Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə175/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   171   172   173   174   175   176   177   178   ...   306

qlobal miqyasda həyata keçirilən liberallaşma siyasətinə baxmayaraq, bazarlara 

sərbəst daxilolma imkanları barəsində narahatçılıq yaradır. Xammal göndərişləri 

iqtisadi inkişaf üçün zəmridir: heç bir müasir iqtisadiyyat bu məhsullara adekvat, 

qiymətlərə  görə  məqbul  və  bazara  təminat  verilmiş  çıxış  olmadan  fəaliyyət 

göstərə bilməz. 

Bununla  əlaqədar  olaraq,  TMK-lar  həm  qəbul  edən,  həm  də  yerləşdiyi 

ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. TMK-lar öz təbii resurslarını əmtəəlik 

məhsula  çevirmək  üçün  kifayət  qədər  istehsal  gücü  olmayan  ölkələrə  lazımi 

qədər kapital, bilik verə və bazara çıxış imkanı yarada bilər; yerləşdikləri ölkələr 

üçün  onlar  xarici  xammal  mənbələrinə  zəmanətli  çıxışın  təmin  olunması  aləti 

kimi xidmət edə bilər. Həqiqətən də, ən iri TMK-dan bəzisi hasilat sənayesində 

aktiv  fəaliyyət  göstərir  və  son  onilliklər  ərzində  bu  sektorda  bir  neçə  yeni,  o 

cümlədən  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdən  iştirakçılar 

meydana  çıxmışdır.  Cənub  ölkələrindən  olan  TMK-nm  xarici  əməliyyatlarının 

genişlənməsi  öz  əksini  XBİ  barədə  məlumatlarda  tapır.  2000-  2008-ci  illər 

ərzində  hasilat  sənayesinə  XBİ-də  inkişaf  etmiş  ölkələrin  payı  2000-ci  ildəki 

99%-dən  2008-ci  ildə  93%-ə  düşmüşdür;  onlar  üçün  bu  göstərici  2010-cu  ilin 

əvvəlində iqtisadiyyatın böhrandan sonrakı dirçəliş dövrü üçün səciyyəvi idi. 

Mineral xammal bazarlarının konyunkturunun qeyri-sabitliyi həm dövlət 

siyasətinə, həm də TMK-nın investisiya qərarlarına təsir göstərir. 2003-2007-ci 

illərdəki  yüksək qiymətlər faydalı qazıntıların kəşfiyyatı və hasilatı sektorunda 

investisiya «bum»u yaratmışdı. Misal üçün, əlvan metal yataqlarının kəşfiyyatına 

özəl investisiya qoyuluşunun həcmi 2002-ci ildəki 2 milyard dollardan 2006-cı 

ildəki  7  milyard  dollaradək  artmış,  həmin  dövrdə  neft  və  qaz  quyuları 

qazılmasının həcmi 2 dəfə çoxalmış, bunun nəticəsində isə qazma qurğularından 

istifadə olunma əmsalı 92%-ə yüksəlmişdir. Göstərilən artım meyli 2008-ci ilin 

ortalarında  zəifləsə  də,  2009-cu  ildə  yüksəlməyə  başlamış,  lakin  2010-cu  ilin 

sonunda belə, 2007-ci il səviyyəsinə çatmamışdır. 



Emal  sənayesində  XBİ-nin  əsas  hissəsi,  əvvəlki  kimi,  inkişaf  etmiş 

ölkələrdə  yerləşdirilir  və  bu,  müəyyən  dərəcədə  transsərhəd  QƏ  miqyasının 

əhəmiyyətli həcmdə olması ilə izah edilir. Amma onların bu sahədə yerləşdirilən 

XBİ-nin  dünya  üzrə  idxalı  həcmindəki  xüsusi  çəkisi  1990-cı  ildəki  90%-dən 

2007-ci  ildəki  70%-ə düşmüşdür. Son onilliklərdə TMK-nm  hasilat  sənayesinə 

investisiya qoyuluşları obyekti qismində inkişaf etməkdə 



437 


olan 

və 


keçid 

iqtisadiyyatlı 

ölkələrin 

payı 


xeyli 

çoxalmışdır. 

Qiymətləndirmələrə  əsasən,  1990-2000-ci  illərdə  bu  sahəyə  yatırılan  XBİ-nin 

həcmi 2 dəfədən çox, 2000-2007-ci illərdə isə daha yarım dəfə artmışdır. Faydalı 

qazıntıların yeni yataqları kəşf olunduqdan sonra XBİ alan daha bir neçə ölkə, o 

cümlədən  Mali,  Çad  və  Ekvatorial  Qvineya  meydana  çıxmışdır.  Göstərilən 

dövrdə  Rusiya  Federasiyası,  Qazaxıstan  və  Azərbaycan  da  hasilat  sənayesinə 

XBİ yatırılmasının mühüm obyektinə çevrilmişdir. 

Suriya Ərob Respublikası 

Papua-Ycni Qvineya 

Nigeriya 

Boliviya 

Botsvana 

Oman 


Qaza'ustan 

Vı sucla 

Tanzaniya Birləşmiş Resp .olikası 

Cənubi Afrika Çili Argentina 

Banqladeş Monqolustan Rusiya 

Federasiyası Kolumbiya Norveç 

Myanma Vyetnam Zambiya İordaniya 

Avstraliya Kanada Niderland 

Birləşmiş Krallıq Peru Pakistan 

İndoneziya İtaliya Filippin Rumıniya 

Türkiyə Tailand Birləşmiş Ştatlar 

2 90,3 


I 79,5 

I 74,8 


f 69,6 

f 68,3 


57,2 

49,9 


20 


40 

50 % 


Şəkil 16.1.

 Bəzi ölkələrə daxil olan XBİ-nin 

ümumi həcmində hasilat sənayesinin payı* 

* UNCTAD. World Investment Report, 2010. 

Ölkəyə  daxil  olan  XBİ-də  hasilat  sənayesinə  yatırımların  xüsusi  çəkisi 

yerləşdirilmə ölkələrinə görə də fərqlənir. Ölkələrin əsas qrupları arasında daxil 

olan  XBİ-nin  ümumi  həcminin  əhəmiyyətli  hissəsi  bir  sıra  dövlətlərin  hasilat 

sənayesinin  payına  düşür;  bunlara  misal  kimi,  inkişaf  etmiş  ölkələrdən 

Avstraliya, Kanada və Norveçi; Afrikada Botsvana, Nigeriya və CAR-ı; Latın 

438 



Amerikası  və  Karib  dənizi  hövzəsi  ölkələri  regionunda  Boliviya,  Venesuela, 

Çili  və  Ekvadoru;  Cənub-Şərqi  Avropa  və  MDB  məkanında  Qazaxıstanı 

göstənuək olar (şəkil 16.1). 

16.1-ci şəkildə inkişaf etmiş, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı 

ölkələr qrupundan reprezentativ ölkələr təsvir olunmuşdur. Onların göstəriciləri 

hasilat sənayesinə gətirilmiş XBİ-nin «mühümlük dərəcəsini», həmin ölkələrdə 

XBİ-nin  ümumi  axınları  həcmində  dəyər  ifadəsini  əks  edir.  Belə  ki,  bu  rol 

dənizə çıxışı olmayan inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə son 

dərəcə yüksək, inkişaf etmiş ölkələr qrupunda isə aşağıdır. 

16.2.

 

Özəl və dövlət TMK-sı 

Dağ-mədən və neft-qaz sahələrində fəaliyyət  göstərən TMK-nın  xüsusi 

çəkisi  mühüm  dərəcədə  fərqlənir.  2009-cu  ildə  dünya  üzrə  hasilatın  dəyər 

ifadəsi əsasında aparıcılar sırasına daxil edilmiş 25 şirkətdən 14-ü inkişaf etmiş 

ölkədən  idi.  Qalan  9  ölkə  inkişaf  etməkdə  olan  ölkələrin,  2-si  isə  Rusiya 

Federasiyasının  korporasiyaları  idi.  İlk  3  yeri  «ВНР  Billiton»  (Avstraliya), 

«Rio  Tinto»  (Böyük Britaniya) və KVRX) (Braziliya) tutmuşdur. Siyahıya 3 

dövlət şirkəti: «Codelco» (Çili), «Алроса» (Rusiya Federasiyası) və «KGHM 

Polska Miedz » (Polşa) daxil edilmişdir. Ehtimal edilir ki, «Inco»-nu (Kanada) 

əldə etdikdən sonra KVRD metal xammalın dünyada ən böyük istehsalçısına 

çevrilmişdir və 2006-cı ildən Latın Amerikasından olan bu şirkət, ilk dəfədir ki, 

həmin  mövqelərə  çıxmışdır.  Göstərilən  şirkətlərin  əməliyyatlarının 

beynəlmiləlləşmə  səviyyəsi  xeyli  fərqlidir.  2005-2010-cu  illərdə  dağ-mədən 

hasilatını  həyata  keçirən  10  şirkət  arasında  qəbul  edən  ölkələrin  sayma  görə 

«Rio  Tinto»  liderlik  edir,  ondan  sonra  isə  «Anglo-American»,  «AngloGold 

Ashanti»  və  «Glencore  International»  gəlirdi.  Bunlardan  fərqli  olaraq, 

«Codelco», KVRD və «Debswana» (Botsvana) xaricdə hasilat güclərinə malik 

deyil  (bax:  şəkil  16.2).  Qeyd  edilməlidir  ki,  inkişaf  etməkdə  olan  ölkələrin 

çoxunda və keçid iqtisadiyyatlı ölkələrdə neft-qaz və dağ-mədən sənayelərində 

ən iri şirkətlər bütövlüklə yaxud qismən dövlət mülkiyyətindədir. Bu, onların 

konstitusiyalarında  «yerin  təkinin,  bütün  faydalı  qazıntıların  xalqa  məxsus» 

olmasını bəyan edən müddəaya uyğundur. Buna görə də renta bütövlüklə yaxud 

məbləğinin əksər hissəsi dövlət büdcəsinə köçürülür, TMK isə yalnız yataqların 

işləndiyi  yerlərin  dövlət  və  yerli  bürokratiyası  ilə  «bölüşərək»,  onun  böyük 

hissəsini mənimsəyir. 

439 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə