Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə197/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   193   194   195   196   197   198   199   200   ...   306

Avropanın valyuta sistemi tamdəyərli regional sistem kimi qiymətləndirilə bilər. 

3)

 



ümumdünya  valyuta  sistemi

 

-  milli  və  regional  valyuta  (pul) 

sistemlərinin,  tənzimləyiei  beynəlxalq  aktların  və  qaydaların,  habelə  dünyada 

maliyyə-iqtisadi  proseslərin  dinamikasına  təsir  göstərən  beynəlxalq  maliyyə 

təşkilatlarının məcmusudur. 

Valyuta bazan (foreign exchange market) - valyutaların ölkələr arasında 

hərəkətinə  imkan  yaradan  beynəlxalq  bazardır.  Əməliyyatlar  xarici  valyutaları 

alıb-satmaqla,  onların  məzənnələri  və  faiz  dərəcələri  arasındakı  fərq  hesabına 

mənfəət əldə edən malİ3^ə qurumları arasında telefon və müasir rabitənin başqa 

növlərindən  istifadə  olunmaqla  aparılır.  Dünyanın  bütün  maliyyə  mərkəzləri 

ticarətə öz iş vaxtlarında yaxud müvafiq fond birjaları və banklar açıq olduqda 

başlayır. 

Beynəlxalq  pullar  -  beynəlxalq  maliyyə-iqtisadi  və  ticari  əməliyyatlara 

xidmət göstərən valyutalardır. Beynəlxalq pulların funksiyaları: tədiyyə vasitəsi, 

ehtiyatlar, hesab vahidləri. 

Beynəlxalq pulların tipləri



 

dünya ehtiyat valyutaları, süni valyuta vahidləri 

və  qismən  də  ölkələrin  dönərli  valyutaları  ilə  təmsil  olunur.  İnkişaf  etmiş 

ölkələrin sərbəst  dönərli pul  vahidləri  ehtiyat



 

valyutalarına aid  edilir və  dünya 

valyuta ehtiyatlarının əsas hissəsi onlardan ibarətdir. 

BVF-in  süni  yaxud  «səbət»  valyuta  vahidinə



 

XBH,  habelə  avroya 

keçənədək,  Avropa  Valyuta  İttifaqının  valyuta  vahidi  -  EKYU  (European 

Currency Unit) daxildir. 



Valyuta bazarının təbiəti. Valyuta bazarının əsas əmtəəsi xarici valyuta ilə 

ifadə  olunmuş  istənilən  maliyyə  tələbidir.  Rəsmən,  bura  başqa  ölkələrin 

borcalanları  tərəfindən  buraxılmış  xarici  valyutada  qiymətli  kağızlar,  xarici 

valyuta, məsələn, funt-sterlinqlə ödənilməli olan köçürmə vekselləri (tratta) və s. 

daxildir.  Bazar  mexanizmi  nöqteyi-nəzərindən  valyuta  mübadiləsi  bir  ölkənin 

valyutasının digərinin valyutasına dəyişdirilməsidir. 

Valyuta bazarının əsas iştirakçıları banklar və diler-banklar, ixracatçılar, 

idxalçılar,  transmilli  şirkətlər,  maliyyə  idarələri,  investorlar  və  dövlət 

agentlikləridir. Onların hamısının müxtəlif, o cümlədən valyuta bazarında açıq 

mövqelərin  hecinqinə  zərurəti,  pul  vəsaitlərini  dünyanın  müxtəlif  bölgələrinə 

investisiya kimi yatınuağa və alıcılıq qabiliyyətini bir ölkədən digərinə ötürməyə 

ehtiyacı vardır. 



499 


Xarici  valyuta  ilə  əməliyyatlar  aparan  ən  iri  banklar  aparıcı  maliyyə 

mərkəzlərinin (London, Nyu-York, Tokio, Frankfurt, Sinqapur, Honkonq) ticarət 

bölmələrində  fəaliyyət  göstərir.  Bu  bankların  əsas  mərkəzlərdə,  ilk  növbədə 

London və Nyu-Yorkda valyuta bazarının müxtəlif sektorlarında işləyən 30-40 

brokeri  vardır.  Ən  iri  bankların  bu  cür  50  və  daha  çox  sektoru  var  və  onlar 

müvafiq sayda valyuta ilə əməliyyat aparır. 

İş  gününün  əvvəlində  yerli  maliyyə  mərkəzləri  fəaliyyətə  başlamazdan 

öncə,  brokerlər  müasir  rabitə  vasitələri  ilə  özlərinin  dünya  üzrə  səpələnmiş 

tərəfdaşları  ilə  əlaqə  saxlayır.  Onlar  infomıasiya  mübadiləsi  aparır,  işləməyə 

başlamış ticarət mərkəzlərində baş verən hadisələr, inkişaf meyilləri barədə bir- 

birinə hesabat verirlər. Bazar vəziyyətinin düzgün qiymətləndirilməsi üçün onlar 

bu informasiyanı texniki təhlillər, iqtisadi və siyasi şərait haqqında məlumatlarla 

dolğunlaşdırır.  Bu  təhlil  brokerlərə  növbəti  bazar  fəaliyyətinə  daha  yaxşı 

hazırlaşmaq imkanı verir. 

Valyuta bazarı alıcılar və satıcıların bir-birinə qarşılıqlı təsir göstərdiyi və 

birbaşa  təmasda  olduğu  Nyu-York  Fond  Birjası  (NYSE  -  New  York  Stock 

Exchange)  kimi  ticarət  mərkəzinin  üstünlüklərinə  malik  deyil.  Bu  mənada 

valyuta  bazarı  fond  birjasından  daha  çox,  birjadankənar  qiymətli  kağızlar 

bazarına  bənzəyir.  Elektron  kommunikasiyalar,  telefon  xətləri  və  kompüter 

dəstəklənməsi  vasitələri  brokerlər  arasında  əlaqə  yaradır.  Yüksəksürətli 

informasiya  sistemləri  marketmeyker  olan  banklann  dilinq  otaqlarında 

brokerlərin  işinin  təmin  edilməsi  üçün  həyati  əhəmiyyətə  malikdir.  Bazar 

qiymətləri xarici şəraitə qarşı çox həssasdır və sürətlə dəyişə bilir. Buna görə də 

banklar  ticarət  aparmaq  üçün  öz  bazar  tərəfdaşları  ilə  təcili  əlaqə  yaratmaq 

imkanına malik olmalıdır. Bu ehtiyac bazarda fəaliyyət göstərən, xarici valyutada 

aktivləri olan bankların qarşılaşdığı risklə izah edilir'. Onların fondlarının dəyəri 

kəskin dəyişə bilər və buna görə də diler-banklar bazar qiymətlərinin onlara ziyan 

vura bilən həddə çatanadək, əməliyyatlarını aparmaq imkanına malik olmalıdır. 



Valyuta  bazarının  dünya  sistemi.  Valyuta  bazarı  dünya  sisteminə 

müəyyən dərəcədə qoşulmuş çoxsaylı milli valyuta bazarlarından ibarətdir. Bu 

sistem  banka  istənilən  valyuta  mərkəzində  əməliyyatları  aşağıdakı  əsaslarda 

apannaq imkanı verir: 

birinci səviyyə - pərakəndə ticarət.

 

Bir milli bazarda aparılan, diler- 

Bax: Энг. M.В., Лис Ф.А., Майрер Л.Дж. Мировые финансы. С. 82-83. 

500 



bankın alqı-satqı zamanı müştəri ilə birbaşa təmasda olduğu əməliyyatlar; 

 



ikinci səviyyə - topdansatış banklararası ticarət.

 

Bir daxili bazarda iki 

diler-bankm  valyuta  brokerinin  vasitəçiliyi  ilə  qarşılıqlı  münasibətlərə  girib, 

əməliyyatlar apannasıdır. Mahiyyətcə, bu, banklararası bazardır; 

 

üçüncü  səviyyə  -  beynəlxalq  ticarət.



 

Müxtəlif  ticarət  mərkəzlərinin 

diler-banklarmın  bir-biri  ilə  qarşılıqlı  əlaqə  yaradaraq,  iki  və  daha  çox  milli 

bazarda əməliyyat aparılmasıdır. Bu cür əməliyyatlara iki və daha çox bazarda 

arbitraj əməliyyatları da daxil oluna bilər. 

Nəzərdən  keçirdiyimiz  dünya  sistemində  vahid  qiymət  qanununun 

üstünlük  təşkil  etməsinə  doğru  meyil  mövcuddur.  Buna  görə  də  Nyu-Yorkda 

dollarla  avro,  funt-sterlinq,  dollarla  iyena  arasındakı  mübadilə  nisbəti  London, 

Brüssel,  Paris  və  Tokiodakı  kimi  olacaq.  Bu  təzahür  arbitraj

 

prosesindən irəli 

gəlir.  Bu valyutaların qiymət  nisbətlərində hər hansı  fərq əmələ  gələrsə,  diler- 

banklar və bazarın başqa iştirakçıları dəyəri aşağı düşən valyutanı alacaq yaxud 

satacaq  və  dəyəri  başqa  bazar  mərkəzləri  ilə  müqayisədə  yüksələn  valyutanı 

satmağa başlayacaq. 



Dünya maliyyə sisteminin quruluşu. Dünya maliyyə sisteminə aşağıdakı 

təsisatlar, alətlər və mexanizmlər daxildir: 

 

milli sistemin xarici maliyyə (valyuta) sektoru; 



 

ehtiyat valyutaları, beynəlxalq hesab vahidləri



 

valyutaların qarşılıqlı dönərliyinin şərtləri, valyuta prioritetləri rejimləri 



və valyuta məzənnələri rejimlərinin reqlamenti

 



beynəlxalq 

valyuta 


likvidliyinin 

dövlətlərarası 

tənzimləmə 

mexanizmləri,  valyuta  məhdudiyyətlərinin  beynəlxalq  tənzimlənməsi  və 

beynəlxalq hesablaşmaların əsas formaları; 

 



dünya valyuta və qızıl bazarlarının rejimləri

 



dövlətlərarası  valyuta  tənzimlənməsini  həyata  keçirən  beynəlxalq 

təşkilatlar (BVF, BYİB-BHB, regional banklar: Avropa Mərkəzi Bankı və Dünya 

Bankı strukturuna daxil olan banklar). 

18.2.

 

Ssuda kapitalının hərəkəti: ümumdünya 

kapitallar bazarının institusional subyektləri 

Dünya  maliyyə  sisteminin  əsas  vəzifəsi  ssuda  kapitallarının



 

nəhəng 


axınlarının qaydah hərəkətini təmin etməkdir. Sistemin subyektləri də məhz bu 

501 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə