Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə186/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   182   183   184   185   186   187   188   189   ...   306

Mərkəzi Amerika ölkələrində əsasən meyvələr və şəkər qamışı TMK-nın diqqət 

mərkəzindədir. Afrikada xarici investorlar düyü, buğda və yağlı bitkilərə xüsusi 

maraq göstərir. Bununla yanaşı, TMK-lar resurslarını Afrikanın cənubunda şəkər 

qamışına və pambığa. Şərqi Afrikada gülçülüyə  yatırır. Cənubi  Asiyada  xarici 

investorlar böyük həcmdə düyü və buğda istehsalına yönəlmiş, Asiyanın başqa 

regionlarında isə onların fəali^^əti əsasən əmtəəlik bitkilərin yetişdirilməsində, 

heyvandarlıqda  və  quşçuluqda  cəmləşmişdir.  Keçid  iqtisadiyyatlı  ölkələrdə 

TMK-lar  əsasən ət-süd  məhsullarının  istehsalı  ilə məşğul  olur, hərçənd ki,  son 

vaxtlar əsasən Qafqaz və Volqaboyu regionlara yaxın ərazilərdə buğda və başqa 

dənli bitkilərin yetişdirilməsinə də investisiya qoymağa çalışır. 



17.3.

 

Podrat metodu 

Göründüyü kimi, TMK-nın kənd təsərrüfatında fəaliyyəti üçün ən əlverişli 

metod podratdır. Podrat üsıdıı ilə kənd təsərrüfatı istehsalım fermerlərlə TMK 

(onun adından çıxış edən agentlər) arasında müqavilə münasibətləri kimi təfsir 

etmək  olar.  Bu  halda  femıerlər  TMK-ya  müəyyən  miqdarda  məhsulu 

razılaşdırılmış  qiymətlərlə,  müvafiq  keyfiyyət  standartlarına,  müddət  və  başqa 

şərtlərə  əməl  etməklə  göndərmək  öhdəliyini  qəbul  edir.  Məhsulun 

spesifikasiyasına və mal göndərişlərinin tələblərinə riayət olunmasına daha yaxşı 

nəzarət  etmək imkanı  verdiyinə  görə bu üsul, spot  bazarlarından fərqli olaraq, 

TMK üçün daha cəlbedicidir. Eyni zamanda torpağın uzunmüddətli icarəsi yaxud 

onun  üzərində  mülkiyyət  hüququ  ilə  müqayisədə,  podrat  üsulu  aşağı  riskli,  az 

kapital  tutumlu  və  daha  çevikdir.  Fermerlərin  nöqteyi-nəzərindən,  kənd 

təsərrüfatının  podrat  üsulu  gəlirləri  əvvəlcədən  müəyyən  etməyə,  bazarlara 

çıxmağa,  kredit  və  nou-hau  kimi  sahələrdə  TMK-nın  yardımından  istifadəyə 

imkan yaradır. 

Kənd  təsərrüfatında  podratdan  və  payçılığa  əsaslanmayan  iştirak 

formalarından istifadə edən TMK-lar Afrika, Asiya və Latın Amerikasının 110- 

dan  çox  ölkəsində  fəaliyyət  göstərir.  Məsələn,  2008-ci  ildə  qida  sənayesində 

liderlərdən  biri  olan  «Nestle»  (İsveçrə)  korporasiyasının  ən  azı  80-dən  çox 

inkişaf etməkdə olan ölkədə və keçid iqtisadiyyatlı ölkələrdə təqribən 600 min 

fenuerlə müxtəlif növ kənd təsərrüfatı məhsullarının birbaşa göndərilməsi barədə 

podrat  müqavilələri  olmuşdur.  Bunun  kimi,  «Olam»  (Sinqapur)  şirkətinin 

sahəsində 60 ölkədən (bunun əksəriyyəti inkişaf etməkdə olan 

466 



ölkələrdir)  təxminən  200  min  mal  təchizatçısının  iştirak  etdiyi  qlobal  kənd 

təsərrüfatı podratı şəbəkəsi mövcuddur. 

Podrat üsulu ilə kənd təsərrüfatı istehsalı nəinki geniş yayılmışdır, habelə 

bazar iqtisadiyyatı formalaşmaqda olan və yoxsul ölkələrdə əhəmiyyətli dərəcədə 

cəmləşmişdir.  Məsələn,  quş  əti  istehsalının  75%-i  və  soya  paxlası 

yetişdirilməsinin 35%-i podratçı fermerlərin (o cümlədən TMK-nm iştirakı ilə) 

hesabına təmin olunur. Vyetnamda da vəziyyət buna bənzəyir: pambığın və təzə 

südün  90%-i,  çayın  50%-i  və  düyünün  40%-i  kənd  təsərrüfatı  podratı  əsasında 

satılır. Keniyada çayın və şəkərin 60%-i bu metodla istehsal olunur. 

Malların geniş nomenklaturu, o cümlədən heyvandarlıq məhsullan, ərzaq 

və  ixrac  üçün  bitkilər  kənd  təsərrüfatı  podratı  ilə  əhatə  olunmuşdur.  Yuxarıda 

göstərilən  «Olam»  şirkəti  dünya  üzrə  17  növ  kənd  təsərrüfatı  məhsullannı  (o 

cümlədən  keşyu  fındığı,  pambıq,  ədviyyat,  qəhvə,  kakao,  şəkər)  satın  alır. 

«Unilever» (Niderland) korporasiyasının istehsal üçün lazım olan xammalının % 

hissəsi  kənd  təsərrüfatı  məhsullarından  ibarətdir  və  bunlara  palma  və  qida 

yağlarının  başqa  növləri,  çay  və  cövhərlər,  pomidor,  noxud,  müxtəlif  tərəvəz 

çeşidi daxildir. Həmin məhsullar 100 min xırda və nisbətən bö}mk femıerdən, 

habelə üçüncü tərəfi təmsil edən təchizatçıdan satın alınır. 

Kənd təsərrüfatı podratları aqrosənaye kompleksinin ardıcıl istehsal-satış 

həlqələrində  fəaliyyət  göstərən  müxtəlif  tipli  TMK-ya,  o  cümlədən  qida 

məhsulları,  bioloji  yanacaq  istehsalçılarına,  pərakəndə  satış  şəbəkələrinə  qəbul 

edən ölkələrin yerli fenuerləri tərəfindən mal göndərişlərinə zəmanət verir. 



17.4.

 

Kənd təsərrüfatı istehsalında 

TMK-nm fəaliyyətinin xüsusiyyətləri 

TMK-nm  kənd  təsərrüfatında  fəaliyyətinin  özəllikləri  vardır.,  Belə  ki, 

kənd təsərrüfatı sahəsində ixtisaslaşan 25 ən iri TMK, sadəcə kənd təsərrüfatı ilə 

əlaqədar olan (yəni istehsal-satış zənciri çərçivəsində bu seqmentin əsasən aşağı 

və  ya  yuxarı  həlqələrində  işləyən)  TMK-dan  fərqlənir.  Bu  qruplardan 

birincisində  inkişaf  etməkdə  olan  ölkələrdən  çoxsaylı  şirkətlər  vardır,  ikinci 

qrupda  isə  bu,  müşahidə  olunmur.  Xarici  aktivlərin  həcmi  və  qrupdakı  yeri 

baxımından  ixtisaslaşmış  kənd  təsərrüfatı  TMK-sı  inkişaf  etmiş  və  inkişaf 

etməkdə olan ölkələrin şirkətləri arasında, demək olar ki, bərabər bölünmüşdür. 

467 



Bu  məqam  inkişaf  etməkdə  olan  ölkələrin  şirkətlərinin  də  qlobal  ərzaq  və 

qeyri-ərzaq  kənd  təsərrüfatı  istehsalının  mühüm  iştirakçılarına  çevrildiyini 

göstərir.  Bununla  belə,  kənd  təsərrüfatı  ilə  əlaqədar  olan  TMK-lar  qrupunda 

inkişaf etmiş ölkələrin şirkətləri hələ də dominantlıq edir. Kənd təsərrüfatı üzrə 

ixtisaslaşmış  25  aparıcı  TMK-dan  12-si  inkişaf  etməkdə  olan,  13-ü  isə  inkişaf 

etmiş ölkələrdə yerləşir. Bundan əlavə, bu siyahıda inkişaf etməkdə olan ölkələrin 

TMK-sı  -  «Sime  Darby  Berhad»  (Malayziya)  birinci  yeri,  ABŞ-ın  fınnaları 

(«Dole food» və «Fresh Del Monte») ikinci və üçüncü mövqeləri tutur. 

Kənd  təsərrüfatı  istehsalı  ilə  əlaqəli  olan  TMK-lar  qrupuna  qida 

məhsullarının, emal sənayesinin müxtəlif mallarının istehsalçıları, pərakəndə və 

topdansatış ticarətini təmsil edən şirkətlər, habelə kənd təsərrüfatı istehsalını ilkin 

resurslarla  təchiz  edənlər  daxildir.  Bu  TMK-lar  birbaşa  kənd  təsərrüfatı  ilə 

məşğul  olan  TMK-dan  böyükdür.  Məsələn,  qida  məhsullarının  və  içkilərin 

dünyada  ən  iri  istehsalçısı  olan  «Nestle»  (İsveçrə)  TMK-sı  66  milyard  dollar 

məbləğində  xarici  aktivlərə,  ərzaq  məhsulları  ilə  pərakəndə  ticarət  sahəsində 

fəaliyyət  göstərən  «Wal-Mart  Stores»  (ABŞ)  63  milyard  dollar  məbləğində 

aktivlərə nəzarət edir. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində ən irilərdən olan 

«Sime  Darby»  (Malayziya)  TMK-nın  aktivlərinin  məbləği  cəmi  5  milyard 

dollardır.  Kənd  təsərrüfatını  ilkin  resurslarla  təchiz  edən  ən  böyük  TMK-lar 

siyahısına yalnız inkişaf etmiş ölkələrin şirkətləri daxildir. Qida məhsullarının 

istehsalı  sahəsində  50  aparıcı  şirkətdən  39-u  inkişaf  etmiş  ölkələrdə  yerləşir. 

Aqrosənaye kompleksinin başqa TMK-sı ilə müqayisədə, qida məhsullarının və 

içkilərin  istehsalı  sahəsində  fəalİ3^ət  göstərən  şirkətlər  böyükdür:  10  ən  iri 

şirkətdən hər biri (bunlar isə inkişaf etmiş ölkələrdə yerləşir) təqribən 20 milyard 

dollar həcmində xarici aktivlərə nəzarət edir; 50 ən böyük firmanın ümumi xarici 

aktivlərinin  V-i  hissəsi  onlann  payına  düşür.  Pərakəndə  ticarətdə  fəaliyyət 

göstərən və supermarketlər şəbəkəsinə nəzarət edən TMK-lar da kənd təsərrüfatı 

məhsullarının beynəlxalq satış zəncirində mühüm rol oynayır. Bu sektordakı 25 

ən iri TMK-dan 22-si inkişaf etmiş ölkəni təmsil edir (cədvəl 17.2). 

Kənd təsərrüfatında fəaliyyət göstərən ənənəvi TMK-dan başqa, bu sahədə 

dövlət müəssisələrinin, milli rifah fondlarının və beynəlxalq təşkilatların rolu da, 

getdikcə  güclənir.  İnvestorların  bu  sektora  daxil  olmasının  əsas  səbəbləri 

(sövqedici cəhətləri) kənd təsərrüfatında meydana çıxan yeni 

468 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə