Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə18/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   14   15   16   17   18   19   20   21   ...   306

təhlükəsi  altındadır.  Dünya  kommunizminin  süqutundan  sonra  insanların 

ünsiyyət  imkanlarının  genişlənməsi,  dövlətlərin  parçalanmasını  müşayiət  edən 

stress vəziyyəti, müharibələr və silahlı, o cümlədən etnik münaqişələr, çoxsaylı 

inşan  kütləsinin  yerdəyişməsi,  qeyri-sabitliyi  gücləndirən,  əhalinin  böyük 

hissəsinin  yoxsulluğunu  artıran,  aclığına,  dilənçi  halına  düşməsinə  səbəb  olan 

cinayətkarlıq və terrorizm - bütün bunlar gözlənilən qlobal sarsıntıların və hətta 

anarxiyanın  əlamətləridir.  Bu  problemlərin  həlli  və  təhdidlərin  qarşısının 

alınması üçün məşhur «kooperativ təhlükəsizlik» konsepsiyası, yəni be}məlxalq 

əməkdaşlığın yeganə dövlətin himayəsi altında möhkəmləndirilməsi yolu təklif 

edilir. 


Üçüncüsü,  neoliberalizm  dövlət  daxilindəki  münasibətlərə,  bir  tərəfdən, 

dünya ictimaiyyəti, digər tərəfdən isə, ayrıca götürülən fərdlə müqayisədə törəmə 

qismində yanaşma ənənəsini gücləndirir. Buna görə də, be3məlxalq münasibətlər 

sahəsində qərarlar qəbul edilərkən həm qlobal sosiuma, həm də ayrıca götürülən 

fərdə üstünlük verilir. Buna uyğun olaraq, ölkələrin suverenliyi problemi sanki 

«əriyir».  Dövlət  siyasətinin  qiymətləndirilməsi  üçün  əsas  mənəvi  meyarlar 

qismində irəli sürülən «liberal  demokratiya və insan hüquqları» konsepsiyası 

bunun əsasında inkişaf edir, özü də, istənilən ölkə bu meyarlara cavab verməlidir. 

Qeyd edək ki, məhz bu «meyarlara» müvafiq olaraq, 1990-cı illərdə Rusiyanın 

iqtisadi  siyasətinə  Milton  Fridmanm  libertarianizm  ideyalarına  əsaslanan 

Vaşinqton  konsensusunun  konstruksiyaları  daxil  edilmişdir.  Onlara  uyğun 

olaraq, həm Rusiyaya, həm də başqa, o cümlədən, inkişaf etməkdə olan ölkələrə 

əslində  tərk-sənayeləşmə  ilə  nəticələnən  iqtisadi  islahatlar  siyasəti  qəbul 

etdirilmişdi.  Rusiyaya  dəyən  ziyan  1941-1945-ci  illərin  Böyük  Vətən 

müharibəsindəki itkilərlə müqayisə olunandır. Nəticədə ölkə hətta bu gün xalqın 

rifahının 1980-ci illərin ortalarmdakı səviyyəsinə yaxınlaşa bilməmiş, cəmİ3^ətin 

sosial təbəqələşməsi isə qorxu doğuran həddə çatmışdır. 

Dördüncüsü, həm neoliberalizm, həm də neorealizm təhlükəsizliyin təmin 

edilməsini dünya ictimaiyyəti qarşısında duran əsas məsələlərdən biri hesab edir. 

Onun  tərəfdarları  belə  bir  prinsipal  müddəaya  istinad  edirlər  ki,  təhlükəsizliyə 

nail olunmasının yeganə yolu bütün dünyada demokratiyanın bərqərar edilməsi 

və demokratik dövlətlərin birləşməsidir. Amma «demokratik dövlətlər» qrupuna 

BMT üzvü olan 200-dən çox dövlətdən yalnız 30-35 ölkə daxil edilmişdir. Bəs 

qalan 170 ölkəyə necə yanaşmalı? Cavab yoxdur. 



49 


Neoliberalizmin və onun növü olan libertarianizmin tənqidi dövlətlərin və 

xalqların  bərabərsizliyinə,  dünyada  iqtisadi  tarazlığın  pozulmasına,  dünya 

maliyyə  sisteminin qeyri-sabitliyinin artmasına, ölkələrin sosial  problemlərinin 

kəskinləşməsinə, dövlətin öz ayrılmaz funksiyalarını itirməsinə və s. əsaslanan 

beynəlxalq iqtisadi siyasət doktrinasının doğurduğu real ziddiyyətlərin təhlilinə 

əsaslanır. 



Neoınarksizm. Ehkamçılıqdan tutmuş, bəzi mühüm marksist müddəalara 

qarşı tənqidi yanaşmayadək baxışlar neomarksizm adlandırılsa da, bütövlükdə bu 

nəzərİ3^ə  dünyada  yaranmış  müasir  iqtisadi  vəziyyəti  ümumi  marksist 

mövqelərindən izah edir. Neomarksizmin ardıcılları həm marksist təhlil aparatını, 

həm  də  ictimai-siyasi  proseslərin  təhlilinə  yanaşmaları  təkmilləşdirməyə  cəhd 

göstərirlər.  1960-1970-ci  illərdə  Qərbi  Avropada  marksist  təhlilinin  yenidən 

canlanması  marksizm  nəzəri}^əsinin  müasir  iqtisadi  nəzəriyyənin  əsas 

cərəyanına inteqrasiya edilməsi sayəsində mümkün olmuşdur. Marksistlərin çoxu 

məcmu  tələbatın  müasir  iqtisadi  nəzəriyyələrinin  əhəmiyyətini  təsdiq  edirlər. 

Marksist iqtisadi nəzəriyyənin P.Baran və P.Suizi kimi marksistlər tərəfindən ona 

keynsçi nəzəriyyə elementlərinin və son illərdə kapitalizm sistemində baş verən 

real  dəyişikliklərin  daxil  edilməsi  yolu  ilə  modernləşdirilməsi,  Kari  Marksm 

iqtisadi  nəzəriyyəyə  töhfəsinin  məşhurlaş-  masına  səbəb  olmuşdur.  İtalyan 

iqtisadçı  P.Sraffa və  Kembric məktəbinin nümayəndələri  tərəfindən neoklassik 

nəzəriyyənin  tənqidi  baxımdan  təhlili  də,  marksist  nəzəriyyəyə,  əmək  dəyəri 

nəzəri)^əsinə  və  transformasiya  problemlərinə  yenidən  baxılmasına  öz  təsirini 

göstərmişdir.  Marksizm  məktəbi  iqtisadçılarının  ümumi  vəzifəsi  kapitalizm 

iqtisadi sisteminin uzunmüddətli inkişafını təhlil etməkdən ibarətdir və bu zaman 

kapital  yığımının  roluna,  izafi  dəyərin  bölüşdürülməsinə,  ictimai  siniflərin 

qarşılıqlı münasibətlərinə xüsusi diqqət yetirilir. 

Hazırda neomarksist baxışlar Latın Amerikasının universitet dairələrində, 

Rusiyada və Çində geniş yayılmışdır. Qərbi Avropa dövlətlərində neomarksizm 

2008-2010-cu  illərin  qlobal  iqtisadi  böhranı  zamanı,  iri  korporasiyalar 

kapitalizmi nüfuzunu itirdikdən sonra güclü təkan almışdır. 



50 


2.4.

 

Beynəlxalq iqtisadi münasibətlərin 

müasir nəzəriyyələri 

Beynəlxalq  siyasi  iqtisad.  Beynəlxalq  iqtisadi  münasibətlər  əsas 

fənlərindən  biri  «beynəlxalq  iqtisadiyyat»  olan  beynəlxalq  siyasi  iqtisad 

kateqoriyası  çərçivəsində  tədqiq  edilir.  Predmetin  tədqiqi  əsasən  aşağıdakı 

istiqamətlərdə həyata keçirilir

1)

 

beynəlxalq  iqtisadi  mexanizmlərin  köklərinin  aşkar  olunması  və 



adekvat  siyasi  qərarların  işlənib  hazırlanması  nöqteyi-nəzərindən.  Əvvəlki 

əsərlərimdə  təhlil  olunmuş  «Vaşinqton  konsensusu»nu  buna  nümunə  kimi 

göstəmrək olar;' 

2)

 



iqtisadi və siyasi elmlərin metodlannm intensiv inteqrasiyası prosesi baş 

verir, beynəlxalq iqtisadi münasibətlərin təhlilində inteqral yanaşma fonualaşır; 

3)

 

beynəlxalq siyasi münasibətlər çərçivəsində beynəlxalq siyasi iqtisadın 



vahid  elm  kimi,  o  eümlədən  siyasi  və  iqtisadi  yanaşmalar  arasındakı  fərqin 

aradan qaldırılması məqsədilə institusional fonnaları və alətləri işlənib hazırlanır. 

Bu prosesin kifayət qədər mürəkkəb və güman ki, o qədər də məhsuldar olmadığı 

aşkar edilmişdir. 

Beləliklə, beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsinin ümumi inkişafı 

mono-fənn 

kimi  yanaşmanın  məhdudiyyətlərinin  aradan  qaldırılması 

istiqamətində  gedir,  bu  isə,  öz  növbəsində,  iqtisadi  problematikanın 

mürəkkəbləşməsi  ilə  nəticələnir;  eyni  zamanda  nəzərij^ə  qarşısında  dünya 

təsərrüfatının inkişafının siyasi tələblərinə cavab vermək vəzifəsi qoyulur. 

Buna baxmayaraq, beynəlxalq siyasi iqtisad çərçivəsində çox ziddiyyətli 

meyillər inkişaf edir. Belə ki, bəzi iqtisadçılar beynəlxalq siyasi iqtisadın yeni 

məktəbinin:  birincisi,  siyasi  və  iqtisadi  amillərin  heç  də  inteqrasiya  əsasında 

deyil,  siyasi  elementin  üstünlüyü  şəraitində  divergensiyası  ilə;  ikincisi, 

neorealizm tərəfə çox güclü əyintisi ilə və üçüncüsü, «hakimiyyət fetişizminin» 

yenidən dirçəlməsi ilə xarakterizə olunduğu fikrindədir. 



M.Olsonun «kollektiv təsir» nəzəriyyəsi. Neorealizmin istiqamətlərindən 

biri  professor  M.Olsonun  «ümumi  dəyərlər»  nəzəriyyəsinin  və  «liderlik» 

anlayışının  konseptual  yanaşmalarına  istinad  edən  «kollektiv  təsir» 

nəzəriyyəsidir.  «Ümumi  dəyərlər»  nəzəriyyəsi  məşhur  tarixçi  və  iqtisadçı 

Kindiberger 

Хасбулатов Р.И. Мировая экономика. Теория, принципы, политика. В 2 т. М., 2001. 

51 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə