Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə209/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   205   206   207   208   209   210   211   212   ...   306

sərvəti qızılla, onun ehtiyatlarının mövcudluğu ilə əlaqələndirilirdi. Xəzinənin 

qızılı ümumilikdə dövlət sisteminin sabitliyi amili kimi nəzərdən keçirilirdi. 

Maraqlıdır  ki,  hələ  eramızdan  əvvəl  qızıl  ehtiyatları  olmayan  bəzi 

hökmdarların  onu  cadugərlərin  köməyi  və  kimyəvi  təcrübələrin  aparılması 

yolu ilə əldə etmək səyləri ilə yanaşı, hətta məhv etmək cəhdləri də olmuşdur. 

Buna  görə  də  BVF,  ABŞ,  Böyük  Britaniya  və  İsveçrənin  1980-ci  illərdə 

həyata  keçirilən  libertarian  iqtisadi  siyasətdən  «məstləşib»  ke3msçi 

tənzimləmə  sistemini  dağıdarkən  qızılı  ən  adi  əmtəə  elan  edib,  ondan  yaxa 

qurtannaq cəhdləri ağlasığmaz görünür. Amma qızıl heç zaman «adi əmtəə» 

olmamış  və  olmayacaq:  onun  əsrarəngiz  füsunkarlığı  nə  doqmatik,  nə  də 

rasional yanaşmadan təhlil oluna bilməz. Qeyd etmişik ki, qızıl özü-özünün 

qeydinə  qalır  və  əsas  problem  milli  valyutaların,  o  cümlədən  dolların 



sabitliyinin  necə  təmin  olunmasıdır.

 

Belə  bir  sual  meydana  çıxır:  aparıcı 

dövlətlərin liderləri qızılı məhv etməyə çalışan qədim hökmdarlardan nə ilə 

fərqlənir? Razılaşaq ki, bu sual o qədər də mənasız deyil. 

Maliyyə sisteminin sabitliyinin təmin olunması, o cümlədən xəzinədə 

xüsusilə möhkəm, sərbəst dönərli valyutaların mövcudluğunun təmin edilməsi 

funksiyası dövlətlərin valyuta tənzimləmə qurumlarının funksiyalarına aiddir. 

Dövlətin qızıl-valyuta ehtiyatlarının artırılması imkanlan bu hallarda yaranır: 

 

qızıl ölkənin özündə hasil olunduqda



 

qızıl satın alındıqda; 



 

ticarətdə ixracın idxalı mütəmadi olaraq üstələdiyi halda. 



Dünyada ticarətin və qarşılıqlı mübadilənin başqa növlərinin 

miqyasının  genişləndiyi  şəraitdə  ölkələrin  rəsmi  orqanlarının  sərəncamında 

olan beynəlxalq likvid vasitələrin ehtiyatları da çoxalır. Statistika göstərir ki, 

ötən onillik ərzində bu ehtiyatların dünya üzrə məbləğinin mütləq artımı onun 

1990-cı illərdəki artımından və nisbi orta illik artım templərindən 2 dəfədən 

çox  (6,8%  müqabilində  3,1%)  olmuş,  habelə  əvvəlki  onilliyin  müvafiq 

göstəricilərini üstələmişdir. 

Bununla  belə,  beynəlxalq  ehtiyatların  bu  qlobal  kütləsində  həm 

struktur, həm də onların ayrı-ayrı ölkələr və iqtisadi-coğrafi regionlar arasında 

bölgüsü baxımından nəzərəçarpan dəyişikliklər baş vermişdir. Əvvəlki illərdə 

olduğu  kimi,  ehtiyatların  ümumi  kütləsinin  artımı  müstəsna  olaraq  valyuta 

komponenti hesabına baş veraıiş, qiymətli metalların 



533 


qiymətinin ucuzlaşması nəticəsində rəsmi qızıl ehtiyatlarının dəyəri 1980-ci 

illərdə dünya ehtiyatlarının strukturunda ixtisar olunmuşdur (15%-dən bir az 

yuxarı).  Son  illərdə  qızılın  qiyıuəti  bir  qədər  bahalaşmışdır.  Bu  hal  qızıl 

ehtiyatlarının əksər hissəsinə malik olan inkişaf etmiş ölkələrə daha çox təsir 

göstərmişdir. Amma məsələnin təhlilində yalnız bunu nəzərə almaq düzgün 

olmazdı.  Birincisi,  son  onillikdə  inkişaf  etmiş  ölkələr  qrupunda  valyuta 

yığımları  əvvəlki  illərlə,  ikincisi  isə,  inkişaf  etməkdə  olan  ölkələrlə 

müqayisədə zəif templərlə artırdı (cədvəl 18.1). 

18.1-ci  cədvəl  1972-2010-cu  illəri  əhatə  edən  dövrdə  dünyada  qızıl- 

valyuta  (qızıl  və  valyuta)  ehtiyatlarının  artım  dinamikasını  əks  etdirir. 

Ənənəyə  görə,  dünyanın  likvid  tədiyyə  vasitələri  fondunun  dinamikası  ilk 

növbədə  inkişaf  etmiş  ölkələrdəki  vəziyyətdən  asılı  olmuşdur.  Yuxarıda 

deyildiyi  kimi,  1990-cı  illərdə  bu  fondun  doldurulmasında  inkişaf  etməkdə 

olan ölkələr daha böyük rol oynamağa başlamışdır; onların ümumi valyuta və 

qızıl  ehtiyatlarının  eəmi  inkişaf  etmiş  ölkələrin  ehtiyatlarından  bir  qədər  az 

olsa da, valyuta ehtiyatlarının məcmu həcmi ilk dəfə olaraq onları üstələmişdi. 

1990-cı  illərin  əvvəlində  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin 

valyuta  ehtiyatları  65:35,  qızıl-valyuta  ehtiyatları  isə  70:30  nisbətində 

qiymətləndirilirdi. 

Aydındır ki, bu, meyillərdən biri olsa da, dayanıqlı inkişafda yalnız bu 

amil başlıca rol oynamır (cədvəl 18.2). 

Cədvəl 18.1 

Dünyanın qızıl-valyuta ehtiyatları (ilin sonuna, milyon XBH)* 

Region

 

1972



 

1982


 

1992


 

2007


 

2008


 

2009


 

2010

 

Bütün ölkələr



 

146,6

 

361,0

 

753,8

 

4110,9

 

4599,7

 

6772,9

 

-

 



Sənayesi inkişaf etmiş 

ölkələr cəmi:

 

113,3

 

214,0

 

426,4

 

997,5

 

1046,3

 

-

 

-

 



ABŞ

 

12,1

 

29,9

 

52,9

 

46,8

 

1046,3

 

42,1

 

45,25

 

Kanada


 

5,5

 

3,4

 

8,6

 

25,9

 

48,6

 

-

 

-

 



Avrozona (o cümlədən AMB)

 

-



 

-

 



-

 

148,7

 

27,7

 

-



 

-

 

AMB



 

-

 



-

 

-



 

-

 



160,4

 

-



 

53,352

 

Fransa



 

9,2

 

17,8

 

22,522

 

31,8

 

-

 



30,4

 

28,5

 

Almaniya


 

23,5

 

43,9

 

69,4

 

31,8

 

30,6

 

38,6

 

38,08

 

İtaliya



 

5,6

 

15,1

 

22,4

 

20,7

 

33,63

 

35,3

 

-

 

Yaponiya



 

16,9

 

22,0

 

52,9

 

603,7

 

645,7

 

1003,3

 

1014,7

 

İsveçrə



 

5,9

 

16,9

 

27,1

 

29,4

 

30,6

 

-

 

-

 



534 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə