Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə22/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   18   19   20   21   22   23   24   25   ...   306

ölkələrlə iqtisadi və siyasi  əməkdaşlığının formalaşmasının zəruriliyinə istinad 

edir. Onlar öz müstəqilliyi uğmnda yuxarıda göstərilən «beş inhisara» qarşı fəal 

mübarizə apara bilərlər. Xalqa və demokratik birliklərə istinad etdiyi halda, Latın 

Amerikasında, Afrikada, Yaxın Şərqdə, qitə ölkələri (Çin və Hindistan) ətrafında 

birləşən Cənub-Şərqi Asiya dövlətlərində, habelə Avropada yaradılan inteqrasiya 

qurumları  son  nəticədə  «böyük  kapitalı»  dövlətlərin  və  xalqların  məhz  bu 

ittifaqlarının  tələblərinə  uyğun  olaraq  genişlənməyə  vadar  edəcək.  Sonra  bu 

ittifaqlar təsərrüfat həmrəyliyinin və qarşılıqlı asılılığının daxili və regionlararası 

proqramlarını, o cümlədən kapitallar bazarlarının stimullaşdırılması, istehsal və 

başqa sektorlara investisiya qoyuluşunun genişləndirilməsi, qarşılıqlı ticarət üzrə 

layihələri işləyib hazırlamalıdır. Bu cür proqramların məcmusu dövlətlərdə hətta 

dünya  sistemi  səviyyəsinə  uyğun  olan  demokratik  islahatların  keçirilməsi 

proseslərinə  güclü  təkan  verə  bilər.  S.Aminin  konsepsiyasına  görə,  bu 

proqramlar  uzun  müddət  üçün  «dünya  kapitalizmindən  dünya  sosializminə 

keçidin bir sıra mərhələdən ibarət» vəzifə ola bilər. 

Beynəlxalq  iqtisadi  münasibətlərin  radikal  solçu  nəzəriyyəsinin  başqa 

görkəmli  nümayəndəsi  olan,  30ixanda  sitat  gətirdiyimiz  R.Koks  da  analoji 

ideyaları  inkişaf  etdirir.  O,  qloballaşma,  yoxsulluğun  artması  və  dövlətin  öz 

sosial  funksiyalarını  yerinə  yetirməkdən  imtina  etdiyi  şəraitdə  iri  kapitalın 

qüdrətinin  möhkəmlənməsi  proseslərini  təhlil  edir.  Bunlar,  öz  növbəsində, 

qaçılmaz  olaraq  insanların  mövcud  olan  sistemin  ayrı-ayrı  tərəflərindən  deyil, 

bütövlükdə qlobal sistemdən narazılığının artmasına gətirib çıxarır. Buna görə də 

insanların  və  qurumların  fəaliyyəti  daha  sıx  əlaqələndirilməli,  aralarındakı 

münasibətlər  təkmilləşdirilməli,  nəticədə  isə  dünya  sisteminin  humanizm 

istiqamətində təkamülünə təsir güclənməlidir. 

Qeyd edək ki, «solçu» nəzəriyyəçi-iqtisadçılar və onların baxışları təkcə 

beynəlxalq siyasi və iqtisadi münasibətlər sahəsində aparılan tədqiqatlara deyil, 

həmçinin, beynəlxalq münasibətlərin sosiologiyasına da müəyyən təsir göstərir. 

Bunu təsadüf hesab etmək olmaz: hər bir dominant nəzəriyyəyə, məsələn, əsasən 

hakim  dairələrin  maraqlarını  əks  etdirən  radikal  neoliberalizmə  düşkünlük, 

ehkamçılıq,  tənəzzül,  perspektiv  (strateji)  ideyaların  çatışmazlığı  xasdır. 

Tamamilə  başqa  mövqelərdən  çıxış  edən,  qarşılanna  qlobal  vəziyyəti 

dəyişdinnək vəzifəsi qoyan alimlər daha perspektiv və maraqlı ideyaları taparaq, 

onları hökumətlərin və iri korporasiyaların hələ də əl çəkmədiyi. 



60 


qlobal  böhranın  ən  ağır  formalarda  təzahürü  nəticəsində  əmək  haqqı  hesabına 

yaşayan  milyonlarla  insana  ziyan  vuran  köhnəlmiş  libertarianizmə  qarşı 

qoyurlar. 

2.6.

 

Qlobal böhran şəraitində kapitalizmin yeni 

modellərinin axtarışı: səmərəli inkişaf nəzəriyyəsi 

iqtisadi liberalizm (libertarianizm) rəsmi doktrinasının böhranı. 

Ümumdünya  elmi-iqtisadi  ictimaiyyət  2008-ci  ildəki  qlobal  böhranın  birinci 

fazasından  başlayaraq  hərəkətə  gəldi  və  sözün  hərfi  mənasında  böhranın 

səbəblərinin, yeni Böyük böhranın qarşısını ala bilən «iksirin» axtarışına başladı. 

Təhlilçilərin,  demək  olar  ki,  əksəriyyəti  mərkəzi  ideya  ətrafında  cəmləşir: 

bəşəriyyət  öz  məhvinin  passiv  müşahidəçisi  mövqeyini  tutmaq  istəmirsə, 

kapitalizmin simasını əsaslı surətdə dəyişdinnəlidir. 

Bu  mənada  vəziyyət  1929-1933-cü  illərin  Böjmk  böhran  dövründə 

yaranan  mühitin  güzgü  əksini  xatırladır.  O  zaman  əsas  elementi  heç  nə  ilə 

məhdudlaşdırılmayan  sahibkarlıq  azadlığı,  «laisses  faire»  olan  klassik 

liberalizmin  sonunun  yetişdiyi  aydın  idi.  Bu  azadlığın  tərəfdarlarının  qəzəbli 

müqavimətinə  baxmayaraq,  daha  uzaqgörən  siyasətçilər  prezident  Ruzveltin, 

onun yeni kursunun ətrafında birləşdilər. Kapitalizmin gələcək inkişafına dövlət 

tənzimlənməsinin  bütöv  sisteminə  əsaslanan  keyfiyyətcə  yeni  baxışın  qalib 

gəlməsi  «ümumi  rifah  dövlətinin»  inkişafının,  qarışıq  iqtisadiyyatın 

formalaşmasının,  sosial  dövlətin  təşəkkül  tapmasının  bünövrəsini  qoydu.  Pol 

Samuelsonun  «qoca,  xeyirxah  kapitalizmi»  dəyişdirmədən  qoruyub  saxlamağa 

çalışan  ehkamçı-inqilabçılara  ünvanlanmış:  «tam  sərbəst  sahibkarlıq  dövıli 

kraliça  Viktoriya  dövründə  qaldı»  kəlamı  məşhurdur  (F.Hayek,  C.Fridman  və 

başqaları). 

İndinin  özündə  də  dövlətin  rolunun  güclənməsi  ilə  bərabər,  son  30  ildə 

hadisələrin  son  dərəcə  qeydi-adi  əlverişli  məcrada  cərəyan  etməsindən 

(libertarianizm  siyasəti)  sıçrayışla  zənginləşmək  üçün  istifadə  edən  iri 

korporasiyaların  və  bankların  fəaliyyəti  üzərində  cəmiyyətin  nəzarətinin 

artmasından  dəhşətə  gələn  ehkamçı  liberallara  (daha  dəqiq  desək, 

libertarianlard)  rast  gəlmək  olar.  Buna  baxmayaraq,  hazırda  dünyada 

kapitalizmin  islah  olunması  məsələsində  müəyyən  konsensus  formalaşmışdır. 

Sual yalnız onun necə islah olunmasındadır. Hansı istiqamətlərdə və fonnalarda? 

Hansı dərinliklə və radikallıqla? Dövlətin iqtisadiyyata 

61 



müdaxiləsinin,  onun  fəallığının  hüdudları  haradadır?  Müzakirələr  məhz  bu 

sualların  ətrafında  gedir.  Amma  Rusiyada  bu  müzakirələr  akademik  və  elmi 

dairələrin müzakirə dairəsindən kənara çıxmır. 

Bu  baxımdan  Braun  universitetinin  beynəlxalq  siyasi  iqtisad  üzrə 

professoru  Mark  Blaytın  «Kapitalizmin  sonu?  Mark  Tven,  Leyk  Voqebon  və 

indiki  böhran»  məqaləsində  söylənilən  mülahizələr  maraq  doğurur.  Müəllif 

mənfəət  dalınca  qaçaraq  ən  incə  metodlardan  istifadə  edən  iri  bankların  və 

korporasiyaların  tamahkarlığından  şikayətlənir.  Amma  dağıdıcı  meyilin 

səbəbkarı onları yoldan çıxaran dövlətin özüdür. Hansı yolla? Banklar qarşısında 

duran,»onların  mənfəət  uğrunda  bir-birini  dəlicəsinə  təqib  etməsi  qarşısında 

bütün maneələr aradan götürülmüşdü». 

Blayta  görə,  dərin  böhranın  səbəbi  dövlətin  seçdiyi  siyasət  modelinin 

qüsurlu olmasındadır. Siyasətçilər, ekspertlər və ictimaiyyət bazara yöndəmsiz və 

səmərəsiz dövlət müdaxiləsindən imtina olunan kimi, möcüzəli qaydada özünü 

tənzimləyən, heç bir risk olmadan get-gedə daha çox fayda verə bilən mexanizm 

kimi yanaşmağa başlamışdı - hər iki partiyanın siyasətçiləri məhz bu cür hərəkət 

etmişdilər. Bütün bunlar maliyyə sektorunun daim ortadan yüksək mənfəətə can 

atılmasından asılı vəziyyətə düşməsi, eyni zamanda ABŞ- m ÜDM-in get-gedə 

daha böyük və mühüm hissəsinə çevrilməsi ilə nəticələnmişdir. 

Mark Blaytın qeyd etdiyi səbəblər qlobal böhranın dərkində həqiqətən də 

mühüm əhəmiyyətə malikdir. Lakin onun son nəticəsi daha tutarlı hesab oluna 

bilər:  «bazarın  faydası  şübhə  doğurmayan  və  özünü  tənzimləyən  struktur, 

dövlətin  isə  həmişə  və  hər  yerdə  zorla  tənzimləməni  tətbiq  etməyə  çalışan 

bədheybət  olması  barədə  daha  bir  ideologiya  iflasa  uğradı».  Bu  ideologiya 

kapitalizmin tarixində dəfələrlə təkrarən qayıdan gecə qarabasmasma bənzəyir. 

Blayt  yazır  ki,  «1930-cu  illər  bizə  bazara  və  özünütənzimləməyə  inamın  səhv 

olduğunu  öyrədərək,  tənzimlənən  maliyyənin  «və  ümumi  rifah  dövlətinin» 

keynsçi dövrünü bəxş etdi. XX əsrin 1970-ci illərindəki digər böhran dövrü «bizə 

Keynsin səhv etdiyini və maliyyə tənzimlənməsindən imtina edərək, açıq bazara 

keçmək vaxtının yetişdiyini göstərdi. Neoliberal qloballaşma adlandırıla biləcək 

bu sistem indicə partlamışdır. Bu dəfə biz hansı nəticələri  çıxaracağıq? Amma 

görünür  ki,  Keyns  o  qədər  də  səhv  etmirdi;  onun  sistemini  dağıtmaq  yox, 

təkmilləşdirmək lazım idi. Lakin yanaşmasının məntiqindən irəli gəlsə də, Blayt 

belə bir nəticəyə, hələ ki, gəlməmişdir. İndiki böhrandan hələ tam 



62 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə