Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə178/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   174   175   176   177   178   179   180   181   ...   306

həyata  keçirilməsini  müəyyən  edən  əsas  amillər  sırasına  daxildir.  Məsələn, 

Rusiyanın dağ-mədən sənayesinin TMK-sı xaricə investisiya qoyuluşlarını bu 

fəaliyyətlə  bağlı  olan  bölgü  kanalları  üzərində  nəzarətin  genişləndirilməsi 

məqsədilə  həyata  keçirir.  Səudiyyə  Ərəbistanı  və  Küveytin  dövlət  neft 

şirkətləri  Çində  yerləşən  2  ayrıca  neft  emalı  və  neft-kimya  müəssisələri 

çərçivəsində  həmin  ölkənin  «Sinopec»  fınuası  ilə  bir  sıra  tərəfdaşlıq 

müqavilələri bağlamışdır. 

Səmərəliliyin  yüksəldilməsi  mülahizələri  əsasən  TMK-nın  istehsal 

xərclərində  ölkələrin  fərqdən  bəhrələnməyə  çalışdığı  emal  və  metal 

məmulatlarının hazırlanmasının ilkin mərhələsində investisiyalara aiddir. 

Strateji  aktivlərin  əldə  olunması  mülahizələrini  müxtəlif  hasilat 

sahələrində  və  fəaliyyət  növlərində  transsərhəd  QƏ-nin  həcminin  xüsusilə 

genişlənməsi  ilə  əlaqələndirmək  olar:  şirkətlər  strateji  aktivlərin  nou-hau 

fonuasında  satın  alınması,  texnologiyaların  başqa  şirkətlərdən  yaxud 

texnologiyalarla  təchizat  üzrə  ixtisaslaşmış  müəssisələrdən  əldə  olunması, 

qlobal  status  əldə  edilməsi  prosesini  sürətləndirmək  məqsədilə  satın  alınan 

firmaların  resurslarına,  imkanlarına  və  bazarlarına  malik  olmaq  üçün 

investisiya qoyuluşlarını həyata keçirə bilər. 

Öz  ölkəsində  qəbul  edən  başqa  ölkələrdə  yerləşən  müəssisələri  ilə 

müqayisə  olunduqda,  TMK-nın  maliyyə  resurslarına  çıxışın  əldə  olunması, 

həm  ənənəvi,  həm  də  yeni  TMK-nın  malik olduğu üstünlüklərə  yiyələnməni 

təmin  edir.  Hasilat  sənayesində  beynəlxalq  layihələrin  həyata  keçirilməsi 

sahəsində  təcrübəsi  olduğuna  görə,  TMK-nın  fond  bazarlarından  istifadə 

etməklə vəsaitləri borc almaq yaxud səfərbər etmək imkanları daha genişdir. 

Maliyyə vəziyyətinin dayanıqlığı yerləşdiyi ölkənin institusional mexanizmləri 

ilə də bağlı ola bilər. Bazarları formalaşmaqda olan bəzi ölkələrin dövlət TMK- 

sı  öz  hökumətlərinin  maliyyə  dəstəyindən  istifadə  sayəsində,  xaricdə 

investisiya qoyuluşlarını həyata keçirərkən daha böyük riskə gedə və mineral 

xammal resurslarını əldə etmək üçün daha çox pul ödəyə bilir. Bu, Çinin TMK- 

sı üçün adi haldır; amma xarici TMK-dan narazı qalan ölkələr də bu üsulu seçir. 

Bir  sıra  hallar  istisna  edilməklə,  hüquq  sahibinin  səciyyəvi  üstünlüyü 

olan firma texnologiyası hasilat sənayesi şirkətlərinin beynəlmiləlləşməsi üçün 

0  qədər  də  vacib  deyil.  Dağ-mədən  əməliyyatlarında  və  neft-qaz  hasilatında 

istifadə olunan texnologiyalar çox yaxşı məlumdur və açıq bazarda əldə oluna 

445 



bilər. Mühüm istisnalar sırasına texnoloji mürəkkəb layihələr, məsələn, dənizdə 

dərin  quyularm  qazılması,  mayeləşdirilmiş  qaz  istehsalı,  ənənəvi  olmayan 

enerji  mənbələrinin  mənimsənilməsi  aid  edilə  bilər.  Ancaq  xaricdə  aparılan 

əməliyyatların genişləndirilməsində müvəffəqiyyət əldə olunmasının həlledici 

amili  uzunmüddətli  layihələrin  və  onlarla  bağlı  olan  risklərin  idarə  edilməsi 

sahəsində təcrübədir. Bundan başqa, neft və qaz sahəsində nəqletmə və bölgü 

kanallarına çıxışın olması konkret flnualarm mühüm potensial üstünlüyüdür. 

16.3.

 

TMK-nın fəaliyyətinin qəbul 

edən ölkələr üçün nəticələri 

Zəngin təbii sərvətlər faydalı qazıntıları olan ölkələrin iqtisadi inkişafı və 

yoxsulluq səviyyəsinin azaldılması  üçün geniş  imkanlar açır.  Bu gün inkişaf 

etmiş dövlətlərə aid edilən bəzi ölkələr, habelə bir çox inkişaf etməkdə olan və 

keçid  iqtisadi}^atlı  ölkələr  inkişaf  prosesinin  sürətləndirilməsi  üçün  malik 

olduqları  faydalı  qazıntılardan  uğurla  istifadə  edə  bilmişdir  (ərəb  ölkələri 

qrupu). Amma başqa hallarda hasilat sənayesində həyata keçirilən fəaliyyətin 

nəticələri  məyusedici  olmuş  və  qalmaqdadır  (MDB-nin,  Afrikanın  bəzi 

ölkələri). 

Mineral xammal ixrac edən ölkələrin çoxu üçün xammalın qiymətlərinin 

sürətlə bahalaşması ticarət şəraitini yaxşılaşdınmşdır. Bu, ilk növbədə, gəlirləri 

aşağı olan, milli gəlirinin böyük hissəsi faydalı qazıntı yataqlarının istismarı və 

onların  ixracı  hesabına  formalaşan  ölkələrə  aiddir.  Lakin  təbii  resurslar 

bazasının  mövcudluğu  hasilat  sənayesində  TMK-nın  iştirakından  asılı 

olmayaraq, inkişaf nöqteyi-nəzərindən müəyyən ölkə üçün avtomatik surətdə 

faydaya  çevrilmir.  Təbii  resurslarla  təmin  olunmuş  ölkələrin  fəaliyyətinin 

nəticələrini  müəyyənləşdirən  və  TMK-nın  iştirakı  ilə  deyil,  tələb  ilə  təklif, 

siyasətdə  yol  verilən  səhvlərlə  bağlı  olan  çoxsaylı  fundamental  amillər 

mövcuddur.  Bununla  belə,  TMK-lar  son  nəticəyə  təsir  göstənnəyə  qadirdir. 

Onlar  daxili  investisiyaları  tamamlaya,  istehsalı  kapital,  texnologiyalar  və 

ixtisaslı  idarəçilik  kadrları  ilə  təmin  etməklə  stimullaşdıra  bilər.  Adətən, 

aktivlərin  bu  cür  toplusu  gəlirləri  aşağı  olan,  daxili  imkanları  çatışmayan 

ölkələrin  çoxu  üçün  zəruridir.  Digər  tərəfdən,  TMK-ya  arxalanmaq,  danışıq 

aparan  qüvvələrin  qeyri-bərabərliyi,  bərpa  olunmayan  resurslar  üzərində 

mülkiyyət hüququ və onlara nəzarət, rentanm bölgüsü, transfer qiymətlərinin 

445 



əmələ gəlməsi, müxtəlif ekoloji və sosial xərclər ilə əlaqədar olan təhlükələr 

meydana çıxara bilər. 

Beləliklə,  hasilat  sənayesində  TMK-nm  fəaliyyəti  onu  qəbul  edən  ölkə 

üçün həm pozitiv, həm də neqativ iqtisadi, ekoloji, sosial və siyasi nəticələr verə 

bilər.  Hasilat  sənayesindən  əldə  olunan  gəlirləri  inkişafın  stimullaşdırılması 

məqsədlərinə  yönəltmək  üçün  həmin  problemlərin  həllinə  böyük  qüvvə  sərf 

etmək lazımdır. 

TMK-nı qəbul edən ölkə qarşısında vəhdət təşkil edən 3 iqtisadi vəzifə 

durur: 

1)

 



hasilat sənayesi sayəsində əlavə dəyər yaratmaq

2)

 



onu yerli səviyyədə «tutub əldə saxlamaq»; 

3)

 



əldə olunan gəlirlərdən mümkün qədər səmərəli istifadə etmək. 

Neft  və  qazdan  böyük  gəlirlər  əldə  edib,  müxtəlif  səbəblər:  onlara 

sərəncam  vermək  bacanqsızhğı,  son  dərəcə  yüksək  korrupsiya  amili,  qeyri- 

ardıcıl siyasət yeridilməsi, idarəetmə sistemlərinə kadr seçimində səhvlər və s. 

ucbatından bundan inkişaf məqsədləri üçün pis istifadə olunması mümkündür. 

Əlavə  dəyər  yaradılması  baxımından  da  TMK-nm  iştirakı  müxtəlif 

ölkələr  üçün  fərqlidir.  Kifayət  qədər  maliyyə  resurslarına,  mühəndis 

təcrübəsinə, texniki silahlanmış dövlət neft şirkətlərinə malik inkişaf etməkdə 

olan  ölkələr  təbii  resurslarının  mənimsənilməsi  üçün  özlərinin  potensialını 

müvəffəqijq/ətlə  qurur.  Buna  tipik  nümunə,  neft  və  qazın  böyük  hissəsini 

mövcud  texnologiyalardan  istifadə  əsasında,  əslində  xarici  şirkətlərin  iştirakı 

olmadan  hasil  edən  Qərbi  Asiya  ölkələridir.  Maliyyə  resursları  və  kapital 

tutumlu, yüksək riskli və bəzi hallarda texnoloji baxımdan mürəkkəb layihələri 

reallaşdırmaq  bacarığı  olmayan  ölkələrdə  isə  TMK-nm  iştirakı  faydalı 

qazıntıların hasilat və ixrac həcmini genişləndirməyə imkan yaradır. 

Maliyyələşmənin  TMK-dan  savayı  digər  mənbələri  mövcud  olsa  da, 

ölkələrin  bir  çoxu  onlardan  istifadə  etmək  imkanlarından  məhrumdur.  Dağ- 

mədən layihələrinə TMK-nm cəlb edilməsinin üstünlüklərindən biri, qəbul edən 

ölkənin hökumətinin xarici borcunun yaranmaması və bu cür maliyyələşmənin 

başqa  aktivlərlə,  məsələn,  texnologiyalar  və  idarəçilik  təcrübəsi  ilə  müşayiət 

olunmasıdır.  Hasilat  sənayesində  həyata  keçirilən  bəzi  layihələrdə 

texnologiyaları və idarəçilik «nou-hau»sunu əldə etmək imkanı, həqiqətən də, 

ölkələri  TMK-nm  cəlbinə  sövq  edən  əsas  səbəb  ola  bilər.  Ancaq  TMK-lar 

altruist deyil və qazanc əldə etməkdə maraqları var. Onlar, bir qayda 



447 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə