalq 

səviyyədə), kapital axınlarının beynəlxalq hərəkəti, qiymətli kağızlarla və törəmə 

alətlərlə  (hedcinq-fondlar,  derivativlər  və  s.)  tiearət  üzərində  nəzarət 

mexanizmləri müntəzəm qaydada zəiflədilirdi. Bu, 2008-ci ildə başlamış qlobal 

böhranın səbəblərindən biridir. 



Beynəlxalq  monetarizm  libertarianizmin  növü  kimi.  Beynəlxalq 

monetarizm  neoliberal-monetarist  istiqaməti  məktəbindən  törəmə  olan  iqtisadi 

təfəkkür  cərəyanıdır.  Onun  nəzəriyyəçiləri  ümumdünya  pul  kütləsinin  (money 

supply)  dəyişməsinin  dünya  iqtisadiyyatında  inflyasiya  və  deflyasiya 

proseslərinin başlıca mənbəyi olması barədə müddəaya istinad edirlər. Belə ki, 

nisbətən iri ölkədə yaxud çoxsaylı kiçik ölkələrdə pul kütləsinin eyni vaxtda 

44 



sürətlə  artması  təsbit  edilmiş  valyuta  məzənnələri  (fıxed  exchange  rate)  rejimi 

şəraitində bütün  dünya üzrə inflyasiya təzyiqi  yaradır. Valyuta məzənnələrinin 

təsbit  olunması  nəticəsində  beynəlxalq  ehtiyatlar  axınlarının  tədiyyə  balansı 

profısitli  yaxud  kəsirli  olan  ölkələrdə  pul  kütləsini  müvafiq  olaraq  artırması 

yaxud azaltması, inflyasiya templərinin bütün dünya üzrə bərabərləşməsi meylini 

yaradır. Buradan belə nəticə çıxarmaq olar ki, təsbit edilmiş valyuta məzənnələri 

olan  dünyada  açıq  iqtisadiyyatlı  kiçik  ölkədə  inflyasiyanın  templəri  onun 

ümumdünya templərindən asılıdır. 

Bu  nəzəriyyələrə  uyğun  olaraq,  aşağıdakı  mexanizm  işləyir.  Konkret 

ölkədə  pul  kütləsinin  izafi  artımı  nağd  pul  ehtiyatlarının  izafi  çoxalmasına  və 

bundan  sonra  yerli  və  xarici  əmtəələri,  qiymətli  kağızları  almaq  yolu  ilə  ölkə 

daxilində  pul  və  başqa  aktivlər  arasında  arzulanan  nisbətin  bərpası  cəhdlərinə 

səbəb  olur.  Nəticədə  tədiyyə  balansının  cari  və  (və  ya)  kapitalın  hərəkəti 

maddələri  üzrə  xarici  borclar  və  valyuta  ehtiyatlarının  azaldılması  hesabına 

maliyyələşdirilməli  olan  kəsir  yaranır.  Ehtiyatların  həcmi  və  borclanma 

imkanları  ölkənin  pul  kütləsini  və  deməli,  daxili  qiymətlərin  səviyyəsinin  arta 

biləcəyi  hüdudları  müəyyənləşdirir.  Bunun  əksinə  olaraq,  tədiyyə  balansının 

(balance of payments) cari əməliyyatlar və kapitalın hərəkəti maddələri üzrə yeni 

valyuta axınlarının profisiti olan ölkələrə yönəldilməsi pul kütləsinin artmasına 

gətirib çıxaracaq. Nağd pulların həcminin azaldılması üçün dövlət istiqrazlarının 

genişmiqyaslı satışı vasitəsilə daxil olan bu geniş axının qarşısını almağa cəhd 

göstənnək olar, amma həmin prosesin də müəyyən hüdudları vardır. İstiqrazların 

fasiləsiz satılması onların qiymətinin ucuzlaşması və faiz dərəcəsinin yüksəlməsi 

ilə  nəticələnəcək,  bu  isə,  öz  növbəsində,  kapital  axınını  stimullaşdıracaq. 

Beləliklə, kəsiri olan ölkədə pulların ölkədən çıxarılması və inflyasiya təzyiqinin 

azalması meyli müşahidə olunacaq, profisiti olan ölkədə isə pulların ölkəyə axını 

və deməli, inflyasiya baş verəcək. Bu proseslər nəticəsində inflyasiyanın templəri 

bərabərləşməli, tədiyyə balanslarının tarazlığı isə bərpa olunmalıdır. 

«Üzən»  valyuta  məzənnələri  halında  daxili  pul  kütləsinin  sürətli  artımı 

bilavasitə  valyutanın  dəyərsizləşməsinə  səbəb  olur.  Bu  ölkənin  rezidentləri 

onlarda olan pulun məbləğini azaltmağa və dəyərini xarici malların və qiymətli 

kağızların əldə olunması yolu ilə bərpa etməyə çalışacaqlar. Pul kütləsinin artım 

sürətinin gəlirlərin çoxalması sürətindən az olduğu ölkələrdə isə rezidentlər öz 

pul vəsaitlərinin məbləğini artırmağa cəhd göstərəcək və bu. 



45 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə