Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə208/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   204   205   206   207   208   209   210   211   ...   306

Beynəlxalq valyuta bazarında milli valyutanın məzənnəsinin qorunub 

saxlanması üçün ölkənin mərkəzi bankı valyuta müdaxiləsini həyata keçirir. 

Bu  müdaxilə  emissiya  funksiyasının  beynəlxalq  bazarlarda  valyutanın 

məzənnəsinin formalaşması prosesinə təsir göstənnəsinin üsullarından biridir. 

Valyuta müdaxiləsinin həyata keçirilməsi üçün mənbə xarici borclar, kreditlər, 

habelə ölkədə valyutanın yenidən bölgüsüdür. 

Beynəlxalq  valyuta  vahidləri  və  sərbəst  dönərli  valyutalar  ölkələr 

tərəfindən beynəlxalq hesablardakı borcları tənzimləmək yaxud milli valyuta 

üçün ehtiyat qismində istifadə olunan ehtiyat valyutalarını

 

təşkil edir. 



18.12.

 

Ehtiyat valyutası 

Ehtiyat valyutası - dövlətin beynəlxalq ticarətdə və başqa beynəlxalq 

hesablaşmalarda istifadə etmək məqsədilə öz valyuta ehtiyatlarının bir hissəsi 

kimi  saxladığı  xarici  valyutaya  verilən  addır.  Bu  qisimdə  tanınmaq  üçün 

ehtiyat vaİ50itası aşağıdakı dörd şərtə cavab verməlidir: 

 

sabit  (dayanıqlı)  daxili  və  beynəlxalq  əhəmiyyətə  (dəyərə)  malik 



olmalıdır; 

 



beynəlxalq ticarətdə mühüm rol oynayan valyuta olmalıdır; 

 



 xarici  valyuta  bazarında  (foreign  exchange  market)  sərbəst 

dəyişdirilə bilməlidir

 

sərbəst dönərli olmalıdır. 



Ehtiyat valyutaları qismində, adətən  dollar, avro, İsveçrə frankı, funt 

sterlinq  və  iyenadan

 

istifadə  olunur.  Avropa  valyutaları  avroya 

dəyişdirilənədək, alman markası

 

və fransız frankı



 

da  ehtiyat  valyuta  rolunu 

ounayırdı.  Müsbət  saldosu  valyuta  daxilolmaları  nəticəsində  yaranan  xarici 

ticarətdən də, valjoıta ehtiyatlarının artırılması üçün istifadə edilir. 



Qızıl  və  dollar  əsas  ehtiyat  valyutasıdır.

 

Qeyd  edək  ki,  hazırda  əsas 

qızıl saxlayanlar təqribən eyni səvİ3^ədə inkişaf etmiş və inkişaf etməkdə olan 

ölkələrdir.  Bu  təəccüblü  görünməməlidir:  Şərqi  Asiya  ölkələrinin  əhalisi 

iqtisadi vəziyyətdən asılı olmayaraq, əsrlər boyu ənənəyə görə sərvət qismində 

qızıl  toplamağa  üstünlük  verir;  eyni  zamanda  Avropada  və  ABŞ-  da  qızıla 

lazımi  halda  istifadə  oluna  bilən  birbaşa  pul  ekvivalenti  kimi  yanaşılır. 

Aparılan tədqiqatlar da göstərir ki, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və 

Sinqapur iri qızıl-valyuta ehtiyatları olan ölkələrin ilk onluğuna 

530 



daxildir.  Çin  Almaniyanı  ötüb  keçərək,  üçüncü  yerə  çıxmışdır,  amma 

Honkonqun ehtiyatları nəzərə almarsa, 600 milyard dollarlıq ehtiyatın sahibi 

kimi, ikinci yeri tutacaq. 2001-2008-ci illərdə Rusiyanın da dollarda və qızılda 

valyuta ehtiyatları artmışdır (ancaq daha çox dollar və avroda). Bu, dünyanın 

neft, qaz, metallar bazarında əlverişli vəziyyət yaranmasının nəticəsidir. 

2002-


 

2009-ci illərdə valyuta ehtiyatlarının artımı müəyyən dərəcədə 

ölkəyə xarici  kapital  axını  ilə əlaqədar olsa da, bəzi  hallarda bu amil  mənfi 

nəticələr  vennişdi.  Bəzi  ölkələrdə  (İndoneziya,  Tailand,  Cənubi  Koreya) 

ehtikarçılıq kapitalı-nm qəflətən ölkədən axması 1997-ci ildə valyuta- maliyyə 

böhranına  səbəb  olmuş,  hökuməti  val)mta  ehtiyatlarının  bir  hissəsini 

xərcləməyə  və  hətta  kömək  üçün  bey-nəlxalq  təşkilatlara  müraciətə  vadar 

etmişdi. Lakin sonrakı dövrdə baş verən iqtisadi artım ölkələrin bu qrupunda 

ehtiyatların yenidən artırılmasına imkan vermişdi. 

Uzun  müddətdir  ki,  ABŞ-da  qızıl-valyuta  ehtiyatlarının  ixtisan 

müşahidə  olunur  və  bu,  dollar  olmayan  sərbəst  valyutaların  yığımının 

azalması, habelə dünyada ən böyük milli qızıl ehtiyatının dəyərsizləşməsi ilə 

əlaqədardır.  Ancaq  bu  vəziyyət  nə  Amerikaya,  nə  də  ümumdünya  valyuta 

sisteminə nəzərəçarpan təsir göstənnəmişdir. Ölkələrin əsasən dollar valyuta 

standartına  üstünlük  verməsi,  dünya  iqtisadi  birliyinin  dollara  beynəlxalq 

hesablaşmaların aparılması və yığım üçün ən geniş yayılmış və sabit valyuta 

kimi  daimi,  son  illərdə  isə  getdikeə  artan  tələbatı,  ABŞ-a  be}məlxalq 

hesablaşmaları  milli  valyuta  ilə  heç  bir  məhdudiyyət  olmadan  aparmağa 

imkan verir. Dünya təcrübəsində beynəlxalq hesablaşmalar, tədiyyələr, kredit 

və ehtiyat məqsədləri üçün istifadə olunan pul vahidləri arasında ABŞ-m milli 

valyutası,  sözsüz  ki,  üstünlüyə  malikdir.  Avronun  rolu  da  getdikcə 

güclənməkdədir və 2003-2007-ci illərdə dolları bir qədər sıxışdırsa da, qlobal 

böhran  zamanı  mövqelərini  itirməyə  başlamışdır.  Avro  2010-cu  ilin  ikinci 

yarısından dolların zəifləməsi hesabına yenidən möhkəmlənməyə başlamışdır. 

Yaxın  dövrlərdə  aparıcı  ölkələrin  və  BVF-in  siyasəti  dünya  pul- 

maliyyə  mexanizmindən  qızılın  sıxışdırılaraq,  başqa  likvid  vasitələr  və 

maliyyə  aktivləri  ilə  əvəz  edilməsinə  yönəlmişdi.  Güman  edirik  ki,  qızıl 

olmayan  vəziyyətin,  ümu-miyyətlə,  təsəvvür  edilməməsi  və  yaxın  dövrdə 

onun ehtiyatların hesablanması üçün həm yuxarıya, həm də aşağıya 

531 



tərəddüd edən əbədi göstərici olmasını nəzərə alaraq, bu siyasət uğur qazana 

bilməz. 2010-cu ildə dünyanın qızıl-valyuta ehtiyatlarında qızılın xüsusi çəkisi 

bazar qiyməti üzrə 1990-cı ildəki 29%-dən 15%-ə düşmüşdür. İnkişaf etmiş 

ölkələrdə  bu  göstərici  orta  hesabla  34%-dən  24%-ə,  inkişaf  etməkdə  olan 

ölkələrdə isə 15%-dən cüzi, 4%-ə enmişdir (Çin, Hindistan, Cənubi Koreya və 

Braziliya istisna olunmaqla). Hökumətlərin qızılla müqayisədə, sərbəst dönərli 

valyutalara  üstünlük  vennəsi  göz  qabağındadır.  Amma  bunun  da  izahı  var: 

həmin  ölkələrə  pulun  çatışmadığı  ağır  vəziyyətdə  valyuta  hesablaşma 



vahidləri lazımdır. 

Əvvəlki  əsrlərin  təcrübəsi  göstərir  ki,  qızıl  «özü-özünün  qeydinə 

qaldığı»  üçün onun taleyi heç bir narahatçılıq doğurmamalıdır. Bu nöqteyi- 

nəzər XXI əsrdə qızıl yığımının yeni mərhələsinin başlanması ilə təsdiqlənir. 

Nəzəriyyəyə  görə,  əsas  kapitalist  ölkələrinin  valyuta  ehtiyatlarının 

müəyyən  hissəsini  təşkil  edən  qızıl  valyutasından  beynəlxalq  iqtisadi 

münasibətlərdə  təkrarən  istifadə  olunması  mümkündür.  Buna  görə  də 

gələcəkdə  ondan  tədiyyə  balanslarının  kəsirinin  örtülməsi  üçün  istifadə 

olunmasını  istisna  edilməməlidir.  Amma  qızılın  bütün  yaxud  ilkin 

funksiyalarının çoxunun bərpa olunması real görünmür. Bunu məhdudlaşdıran 

mühüm amillərdən biri son 10-15 il ərzində qızılın qiymətinin əvvəllər iqtisadi 

tarixdə məlum olmamış həddə qalxaraq tərəddüd etməsidir. Qızılın 1934-cü 

ildən başlayaraq 1960-cı illərədək dəyişməz qalan qiyməti (1 troya unsiyasına 

görə  35  dollar)  1980-ci  ilin  yanvarında  1  troya  unsiyasına  görə  850  dollar, 

1980-1990-cı  illərdə  əsasən  300-500  dollar  civarında  olmuş,  2001-2005-ci 

illərdə 550 dollara qalxmışdır. 2006-cı ilin İ30inunda qızılın qiyməti 700 dollar 

həddini  aşmış,  2008-ci  ildə  1000  dollara  yaxınlaşmışdır;  2010-cu  ilin 

ortalarında qızılın 1 troya unsiyasının qiyməti 1300 dollardan çox, 2011-ci ilin 

ortalarında isə 1555 dollar olmuşdur. 

18.13.

 

Qızıl-valyuta ehtiyatları 

Qızıl-valyuta ehtiyatları 2 elementdən ibarətdir: qızılın özü və sərbəst 

dönərli valyutalar. 

Qızıl və başqa ehtiyatlar. Ümumi iqtisadi nəzəriyyədən məlumdur ki, 

pul və sərvət yığımı qızılın funksiyalarına aiddir. Qədim vaxtlardan dövlətin 

532 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə