Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə200/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   196   197   198   199   200   201   202   203   ...   306

kreditlərin və istiqrazların avrobazarı tutur. Həcmi və coğrafi məkan baxımından 

nəhəng olan bu millətüstü bazar maliyyə-kredit sahəsində ssuda kapitalının bir 

maliyyə mərkəzindən digərinə ötürülməsinin səciyyəvi mexanizmidir və maliyyə 

beynəlmiləlləşməsi və qloballaşması proseslərinə şərait yaradır. 



18.4.

 

Maliyyə sistemlərinin tipləri 

Əvvəlcə maliyyə ilə bağlı olan bəzi məfhumları, habelə onların təsnifatını 

aydınlaşdırmaq lazımdır. 

Beynəlxalq ödənişlər sistemi - beynəlxalq maliyyə əməliyyatlarının, yəni 

müxtəlif  ölkələrin  rezidentləri  arasında  fərqli  milli  valyutalarla  ödənişlərin 

aparılması  alətlərinin  və  metodlarının  vahidliyini  əks  edən  ümumi  tennindir. 

Termin valyuta məzənnələrinin, valyuta nəzarətinin müxtəlif sistemlərini, habelə 

beynəlxalq likvidliklə bağlı problemləri əhatə edir. 

Pıd və valyuta sistemləri - dövlətin pul nişanlarının bilavasitə dövriyyədə 

olduğu  milli  pul  sistemidir.  Ölkənin  ümumi  maliyyə  sisteminin  bir  hissəsidir. 

Təkcə  məntiqi  və  mahiyyət  bənzərliyi  deyil,  həmçinin  məzmun  cəhəti  nəzərə 

alındıqda, əksər hallarda «pul sistemi» və «valyuta sistemi» anlayışları eynidir. 

Başqa hallarda isə «pul sistemi» ilə «pul bazarı» eyni anlayışdır. 

Valyuta  sistemləri  bütün  ölkələrdə  təsisat  və  maliyyə  sisteminin 

ümumdünya valyuta sistemi ilə əlaqəsi olan, dönərli valyutalar ilə əməliyyatlar 

aparan müvafiq həlqəsi kimi fəaliyyət göstənnir. Onların fəaliyyəti təkcə ölkənin 

iqtisadi  inkişaf  səviyyəsi  ilə  deyil,  dövlət  hakimiyyətinin  təşkili,  rəsmi 

qurumların  təkmilliyi,  idarəçilik  mexanizmlərinin  təşkilati  quruluşu,  dövlət  və 

ictimai nəzarətin vəziyyətindən və s. asılı olduğuna görə, çox vaxt bu sistemin 

yalnız fraqmentləri, ayrı-ayrı həlqələri işləyir. 

«Valyuta  sistemi»  və  «pul  sistemi»  anlayışları  yalnız  milli  pul  vahidi 

dünyada  əsas  yaxud  ehtiyat  valyuta  vahidi  qismində  (tam  dönərli)  tanındığı 

hallarda  üst-üstə  düşür.  Aydındır  ki,  praktiki  baxımdan  «pul»  və  «valyuta» 

anlayışlarını  sinonim  kimi  işlətmək  o  qədər  də  düzgün  deyil.  Amma  müasir 

dövrdə  «valyuta»  sözü  «pul»  sözünün  ilkin  mənasında  işlənildiyinə,  «pul» 

anlayışının  isə  məhdudiyyətsiz  dövriyyədə  olan  universal  pul  vahidi 

əhəmiyyətini getdikcə itirib, indi yalnız daxili dövriyyə üçün istifadə olunduğunu 

nəzərə  alsaq,  bu  məfhumları  daim  fərqləndirmək  çox  mürəkkəbdir.  Bu  proses 

bəzi milli valyutaların (dollar) universal əhəmiyyətinin artması, bir 

507 



çoxunun  yarandığı  andan beynəlxalq  pul  kimi  fonnalaşması  (avro) nəticəsində 

daha da güclənir; rus rublu heç bir məhdudiyyət qoyulmadan Rusiya ərazisində 

tam dönərlidir. 

Sistem  daxilində  onun  3  növü  fərqləndirilir:  qızıl-sikkə,  qızıl-külçə  və 



qızıl-deviz standartları

 

(bax: 18.6-cı paraqraf). 

Milli sistem milli valyutaya (ölkənin pul vahidi), dünya maliyyə sistemi 

isə bir və daha çox ehtiyat valyutasına yaxud beynəlxalq hesablaşma pul vahidinə 

əsaslanır.  Milli  valyutalardan  başqa,  beynəlxalq  hesablaşmalarda  beynəlxalq 

valyuta  vahidi  olan  XBH-dən  (Yamayka  valyuta  sistemində)  və  EKYU-dan 

(Avropa valyuta sistemində) istifadə edilir. 

Beləliklə, valyuta: 

1)

 

dövlətin pul sisteminin



 

əsasında duran pul vahididir



 

(məsələn, rus rublu, 

ABŞ dolları); 

2)

 



dövlətin pul sisteminin

 

tipidir (qızıl valyuta, kağız valyuta); 

3)

 

beynəlxalq  hesablaşmalarda



 

istifadə  olunan  xarici  ölkələrin



 

pul 


nişanları  (əsginazlar,  xəzinə  biletləri,  sikkələr),  kredit  və  ödəmə  sənədləridir 

(veksellər, çeklər və s.) (xarici valyuta). 



Beynəlxalq ehtiyat (əsas) valyuta - aparıcı kapitalist ölkəsinin beynəlxalq 

tədiyyə və ehtiyat vasitəsi funksiyalarını yerinə yetirən, başqa ölkələr tərəfindən 

valyuta paritetinin və valjoıta məzənnəsinin müəyyənləşdirilməsinin bazası kimi 

istifadə edilən dönərli valyutasının xüsusi kateqoriyasıdır. 



Beynəlxalq  hesablaşma  pul  sistemi  -  valyutaların  dönərliliyi  əsasında 

müə3^ənləşdirilən xüsusi valyuta kateqoriyasıdır. 

Dönərlilik,  müəyyən  tip  valyutanın  hökumətin  birdəfəlik  qərarı  ilə 

yaradıla  bilməyən,  ölkənin  milli  iqtisadiyyatının  təşəkkülünün  gücünü,  onun 

milli valyutasından xaricdə geniş istifadə olunmasını ifadə edən xüsusiyyətidir. 

Valyutanın  dönərlilik  dərəcəsi  iqtisadiyyatın  vəziyyəti  və  tipi  ilə 

müəyyənləşdirilir. Daha geniş mənada milli valyutanın dönərliliyi daxili bazarın 

dünya bazarı ilə birbaşa əlaqə mexanizmini ifadə edir, bu isə, ticarətin həqiqətən 

də  çoxtərəfli  (ikitərəfli  klirinqlərdən  fərqli  olaraq)  xarakterdə  olmasını, 

iqtisadiyyatın  xarici  rəqabət  üçün  kifayət  dərəcədə  açıqlığını  nəzərdə  tutur. 

Əvvəl  dönərlilik  milli  valyutanın  qızıla  dəyişdirilməsinin  azadlığını  ifadə 

edirdisə,  indi  onun  əsas  əlaməti  valyuta  məhdudiyyətlərinin  hansı  səviyyədə 

olmasıdır. 

Burada  möhkəm



 

və  dönərli



 

valjmta  anlayışları  fərqləndirilməlidir. 



Möhkəm valyutanın

 

bazar məzənnəsi və alıcılıq qabiliyyəti dayanıqlı yaxud 



508 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə