Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə172/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   168   169   170   171   172   173   174   175   ...   306

həyata keçirmək yolu ilə, onlarla kooperasiya olunmaq üçün başqa müəssisələrlə 

müqayisədə  daha  geniş  imkanlara  malikdir.  Kooperasiya  haqqında  bu  cür 

müqavilələr, adətən müxtəlif ölkələrin firmalarını əhatə etdiyinə görə, transmilli 

proseslər  üçün  səciyyəvi  olan  yeni  iqtisadi  şərait  yaradır.  Kooperasiya 

müqavilələri  qeyri-məhsuldar  təkrarçılığı  aradan  qaldırır  və  əksər  hallarda 

yüksək 


səmərəliliklə 

xarakterizə 

olunur, 

əmək 


məhsuldarlığının 

yüksəldilməsinin,  malların  və  xidmətlərin  qiymətlərinin  ucuzlaşmasının  amili 

kimi  çıxış  edir.  Bu  cür  inkişafın  əsas  səbəblərindən  biri,  kapitalın  transmil- 

liləşməsi,  iri  və  orta  transmilli  bankların  fonnalaşmasıdır.  Sənaye 

korporasiyalarının beynəlxalq ekspansiyası maliyyələşmənin əlavə mənbələrinin 

tapılması  problemini  qabartdı  və  transmilli  banklar  TMK-nm  beynəlxalq 

kapitallar  bazarına  qoşulması  məsələsində  mərkəz  mövqelərini  tutdu.  Bu, 

beynəlxalq istehsalın fonualaşmasmm möhkəm sənaye-maliyyə bazası oldu. 



15.5.

 

TMK beynəlxalq istehsalın 

maddi bazasıdır: qlobal təzahürlər 

Beynəlxalq istehsal. Beynəlxalq istehsalın artımı qloballaşma prosesinin 

mühüm tərkib hissəsidir. «Beynəlxalq istehsal» tennini başqa ölkələrdə yerləşən 

şirkətlərin istehsal və nəzarət etdiyi mallara və xidmətlərə şamil olunur. Həmin 

ölkələrdə  (qəbul  edən  ölkələr)  istehsala  nəzarət,  məhsulun  hazırlanması  ilə 

birbaşa məşğul olan müəssisələrin əsas vasitələrinin minimum hissəsi üzərində 

sahiblik  hüququnun  olmasını  təsdiqlən  adi  səhmlərin  minimum  zərfinin  satın 

alınması  yaxud  bu  nəzarətin  yerinə  yetirilməsini  təsbit  edən  müqavilələr 

(səhmləri satın almadan) əsasında həyata keçirilə bilər. Kapital qoyuluşları yolu 

ilə yaxud bağlanmış müqavilə əsasında istehsala nəzarət, habelə xaricdə yerləşən 

müəssisənin  (xarici  filialın)  idarə  olunmasında  iştirak,  beynəlxalq  istehsalı 

xarakterizə edir. 

Beynəlxalq  istehsal  prosesində  iştirak  edən  finnalar  (əsasən  transmilli 

korporasiyalar)  öz  istehsal  amillərini,  müxtəlif  ölkələrdə  yerləşən  bölmələr 

arasında  müəyyən  dərəcədə  sərbəstliklə  hərəkətə  imkan  yaradan  istehsal 

infrastrukturunu  mərkəzi  ofisin  ümumi  idarəçiliyinə  verir.  Bu  cür  istehsal 

sistemlərinə  fəaliyyətin  müxtəlif  sahələri  -  ETTKİ-dən  başlayaraq,  ərazi 

baxımından qəbul edən ölkənin müxtəlif bölgələrində yerləşmiş, amma son mal 

və xidmətlərin buraxılması üçün vəhdət halında birləşmiş istehsal, habelə ona 



429 


xidmət göstərən mühasibat uçotu, reklam, marketinq, heyətin öyrədilməsi kimi 

sektorlar daxildir. Bu, inkişaf etmiş ölkələr üçün xüsusilə səciyyəvidir: burada 

istehsal  sistemləri  çox  vaxt  xarici  firmaların  qovuşması  yaxud  bir  ölkənin 

firmasının  başqa  ölkələrdə  yerləşən  fınnalan  satın  alması  yolu  ilə  yaradılır. 

Bir-birindən  uzaq  məsafədə  yerləşən  istehsal  strukturları  ümumi  idarəçilik 

altında  birləşdiyi  andan  etibarən,  onların  öz  ölkəsində  və  xaricdə  (bəzən  isə 

üçüncü  ölkələrdə)  sərəncamında  olan  daşınar  və  daşınmaz  istehsal  amilləri 

məhsul  buraxılışında  daha  səmərəli  istifadə  edilmək  üçün  TMK-nm  iqtisadi 

vəzifələrinə  və  strategiyasına  uyğun  olaraq  qruplaşdırılır.  İstehsala  malik  olan 

yaxud  TMK-nı  qəbul  edən  ölkə  beynəlxalq  məhsul  buraxılışında  iştirak  edən 

müəssisələrdən,  habelə  istehsal  amilləri  bilavasitə  istifadə  olunduğu  yerdən 

uzaqda  yerləşə  bildiyi  kimi,  onlardan  istifadə  olunması  baxımından  TMK-nm 

buraxdığı  (baş  müəssisədə,  ölkənin  istehsal  güclərində,  xarici  filialda,  yerli 

istehsal güclərində) bütün məhsullar mahiyyətinə görə beynəlxalqdır. Beynəlxalq 

istehsal  prosesinə  onun  həyata  keçirildiyi  ölkə  nöqteyi-nəzərindən  yanaşıldığı 

halda, milli şirkətlərin xarici ölkələrin istehsal güclərində, xarici firmaların isə 

ölkənin  istehsal  güclərində  məhsul  buraxılışı  nəzərdə  tutulur.  Beynəlxalq 

istehsalın  əhəmiyyətini  daha  əyani  nümayiş  etdirdiyinə  görə,  məhsulun  xarici 

filiallar tərəfindən istehsal olunması təcrübədə daha geniş yayılmışdır. 

Beynəlxalq istehsalı təşkil edən elementlərə müəssisələrin (holdinqə daxil 

olan şirkətlərin) və onların beynəlxalq istehsalda iştirak edən xarici filiallarının 

coğrafiyası,  sayı,  vahid  korporativ  sistem  daxilində  qeydiyyat  ölkəsi  ilə  qəbul 

edən  ölkə  arasında  maliyyə  axınları  və  texnologiyaların  verilməsi,  beynəlxalq 

istehsalın  əsasını  təşkil  edən  aktivlər,  habelə  satışların  həcmi,  ticarət  və 

məşğulluq  daxildir.  Əslində  bu,  ölkələrin  (TMK  və  onların  filiallarının 

yerləşdiyi)  milli  suverenliyi  çərçivəsindən  kənara  çıxarılan  müəyyən 

meqatransmilli  ikehsal-iqtisadi  kompleksin  formalaşması  üzrə  qlobal  meylin 

yaranmasına  dəlalət  edir.  Qlobal  böhranadək  TMK-nm  nəzərə  çarpdırmadan 

yeritdiyi superliberal iqtisadi nəzəriyyələr bu prosesə güclü təkan verirdi. 

Xülasə 

•  TMK  -  dünya  ölkələrinin  təsərrüfat  fəaliyyətinin  bütün  sahələrində 

beynəlmiləlləşmənin  son  dərəcə  }mksək  səviyyəsi  şəraitində  kapitalist 

iqtisadiyyatının inkişafının təbii nəticəsidir. İstehsalın və kapitalın transmil- 

430 



liləşməsi,  onların  beynəlxalq  çarpazlaşması  prosesləri  TMK-nın  fəaliyyəti 

nümunəsində daha aydın əks olunur. 

 

TMK-nın çoxsaylı nəzəriyyələri olsa da, onların təbiəti və fəaliyyətinin 



xarakteri  barədə  ümumi  nəticələrlə  ziddiyyət  təşkil  etmir.  Transmilli 

korporasiyaların  formalaşması  uzunmüddətli  tarixi  prosesdir  və  indi  fəaliyyət 

göstərən,  dünyanın,  habelə  əksər  ölkələrin  iqtisadiyyatında  mühüm  yer  tutan 

qüdrətli istehsal-maliyyə və başqa korporasiyalarda təcəssüm olunmuşdur. 

 

Bir  neçə  onillik  ərzində  TMK-nın  fəaliyyətinin  əsas  nəticəsi  dünya 



iqtisadiyyatının qüdrətli, kifayət qədər bütöv özəyinin - ümumdünya təsərrüfat və 

maliyyə  proseslərinin  həm  nəticəsi,  həm  də  sürətləndirilməsinin  amili  olan 



beynəlxalq  istehsalın

 

formalaşmasıdır.  Bununla  yanaşı,  TMK-nın  yaratdığı 

«beynəlxalq istehsal» fenomeni ciddi tədqiqat predmeti olmalıdır. 

 



Müasir TMK-nın fəaliyyətində aşağıdakı əsas meyillər nəzərə çarpır: 

 



aktivlərin  ümumi  həcmində  xarici  aktivlərin  payı  üzrə 

təsnifləşdirildikdə,  mənşə  ölkəsi  baxımından  ən  iri  qrup  ABŞ-ın 

TMK-dır; 

 



TMK-lar sırasında güclü mövqeyini ümumilikdə qoruyub saxlasa da, 

1970-1980-ci  illərdə  ən  dinamik  olan  yapon  TMK-sı  qrupu 

zəifləmişdir; 

 



Çinin  TMK-sı,  habelə  dinamik  inkişaf  edən  ölkələrin:  Braziliya, 

Cənubi  Koreya,  Hindistan,  Malayziya  və  s.  TMK-sı  böjdik  sürətlə 

güclənir; 

 



Avropanın  TMK-sı  kapital  tutumlu  sahələrdə,  o  cümlədən  tədqiqat 

işlərinə  bö3dik  məbləğdə  xərclər  tələb  olunan  kimya  və  əczaçılıq 

sənayelərində, avtomobilqayırma, elektrotexnika, maşınqayırma kimi 

sahələrdə mühüm mövqelər tutur; 

 

sahə üzrə bölgü baxımından, ən yüksək transmillilik indeksi kimya və 



əczaçılıq,  bunlardan  sonra  isə  qida  və  elektron  sənayelərindədir;  ən 

aşağı indeks ticarət şirkətləri üçün səciyyəvidir. 

 

Ən  iri  TMK-nın  mövcud  investisiya  planlarına  görə,  yaxın  illərdə  bu 



korporasiyaların  investisiya  fəallığı  sürətlə  artmalıdır  və  investisiyaların 

yerləşdirildiyi əsas rayonlarda, o cümlədən inkişaf etmiş ölkələrdə iqtisadi artım 

buna müəyyən şərait yaradır. 

 



Şimali Amerikada yerləşən transmilli korporasiyalar yüksək texnologiya 

və istehlak mallarının istehsalı üzrə sahələrdə investisiya yerləşdirilməsi 



431 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə