Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə204/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   200   201   202   203   204   205   206   207   ...   306

miqrasiyasını  asanlaşdırmaq  məqsədilə  xarici  valyutanın  alqı-satqı 

əməliyyatlarının həyata keçirilməsi

 

klirinq  əməliyyatlarının,  yəni  hesablaşmaların  qarşılıqlı  tələb  və 



öhdəlikləri nəzərə alınmaqla aparılmasına dair hökumətlərarası müqavilələrin 

bağlanması; 

 

banklararası valyutalar bazarının yaradılması; 



 

məzənnələr arasındakı fərqdən mənfəət əldə etmək üçün valyutaların 



alqı-satqısı (alver); 

 



valyuta  məzənnələri  dəyişərkən,  potensial  zərərdən  sığortalanma 

(hecinq) üzrə xüsusi əməliyyatlar keçirilərkən riskdən müdafiə olunması'. 



Valyuta  bazarının  funksiyalarının  tamin  edilməsinin  formaları. 

Valyuta  bazarının  fəaliyyətini  təmin  edən  funksiyalar  bu  formalarda  yerinə 

yetirilir: avrovalyuta bazarları, pul köçünnələri, hecinq, klirinq, kredit. 

Xüsusi məqamlar:

 

avrovalyuta bazarları, tipik beynəlxalq bazar olsa da, 

aşağıdakı xüsusiyyətləri var: 

 



bura  iri  borcalanlarm  -  hökumətlərin,  mərkəzi  bankların,  dövlət 

birliklərinin  iştirak  etdiyi  topdansatış  bazarıdır  və  bazarın  əksər  hissəsi 

banklararası əməliyyatların payına düşür; 

 



bu bazar tənzimlənməyə məruz qalmır; 

 



əsasən qısamüddətli banklararası borclar bazarıdır; 

 



cari  vəsait  qoyuluşları  üçün  deyil,  əmanətlər  və  müddətli  vəsait 

qoyuluşları üçün mövcuddur

 

bu bazarda avrodollar üstünlük təşkil edir. 



Pul  köçürməsi  -  alıcılıq  qabiliyyətinin  beynəlxalq  miqyasda 

ötürülməsindən ibarət olan və valyuta bazarı vasitəsilə yerinə yetirilən ən sadə 

əməliyyatdır.  Məsələn,  Böyük  Britaniyaya  səfər  edən  Rusiya  turistinə  funt 

sterlinq  lazımdır.  Turist  valyutanı  funt  sterlinq  şəklində  deyil,  banknot 

formasında alır. 

Hecinq - valyuta bazarı iştirakçısının valyuta məzənnəsinin dəyişməsi 

nəticəsində  potensial  ziyan  vurulmasından  müdafiə  vasitəsidir.  Bir  ölkənin 

idxalçısı başqa ölkədə mal alarkən, onunla milli valyutada, məsələn, əməliyyat 

aparıldıqdan  sonrakı  2  ay  ərzində  hesablaşmalıdır.  Ancaq  müddət  ərzində 

valyutanın məzənnəsi yüksələrsə, alıcı ziyana düşəcək (2 ay öncə 

249. 



Ревинский H.A. Международная экономика и мировые рынки. Новосибирск, 1998. С. 

519 



aldığı  mala  görə milli  valyutada daha  çox pul  vahidi ödəməli  olacaq).  Belə 

vəziyyətin qarşısını almaq üçün malın alıcısı milli valyutanı əvvəlcədən alıb, 

onu satıcıya sonradan göndəmıəklə, hesablaşma aparır. Malın bu cür forvard 

qaydasında alınması onun baza dəyərinin təsbit olunmasına (mal öz sahibini 

dəyişənədək)  yönəlmişdir  və  bununla  da,  valyutanın  məzənnəsi  dəyişdikdə, 

müştərinin müdafiəsini təmin edir. 



Klirinq.

 

Beynəlxalq  ödənişlər  aparıldıqda,  valyuta  bazarı  klirinq 

mexanizmini  təmin  edir.  Klirinq  mexanizmi  bankların  başqa  valyuta 

(maliyyə) mərkəzlərindəki  müvəkkil  banklarda saxladıqları xarici  valyutada 

olan  depozitləri  vasitəsilə  fəaliyyət  göstərir.  Klirinq  mexanizmi  əqdlərin 

böyük hissəsini nağdsız qaydada yaxud vəsaitlərin köçürülməsi yolu ilə yerinə 

yetirməyə  imkan  yaradır  və  bu,  bir  sıra  ticarət  əməliyyatlarında  böyük 

üstünlük təmin edir. 



Kredit.

 

Nəzərdən  keçirdiyimiz  sahədə  ixracatçı  alıcıya  yaxud  onun 

bankına müddətli tratta göndərdiyi halda kreditdən istifadə olunur. Bu zaman 

tratta  diskontlaşdırılır,  veksellər  bazarında  satılır  və  ixracatçı  onun 

diskontlaşdırılmış dəyərinin alır. Tratta xarici valyutada diskontlaş- dırıldığına 

görə,  bank  onu  ixracatçıya  ötürür  və  bununla  da  ixrac  əməlİ3^atları 

asanlaşdırılır. 

18.9.

 

Valyuta məzənnələri 

Valyuta  məzənnəsi  -  bir  ölkənin  pul  vahidinin  qiymətinin  başqa 

ölkələrin pul vahidləri ilə ifadə olunmasıdır. Dünya pul (valyuta) sistemində 

tarazlıq  bütün  əsas  valyutalar  arasında  mübadilə  məzənnələrinin  hərəkəti 

(dəyişməsi)  vasitəsilə  təmin  olunur  və  bu  halda  bir  valyuta,  məsələn,  ABŞ 

dollarından  (avrodan)  bütün  qalan  valyutaların  qiymətləndirildiyi 

ümumdünya  standartı  qismində  istifadə  edilir.  Valyuta  məzənnələrinin 

aşağıdakı tipləri (növləri) vardır: 

 



təsbit  olunmuş  valyuta  məzənnəsi  ifıxed  exchange  rate)  -  valyuta 

məzənnəsinin  malij^ə  hakimiyyətinin  müdaxiləsi  olmadan  dəyişdirilməsi 

mümkün olmayan müəyyən indeksə (məzənnəyə) möhkəm bağlanması; 

 



çevik  valyuta  məzənnəsi  {flexible  exchange  raté)  -  məzənnənin 

enib-qalxmasının bu tipini bir çox hallarda «çirkli üzmə» adlandırırlar (aşağı 

bax); 

520 



 

üzən  valyuta  məzənnəsi  {floating  exchange  rate)  -  valyuta 

məzənnəsinə  müəyyən  «dəhliz»  daxilində  dəyişmək  imkanının  verildiyi 

rejimdir; 

 

 



valyuta  məzənnəsinin  «xalis  üzməsi»  (clean  float)  -  üzən 

məzənnənin  pul-kredit  sisteminin  rəhbər  (dövlət)  orqanlarının  heç  bir  təsiri 

olmadan sərbəst dəyişdiyi rejim

 



valyuta ilanı  (snake)  - ilk dəfə  yeni  beynəlxalq  valyutanın, EKYU- 

nun  yaradılması  ilə  əlaqədar  olaraq  meydana  çıxan  sistem.  Valyuta 

məzənnələrinin dəyişmələri, onun hüdudlarını təmsil edən iki divar arasında 

ilanın hərəkətinə bənzədiyi üçün, sistem, valyuta ilanını yaxud tuneldəki ilan 

adlandırılır; 

 



valyuta məzənnəsinin «çirkli üzməsi» {dirthy floating rate)  rəsmi 

hakimijq/ət  orqanlarının  müəyyən  vəziyyətdən  başqa  ölkələrin  mənafeyi  və 

beynəlxalq  qaydalarla  hesablaşmadan  öz  xeyrinə  istifadə  etmək  məqsədilə 

valyuta məzənnəsinin qəflət dəyişməsini dəstəklədiyi halda  yaranan valyuta 

məzənnəsidir; 

 



məzənnəsi yüksəldilmiş valyuta (overvalued currency).

 

Hesab olunur 

ki, bu halda onun məzənnəsi bazar məzənnəsindən yüksəkdir. Bir qayda kimi, 

məzənnənin  yüksəldilməsi  yaxud  endirilməsi  konkret  valyutanın  dünya 

ehtiyat valyutası ilə müqayisəsi yolu ilə müəyyənləşdirilir

 



məzənnəsi endirilmiş valyuta {undervalued currency).

 

Bu valyutanın 

pariteti tədiyyə balansında dayanıqlı profısitə gətirib çıxarır. Məsələn, on illər 

ərzində  ABŞ  Yaponiyanı  iyenanı  süni  olaraq  aşağı  məzənnədə  saxlamaqda 

günahlandırırdı.  Hazırda  analoji  ittihamlar  Çin  yuanına  qarşı  yönəlmişdir. 

Üzən  valyuta  məzənnələri  halında  valyutanın  məzənnəsinin  enməsi,  onun 

alıcılıq qabiliyyəti paritetindən kənarlaşması şəklində təzahür edir və mallar 

həddən ziyadə ucuzlaşır; 

 

çevikliyi  yüksəldilmiş  valyuta  (more  flexibility  currency)



 

yaxud 


sərbəst valyuta məzənnələri. Bu valyutanın məzənnəsi tez-tez dəyişir  yaxud 

tələb və təklifdən asılı olaraq, sərbəst üzür. Ölkənin valyutasına olan tələbat 

isə mallara, xidmətlərə və maliyyə aktivlərinə tələbatın funksiyasıdır; 

 



çevikliyi məhdudlaşdırılmış valyuta (limited flexibility currency). Bu, 

üzən  məzənnənin  müəyyən  məhdudiyyətlərin,  mövcudluğu,  yəni  enib- 

qalxmaların müəyyən hüdudlarda yol verildiyi şəraitdəki növüdür

 



bağlanılmış yaxud möhkəmləndirilmiş məzənnəli valyuta

 

(möhkəm 



521 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə