Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə21/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   17   18   19   20   21   22   23   24   ...   306

Müasir  dövrün  məşhur  iqtisadçıları  (onları  bəzən  neomarksist 

adlandırırlar),  o  cümlədən  l.Vallerstayn,  S.Amin,  Y.Qaltunq,  R.Koks  və 

başqaları  beynəlxalq  münasibətləri  müxtəlif  dövlətlərin,  iqtisadiyyatların, 

cəmiyyətlərin, ideologiyaların və mədəniyyətlərin qlobal sistemi kimi müəyyən 

edir.  Bu  nəzəriyyəçilərin  istifadə  etdiyi  əsas  anlayışlar  «ümumdünya  sistemi» 

(«dünya-sistem»)  və  «dünya  iqtisadiyyatı»dır.  «Dünya  iqtisadiyyatı»  anlayışı 

beynəlxalq  agentlərin  qarşılıqlı  münasibətləri  sistemini  əks  edir  və  burada 

iqtisadi baxımdan daha güclü olan tərəf həlledici rol oynayır. Onların baxışlarına 

müvafiq  olaraq,  dünya  iqtisadiyyatının  əsas  əlamətləri  istehsalın  ümumdünya 

miqyasında  təşkili,  əmək  bazarının  seqmentləşməsi,  istehlak  modellərinin 

standartlaşması, 

dövlətin 

maliyyə 


sahəsinə 

müdaxilə 

imkanlarının 

məhdudlaşması  və  «hərtərəfli  maliyyələşmə»  (maliyyə  alətləri  ilə  manipul- 

yasiya)  meylilərinin  qlobal  miqyasda  güclənməsi,  total  özəlləşmə  şəraitində 

TMK-nın,  maliyyə  idarələrinin  əhəmiyyətinin  artmasıdır.  Bu  konseptual 

müddəalar  bütövlükdə  dünya  iqtisadiyyatında  2008-ci  ilədək  mövcud  olan 

reallığı əks etdirirdi. 

Neomarksistlər  dünya  kapitalizm  sistemini  sosial  xərclərin  azalmasına, 

tam  məşğulluq  siyasətinin  pozulmasına,  vergi  (fıskal)  sistemlərinin  varlı 

ölkələrin maraqlarına uyğun olaraq dəyişdirilməsinə görə kəskin tənqid edirdilər. 

Onlar düzgün qeyd edirdilər ki, dövlətlər öz sosial funksiyalarını get- gedə itirir, 

əhali dövlət hakimiyyəti elementlərini (onlara keçən sosial funksiyalarla bərabər) 

ələ  keçirən  qüdrətli  korporasiyalar  və  banklarla  təkbətək  qalır.  Bu  siyasət 

nəticəsində  beynəlxalq  sistemin  üzvləri  (agentləri)  arasında  qeyri-bərabərliyin 

artması  prosesi  sürətlənir.  Bu  isə,  öz  növbəsində,  sistemin  «periferiya» 

agentlərinin  (zəif  inkişaf  etmiş  ölkələr  və  regionlar)  «mərkəzlər»  və  özləri 

arasında fərqlərin aradan qaldırılmasının hətta ayrı-ayrı imkanlarından məhrum 

olunması  ilə  nəticələnir.  Varlı  ölkələrin  və  əhalinin  ən  zəngin  təbəqələrinin 

maraqlarına  xidmət  edən  və  dünyaya  zorla  qəbul  etdirilən  «hiperliberalizm» 

ideologiyası  (radikal  liberalizm,  libertarizm)  xüsusilə  kəskin  tənqidə  məruz 

qalırdı. 

Hiperliberalizm  sərvətlərin  yoxsul  ölkələrin  xeyrinə  yenidən  bölgüsü 

cəhdlərini  belə  rədd  edərək,  bunu  «proteksionist  müdaxilə»  hesab  edir 

(F.Hayekin  və  M.Fridmanm  konsepsiyasının  mahiyyəti  bundadır),  dövlətin 

roluna müstəsna olaraq qlobal bazar qüvvələrinin maraqları nöqteyi-nəzərindən 

yanaşır. Neomarksistlər qeyd edirdilər: dünyada dominantlıq edən bu irticaçı 

58 



radikal-liberal  ideologiya  kütləvi  şüura  TMK-nın  qloballaşmasına  alternativin 

olmadığını  təlqin  edir.  Bu,  keçmişdə  marksizm  ehkamlarının  («marksizmin 

sarsılmaz  qanunları»)  yayılmasından  o  qədər  də  fərqlənmir.  Bu  halda 

hiperliberalizmin ardıcılları inkişaf etmiş dövlətlərin və yoxsul, o cümlədən yeni 

kapitalist ölkələrindəki (Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya dövlətləri) hakim 

dairələrin maraqlarına açıq-aşkar xidmət edirlər; onlar müasir dünya sistemində 

baş  verən  ziddiyyətli  meyilləri;  cəmiyyətin  get-gedə  daha  böyük  hissəsinin 

hakimiyyət və iri korporasiyalar tərəfindən zorla qəbul etdirilən siyasi, ictimai, 

sosial-mədəni  münasibətlərdən  təcrid  olunmasını  gönnəməyə  çalışırlar. 

Neomarksizm  nəzəriyyəçiləri  müasir  beynəlxalq  iqtisadi  münasibətlərin  son 

dərəcə  ədalətsizliyini  kəskin  ifşa  edir,  onun  keyfiyyət  baxımından  təftiş 

olunmasım  tələb  edirlər.  «Mərkəz»  öz  imtiyazlarını  və  «periferiya»  ilə 

qeyri-bərabər  mübadilədən  mənfəət  əldə  etmək  imkanlarını  qorumağa  təkidlə 

çalışdığına  görə,  sonuncular  öz  maraqlarını  «mərkəzlə»  getdikcə  daha  az 

bağlayırlar: yoxsul ölkələr, onların xalqları «mərkəzlə» yaxınlaşmağa yönəlmiş 

təşviqedici səbəbləri görmürlər və bu əsasda muxtariyyətçilik prosesləri inkişaf 

edir.  Aydındır  ki,  bütün  bunlar  «mərkəzdən»  idarə  oluna  bilməyəcək  yeni 

təhlükəli vəziyyət yaradır. Neomarksist təfəkkürə görə, bu vəziyyətdən çıxış yolu 

Samir Aminin ifadə etdiyi kimi, «azğın qloballaşma» olan neoliberal siyasətdən 

imtina edilməsi yolundadır. Bu cür qloballaşmanın yoxsul ölkələr və xalqlar üçün 

dağıdıcı  xarakteri  beş  inhisardan:  yeni  texnologiyalar  üzərində  inhisardan, 

maliyyə  axınlarına  nəzarət  üzərində  inhisardan,  təbii  resursların  əldə  edilməsi 

üzərində  inhisardan,  strateji  kommunikasiyalara  nəzarət  üzərində  inhisardan, 

kütləvi qırğın silahlarına malik olma üzərində inhisardan qaynaqlanır. 

Buna  görə  də  «mərkəzdən»  asılı  olan  «periferiya»  ölkələrinin  başlıca 

vəzifəsi «mərkəzin» «əyalət» üzərində dominantlığmı dağıtmaq yolu ilə mövcud 

sistemlə  «fərqlərin  aradan  qaldırılması  strategiyasım»  həyata  keçirməkdir. 

Təhlilçilərin  ehtimalına  görə,  bunun  üçün  «anti-sistem  qüvvələr  cəbhəsinin» 

fonnalaşdırılması  vacibdir.  Bu  cəbhə  millətçiliyin  geniş  yayılmış,  iri  kapitalın: 

TMK,  TMB  və  onların  hökumətlərinin  strategiyaları  ilə  stimullaşdırılan 

cəhalətpərəst  etnik,  dini  və  şovinist  formalarına  qarşı  «pozitiv  millətçilik» 

vasitəsilə  yaradıla  bilər.  «Pozitiv  millətçilik»  məfhumunun  özünün 

neoliberalizmin radikal meyarlar baxımından təfsiri regional əməkdaşlığı nəzərdə 

tutur və sıx inteqrasiya olunmuş ölkələrin, regionların sərhədyanı 



59 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə