Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə189/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   185   186   187   188   189   190   191   192   ...   306

investisiya  qoyulmasının ən mühüm ölkələri isə  Afrika dövlətləridir və burada 

XBİ alanlar arasında Həbəşistan, Sudan və Tanzaniya fərqlənir. 



17.6.

 

TMK-nm təsirinin xarakteri 

TMK-nm inkişaf etməkdə olan ölkələrdə iştirakı, onu qəbul edən ölkələrin 

kənd təsərrüfatının əmtəəlik məhsul buraxılışına keçməsi və modernləşdirilməsi 

prosesinə imkan yaradır. Lakin bu halda TMK-lar həmin prosesin yeganə və əsas 

hərəkətverici  qüvvəsi  olmasa  da,  ölkələrin  əksəri)^ətində  çox  mühüm  rol 

oynamışdır.  Onlar  öz  fəaliyyətini  təkcə  kənd  təsərrüfatına  birbaşa  kapital 

qoyuluşları vasitəsilə deyil, həmçinin bu istehsalda qeyri-pay iştirakı, əsasən də 

kənd  təsərrüfatı  podratları  yolu  ilə  həyata  keçirir.  Bundan  başqa,  son  illərdə 

iştirakın qeyri-pay formalarından istifadə olunması genişlənir. Bir çox hallarda 

bu,  təcrübənin,  nou-haunun  və  məhsul  buraxılışı  metodlarının  əhəmiyyətli 

dərəcədə ötürülməsi ilə nəticələnmiş, istehsal məqsədləri üçün verilən kreditlərə 

və  müxtəlif  ilkin  resurslara  çıxışı  asanlaşdımıış,  əvvəllər  əsasən  natural 

təsərrüfatla  məşğul  olan  çoxsaylı  fermerlərin  bazara  çıxmasına  imkan 

yaratmışdır. 

TMK-nm  kənd  təsərrüfatında  iştirakı  məhsuldarlığın  yüksəlməsinə  və 

inkişaf  etməkdə  olan  bir  sıra  ölkələrdə  istehsal  həcminin  çoxalmasına  şərait 

yaratsa  da,  mövcud  məlumatlar  onların  fəaliyyətinin  həmin  ölkələrin  özünün 

qida məhsulları istehsalını artırmasına və ərzaq təhlükəsizliyinin təmin etməsinə 

necə  təsir  göstərdiyini  müəyyənləşdimıəyə  imkan  vermir.  Məlumatlar  yalnız 

TMK-nm əsasən ixrac üçün əmtəəlik kənd təsərrüfatı məhsullarının istehsalında 

iştirak etdiyini göstərir (bu sahədə «Cənub-Cənub» XBİ-nin son illərdə artması 

istisnadır). Ancaq ərzaq təhlükəsizliyi yalnız məhsul göndərişləri ilə məhdudlaşa 

bilməz.  TMK-lar  ərzağın  əldə  olunmasına  və  istifadəsinə,  göndərişlərin 

sabitliyinə təsir göstərə bilir. Nisbətən uzunmüddətli perspektivdə isə TMK-nm 

ərzaq təhlükəsizliyinin bu məsələlərinə təsiri, çox güman ki, onları qəbul edən 

ölkələr üçün daha böyük əhəmiyyət kəsb edəcək. 

TMK-nm  kənd  təsərrüfatı  istehsalında  iştirakının  faydalı  olması  barədə 

fikirlərlə  həm  inkişaf  etməkdə  olan,  həm  də  keçid  iqtisadiyyatlı  ölkələrin 

cəmiyyətlərində,  xüsusilə  də  }mksək  təbəqədə  rastlaşmaq  olsa  da,  bu  fayda 

avtomatik əldə olunmur. TMK-lar müəyyən müddət ərzində iş yerləri yaratsa və 

kənd icmalarının gəlirlərini artırsa da, burada sabit meyil yoxdur. TMK-lar 

476 



kənd təsərrüfatının müasirləşdirilməsini və natural təsərrüfatdan əmtəəlik məhsul 

istehsalına keçidi dəstəklədikcə, uzunmüddətli perspektivdə onlar,  çox ehtimal 

ki,  gəlirlərin  çoxalması  məsələsində  qeyri-müəyyənlik  vəziyyətdə  fenner 

təsəiTüfatlanndakı  iş  yerlərinin  ixtisarını  sürətləndirəcək.  Bundan  başqa, 

texnologiyaların  ötürülməsindən  məhdud  sayda  inkişaf  etməkdə  olan  ölkə 

yararlana bilmişdir. Belə ki, iri TMK-nm ETTKİ və texnoloji yenilikləri, adətən 

inkişaf etməkdə olan ölkələrdə becərilən aqro-ərzaq məhsullarının əsas növlərinə 

səmtləşinəmişdir. 

Bu  məqamları  nəzərə  alaraq,  UNCTAD-m  Hesabatında  TMK  və  yerli 

fennerlərin  səmərəli  əməkdaşlığı  qarşısında  duran  konkret  maneələrin  aradan 

qaldırılması tövsiyə olunur və bunlara aşağıdakılar daxildir: 

 



mal göndərişlərini sistemləşdirilmiş və standartlaşdırılmış əsasda təşkil 

etmələri üçün xırda fennerlərin potensialının kifayət qədər olmaması; 

 

müvafiq texnologiyaların əldə olunmasında çətinliklər; 



 

kapitalın çatışmaması; 



 

mal  göndərişlərinin  mütəmadiliyi  baxımından  istehsal  güclərinin  və 



obyektlərin uzaqda yerləşməsi

 



fenner təşkilatlarının rolunun zəifliyi

 



TMK  və  onun  tərəfdaşları  yaxud  üçüncü  tərəf  arasında  yaranan 

mübahisələrin tənzimlənməsi üçün lazımi hüquqi alətlərin olmaması. 

Bu  düyünlərin  açılınası  üçün  siyasətin  müxtəlif  variantları  mövcuddur. 

Onların  sırasında  yerli  fermerlər  üçün  təhsil  və  tədris  proqramlarını,  dövlətin 

dəstəyi ilə aqrotexniki xidmətlərin göstərilməsini, standartların və sertifıkatlaşma 

prosedurlarının  təyin  olunmasını,  maliyyə  vəsaitlərinin  verilməsini,  yerli 

fennerlərlə TMK-lar arasında əlaqələrin qurulması üzrə vasitəçilik xidmətlərini, 

fermer  təşkilatlarının  yaradılmasına  yardımı,  hüquqi  nəticələrin  əvvəlcədən 

bilinməsinin 

təmin 


edilməsi 

üçün 


daxili 

məhkəmələr 

sisteminin 

təkmilləşdirilməsini göstərmək olar. Hökumətlər TMK-lar ilə aparılan danışıqlar 

çərçivəsində  fennerlərin  maraqlarının  qorunması  üçün  nümunəvi  kontraktların 

işlənib hazırlanmasının mümkünlüyü məsələsini də nəzərdən keçirməlidir. 



477 


17.7.

 

TMK-nın infrastruktur layihələrində iştirakının 

ilkin ümumi şərtləri 

infrastruktur - inkişafın əsas amili kimi. Məlumdur ki, inkişaf etməkdə 

olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  geriliyin  əsas  səbəblərindən  biri  istehsal 

infrastruktumnun kifayət dərəcədə inkişaf etməməsi, yəni avtomobil və ya dəmir 

yollarının yoxluğu yaxud keyfi}^ətinin aşağı olması, energetika müəssisələrinin 

azlığı, dəniz, çay, hava limanlarının, boru kəmərlərinin, logistikanm çatışmazlığı, 

mənzil fondunun (xüsusilə də kəndlərdə) primitivliyi və sairdir. Bu da aydındır 

ki,  keyfiyyətli  infrastrukturun  yaradılması  iqtisadi  və  sosial  inkişafın  mühüm 

ilkin  şərtidir.  İnfrastrukturun  mövcudluğu  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatlı  ölkələrin  inkişaf  templərinin  sürətləndirilməsi  və  saxlanması, 

dünya təsərrüfatına daha intensiv qovuşması, BMT-nin Minilliyin Bəyanatında 

qoyulan inkişaf məqsədlərinə nail olunmasının ən mühüm ilkin şərtlərindəndir. 

Bu yolda iqtisadi cəhətdən geri qalmış ölkələrin, çox güman ki, müstəqil, 

beynəlxalq  ictimaiyyətin  və  ayrı-ayrı  dövlətlərin  köməyi  olmadan  dəf  edə 

biləcəyi  xeyli  maneələr  vardır.  İnkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı 

ölkələrin infrastruktur sahəsində investisiyalara tələbatı hökumətlər, özəl sektor 

və başqa tərəfdaşların ayırdığı resurslardan dəfələrlə çoxdur. Bunun nəticəsində 

maliyyələşmədə  nəzərəçarpan  kəsir  yaranır.  DB-nin  qiymətləndinnəsinə  görə, 

inkişaf etməkdə olan ölkələr infrastrukturun inkişafına hər il ÜDM-in 3-4%-ni 

ayırır.  Ancaq  iqtisadi  artım  və  yoxsulluğun  miqyasının  azaldılması  üçün  bu 

investisiyaların həcmi ən azı 7-9% olmalıdır'. 

İkinci  Dünya  müharibəsindən  sonra  1980-ci  illərədək  infrastruktur 

sahələrinin inkişaf etdirilməsi bütövlükdə hökumətin vəzifələrinə aid idi və bir 

sıra hallarda bu sektorda dövlət müəssisələri (DM) yaradılırdı. Sonra sahələr və 

ölkələr  üzrə  templərində  və  miqyasında  böyük  fərqlər  olsa  da,  bu  sektorda 

tədricən  liberallaşma  başlandı.  Nəticədə  birincisi,  dövlətin  özəl  sektor,  o 

cümlədən  xarici  şirkətlərlə  qarşılıqlı  münasibətlərində  dəyişikliklər  baş  verdi, 

ikincisi, özəl kapital tezliklə gəlir vennəyən sahələrə sənnayə yatırmadığına görə, 

infrastrukturda  əks-milliləşdirmə  (özəlləşdirmə)  ona  düzəlməsi  mümkün 

olmayan ziyan vurdu. Bu səbəbdən 1990-cı illərdə həm inkişaf etməkdə olan. 

*

 



* UNCTAD. World Investment Report. 2008; Transnational Corporations, Agricutural Productions and 

Development. P.25. 



478 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə