Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə194/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   190   191   192   193   194   195   196   197   ...   306

Xülasə 

 



Dünya əhalisi, xüsusilə də inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı 

ölkələrin  sakinləri  ərzaq  mallarının  səmərəli  tərzdə,  tələbatın  getdikcə  artması 

nəzərə alınmaqla istehsal edilməsinə möhtacdır. Əhalinin strukturunda baş verən 

dəyişik-liklər, o cümlədən şəhər sakinlərinin sayının sürətlə artması ərzağa olan 

tələbatdan  asılı  deyil.  Bundan  başqa,  aqrar  sektorda  məşğulluğun  ixtisarı  kənd 

təsənlifatmda  əmək  məhsuldarlığının  artmasını  tələb  edir.  Gəlirlər  çoxaldıqca, 

həyat  tərzi  yaxşılaşdıqca,  insanlar  daha  çox  keyfiyyətli  ərzaq  istehlak  edirlər. 

Dünya əhalisinin sayı isə sürətlə artır və tezliklə Yer sakinlərinin sayı 7 milyard 

nəfərə  çatacaqdır.  Deməli,  dünyanın  müxtəlif  ölkələrinin  kənd  təsərrüfatı  daha 

çox qida məhsulları, heyvanlar üçün yem kimi müxtəlif inqrediyentlərin və aqrar 

məhsulların emalı sənayesinin tələbatını ödəmək üçün xammal, yarımfabrikatlar 

istehsal etməlidir. 

 

Aqrar məhsullar, əvvəllər olduğu kimi,  bu gün də çatışmır; dünyada 1 



milyarda  yaxın  insan  aclıqdan  əziyyət  çəkir,  milyonlarla  adamın  bu  səbəbdən 

tələf olması davam edir. Yalnız inkişaf etmiş ölkələrin kiçik qrupu vətəndaşlarını 

keyfiyyətli  ərzaqla  təmin  edir  və  bazara  böyük  həcmdə  yeyinti  məhsulları  - 

buğda,  düyü,  ət,  süd  və  s.  çıxara  bilir.  Dünya  ölkələrinin  əksəriyyəti  isə  qida 

məhsullarının əsas növlərini satın almağa məcburdur. Beynəlxalq təşkilatların və 

TMK-nm  buğda  becərib  heyvan  və  quşları  yemləməkdənsə,  müəyyən  bitkiləri 

bioloji yanacaq məqsədilə becərilməsinin daha böyük səmərəliliyi barədə o qədər 

də  uzaqgörən  olmayan  bəyanatları  vəziyyəti  daha  da  mürəkkəbləşmişdir. 

Nəticədə  son  bir  neçə  il  ərzində  ərzağa  ehtiyac  duymayan  ölkələrin  böyük  bir 

qrupunda dənli bitkilərin, heyvanların, quşların istehsalı xeyli ixtisar olunmuşdur. 

Bu isə, ərzağın qiymətinin bahalaşması və qıtlığının yaranması, bir çox yoxsul 

ölkələrdə aclıq təhlükəsinin yenidən baş qaldmnası ilə nəticələnmişdir. 

 

TMK-nın  əkinçiliyə  və  heyvandarlığa  maraq  göstənnəsi,  kəskinləşən 



ərzaq  probleminin  həlli  üçün  mühüm  amilə  çevrilmişdir.  Qeyd  olunmalıdır  ki, 

inkişaf etmiş ölkələrin TMK-sı çoxdandır ki, inkişaf etməkdə olan ölkələrin aqrar 

sektorunda  fəaliyyət  göstərir.  Məsələn,  məşhur  «United  fruit»  şirkəti  Mərkəzi 

Amerikanın  bir  çox  ölkələrində  böyük  plantasiyalara  malik  idi  və  onların 

iqtisadiyyatına  güclü  təsir  göstərirdi  («banan  respublikası»  termini  də  məhz 

burada meydana çıxmışdır). 



490 


 

Ancaq xarici TMK-nın fəaliyyətində nəzərəçarpan canlanma son illərdə 



müşahidə  olunmağa  başlamışdır.  2007-ci  ildə  bütün,  əsasən  də  inkişaf  etmiş 

ölkələrin, habelə Çinin və Cənubi Koreyanın TMK-sı aqrar sektorun inkişafına 

investisiya  kimi  32  milyard  dollar  yönəltmişdir.  Bu,  başqa  xammal  sahələrinə 

XBİ  ilə  müqayisədə  cüzi  məbləğ  olsa  da,  bunun  1990-cı  illərdə  1  milyard 

dollardan az olduğunu xatırlasaq, meyil daha qabarıq görünür. 

 



Həmin sahədə TMK-nı investisiya qoyuluşundan çəkindirən amil inkişaf 

etməkdə  olan  ölkələrdə  yetişdirilən  aqrar  məhsulların  qiyınətlərinin  ənənəvi 

ueuz-luğu və əvvəlki onilliklərdə bunun inkişaf etmiş dövlətlər tərəfindən qəsdən 

aşağı  səviyyədə  saxlanmasıdır.  Ancaq  son  illər  ərzaq  mallarının  qiymətlərinin 

ciddi baha-laşması nəticəsində TMK-nın bu sahədə fəallığı güclənmişdir. Hazırda 

TMK ilə onu qəbul edən ölkə arasında münasibətlərin ən səmərəli forması kənd 

təsərrüfatı  podratı-dır.  İnkişaf  etməkdə  olan  ölkələrin  aqrar  sektoruna  həmin 

qrupdan olan ölkələrin (Çin, Cənubi Koreya, Malayziya, Braziliya və s.) TMK-sı 

getdikeə fəal qoşulur. 

 



Son  illərdə  inkişaf  etmiş  ölkələrin,  habelə  sürətlə  inkişaf  edən  ölkələr 

qrupunun  TMK-sı  Asiya,  Afrika  və  Latın  Amerikasında  infrastruktur 

layihələrinin  həyata  keçirilməsinə  böyük  maraq  göstərməyə  başlamışdır. 

Məlumdur  ki,  infrastruktur  milli  iqtisadiyyatın  inkişafının  ən  əsas  şərtlərindən 

biridir  və  onun  keyfiyyətli,  şaxələnmiş  avtomobil  yolları,  dəmir  yolu  və  hava 

nəqliyyatı,  hava  limanları,  yaxşı  logistika  olmadan  dünya  təsərrüfatı 

münasibətlərinə «qoşulması» qeyri-mümkündür. Ölkələrin xarici və beynəlxalq 

ticarəti  məhdudlaşdığına  görə,  milli  və  dünya  iqtisadiyyatları  da  infrastruktur 

olmadan dolğun inkişaf edə bilməz. 

 



Buna  görə  də  inkişaf  etməkdə  olan  ölkələrin  hökumətləri  TMK-nı  və 

onların maliyyə vəsaitlərini milli infrastrukturun inkişafına cəlb etməyə çalışır. 

Təerübə  bu  əməkdaşlığın  bir  çox  hallarda  TMK-nı  qəbul  edən  ölkəyə  böyük 

fayda  verdiyini  göstərir.  Amma  bir  sıra  eiddi  problemlər  də  aşkara  çıxmış  və 

bunlar UNCTAD-m Hesabatında öz əksini tapmışdır (2008-ei il). Məsələ konkret 

ölkədə  infrastrukturun  inkişaf  etdirilməsinə  TMK-nın  məhz  nə  vaxt  eəlb 

olunmasmdadır.  Hökumətlər  TMK-nın  iştirak  etdiyi  milli  layihələrin  həyata 

keçirilməsindən gözlənilən effektin təmin olunması yollarını axtanb tapmalıdır. 

 

Hər bir ölkənin öz prioritetləri və imkanları olduğuna görə, dövlət və özəl 



(o cümlədən TMK-nın) investisiyaların birləşməsinin optimal nisbətinin 

491 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə