Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə207/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   203   204   205   206   207   208   209   210   ...   306

təsisatların ləğvini labüdləşdirdi. 

30  il  ərzində  çoxsaylı  islahatların  və  dəyişikliklərin  aparılmasından 

sonra aşağıdakı elementlərə istinad edən, kifayət qədər mürəkkəb və yekcins 

olmayan valyuta sistemi yaradıldı: 

1)

 

bütün başqa valyutaların öz nisbətlərini, daha dəqiq desək, valyuta 



məzənnələrini saxlamalı olan ayrı-ayrı milli valyutalar əsas istinad vahidləri 

(valyutaları)  qismində  seçildi.  Özü  də,  öz  valyuta  məzənnəsini  valyutalar 

toplusu  əsasında  qurulan  millətüstü  valyuta  vahidlərinə  nisbətdə  saxlayan 

valyutaların sayı getdikcə artır; 

2)

 

valyuta  məzənnələrinin  tərəddüd  dərəcəsi  eyni  olmamışdır;  bunun 



diapazonu  çox  genişdir  və  sərbəst  tərəddüddən  müəyyən  dərəcədə 

tənzimlənən tərəddüdə qədərdir. Bir sıra ölkələr öz valyuta məzənnələrini bəzi 

valyutalara münasibətdə müəyyən diapazon hüdudlarında saxlayır, digərlərinə 

münasibətdə isə onu sərbəst dəyişirdilər («valyuta ilanı», «üzən məzənnə» və 

s.).  Avronun  tətbiqi  də  Avropanın  vahid  valyutasının  məzənnəsinin 

enib-qalxmasına təsir mexanizmini əsaslı surətdə dəyişdinnişdir. 



Valyutaların  məzənnələri.  Valyutaların  dəyişdirildiyi  məzənnələr 

valyuta  bazarlarında  onlara  olan  tələb  və  təklif  əsasında  müəyyənləşdirilir. 

Göstərilən  tələb  və  təklifə  ölkənin  tədiyyə  balansı,  onda  profısitin  yaxud 

kəsirin olması təsir göstərir. Qeyd edək ki, ölkələrin dönərsiz valyutaları da, 

onların dünya iqtisadiyyatı sistemində və beynəlxalq iqtisadi münasibətlərdə 

(ticari,  maliyyə  və  başqa  əlaqələrdə)  yüksək  səvi}^ədə  iştirak  etməsi 

səbəbindən dünya valyuta məzənnələri sisteminə istinad edir. 

Valyutaların  məzənnəsini  valyutaya  olan  tələb  və  təklif  axınlarını 

tarazlaşdıran  qiymət  kimi  deyil,  iki  valyutanın  nisbi  qiyməti  kimi  nəzərdən 

keçirən, pul vahidinin dəyərinə təsir edən istənilən amilin valyutanın mübadilə 

məzənnəsində  də  öz  əksini  tapacağına  istinad  edən  monetar  təsəvvürlərdən 

irəli gələn alternativ yanaşma da mövcuddur. Belə hesab olunur ki, amillərdən 

başlıcası,  ölkə  daxilində  pul  kütləsinin  dəyişməsidir  və  insanlar  bunun  baş 

verəcəyi və nəticələri barədə ehtimallar qunnağa başlayan kimi, gözləntilərin 

özü  valyutanın  məzənnəsinin  müəyyən  olunmasına  güc-lü  təsir  göstərir. 

Valyuta məzənnələrinin dəyişkənliyi də məhz bununla izah olunur. 

Müasir  valyutaların  məzənnəsinin  əsasında  göstərilən  amillərdən 

savayı, ölkənin idxala olan tələbatı və onun ixrac imkanları, milli 



527 


iqtisadiyyatın  dünya  bazarında  rəqabət  qabiliyyəti,  iqtisadi  konyunktura,  o 

cümlədən inflyasiya prosesləri və ölkədəki siyasi sabitlik dərəcəsi dumr. Milli 

valyutanın  məzənnəsinin  başqa  ölkələrin  valyutalarının  məzənnələrinə 

nisbətən  uzunmüddətli  enib-qalxması  milli  sahibkarların  xarici  bazarlarda 

rəqabət qabiliyyətinə təsir göstərir. 

Mübadilə vaxtı  müəyyən milli  valyutanın



 

başqa ölkələrin konkret  pul 

vahidlərində  ifadə  olunmuş  qiyməti

 

fonualaşır.  Bu  qiymət  tələblə  təklif 

əsasında  müəyyənləşdirilən  mübadilə  yaxud  valyuta  məzənnəsi  adlanır. 

Bankın  aldığı valyutanın qiyməti alıcının məzənnəsi,



 

onu satdığı qiymət isə 



satıcının  məzənnəsi

 

adlandırılır.  Bu  qiymətlər  arasındakı  fərq  bankın 

mənfəətini  təşkil  edir.  İki  məzənnənin  orta  hesab  göstəricisi  orta  məzənnə 

adlanır.  Bu  göstəricidən  dilerlər  tərəfindən  və  iqtisadi  müqayisələr  zamanı 

istifadə  olunur.  İki  xarici  valyutanın  üçüncü  valyutaya  (adətən  dollara) 

nisbətdə  qiymətinin  müəyyənləşdirilməsi  metodundan  da  istifadə  edilir  və 

nəticədə alman qiymət b-oss-məzənnə

 

adlanır. 



Nominal məzənnədən

 

(rəsmi təsbit olunmuş) başqa, bir ölkənin malının 

başqa  ölkənin  malına  mübadilə  olunma  nisbətini,  yəni  malın  bir  valyutada 

ifadə  edilmiş  qiymətini  iki  ölkədə  əks  etdirən  real  valyuta  məzənnəsi



 

də 


fərqləndirilir.  Valyuta  məzənnəsi  ölkənin  dünya  bazarlarında  rəqabət 

qabiliyyətini  qiymətləndirir.  Bu  məzənnənin  qalxması  (bir  valyutanın 

başqasına  nisbətdə  real  dəyərsizləşməsi)  malların  xaricdə  nisbətən 

bahalaşmasını  və  istehlakçıların  yerli  mallara  üstünlük  verəcəklərini  ifadə 

edir.  Məzənnənin  aşağı  düşməsi  (real  bahalaşma)  həmin  ölkədə  malların 

qiymətinin yüksəlməsini və rəqabət qabiliyyətinin zəiflədiyini bildirir. 



18.11.

 

Valyutaların xassələri 

Aydınlaşdınnaq lazımdır ki, «valyuta» (milli pul vahidi) özünün daxili 

xassələrinə  malikdir.  Belə  ki,  val}aıta-pul  (və  ya  əksinə)  aşağıdakı  növlərə 

bölünür: 

1)

 

heç bir məhdudiyyət olmadan istənilən milli valyutaya tam məbləğdə 



dəyişdirilən, yəni sərbəst dönərli valyuta (SDV); 

2)

 



qismən dəyişdirilən yaxud qismən dönərli valyuta

3)

 



dəyişdirilməyən, yalnız bir ölkə hüdudlarında istifadə olunan valyuta 

(qapalı). 



528 


SDV-nin  əsas  xassəsi  -  əmtəə  ilə  tam  təmin  olunması  sayəsində 

istənilən başqa valyutaya cari məzənnə üzrə dəyişdirilə bilməsidir; bu halda 

onun özünün məzənnəsi sabit qalır. Buna görə də SDV bəzən möhkəm valyuta 

adlandırılır. 

Bütün  ölkələrdə  xarici  valyutalar  valyuta  birjasında  kotirovka  olunur 

(bu, hər gün elan və dərc olunur). Valyutanın kotirovkası - xarici valyutaların 

məzənnələrinin  qüvvədə  olan  qanunvericilik  normalan  və  müvafiq  təcrübə 

əsasında  müəyyən  edil-məsidir.  Valyutaların  kotirovkasmı  dövlət  və  ya  iri 

kommersiya bankları həyata keçirir. Bunun üçün birbaşa və dolayı üsullardan 

istifadə olunur. Bütün ölkələr tərəfindən qəbul edilmiş (Böyük Britaniyadan 

savayı)  birbaşa  üsulda  xarici  valyuta-nm  pul  vahidinin  məzənnəsi  milli 

valyutanın  müəyyən  miqdarı  ilə  ifadə  olunur.  Dolayı  üsuldan  Böyük 

Britaniyada  istifadə  edilir  və  bu  zaman  vahid  qismində  qəbul  edilmiş  funt 

sterlinq xarici valyutanın müəyyən miqdarında ifadə olunur. 



Valyuta  səbəti  -  milli  yaxud  beynəlxalq  (habelə  regional,  məsələn, 

avro)  valyutanın  məzənnəsini  müəyyənləşdirmək  üçün  xarici  valyutaların 

kotirovkası  zamanı  istifadə  olunan  valyutaların  toplusudur.  Valyuta  səbəti 

mübadilənin ümumi iqtisadi şərtlərinin və valyutaların alıcılıq qabilİ3^ətinin 

dəyişməsini  kifayət  qədər  əsaslandırılmış  şəkildə  nəzərə  almağa  imkan 

yaradır.  Valyuta  səbəti  hesablanarkən,  tərəzi  qismində  konkret  ölkənin 

müvafiq  ölkələr  qrupunun  ÜDM-də  və  xarici  ticarət  dövriyyəsində  xüsusi 

çəkisi barədə məlumatlardan istifadə edilir. 

Valyuta  səbəti  sabit  kəmiyyət  deyil  və  ölkənin  xarici  iqtisadi 

əlaqələrində və maliyyə sahəsində baş verən dəyişikliklər nəzərə alınmaqla, 

tərəddüdlərə  məruz  qalır.  Milli  valyutanın  səmərəliyinin  ən  mühüm 

göstəricilərindən  biri,  milli  təsərrüfatın  fəaliyyətinin  nəticələrindən,  bütün 

istehsal amillərinin məhsuldarlığından asılı olan alıcılıq qabiliyyətidir. Buna 

görə  də  milli  valyutanın  alıcılıq  qabiliyyəti  də  sabit  kəmiyyət  deyil.  Həmin 

kəmiyyət, qiymətlər indeksinin qurulması vasitəsilə, müqayisəli vaxt sıraları 

ərzində  eyni  tərkibli  mal  və  xidmət  toplularının  qiymət  səviyyələrinin 

dinamikalarının nisbəti əsasında hesablanır. Beynəlxalq müqayisələr aparılan 

tədqiqatlarda  müxtəlif  ölkələrin  milli  valyutalarının  alıcılıq  qabiliyyəti 

beynəlxalq  qiymətlər  indeksinin  qurulması  vasitəsilə,  eyni  tərkibli  mal  və 

xidmət toplularının milli qiymətlərinin nisbəti kimi müəyyənləşdirilir. 



529 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə