Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə167/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   163   164   165   166   167   168   169   170   ...   306

Bu gün Çexiya, Polşa və Macarıstanın zavodları alman və italyan firmaları üçün 

malları Aİ-yə yenidən ixrac edən yığma sexlərinə çevrilmişdir. 



Strateji  alyanslar  -  müəyyən  sahələrdə  qlobal  bazara  istiqamətlənmiş 

rəqabət məsələlərinin birgə həlli üçün yaradılan, lakin digər sahələrdə rəqibabəti 

davam  etdirməyə  imkan  verən  müxtəlif  növ  firmalararası  çevik  ittifaqlardır. 

Strateji  alyansların  yaradılmasının  konkret  məqsədlərini  bir  neçə  əsas  mövqe 

üzrə qruplaşdınnaq olar; 

 



fınualarm  ETTKİ  sahəsində  beynəlxalq  əməkdaşlığına  əsaslanan 

texnoloji alyanslar; firmalararası koalisiyaların 38%-i bunların payına düşür; 

 

müştərək  istehsal  barədə  sazişlər  (24%).  İstehsal  alyanslarının  çoxu 



məhsul  buraxılışının  miqyası  hesabına  qənaət  əldə  olunmasına  çalışır.  Belə 

vəziyyətdə firmalar bir halda istehsal zəncirinin müəyyən həlqələrini birləşdirib, 

qalan  əməliyyatlarda  tam  müstəqilliyini  saxlaya,  digər  halda  isə  müştərək 

müəssisə yarada bilər. 

 

satış  sahəsində  sazişlər  (8%).  Satış  alyanslarının  əsas  məqsədi 



iştirakçılarının  qarşılıqlı  rəqabətini  aradan  qaldırmaq  yaxud  məhdudlaşdırmaq 

deyil,  strateji  bazarlarda  bir-birinin  satış  şəbəkələrinə  daxil  olmaq  imkanı 

yaratmaqdır.  «Strateji  ailələr»  öz  aralarında  rəqabət  aparmayan,  lakin 

strategiyaları bir-birini tamamlayan, bazarda müvəffəqiyyət əldə olunması üçün, 

qarşılıqlı  asılılığı  olan  firmaların  sahibkarlıq  fəaliyyətinin  ümumiləşmiş 

formasıdır. 



Beynəlxalq çarpazlaşmalar - həm TMK daxilində, həm də ondan kənarda 

mövcud  olan  qarşılıqlı  əlaqələrin  ən  geniş  yayılmış  formasıdır.  Bunun 

nəticəsində  ümumi  əlaqələri  olan  TMK  qruplarının  yaranması  onların 

dayanıqlığını,  mənfəətinin  sabitliyini  yüksəltsə  də,  iqtisadiyyatda  rəqabətin 

zəifləməsi  meylini  formalaşdırır.  Bu,  «strateji  ailələrin»  yaradılmasının 

istiqamətlərindən  biridir.  Əslində  söz  TMK-nm  fəaliyyəti  sahəsində  həddən 

ziyadə  inhisarlaşmadan,  dünya  iqtisadiyyatında  o  qədər  də  müsbət  olmayan 

prosesdən gedir. Onların fəaliyyətinə nəzarət mexanizminin kəskin zəifləməsi, iri 

şirkətlərin  müdiri}q/ətinin  fəaliyyətində  1960-1980-ci  illərdə  nadir  baş  verən 

dələduzluq  hallarının  1990-cı  illərdə  və  XXI  əsrin  birinci  onilliyində  geniş 

yayılması buradan irəli gəlir. 

1980-ci  illərə  qədərki  dövrdən  fərqli  olaraq,  TMK-nm  müasir 

strategiyaları əhəmiyyətli dərəcədə dəyişmişdir. Onların əsas istiqaməti mümkün 

qədər çox qazanc əldə etməkdir; yerləşdiyi ölkədə ərazilərin inkişafı, 



417 


məşğulluğun  artması,  texnologiyaların  verilməsi  və  digər  sosial,  ekoloji 

məsələlər ikinci və üçüncü sıraya keçmişdir. Rəqabət qabiliyyətinin saxlanması 

və gücləndirilməsi, sahədə öncüllüyün ələ keçirilməsi, sərt münasibətlər TMK- 

nın fəaliyyətinin əsas elementlərinə çevrilmişdir. Onların strategiyalarına adətən 

bu elementlər daxildir: 

 



istehsalın standartlaşdırılması; 

 



istehsal güclərinin cəmləşdirilməsi; 

 



innovasiyalarm yalnız öz müəssisələrində tətbiq olunması; 

 



dünya  üzrə  səpələnmiş  filialların  fəaliyyətinin  TMK-nm  baş  mənzil- 

qərargahından planlaşdırılması və əlaqələndirilməsi

 

öz sahəsində liderliyə istiqamətlənmə. 



Bu strategiya eyni sahədə fəaliyyət göstərən TMK-lar arasında rəqabətin 

güclənməsinə gətirib çıxarır. Məsələn, Amerikanın («General Motors», «Ford»), 

Yaponiyanın  («Toyota»,  «Mitsubishi»),  Almaniyapm  («Volkswagen»,  «Opel», 

«Mercedes-Benz  »),  Fransanın  («Peugeot»,  «Citroën»),  İtaliyanın  («Fiat»), 

Cənubi  Koreyanın  («Kia  Motors»)  avtomobilqayınna  korporasiyaları  arasında 

amansız  mübarizə  gedir.  Qiymət  rəqabəti  sayəsində  hər  yerdə  ənənəvi 

korporasiyaları  sıxışdıran  Çin  şirkətləri  ildırım  sürəti  ilə  bu  mübarizəyə 

qoşulmuşdur.  Dünya  avtomobil  bazarı  TMK-lar  arasında  bölünmüşdür. 

Dünyanın  mülki  aviasiyasında  şəriksiz  dominantlıq  2  TMK-nın  -  Amerikanın 

«Boeing» və Avropanın «Airbus» arasında bölüşdürülmüşdür. 

Enerji,  0  cümlədən  neft  şirkətləri  arasındakı  rəqabət  mübarizəsi  daha 

amansızdır.  Cəmiyyətin  maraqlarına  etinasızlıq,  həddən  atıq  böjdik  risk, 

qanunvericiliyin pozulması onların fəaliyyətində geniş yayılmış hallardır. 

16  aprel  2010-cu  il  tarixində  Meksika  körfəzinin  şelfmdə,  Luiziana  ştatı  sahilinin 

yaxınlığında nəhəng (■rBritish Petroleum» (BP) korporasiyasının neft platformasında qəza 

baş vermişdir. Dənizin dibindən çıxarılan neft geniş sel şəklində dənizə axmış, eni 200 km. 

olan  «neft  ləkəsi»  ətrafdakı  bütün  canlıları  -  dəniz  yosunlarını,  balıqları,  quşları  məhv 

edərək, sahilə yaxınlaşmağa başlamışdı. BP-nin məlumatlarına görə, okeana sutkada 20 min 

ton, başqa mənbələrə əsasən isə 100 min ton barrel neft axırdı. Qəzanın aradan qaldırılması 

cəhdləri cüzi fayda verir, neftin körfəz sularına axması davam edirdi. Zərər nə qədər idi? 

Onu hesablamaq belə, çətinlik yaratsa da, 10 milyardlarla dollar həcmində olduğu aydın idi. 

Prezident Obama ABŞ hökumətinin günahkarın bu qlobal fəlakət nəticəsində dəyən ziyanı 

bütövlüklə ödəməyə məcbur 

418 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə