Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı


olunacağını  bəyan  etdi.  Aydın  idi  ki,  qəzanın  əsas  səbəbi  neft  nəhənginin  təhlükəsizlik



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə168/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   164   165   166   167   168   169   170   171   ...   306

olunacağını  bəyan  etdi.  Aydın  idi  ki,  qəzanın  əsas  səbəbi  neft  nəhənginin  təhlükəsizlik 

texnikası tədbirləri hesabına qənaətə cəhd göstərməsi idi. Bu isə, öz növbəsində, maksimum 

qazanc əldə etmək istəyindən irəli gəlirdi; dünyada TMK-nm fəaliyyətinin əsas amalı məhz 

budur.  2009-cu  ildə  Sibirdəki  nəhəng  Sayano-Şuşenskaya  SES-də  faciə  baş  verdi.  Yeni 

sahiblər  (Rusiya  TMK-rı)  düşünülməmiş  özəlləşdirmə  nəticəsində  bu  böyük  SES-i  ələ 

keçirərək,  onun  təhlükəsiz  istismarı  yollarını  tapmaq  barədə  (bu  isə,  xeyli  maliyyə  vəsaiti 

tələb edir) fikirləşməmişlər. Analoji hadisə Kemerevo vilayətinin «Raspadskaya» şaxtasında 

olmuş,  dərinlikdə  baş  verən  partlayış  böyük  insan  tələfatı  ilə  nəticələnmişdir.  TMK-nın 

doğma  sahillərdən  uzaqda,  İngiltərədə  yaşayan  sahibi  də  təhlükəsizlik  tələblərinə 

etinasızlıqla yanaşmış və şaxtaçıların əmək haqqında qənaət etməyə çalışmışdır. 

* •

 

Ən  iri  TMK-lar  açıq  bəyan  etməsələr  də,  sözsüz  ki,  qlobal  strategiya 

həyata keçirir. Həmin strategiyanın tərkib hissələri bunlardır: 

 



TMK-nm  və  onun  filiallarının  fəaliyyətinin  satış  bazarları  baxımından 

qlobal miqyasda planlaşdırılması; 

 

qəbul  edən  ölkənin  maraqlarını  nəzərə  almadan,  qlobal  rəqabət 



mübarizəsinin  hərtərəfli,  çevik  və  texnoloji,  o  cümlədən  komprador  zümrənin 

nümayəndələrinin menecmentə cəlb olunması metodlarından istifadə edilməsi

 

ən çox qazanc gətirən sahələrdə fəaliyyət göstərilməsi, burada qabaqcıl 



elmi-texniki əsasda kifayət dərəcədə qapalı klasterlərin yaradılması; 

• TMK-nm  müəssisələri  əsasında  maliyyə  mərkəzləri  baş  mənzil- 

qərargaha tabe edilən vahid beynəlxalq idarəçilik şəbəkəsinin yaradılması. 

TMK-nm  fəaliyyətinə  nəzarət.  TMK-nm  fəaliyyəti  həmişə  müxtəlif 

ölkələrin  ictimaiyyəti  tərəfindən  narahatçılıqla  qarşılanır.  Onların  fəaliyyətini 

tənzimləyən dəqiq müddəalar 1970-ci illərin əvvəlində BMT-nin TMK-lar üzrə 

komitəsi çərçivəsində qəbul edilmişdir. Məsələn, 1974-cü ildə inkişaf etməkdə 

olan ölkələrin maraqlarının nəzərə alındığı «TMK-nm davranış Məcəlləsi» qəbul 

edilmişdir.  Məcəllədə  TMK-nm  fəalij^ətini  həyata  keçirərkən,  bütün  ölkələrdə 

həll 

etməli 


olduğu 

sosial-iqtisadi 

məsələlərin 

geniş 


dairəsi 

müəyyənləşdirilmişdir.  Amma  sahibkarlıqda  təcavüzkarcasma  yalnız  mənfəət 

əldə  olunmasına  istiqamətlənmiş  neoliberal-monetar  ideologiyanın  dominant- 

lığa başladığı  şəraitdə bu  «Məcəllə»  işləyə bilmədi və qlobal korporasiyaların, 

onların lobbiçilərinin təzyiqi altında sadəcə olaraq kənara atıldı. Hələ 1976-cı ildə 

İƏİT çərçivəsində «Xarici investisiyalar və çoxmillətli şirkətlər haqqında 



419 


Bəyannamə»,  habelə  «Çoxmillətli  Şirkətlər  üçün  Tövsiyələr»  qismində 

Bəyannaməyə Əlavələr qəbul edilmişdir. Bu tövsiyələrdə TMK-nm riayət etməli 

olduğu  şərtlərin  siyahısı:  sosial  inkişafın  dəstəklənməsi,  ETTKİ  və  təhsilin 

stimullaşdırılması,  yerli  kadrların  hazırlanması  və  s.  verilmişdir.  Lakin  qeyd 

etdiyimiz  kimi,  bu  şərtlər  məcburi  olmadığından,  TMK-lar  onlara  əməl  etmir. 

Aydındır ki, beynəlxalq ictimaiyyət TMK-nm fəaliyyətini bəşəriyyətin maraqları 

mövqeyindən tənzimləyən qaydalar külliyyatını işləyib hazırlamalıdır. 



Transfer  qiymətləri.  Beynəlxalq  korporasiyaların  xarici  iqtisadi 

fəaliyyətini  əsaslandıran  nəzəriyyələrin,  demək  olar  ki,  hamısında  transfer 

qiymətlərindən istifadə olunması yolu ilə transmilli xərclərin azaldılması xüsusi 

yer tutur. 

Transfer  qiymətləri  beynəlxalq  inhisarların  korporasiyadaxili  ticarətində 

tətbiq  olunan,  kortəbii  (tələb  və  təklifin  təsiri  altında)  deyil,  şirkətlərin  strateji 

məqsədlərinə əsasən formalaşan daxili şərti-hesablaşma qiymətləridir. Buna görə 

də onlar tətbiq  edilmə məqsədindən və konkret vəziyyətdən asılı olaraq, dünya 

qiymətlərindən həm yuxarı, həm də aşağı kənarlaşa bilər. Firmadaxili ticarətdə 

transfer qiymətlərindən istifadə edilməsinin məqsədləri bunlar ola bilər: 

 

bazarda inhisarçı mövqenin qorunub saxlanması; 



 

yeni satış bazarlarının ələ keçirilməsi



 

vergilərin və gömrük rüsumlannm minimuma endirilməsi; 



 

valyuta  nəzarətindən  yayınma,  valyuta  möhtəkirliyi,  zəif  valyutadan 



güclü valyutaya konvertasiya olunma

 



inflyasiya templərindəki fərqdən istifadə edilməsi; 

 



mənfəətin köçürülməsi yolu ilə xarici filialın maliyyə vəziyyətinə təsir 

göstərilməsi; 

 

törəmə firma vasitəsilə real əldə olunmuş mənfəətin gizlədilməsi və s. 



Qovuşmalar  və  qəsblər.  Qovuşma  -  təsərrüfatçılıq  subyektlərinin 

birləşməsi nəticəsində əvvəl mövcud olan iki və daha çox strukturun birləşməsi 

yolu ilə vahid iqtisadi zəncirin yaradılmasıdır; fınnalarm birləşməsi nəticəsində 

onlardan  birinin  salamat  qalması,  qalanlarının  isə  öz  müstəqilliyini  və 

mövcudiyyətini itirməsi. 

Şirkətin  qəsbi  -  başqa  şirkətin  öz  nəzarəti  altına  götürülməsi  və  onun 

üzərində mülkiyyət hüququnun tam yaxud qismən əldə olunmaqla, müvafiq 



420 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə