Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə206/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   202   203   204   205   206   207   208   209   ...   306

Şərqdəki müharibə (1973) nəticəsində neftin qiymətinin dəfələrlə bahalaşması 

(neft  şokları)  və  s.  idi.  Bütün  bunlar  dünyanın  bütün  ölkələrinin  daxili 

qiymətlərində  öz  əks-sədasını  tapdı  və  hadisələrin  bu  məcrada  inkişafı 

inflyasiyamn  nəzarətdən  çıxaraq,  artması  ilə  nəticələndi.  Bu  isə,  dayanıqlı 

valyuta sistemini qəti olaraq dağıtdı və valyuta məzənnələri sisteminin özünün 

dəyişdirilməsi  tələbini  qoydu.  Beləliklə  də,  valyuta  məzənnələrinin  hazırki 

sistemi yarandı. 

Müasir  valyuta  sistemini,  adətən  «üzən»  sistem  kimi  xarakterizə 

edirlər,  onun  «üzməsini»  isə  dövlətlərin  valyuta  məzənnələrinə  güclü  təsir 

göstərməsini  nəzərdə  tutaraq,  bəzən  «çirkli»  (dirty  floating)  adlandırırlar. 

«Dirty  floating»  dövlətin  bu  sahəyə  müdaxiləsinin  əksidir  və  ehtikarçı 

kapitalların axınının qarşısını sadəcə olaraq almaqdan daha genişdir'. Dünya 

maliyyə sisteminin zəifliyi 2008-2010-cu illərin böhranı zaman aşkar olundu 

və  kapitalların  beynəlxalq  axınlarını,  o  cümlədən  valyuta  məzənnələri 

sistemini  tənzimləyən  qurumların  kökündən  dəyişdirilməsinin  zəruriliyini 

göstərdi. 

«Fişer  effekti»  və  valyuta  məzənnələrinin  tarazlığı  problemi.  Fişer 

modeli yaxud effekti (məşhur iqtisadçı İrvinq Fişerin adı ilə) bundan ibarətdir: 

istənilən ölkədə nominal faiz dərəcəsi gözlənilən inflyasiya nəzərə alınmaqla 

təshih  edilmiş  real  faiz  dərəcəsinə,  təqribən  bərabər  olmalıdır.  Vəsaitlərini 

maliyyə  aktivlərinə  yatıran  investorlar  müəyyən  mənfəət  əldə  olunacağına 

ümid bəsləyir. İnflyasiya, əldə olunması ehtimal edilən mənfəəti azaltdığına 

görə  investorlar  yatırılan  investisiyaların  faizini  artırmaqla,  planlaşdırılan 

mənfəətə nail olmaq istəyir; Fişer düsturunun mahiyyəti bundadır. 

Beynəlxalq Fişer effekti 2 ölkədə mövcud və gələcək spot məzənnələri 

və faiz dərəcələri arasında tarazlığın olmasıdır və bu halda məzənnələrin (faiz 

dərəcələrinin) paritetinin əldə olunması üçün imkan yaranır. 

18.10.

 

Valyutanın alıcılıq qabiliyyəti 

Valyutaların alıcılıq qabiliyyətinin pariteti (VAQP) baza ölkəsinin bir 

pul vahidi müqabilində əldə edilməsi mümkün olan müəyyən malların və 





Фишер C. Экономика / C.Фишер, Р.Дорнбуш, Р.Шмалензи. M.: Дело, 1993. C. 728. 

524 



xidmətlərin  standart  toplusunun  alınması  üçün  tələb  edilən  valyutanın 

miqdarıdır. 

VAQP deflyator, istehlak qiymətləri indeksinin analoqu qismində çıxış 

edir. Onlar arasındakı fərq bundan ibarətdir ki, qiymət indeksləri bir ölkənin 

valyutasının  alıcılıq  qabiliyyətinin  dəyişməsini  vaxt  müstəvisində 

müəyyənləşdirir,  VAQP  isə  eyni  vaxt  ərzində  müxtəlif  ölkələrin 

valyutalarının  alıcılıq  qabiliyyətinin  dəyişməsini  ölçür.  Burada  istehlak 

qiymətlərinin  indeksləri  (milli  deflyatorlar)  ÜDM-in  strukturunun  vaxt 

ərzində  dəyişməsinin  nəzərə  alınmaması  ilə  bağlı  olan  ehtimallar  əsasında 

qurulur;  ölkələrarası  VAQP  müəyyənləşdirildikdə  isə  ÜDM-in  milli 

həcmlərinin  strukturundakı  fərqlərdən  müəyyən  dərəcədə  (hüdudlarda) 

mücərrədləşməyə yol verilir. 

VAQP  makroiqtisadi  aqreqatların  (ÜDM,  ÜMM)  beynəlxalq 

müqayisəliyini  təmin  edən  alət  qismində  çıxış  edən  statistik  kateqoriyadır. 

AQP  müqayisə  edilən  ölkələrdəki  qiymətlər  arasında  nisbətləri  xarakterizə 

edən  əmsallardır  və  son  istifadə  metodu  ilə  hesablanmış  ÜDM-in  və  onun 

tərkib hissələrinin ölkələr arasında korrektə olunmuş müqayisəsini təmin edir. 

Ekspertlərin rəyincə, bu məqsədlə VAQP əvəzinə mübadilə məzənnələrindən 

istifadə  olunması,  əhalinin  rifahı  haqqında  faktiki  məlumatların  təhrif 

olunması  ilə  nəticələnə  bilər.  Valyuta  məzənnələrində  istifadə  olunmaqla 

aparılan hesablamalar müəyyən ölkələrdə buraxılan malların  və xidmətlərin 

miqdarı arasındakı fərqlə yanaşı, onlardakı qiymətlərin səviyyələri arasındakı 

fərqləri də əks edir. AQP bilavasitə müxtəlif ölkələrdə malların və xidmətlərin 

qiymətlərinin  müqayisə  olunması  əsasında  hesablanır  və  ondan  ÜDM-in 

müqayisəli  göstəricilərinin  hesablanması  üçün  istifadə  olunduqda,  istehsal 

edilmiş malların və xidmətlərin həcmləri arasındakı fərqi daha dəqiq göstərir. 

ÜDM-in  xüsusi  çəki  (hər  nəfərə  düşən)  kəmiyyətlərinin  VAQP  vasitəsilə 

vahid qiymət miqyasına gətirilmiş beynəlxalq müqayisələri müxtəlif ölkələrin 

əhalisinin  maddi  rifah  səviyyəsindəki  fərqləri  aşkar  etməyə,  ÜDM-in 

həcmlərinin müqayisə olunması əsasında Avropa və dünya birliyi ölkələrinin 

iqtisadi  potensialını  qiymətləndirməyə  imkan  verir.  Valyutanın  alıcılıq 

qabiliyyətinin aşağıdakı xüsusiyyətlərini qeyd edək. 



Alıcılıq  qabiliyyətinin  parketi  (AQP)  -  mal  və  xidmətlərin  müəyyən 

toplusunu əldə etmək qabiliyyəti əsasında iki və daha çox sayda valyuta 



525 


arasında  müəyyən  olunan  nisbətdir.  Dünyanın  müxtəlif  ölkələrindəki 

qiymətlər  fərqli  olduğuna  görə  AQP  valyutaların  məzənnələri  ilə  üst-üstə 

düşmür. 

Üz3n  mübadilə  məzənnələri  sistemi  şəraitində  valyutaların 

müqayisəli  xarakteristikaları.  Valyutaların  alıcılıq  qabiliyyətindəki 

(«istehlakçı səbətlərinin» əsasında hesablanan) fərq, onların valyuta vahidinə 

daha çox mal və xidmət almağın mümkün olduğu ölkələrə və ərazilərə doğru 

yerdəyişməsi  ilə  nəticələndiyinə  görə,  bütün  başqa  şərtlərin  eyniliyi 

vəziyyətində valyutaların məzənnələri alıcılıq qabiliyyətinin bərabərləşməsinə 

(paritetinə) gətirib çıxarmalıdır. 

Burada qeyd olunmalıdır ki, valyuta məzənnələrinin dinamikasını izah 

edən  AQP  kapitalların  ölkələr  arasında  «istehlakçı  səbətlərinin»  müqayisəli 

dəyərləri  ilə  əlaqəli  olmayan  yerdəyişməsini  nəzərə  almır.  Bu  cür 

yerdəyişmələr  valyuta  məzənnələrinin  dinamikasına  nəzərəçarpan  təsir 

göstərir.  Buna  baxmayaraq,  AQP  nəzəriyyələrinin  gəldiyi  nəticələrdən 

müqayisəli  tədqiqatlarda,  o  cümlədən  müxtəlif  ölkələrdə  ÜDM,  milli  gəlir, 

əhalinin həyat səvİ3q/əsi tutuşdurularkən istifadə olunur. 

Xroniki  inflyasiya  şəraitində  valyutanın  ölkə  daxilində  alıcılıq 

qabiliyyəti aşağı düşsə də, onun inkişaf templərindəki fərqlər, ehtikarçılığm 

təsiri və s. ilə əlaqədar olaraq, həmin vaİ3mtanın nisbi alıcılıq qabiliyyəti, daha 

dəqiq  desək,  müxtəlif  ölkələrin  valyutalarının  məzənnələri  bir-biri  ilə 

müqayisədə  enir  yaxud  yüksəlir.  Məsələn,  1950-1990-cı  illərdə  AFR 

markasının  mütləq  alıcılıq  qabiliyyəti  təqribən  90%  aşağı  düşdüyü  halda, 

həmin dövrdə başqa ölkələrin valyutalarının daxili alıcılıq qabiliyyətinin daha 

sürətli enməsi nəticəsində onun valyuta məzənnəsi inkişaf etmiş ölkələrin 16 

valyutası ilə müqayisədə 95% yüksəlmişdi. 

Qeyd edək ki, qızıl paritetindən imtina olunmasının əsas səbəblərindən 

biri, malların və xidmətlərin qiymətlərinin sürətlə bahalaşdığı şəraitdə onun 

qiymətinin sabit (1934-cü ildən troya unsiyasına görə 35 dollar) qalması və 

nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi olmuşdur. 1960- 1970-ci illərdə 

dayanmadan inkişaf edən bu proses «qızılın qiymətinin» daimi əsasda dollarla 

ifadə  olunmasının  ləğvi  və  onun  qiymətinin  tələb  və  təklifdən  asılı  olaraq 

dəyişdiyi  sərbəst  qızıl  bazarlarının  meydana  çıxması  ilə  nəticələndi.  Bu 

islahat,  əvvəllər  valyuta  mexanizmini,  o  cümlədən  bütün  ölkələrin 

valyutalarının müqayisə edildiyi «mərkəzi valyutanı» təmin edən 

526 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə