Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə19/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   15   16   17   18   19   20   21   22   ...   306

tərəfindən  işlənib  hazırlanmışdır.  Olsona  görə,  beynəlxalq  münasibətlərdə 

dominantlıq edən dövlət beynəlxalq sistemə xas olan arxaikliyi məhdudlaşdırmaq 

və  «hegemonçu  sabitlik»  təmin  etməklə,  beynəlxalq  sistemdə  «kollektiv 

sərvətləri»  bölüşdünuək  iqtidarındadır.  Kindibergerin  fikrincə,  «dünya 

iqtisadiyyatının  sabitləşməsi  üçün  tarazlaşdırıcmm,  yeganə  tarazlaşdıncmm 

olması  vacibdir».  Hegemonçu  sabitlik  nəzəriyyəsinin  ardıcılları  həm 

1929-1933-cü  illərin  Böyük  böhranının,  həm  də  İkinci  Dünya  müharibəsinin 

səbəblərini  bu  cür  beynəlxalq  tarazlaşdırıcmm  olmamasında  görürlər.  ABŞ 

möhkəmləndikcə, onlar məhz Amerikanı Kindibergerin beynəlxalq münasibətlər 

sistemində  zəruriliyini  təkidlə  qeyd  etdiyi  bu  cür  «tarazlaşdırıcı»  qismində 

nəzərdən keçirməyə başladılar. Deməli, bütün bəşəriyyət üçün «ümumi dəyərlər» 

naminə dünya ictimaiyyəti ilk növbədə Amerika Birləşmiş Ştatlarının maneəsiz 

inkişafını təmin etməlidir - həmin doktrinanın dolayısı ilə əsaslandırdığı nəticə 

budur. 


Beynəlxalq  rejimlər  nəzəriyyəsi  neoliberal  meyil  çərçivəsində  inkişaf 

etmişdir.  Bu  nəzəriyyənin  konseptual  və  məzmun  müddəaları  neoliberal 

ideyalarla  qovuşur.  R.Kohen  və  C.Nay  özlərinin  birgə  əsərində  bu  istiqamət 

haqqında yazarkən, onu «ətrafında müəlliflərin ehtimallarının cəmləşdiyi aşkar 

və gizli prinsiplərin, normaların, qaydaların və məsələlərin həlli prosedurlarının 

məcmusu kimi izah edirlər... Beynəlxalq rejimlər son nəticədə bir növ «kollektiv 

sərvətlərin»  bölgüsünə  yardım  edən  «hegemon  dövlətin»  (dövlətlər  birliyinin) 

fəaliyyət dairəsini müəyyənləşdirir». 

Göründüyü  kimi,  nəzərdən  keçirdiyimiz  iki  nəzəri  yanaşma  arasındakı 

fərq  0  qədər  də  böyük  deyil:  «hegemonçu  sabitlik»  nəzəriyyəsinin  tərəfdarları 

üçün «rejimlərin» saxlanması dominant dövlət statusunu (onun hegemonluğunu) 

təmin  edən  imperativ  şərtdir;  beynəlxalq  rejimlər  nəzəri}^əsində  isə  bu  şərt  o 

qədər  də  qəti  qoyulmur.  Kohenin  rəyinə  görə,  sonuncu  nəzəriyyədə  başlıca 

məqam  onun  «dövlətlərin  gələcəyi  nəzərdə  tutmayan  maraqlarının»  aradan 

qaldırılmasına  köməklik  edə  biləcək  dövlətlərarası  kooperasiyanın  müxtəlif 

formalarını  yaratmağa  imkan  vennəklə,  «rasional  seçim»  konsepsiyasını 

zənginləşdirməsidir. 

Neoliberalizmin  ümumi  bazasına  əsaslandığına  yaxud  onunla 

qovuşduğuna  görə,  nəzəriyyənin  hər  iki  növü  kifayət  dərəcədə  yaxındır.  Bu 

səbəbdən,  müasir  siyasi  iqtisadın  banilərindən  bəzisi,  o  cümlədən  S.Strenc  və 

R.Qilpin onlar arasındakı ziddiyyətlərin aradan qaldırılması (həmçinin, bir sıra 

52 



neomarksist  konsepsiyalardan  yararlanmaqla)  üzrə  cəhdlər  göstərmişdir.  Bu 

problemin  başqa  məşhur  tədqiqatçısı  J.Kussinin  qeyd  etdiyi  kimi,  sonuncu 

məqamı «beynəlxalq siyasi iqtisad üzrə bir çox əsərlərdə müşahidə etmək olar». 

Bunun  üçün,  göstərilən  müəlliflər  qeyd  etdiyimiz  bütün  nəzəriyyələr 

çərçivəsində tənqidi axtarışlan birləşdirmək məqsədi güdən ümumi problemləri 

ifadə etmişlər. Belə ki, onlar sualları üç qrup üzrə birləşdinnişlər: 

1)

 

qlobal bazar iqtisadiyyatının genezisi barədə ümumi sual: bazar özünün 



inkişaf  məntiqinə  tabedir  yaxud  dövlətin  təsirindən,  onun  tənzimləyici 

hərəkətlərindən asılıdır? 

2)

 

iqtisadi  və  siyasi  amillərin  qarşılıqlı  təsiri  barədə  suallar:  məsələn, 



iqtisadi  qeyri-sabitlik  ölkələrdə  gedən  siyasi  proseslərə  necə  təsir  göstərir? 

Dövlətlərin öz suverenliyini qorumaq səyləri ilə iqtisadi tənzimləmə üsullannın 

qloballaşması neçə əlaqələndirilir? 

3)

 



dövlətlərin qloballaşan məkana «daxil olması» məsələsi: dövlət bazara 

nəzarətin  hansı  vasitələrinə  malikdir  və  bazarın  (bazar  qüvvələrinin),  dövlət 

tərəfindən qo5nılan məhdudiyyətləri dəf etmək ehtimalı da daxil olmaqla, hansı 

imkanları vardır? 

Qilpinin  çıxardığı  ümumi  nəticə  bundan  ibarətdir  ki,  «dünyaya  iqtisadi 

sabitlik  ümidini  mülayim  formada  olan  merkantilizm  verir».  Bu,  neorealizmin 

mövqeyidir. 

BİM nəzariyyBsində dövlət və bazar. Beynəlxalq siyasi iqtisadın yaxud 

BİM-in  əsas  məsələsi  dövlətlə  bazar  arasında  nisbətdir.  BİM  sahəsində 

mütəxəssislərin  çoxu,  o cümlədən  S.Strenc  bu  məsələni  dövlət  hakimiyyətinin 

struktur  təhlili  baxımından  nəzərdən  keçirir.  Məsələn,  S.Strenc  hakimiyyətin 

qarşılıqlı  ünsiyyətdə  olduğu  dörd  strukturu  sadalayır:  istehsal,  təhlükəsizlik, 

biliklər və maliyyə. 

Onun fikrincə, beynəlxalq sistem ziddiyyətlərin həllinə öz mövqeyindən 

yanaşılmasını  bu  dörd  struktura  zorla  qəbul  etdirməyə  çalışan  müxtəlif  tip 

hakimiyyətlərin  mübarizəsinin,  toqquşmalarının,  danışıqlarının  və  qarşılıqlı 

güzəştlərinin  arenasıdır.  Müasir  zamanda  təsvir  olunan  mübarizədə  bazar 

qüvvələrinin üstünlüyü müşahidə olunur və bunun səbəbləri: birincisi, texnoloji 

inqilab, ikincisi isə kapitalın dəyərinin artması və müəssisələrin öz fəaliyyətinin 

maliyyələşdirilməsinə  tələbatının  çoxalmasıdır.  Bu  isə,  öz  növbəsində, 

hakimiyyətin dövlətdən TMK-ya və banklara keçməsinə doğru 



53 


aparır.  İqtisadiyyatın  bütün  sahələrində  istehsal  fəaliyyəti  dövlətin  iştirakı 

olmadan həyata keçirilir, firmalar dövlətin sosial idarəetmə, məşğulluğun təmin 

olunması,  əmək  şəraitinin  və  onun  ödənilməsi  şərtlərinin  müəyyənləşdirilməsi 

funksiyalarına yiyələnmişdir. Bütün bunlar artıq qanunlarla deyil (hərçənd, onlar 

formal qüvvəsini saxlasa da), firmaların özünün daxili reqlamenti ilə tənzimlənir. 

Onlar dövlətin fiskal orqanlarını öz mənafelərinə xidmətə vadar etməklə, vergi 

sahəsində güclənən rol oynayırlar. İri korporasiyalar siyasətdə, təhlükəsizlikdə, 

iqtisadiyyatda, kommunikasiyalarda dövlətin oynadığı rola xələl gətirir və hətta 

onun  zorakılıq  üzərində  mütləq  inhisarına  qəsd  etməyə  çalışır  (özlərinin  polis 

dəstələrini,  axtarış  xidmətlərini,  xüsusi  həbsxanalarını  yaradır).  Bununla  belə, 

dövlətin  «ixtisar  olunmasının»,  onun  funksiyalarının  «çözülməsinin»  necə  baş 

verdiyinin  çox  gözəl  təhlilini  aparan  S.Strenc  belə  bir  nəticəyə  gəlir  ki,  bütün 

bunlar  dövlətin  «yoxa  çıxacağı»  yaxud  TMK-nın  tam  nəzarəti  altına  keçəcəyi 

ehtimalını  ifadə  etmir.  Tarix  göstərir  ki,  institusional-  siyasi  və  iqtisadi 

hakimiyyətlər  arasındakı  nisbət  dəyişən,  keçici  amildir.  Ümumdünya  iqtisadi 

böhranmadək  vəziyyət  dövlətin  xeyrinə  deyildi  və  bu,  qlobal  böhranın  əsas 

səbəblərindən  biri  olmuşdur.  Amma  vəziyyətin  gələcəkdə  necə  olacağını 

qloballaşma göstərəcəkdir. 

S.Strencin  nöqteyi-nəzərincə,  dövlətlər  arasında  asimmetriyanm  artması 

onların  öz  cəmiyyətlərini  və  iqtisadiyyatlarını  idarə  etmək  qabiliyyəti 

baxımından daha əhəmiyyətlidir. Onun rəyinə görə, dövlətdə gedən bütün ictimai 

prosesləri  səmərəli  tərzdə  tənzimləmək  üçün  lazım  olan  strukturlar  yalnız 

ABŞ-da  mövcuddur.  Strencə  görə  məhz  bu  səbəbdən  ABŞ-m  hegemonluğunu 

itirməsi barədə nəticə əsassızdır, xəyali xarakter daşıyır. Strencin əsas ideyalarını 

qiymətləndirən  Qrats  qeyd  edir  ki,  «S.Strencin  iqtisadi  strukturalizmi  təkcə 

nəzəri  sinkretizm,  yəni  beynəlxalq  siyasi  iqtisadla  rəqabət  aparan  mövqelərdə 

ifratçılığın  aradan  qaldırılmasına  və  üstünlüklərin  birləşdirilməsinə  cəhd 

olmamışdır». Mahiyyət  etibarilə, bu  cür təfsir qloballaşma proseslərinin  və bu 

proseslərin daşıyıcıları olan TMK-nın mədhiyyəsi deməkdir, bu isə, Vaşinqton 

konsensusu  ruhunda müasir iqtisadi  neolibe-  ralizmin əsasını təşkil edir. Kussi 

ədalətli olaraq yazır ki, «Strencin bu cür təfsir olunmasının bir çox müddəaları 

neoklassik  yanaşmalara  istinad  edən  «neoliberal  inqilabla»  paradoksal  şəkildə 

üst-üstə düşür». 

TMK-nın  qloballaşması  konsepsiyası:  dövlət  və  milli  müstəqillik. 

istehsal amillərinin inkişafının təbii prosesi və iri korporasiyaların 



54 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə