Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə195/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   191   192   193   194   195   196   197   198   ...   306

tapılması  vacibdir.  TMK-nın  infrastruktur  sektorunda  potensial  rolunun 

müəyyənləşdirilməsi  üçün  müvafiq  siyasətin  işlənib  hazırlanması  və  həyata 

keçirilməsi  dövlət  məmurlarından  böyük  hazırlıq  və  bacarıq  tələb  edir. 

Hökumətlər  müxtəlif  layihələr  üzrə  prioritetləri  müəj^ənləşdinTiəli,  seçilən 

layihələr  qarşısında  aydın  və  real  vəzifələr  qoymalı,  onların  ölkənin  inkişafı 

strategiyalarında mümkün qədər geniş əks olunmasına çalışmalıdır. Buradan belə 

nəticə  çıxarılır  ki,  hökumət  orqanları  layihələrə  ümumi  rəhbərlik  etmək  və 

onların  həyata  keçirilməsini  tənzimləmək,  danışıqlar  aparmaq  üçün  lazımi 

institusional  potensiala  və  ixtisaslı  kadrlara  malik  olmalıdır.  Bu  məsələ  təkcə 

mərkəzi  hakimiyyətə  deyil,  həmçinin,  onların  əyalətlər  və  bələdiyyələr 

səvİ3^əsindəki orqanlarına da aiddir. Beləliklə, problemin aradan qaldırılmasının 

əsas  üsulu  başqa  məsələlərin  həlli  ilə  sıx  əlaqələndirildiyi  hallarda  kompleks 

yanaşma zəruridir. 

 



İnkişaf  etməkdə  olan  ölkələrin  çoxu  özünün  fiziki  infrastrukturunun 

təkmilləşdirilməsi  üçün  xarici  investisiyaları  cəlb  etməyə  səy  göstərsələr  də, 

müasir şəraitdə xarici şirkətləri vəsait qoymağa inandınnaq getdikcə çətinləşir. 

İnkişaf etmiş və bazarları fonnalaşan iri ölkələrdə tələbatın çoxalması potensial 

investorların  müəyyən  risk  hüdudunda  daha  böyük  gəlir  əldə  etmək  ümidini 

yüksəldir.  Dərhal  böyük  məbləğdə  kapital  qoyuluşları  tələb  edildikdə  və 

xərclərin tezliklə ödəniləcəyi ehtimalının az, ölkədə işgüzar mühitə təsir göstərən 

sosial  problemlərin  mövcudluğu  halında  isə  investisiya  qoyuluşları  böyük 

problemə çevrilir. 

 



Bütün bunlar inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə iri 

infrastruktur  layihələrinin  əsasən  daxili  resurslara  istinad  etməklə  həyata 

keçirilməsinin  mümkünlüyü  barədə  fikir  yaradır.  Milli  özəl  şirkətlərin  bu  cür 

layihələrdə  iştirakına  güman  az  olduğuna  görə,  dövlətin  özünün  imkanlarına 

istinad  olunmalıdır.  Bu,  çox  çətin  olsa  da,  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatlı ölkələrdə müasir istehsal infrastrukturunun yaradılmasının yeganə 

yoludur. 

Yoxlama sualları 

1.

 



Hazırda dünyada ərzaqla təminatın ümumi vəziyyəti necədir? Onun qıt 

və izafi həcmdə olduğu regionlar və ölkələr hansılardır? İnkişaf etməkdə olan və 

keçid iqtisadiyyatlı ölkələrdə kənd təsərrüfatının geriliyinin səbəbləri nədədir? 

492 



2.

 

Xarici TMK-nm inkişaf etməkdə olan ölkələrin aqrar sektoruna böyük 



məbləğdə  vəsait  yatırmasının  hansı  səbəbləri  var?  İnkişaf  etməkdə  olan 

ölkələrdən hansıları və niyə TMK-lar üçün daha böyük əhəmiyyət kəsb edir? 

3.

 

Son illərdə ayrı-ayrı ölkələr üzrə daxil olan XBİ-də kənd təsərrüfatının 



xüsusi çəkisi nə qədərdir? 

4.

 



TMK-nm  qəbul  edən  ölkənin  kənd  təsərrüfatında  podrat  metoduna 

üstünlük vemrəsinin səbəbi nədir? 

5.

 

İnkişaf  etməkdə  olan  ölkələrin  aqrar  sektorunda  fəaliyyət  göstərən 



TMK-nm hansı özəllikləri var? 

6.

 



Qərbin  ən  iri  TMK-ları  («Nestle»,  «Wal-Mart»)  müxtəlif  ölkələrin 

aqrar  sektorunda  hansı  mövqeləri  tutur?  İnkişaf  etməkdə  olan  ölkələrin  25 

TMK-nm mövqeləri necədir? 

7.

 



İnkişaf  etməkdə  olan  ölkələrin  iri  korporasiyalarının  aqrar  sektordakı 

yeni rolu: «Cənub-Cənub» nədə təzahür olunur? 

8.

 

UNCTAD-m  Hesabatında  (2008-ci  il)  TMK-lar  ilə  yerli  fermerlər 



arasında əməkdaşlığın qumiması qarşısında duran maneələrin dəf olunması üzrə 

hansı tövsiyələr edilir? 

9.

 

İnfrastrukturun  ölkənin  iqtisadi  inkişafının  və  onun  beynəlxalq  əmək 



bölgüsünə qoşulmasının bazisi kimi çıxış etməsinin səbəbi nədədir? 

10.


 

TMK-nm  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin 

infrastrukturuna marağının güclənməsinin səbəbləri nədir? 

11.


 

TMK-lar  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadi^/yatlı  ölkələrin 

infrastruktur layihələrində hansı formalarda iştirak edir? 

12.


 

İnkişaf etməkdə olan ölkələrin əsas infrastruktur layihələrinin həyata 

keçirilməsində xarici TMK-nm və milli özəl şirkətlərin iştirakının səmərəsi nəyə 

görə aşağıdır? 



Referatların mövzuları 

1.

 



Dünyada  ərzaqla əlaqədar mövcud olan vəziyyət:  problemlər və həlli 

perspektivləri 

2.

 

Aqrar TMK-nm inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə 



fəaliyyəti 

3.

 



Xarici TMK-nm inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə 

həyata keçirilən infrastruktur layihələrində iştirakı 



493 


IV

 

Bölmə 

BEYNƏLXALQ 

MALİYYƏ SİSTEMİ: 

VALYUTA-MALİYYƏ MÜNASİBƏTLƏRİ 


Fəsil 18 

DÜNYA MALİYYƏ SİSTEMİ 

18.1.

 

Dünya maliyyə sisteminin tərkibi

quruluşu və strukturu 

Anlayışlar  və  təyinlər:  nəzəri-metodoloji  aspekt. Nəzərdən keçirdiyimiz 

məsələnin  bir  sıra  mühüm  anlayışları  barədə  elmi  ədəbiyyatda  müxtəlif 

yanaşmalar  mövcuddur.  Dünya  maliyyə  sistemi,  beynəlxalq  valyuta-maliyyə 

münasibətləri  və  s.  sahələrdə  dərsliklərin  və  dərs  vəsaitlərinin  müvafiq 

bölmələrini səhifələməklə, buna əmin olmaq çətin deyil. Belə ki, «ümumdünya 

valyuta  sistemi»  «ümumdünya  pul-maliyyə  sistemi»,  «ümumdünya  valyuta- 

kredit  sistemi»  və  s.  kimi  söz  birləşmələri  şəklində  tenninlərdən  eyni  mənada 

istifadə  olunması  ümumi  qəbul  edilmişdir.  Amma  burada  «valyuta»,  «pul», 

«maliyyə» anlayışlarının hansı məzmun kəsb etdiyi aydın deyil. 

Bu  təzahürlərin  müəyyənləşdirilməsində  ziddiyyətlərin  mövcudluğu, 

nəzərdən  keçirilən  sistemlərin  özünün  dərk  olunmasına  metodoloji  yanaşmada 

məna baxımından fikir ayrılığı ilə əlaqədardır. 

Düşünürəm  ki,  «dünya  maliyyə  sistemi»  anlayışının  vahid  tenninoloji 

açıqlamasından istifadə edilməsi metodoloji və nəzəri baxımdan daha düzgündür 

və  indi  beynəlxalq  təşkilatların  hesabatlarında  məhz  bu  cür  yanaşma  tətbiq 

olunur.  Bu  təklif,  həmçinin,  aşağıdakı  mülahizələrlə  əsaslandırılır.  «Dünya 

maliyyə sistemi» termini maliyyə vəsaitlərinin beynəlxalq hərəkətinin məzmun 

cəhətini, o cümlədən valyuta münasibətləri sahəsinin özünü tam həcmdə ehtiva 

edir. Burada «valyuta sistemi» və «pul sistemi» anlayışlarının tam açıqlanması, 

bu terminlər arasındakı ümumi və fərqli cəhətlər araşdırılmalıdır. 



Pıd  sistemi

 

-  milli  sistemin  dövlət  pul  nişanlarının  bilavasitə  dövriyyə 

etdiyi  çərçivədir.  O,  ölkənin  maliyyə  sisteminin  bir  hissəsidir.  Məntiqi  və 

məzmun  baxımından  yanaşıldıqda,  bir  çox  hallarda  «pul  sistemi»  ilə  «valyuta 

sistemi» eynidir. 

Heç  də  bütün  ölkələrdə  valyuta  sistemi,  maliyyə  sisteminin  dönərli 

valyutalarla əməliyyat aparan qurumları və müvafiq həlqəsi qismində çıxış etmir. 

Çox vaxt bu cür sistemin fraqmentləri, ayrı-ayrı həlqələri fəaliyyət 



496 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə