Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə17/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   13   14   15   16   17   18   19   20   ...   306

onlara  böyük  həcmdə  tranzaksiyaları  maliyyələşdirmək  imkanı  verəcək. 

Rezidentlərinin pul vəsaitlərinin məbləğini artınnaq məqsədi ilə ixracı artınnası 

yaxud xarici qiymətli kağızları satması nəticəsində ölkəyə fondların xalis axını 

baş verəcək. Beləliklə, real gəlirlərin sürətlə çoxalması və pul kütləsinin yavaş 

artımı  baş  verən  ölkənin  tədiyyə  balansında  kapitalların  hərəkəti  yaxud  cari 

əməliyyatlar  maddələri  üzrə  qalıq  yaradan  meylilərin  təsiri  nətieəsində  həmin 

ölkənin valyutasının dəyəri yüksələcək. 

BVF inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün məhz bu 

siyasəti model layihəsi qismində qəbul etmişdir. Bu nəzəriyyə və ona əsaslanan 

siyasət 2008-2010-cu illərin qlobal böhranı zamanı iflasa uğradı. 



2.3.

 

Yeni məktəb: beynəlxalq siyasi iqtisad 

yaxud beynəlxalq iqtisadiyyat 

1970-1980-ci  illərdə  elmdə  yeni  istiqamət  -  beynəlxalq  siyasi  iqtisad 

yaxud  beynəlxalq  iqtisadiyyat  formalaşmağa  başladı.  Onun  meydana  çıxması 

müəyyən dərəcədə libertarianizmin dominantlığına şərait yaradan səbəblər, yəni 

ABŞ  və  Qərbi  Avropanın  iqtisadi  problemlərinin  atması  ilə  bağlı  idi.  İnkişaf 

etmiş ölkələrin özündə iri firmaların investisiya fəallığı kəskin dərəcədə zəiflədi

kapitalizm bir sistem kimi yeni, o cümlədən texnoloji inqilabın təzəcə başlanan 

mərhələsi tərəfindən qarşıya qoyulan məsələləri: işsizliyin artımını, 1971-ci ildə 

Bretton-Vuds sisteminin dağılmasını və s. aradan qaldırmaq iqtidarında olmadı. 

Yeni  beynəlxalq  siyasi  iqtisad  prinsipcə  təzə  olan  iki  məsələdən 

qaynaqlanırdı:  birincisi,  dövlət  aparatının  işində  dövlətin  vəhdət  təşkil  edən 

ənənəvi  siyasi  fəaliyyəti  ilə  iqtisadi  sahədə  iştirakı  arasında  aşkar  olunan 

«aralanmanın» 

aradan  qaldırılmasının  zəruriliyi;  ikincisi,  beynəlxalq 

münasibətlər  sahəsində  dövlətin  siyasi  fəaliyyətinin  «iqtisadiləşdirilməsinin» 

əsaslandırılması.  Beləliklə,  söhbət  funksiyaların  daxili  siyasətdə  deyil, 

beynəlxalq  iqtisadi  münasibətlər  sahəsində  genişləndirilməsindən  gedirdi. 

Yarandığı ilk gündən yeni məktəb özündən əvvəlki bəzi ənənələrə istinad edirdi. 

Belə ki, Amerika tədqiqatçıları C.Fridman, D.Layk və R.Qilpin beynəlxalq siyasi 

iqtisadın  üç  cərəyanına:  realizmə,  liberalizmə  və  marksizmə  {neomarksizmə) 

istinad edirlər. 

iqtisadi realizm. Bu, iqtisadi təfəkkürün beynəlxalq münasibətlərdə siyasi 

amilə iqtisadi amil üzərində açıq-aşkar üstünlük verilməklə, merkan- 

46 



tilizm  və  millətçilik  məktəblərini  özündə  birləşdirən  ümumi  istiqamətidir. 

İqtisadi  realizm  öz  iqtisadi  üstünlüyünü  möhkəmləndirmək  yaxud  «hegemon 

mövqelərini»  qoruyub  saxlamaq  üçün  hökmran  mövqe  tutan  dövlət  tərəfindən 

münaqişəli hallarda hərbi-siyasi qüvvədən istifadə olunmasının zəruriliyini qeyd 

edir. Müasir beynəlxalq siyasi münasibətlərin nüfuzlu məktəbi olan neorealizm 

bu əsasda fonualaşmışdır. İqtisadi cərəyan növü kimi, «realizm» libertarianizmlə 

paralel  inkişaf  edir  və  Fridman  libertarianizminin  ümumi  məcrasında  bir  növ 

«ehtiyat» yaxud «paralel» rol oynayır. 



Neorealizm.  Beynəlxalq  münasibətlər  haqqında  elmdə  neorealizmin 

meydana çıxması, professor P.A.Tsıqankovun qeyd etdiyi kimi, Kennet Uoltsun 

«Beynəlxalq  siyasət  nəzəriyyəsi»  kitabının  (1979)  nəşri  ilə  əlaqələndirilir. 

Neorealizm məktəbinin nümayəndələri qarşılanna yeni beynəlxalq şərait nəzərə 

alınmaqla,  klassik  nəzəriyyənin  üstünlüklərini  qoruyub  saxlamaq  vəzifəsini 

qoyurdular. Bu halda da siyasi  realizmin  «qüvvə»,  «milli  maraqlar»,  «rasional 

davranış»  və  sair  anlayışları  beynəlxalq  münasibətlərin  təhlilinin  əsas  vasitəsi 

kimi qalır. Eyni zamanda neorealizm siyasi sahənin beynəlxalq münasibətlərin 

başqa sahələrindən (məsələn, iqtisadi) ayrılmasının zəruriliyinə əsaslanır, bu isə, 

qanunauyğunluqlar  axtarılarkən  diqqəti  ona  xas  olan  cəhətlərin  öyrənilməsi 

üzərində cəmləşdirməyə imkan verir. Qeyd edək ki, beynəlxalq münasibətlərin 

«iqtisadiləşməsi» prosesinin qaçılmaz olduğu şəraitdə iqtisadiyyatın siyasətdən 

bu  cür  «təcrid  edilməsi»  tədqiqatın  obyektini  və  subyektini  açıq-aşkar 

kəsadlaşdırır. 

Uoltsa  görə,  beynəlxalq  sistemin  aparıcı  prinsipi  beynəlxalq 

münasibətlərdə min illər boyu dəyişməyən anarxiyadır. Uoltsun fikrincə,  buna 

görə  də  gələcəkdə  anarxiyanın  öz  keyfiyyətini  itirəcəyini  ehtimal  etməyə  əsas 

yoxdur  və  beynəlxalq  sistemin  dəyişdirilməsinə  yönələn,  liberal-idealist 

təsəvvürlərə istinad edən bütün layihələr uğursuzluğa düçardır. Digər tərəfdən, 

beynəlxalq  sistemin  struktur  xüsusiyyətləri  əslində  kiçik  və  orta  dövlətlərin 

fəaliyyəti  ilə,  demək  olar  ki,  əlaqədar  olmayaraq,  fövqəldövlətlər  arasında 

qarşılıqlı  əlaqələrin  nəticəsidir.  Deməli,  beynəlxalq  münasibətlərin  «təbii  halı» 

yalnız  sonunculara  xasdır.  Başqa  ölkələr  fövqəldövlətlər  tərəfindən  yaradılan 

beynəlxalq siyasətin nüfuz dairəsindədir. Neorealistlərin bu ideyası beynəlxalq 

münasibətlərdə  dövlətin  dominant  rolunun  əbədiliyi  prinsipinə  əsaslanır. 

Məsələn,  Uolts  iddia  edir  ki,  ayrı-ayrı  ölkələrin  rolu  eyniləşdikcə,  ölkələrin 

qarşılıqlı asılılığı barədə yaranan fikir yalnız dəyişən beynəlxalq şəraitin 

47 



emosional  tərzdə  qavramimasının  nəticəsidir;  o,  yalnız  mikro-səviyyədə 

mövcuddur və bu, dünya iqtisadiyyatında TMK-nın mövqelərinin güclənməsində 

təzahür  olunur.  Amma  qarşılıqlı  asılılıq  dövlətin  roluna  əhəmiyyətli  dərəcədə 

təsir göstərmir. Bundan savayı, hakimiyyətin fövqəldövlətlərin dar çərçivəsində 

cəmləşməsi  qarşılıqlı  asılılığın,  çox  ehtimal  ki,  zəifləməsinə  dəlalət  edir.  Bu 

müddəa müasir dövrlə müqayisədə XVII-XIX əsrlərdə daha güclü asılılığı olan 

Avropa  dövlətlərinin  timsalında  daha  aydın  görünür.  Bir  sıra  zəif  cəhətlərinə 

(«təbii vəziyyətin» əbədiliyi və dayanıqlığı, beynəlxalq sistemin sabitləşdirilməsi 

üsulu  kimi  güclər  arasında  tarazlıq,  kiçik  və  orta  ölkələrin  roluna  əhəmiyyət 

verilməməsi və s.) baxmayaraq, neorealizmin güclü dövlət ideyasına əsaslanan 

ilkin  şərtləri  bir  çox  iri  dövlətlərdə  kifayət  qədər  populyardır  və  beynəlxalq 

münasibətlərdə neoliberalizm məktəbi ilə real rəqabət apara bilir. 



Neoliberalizm.  Neorealizm  ideyalarının  cazibəli  olmasına  baxmayaraq, 

onun  müddəaları,  fövqəldövlətlərin  hakim  dairələrinə  kifayət  qədər  arxaik 

görünür.  İki  siyasi-iqtisadi  sistem  arasında  qlobal  sistemlərarası  («so3mq») 

müharibə keçmişdə qalmışdır. Ümumi siyasi meyillərin beynəlxalq terrorizmlə 

mübarizənin keçmiş kommunizm sistemi ilə rəqabəti əvəz edərək, çox güman ki, 

əsas hədəfə çevriləcəyinə baxmayaraq, müasir şərait beynəlxalq siyasi və iqtisadi 

münasibətlərin təhlilinə tamamilə başqa yanaşmalar tələb edir. Dünya sosializm 

sistemi  dağıldıqdan  sonra  beynəlxalq  münasibətlər  nəzəriyyəsinin  belə 

istiqamətlərindən  biri  neoliberalizmdir.  Müasir  neoliberalizm  keçmiş  dövrlərin 

klassik  siyasi  və  iqtisadi  məktəbinin  cərəyanlarından  biri  olan  klassik 

liberalizmdən  keyfiyyətcə  fərqlənir;  o,  Samuelson  tərəfindən  düzgün  olaraq 

libertarizm  -  ABŞ  və  başqa  inkişaf  etmiş  ölkələrin  sağçı  işgüzar  və  siyasi 

qüvvələrinin  radikal  ideologiyası  kimi  xarakterizə  olunmuşdur.  Bu  cərəyanın 

əsas ehkamlarını sadalayaq. 

Birincisi, dövlət beynəlxalq siyasi və iqtisadi səhnədə yeganə və əsas agent 

deyil və bundan əlavə, heç də bütün dövlətlər, ümumiyyətlə, bu agent qismində 

çıxış  etməyə  qadir  ola  bilməz.  Burada  qüdrətli  TMK-lar,  TMB-lər,  müxtəlif 

qeyri-hökumət  birlikləri,  peşə  assosiasiyaları,  cinayətkar  və  terrorçu  qruplar 

fəaliyyət  göstərir.  Beynəlxalq  münasibətlərin  istənilən  iştirakçısı  burada 

əhəmiyyətli dəyişikliklər apara, dövləti gözlənilməz addımlar atmağa məcbur edə 

bilər. 


İkincisi, beynəlxalq münasibətlər sistemi idarəetmə alətlərinin itirilməsi 

48 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə