Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə179/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   175   176   177   178   179   180   181   182   ...   306

kimi, çəkdikləri xərclərinin və əldə olunan mənfəətin böyük hissəsini tələb edir 

və bununla da, yaradılan əlavə dəyərin (rentamn) bölgüsünün xarakterinə güclü 

təsir göstərirlər. 

TMK-nm  gəlişi,  həmçinin  yerli  məsələlərin  həlli  ilə  əlaqələndirilir: 

ölkələr  onları  dəvət  etməklə,  iş  yerlərinin  sayını,  əmək  haqlarını,  yerli 

satınalmaları  artınnaq,  vergilər,  royalti  və  dividendlər  hesabına  dövlət 

gəlirlərini çoxaltmaq istəyir. Hasilat  sənayesində  irimiqyaslı layihələr həyata 

keçirilərkən  iş  yerlərinin  sayının  artırılması  imkanları,  adətən  məhduddur  və 

buna görə də onlar makroiqtisadi səviyyədə məşğulluğun səviyyəsinə, demək 

olar  ki,  təsir  göstənnir.  Yerli  müəssisələrlə  müqayisədə,  daha  böjdik  kapital 

tutumlu  texnologiyalardan  və  proseslərdən  istifadə  etdiklərinə  görə  bu  cəhət 

TMK-nm  iştirakı  ilə  həyata  keçirilən  layihələr  üçün  xüsusilə  səciyyəvidir. 

Bütövlükdə  götürüldükdə,  hasilat  sənayesində  əks-əlaqələrin  yaradılması 

imkanları  o  qədər  də  geniş  deyil.  Bundan  başqa,  xarici  filialların  başqa 

ölkələrin  müəssisələri  sırasından  müxtəlif  resurslarla  təchiz  edənləri  seçməsi 

ehtimalı  böyükdür.  Gəlirləri  aşağı  olan  ölkələrdə  təcrübəli  təchizatçıların  və 

ixtisaslı  kadrların  çatışmazlığı  üzündən  yerli  podratın  və  növbəti  emal 

prosesinin təşkili imkanları da məhdud ola bilər. Beləliklə, faydalı qazıntıların 

hasilatı TMK-nı qəbul edən ölkəyə gəlirlərin, özü də büdcəyə daxilolmaların 

çoxalması formasında çox ciddi birbaşa fayda verir. 

Qəbul  edən  ölkənin  xalis  gəlirlərinin  və  TMK-nm  hasilat  sənayesində 

apardığı  əməliyyatlardan  ona  düşən  gəlirin  məbləği,  bir  tərəfdən,  TMK-nm 

cəlbi  nəticəsində  yaradılan  əlavə  dəyərin  həcmindən  və  gəlirin  bölgüsü 

mexanizmindən,  digər  tərəfdən  isə,  həmin  ölkənin  istehsal  amillərindən  və 

hökumətindən  asılıdır.  Ümumilikdə,  konkret  ölkənin  öz  müəssisələrinin 

potensialı və rəqabət  qabiliyyəti  yüksəldikcə, onun maliyyələşdirmə üsulunu 

seçmək  və  layihəni  həyata  keçirmək  imkanları  da  artır.  Daxili  imkanları 

məhdud olan ölkələrdə potensial resursları mallar və xidmətlərə transformasiya 

etmək üçün yeganə variant çox zaman TMK-ya istinaddır. 

Müəyyən  layihədən  əldə  olunan  gəlirlərin  bölgüsünün  xarakteri  TMK 

menecerləri ilə aparılan danışıqlarda onu qəbul edən ölkə hökumətinin tutduğu 

mövqedə  müəyyən  dərəcədə  əks  olunur.  Gəlirlərin  bölgüsü  mexanizminə, 

həmçinin  TMK-nm  təcrübəsi,  o  cümlədən  onların  uçot  metodları,  maliyyə 

texnologiyaları,  transfer  qiymətlərindən  istifadə  olunması  və  mənfəətin 

ölkədən  çıxarılması  ehtimalı,  qəbul  edən  ölkədəki  işgüzar  mühit  və  s.  təsir 

göstərir. 



448 


Vergi rejimləri məsələləri üzrə aparılan tədqiqatlar layihələrin həyata keçirildiyi 

vaxt  ərzində  əldə  olunan  gəlirlərdə  hökumətin  payının  neft-qaz  sektorunda 

25-90%,  dağ-mədən  sənayesində  isə  25-60%  arasında  olduğu  barədə  fikir 

söyləməyə əsas verir. 

TMK-nın  fəaliyyəti  iqtisadiyyat  üçün,  prinsipeə,  həm  birbaşa,  həm  də 

dolayı  nəticələr  verir.  Potensial  dolayı  iqtisadi  nəticə  infrastruktura  yatırılan 

səmıayələrlə bağlıdır. TMK-nın hasilat sənayesində fəaliyyəti çox vaxt mineral 

məhsulların  hasilatı,  nəqli  və  ixracı  üçün  zəruri  olan  kommunal  təsərrüfatın 

(məsələn,  enerji  və  su  təchizatı)  inkişafı  və  nəqliyyat  infrastrukturunun 

(avtomobil  və  dəmir  yolları,  limanlar)  yaradılması  ilə  əlaqəlidir.  Ehtimal  ki, 

yaşayış  məntəqələrində  yeni  infrastrukturun  inkişafı  etdirilməsi,  onun  ucqar 

rayonlarda yaradılması ilə müqayisədə daha səmərəli olacaq. Lakin problem çox 

vaxt həm milli, həm də beynəlxalq TMK-nın fəaliyyətində infrastruktur tərkib 

hissəsinin mövcud olmamasındadır. 

Bunu da nəzərə almaq lazımdır ki, yaradılmış gəlirdən ümumi səmərə son 

nəticədə  qəbul  edən  ölkənin  hökumətinin  gəlirləri  hansı  tərzdə  bölüşdürməsi, 

idarə və istifadə etməsi, bundan inkişaf və insanların ehtiyaclarının ödənilməsi 

üçün necə istifadə olunması ilə müəyyən olunur. İnkişaf etməkdə olan ölkələrin, 

keçid  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi,  ciddi  parlament  və  ictimai  nəzarət 

olmadıqda, TMK-nın pozitiv effekt verə bilmədiyini göstərir. 

İstehsal  üçün  əlverişli  şərait  yaratmaqla  yaxud  onu  stimullaşdırmaqla, 

TMK,  onu  qəbul  edən  ölkədə  iqtisadi  fəaliyyətin  ümumi  nəticələrinə 

makroiqtisadi sabitlik, inkişaf templəri  və  gəlirlərin  bölgüsü baxımından təsir 

göstərir. Bu nəticələrin əksər qismi, ümumiyyətlə hasilat sənayesi ilə bağlı olsa 

da, TMK-nın  fəaliyyəti sayəsində əldə olunan  gəlir iqtisadi artım  qarşısındakı 

ilkin  maneələrin  (məsələn,  əmanətlərin  və  investisiyaların  aşağı  səviyyədə 

olması)  aradan  qaldırılmasına  kömək  edə  və  buna  güclü  təkan  verə  bilər. 

Bununla  belə,  hasilat  sənayesinin  sürətli  inkişafı  nəticəsində  meydana  çıxan 

gözlənilməz  gəlirlər  cəmiyyətin  ciddi  nəzarəti  və  uzunmüddətli  inkişaf 

strategiyasına  uyğun  olmadan,  bacarıqsızla  idarə  edildikdə,  TMK-nın 

iştirakından  asılı  olmayaraq,  adətən  «holland  sindromu»  adlandırılan  mənfi 

nəticələrə  gətirib  çıxarır.  Beləliklə,  TMK-nın  fəaliyyəti  iqtisadi  artıma  şərait 

yaratsa da, bundan daha böyük səmərə ilə yararlanma üçün əldə edilən gəlirlər 

ədalətlə bölüşdürülməli və düşünülmüş tərzdə istifadə olunmalıdır. Bu isə, çox 

çətin işdir. 

449 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə