Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə214/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   210   211   212   213   214   215   216   217   ...   306

keçirilməsini  nəzərdə  tutan  Bəyannamə  qəbul  edildi.  Onlardan  bəzilərini, 

Sistemdə yeni təsisatların yaranmasımı ifadə edənləri sadalayaq: 

 

G-20 nəzdində Tədqiqat Qrupu (TQ) yaradılmış və ona qlobal kredit 



bazarının  işində  baş  verən  böhranın  və  «pozuntuların»  səbəblərinin 

öyrənilməsi, bu cür halların yaranmasının qarşısının alınması üzrə tədbirlərin 

hazırlanması  və  bunun  G-20  sammitində  baxılmaq  üçün  təqdim  olunması 

tapşırılmışdı; 

 

G-8  nəzdində  fəaliyyət  göstərmiş  Maliyyə  Sabitliyi  Forumu  (MSF) 



genişləndirilmiş  və  G-20-nin  orqanı  olan  Maliyyə  Sabitliyi  Şurası  (MSŞ) 

yaradılmışdı. Onun qarşısında BVF ilə birgə dünya maliyyə bazarlarına təsir 

göstərilməsinə yönəlmiş təkliflərin hazırlanması vəzifəsi qoyulmuşdu

 



tövsiyələr  əvvəlcə  MSF-in  strateji  hesabatları,  onun  yenidən 

təşkilindən  sonra  isə  MSŞ-nin  G-20  üçün  Flesasbatları  kimi 

rəsmiləşdirilmişdi. Burada maliyyə riskləri sahəsində xarici işlər nazirləri və 

mərkəzi  bank  rəhbərləri  səviyyəsində  aparılan  işlərin  şəffaflığının  təmin 

edilməsi,  habelə  maliyyə  alətlərinin  qiymətləndirilməsi  təcrübəsinin 

yayılması,  vahid  standartlar  bazası  əsasında  maliyyə  hesabatlığına  görə 

məsuliyyətin artırılması barədə razılaşmalar öz əksini tapmışdır. 

 



BVF-ə və genişləndirilmiş MSŞ-yə dünya iqtisadiyyatında tsiklliyin 

aradan qaldırılması üzrə tənzimləmə tədbirlərinin və tövsiyələrin hazırlanması 

tapşırılmışdır; 

 



tənzimləmə agentlərinə işində böyük qüsurlar aşkar edilən beynəlxalq 

reytinq  təşkilatlarının  fəaliyyətinə  nəzarəti  gücləndirmək  tapşırılmışdır.  Bu 

təşkilatların  ən  nüfuzluları  2009-cu  ildə  Kredit-Reytinq  Agentliklərinin 

Davranış  Məcəlləsinin  (lOSCO  -  International  Organization  of  Securities 

Commissions)  prinsipləri  əsasında  yenidən  işlənmiş  Davranış  Məcəlləsini 

qəbul etmişdir; 

 

tənzimləmə  orqanlarına  banklarda  risklərin  idarə  olunmasının 



səmərəliliyinin yüksəldilməsi üzrə tövsiyələri təkmilləşdirmək, risklərin idarə 

olunması  sahəsində  daha  ciddi  tədbirlərin  tətbiqi  məqsədilə  daxili  nəzarət 

mexanizmlərinə yenidən baxmaq tapşırılmışdır; 

 



Bazel  komitəsi  risklərin  idarə  olunmasının  ən  mühüm  sahələrində 

nəzarətin  həyata  keçirilməsi  üzrə  tövsiyələrini  təkmilləşdirməyə  borcludur; 

komitə  risklərin  idarə  olunması  üzrə  yeni  təlimat  və  likvidliyin  itirilməsi 

risklərinin ağlabatan idarəçiliyi və nəzarət prinsiplərini işləyib hazırlamışdır; 



545 


 

milli və regional tənzimləmə orqanlarına təşkilatlar arasında qarşılıqlı 



əlaqələrin  beynəlxalq  səviyyədə  tənzimlənməsinin  təkmilləşdirilməsi 

sahəsində işin güeləndirilməsi barədə göstəriş verilmişdir

 

nəzarət  orqanları  bütün  iri  beynəlxalq  maliyyə  idarələrində  nəzarət 



kollegiyalarının  yaradılmasında  sıx  əməkdaşlıq  etməlidir.  2009-2010-cu 

illərdə  həmin  nəzarət  kollegiyaları



 

göstərilən  MSF-də  (MSŞ-də)  sistem 

yaradan maliyyə-bank qurumlannm çoxunda təşkil olunmuşdur; 

 



tənzimləmə  orqanları  böhran  şəraitində  idarəçiliyin  beynəlxalq 

mexanizmlərinin  möhkəmləndirilməsi  məqsədilə  lazımi  tədbirləri  həyata 

keçirməyə borcludur. Beynəlxalq səviyyədə nəzərdə tutulan tədbirlərdən biri, 

bazarları formalaşan ölkələrin daha geniş iştirakını təmin etmək üçün MSF-in 

genişləndirilməsidir.  Buna  müvafiq  olaraq  MSF  genişləndirilmiş,  onun 

tərkibinə G-20-nin yeni ölkələri - Argentina, Braziliya, CAR, Cənubi Koreya, 

Çin, Hindistan, İtaliya, Səudiyyə Ərəbistanı və Türkiyə, habelə Avropa İttifaqı 

daxil edilmiş, MSF-in özü isə MSŞ-yə çevrilmişdir

 

BVF  və  MSŞ-in  hazırladığı  ilkin  xəbərdarlıq  mexanizmi  BVF/DB- 



nin 2009-cu il yaz sessiyasında işə başlamışdır. BVF MSŞ ilə sıx əməkdaşlıq 

şəraitində  qlobal  böhrandan  müvafiq  nəticələrin  çıxarılmasında  aparıcı  rol 

oynamalıdır. (Bunun üçün BVF-in əvvəlki onilliklər ərzində G- 20 və başqa 

beynəlxalq  təşkilatlar,  xüsusilə  də  BMT  çərçivəsində  hazırlanmış  yeni 

göstərişlərə  uyğun  gəlməyən  iqtisadi  libertari-ançılığm  güclü  təsiri  altında 

olan təhlil bölmələrinin tərkibi dəyişməlidir. - R.X.); 

 

«Vaşinqton fəaliyyət planında» göstərilən konkret tədbirlərin həyata 



keçirilməsi məqsədilə 4 işçi qrup yaradılmışdır; 

 



İQ-1 «Maliyyə bazarlarında tənzimləmənin keyfiyyətinin və 

şəffaflığın yüksəldilməsi», 

 

İQ-2 «Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və malİ5^ə 



bazarlarının bütövlüyünün təmin olunması», 

 



İQ-3 «BVF-in yenidən qurulması», 

 



İQ-4 «Dünya Bankı və başqa çoxtərəfli inkişaf bankları». 

Bütün bu tədbirlər və tövsiyələr 2 aprel 2009-cu ildə Londonda G-20 

sammitində  dövlət  başçılarının  keçirilən  görüşündə  baxılmaq  üçün  təqdim 

olunmuş  və  bütövlükdə  təsdiq  edilmişdi.  «İyirmiliyin»  London  sammitində 

dövlət  liderlərinin  Bəyanatı  və  3  əlavə  Sənəd:  «Dünya  maliyyə  sisteminin 

möhkəmləndirilməsi haqqında» Bəyannamə, «Resursların beynəlxalq 

546 



maliyyə qurumları vasitəsilə verilməsi haqqında» Bəyannamə və «Vaşinqton 

fəaliyyət planının həyata keçirilməsinin nəticələri haqqında» Hesabat

 

qəbul 


olunmuşdur.  Bu  sammitdə  Maliyyə  Sabitliyi  Forumu  (MSF)  qəti  olaraq 

Maliyyə  Sabitliyi  Şurasına  (MSŞ)  çevrildi.  Onun  funksiyaları  xeyli 

genişləndirildi.  Məsələn,  indi  dünya  malİ5^ə  sistemində  zəif  yerlərin 

müəyyənləşdirilməsi,  hakimiyyət  orqanları  arasında  əlaqələrin  qurulması  və 

infomıasiya  mübadiləsinin  təşkili,  standartlann  işlənib  hazırlanmasına  görə 

eavabdeh olan qurumların fəaliyyətinin monitorinqi, nəzarət kollegiyaları ilə 

qarşılıqlı əlaqələrin qurulması onun vəzifələrinə aid edilmişdir. Makroiqtisadi 

və  maliyyə  risklərinin  aşkarlanması  məqsədi  üçün  ilkin  xəbərdarlıq 

prosedurlarının yerinə yetirilməsində də Şuraya mühüm rol ayrılmışdır. 

«Maliyyə sisteminin möhkəmləndirilməsi haqqında» Bəyannamədə və 

başqa  sənədlərdə  heeinq  fondlarına  nəzarətin  güeləndirilməsi  və  törəmə 

maliyyə  alətlərinin  (derivativlərin)  tənzimlənməsi  üzrə  öhdəliklər  qəbul 

olunmuşdur. Bank  Nəzarəti üzrə  Bazel  Komitəsinə (Committee on  Banking 

Supervision  of  the  Bank  for  International  Settlements)  yaxud  adlandırıldığı 

kimi, «Bazel-2»-yə sistem yaradan bankların kapital qoyuluşlarının minimum 

məbləğinə  yenidən  baxılması

 

və  beynəlxalq  statusa  malik  olan  bankların 

fəaliyyətində  müəyyən  olunmuş  meyarlara  riayət  edilməsinə  nəzarətin 

gücləndirilməsi məqsədilə tövsiyələrin hazırlanması tapşırılmışdır. 

Ümumilikdə 

isə, 


millətüstü 

tənzimləmə 

elementinin 

möhkəmləndirilməsi mövqeyindən beynəlxalq maliyyə sisteminin keyfiyyətcə 

yenidən qurulması məsələsi qarşıya qoyulur. Lakin bu sənədlərdə ABŞ başda 

olmaqla, aparıcı ölkələrin və BVF/DB-nin ümumdünya liberallaşdın İması və 

dünya  maliyyə  bazarının  əsas  «oyunçuları»  üçün  daha  əlverişli  imkanlar 

yaradılmasına  yönəlmiş  əvvəlki  prinsipal  siyasətinin  tam  iflasa  uğraması 

barədə heç nə deyilmir. 

Böhranların  qarşısının  alınması  üçün  alətlərin  təkmilləşdirilməsi 

üzrə  BVF-in  fəaliyyəti.  BVF  maliyyə  böhranlarının  yayılmasının  ləngidil- 

məsinə  təsir  göstəmıək  üçün  öz  kreditləşdinnə  alətlərini  genişləndirmiş  və 

təkmilləşdirmişdir.  Alətlərin  təkmilləşdirilməsi  üzrə  aparılan  işlər 

çərçivəsində BVF-in İcra Şurası (Executive Board) mövcud olan çevik kredit 

xətti  (ÇKX)  üzrə  verilən  kreditlərin  müddətini  və  məbləğini  artırmasına, 

əsaslandırılmış siyasət yeritməsinə baxmayaraq, ÇKX-nin yüksək tələb- 



547 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə