Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə221/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   217   218   219   220   221   222   223   224   ...   306

Eyni  zamanda  Avropanın  yeni  pul  vahidini  milli  pul  vahidi  qismində  qəbul 

etməyə razı olan, yəni avrozonaya daxil olmaq istəyən dövlətlərə dair konkret 

tələblər müəyyənləşdirildi. 

Valyuta sistemlərinin birləşdirilməsinin üstünlükləri bunlardır: 

 

pul-kredit  və  valyuta  tənzimlənməsinin  vahid  hüquqi  məkanının 



yaradılması; 

 



əməliyyatlara  hesablaşma  xidmətlərinin  göstərilməsi  üzrə  xərclərin 

azalması, pul köçünnələrinin çatdırılma müddətlərinin qısalması; 

 

əlavə xərclərə qənaət olunması və s. 



Avropanın  mərkəzi  banklarının  vahid  sistemi  fəaliyyətinə  aşağıdakı 

tədbirlərin həyata keçirilməsindən başladı: 

1)

 

1  yanvar  1999-cu  ildən  qarşıdakı  hesablaşmaların  bütün  növləri  üzrə 



avrozona  ölkələrinin  valyutasının  məzənnəsi  avroya  nisbətdə  təsbit  edildi.  Bu 

tədbir  qarşılıqlı  nağdsız  hesablaşmalarda  avrodan  və  ona  bağlanan  milli 

valyutalardan paralel istifadənin başlanğıcı oldu; 

2)

 



1 yanvar 2002-ci ildən avro əsginazları və sikkələri üzv-dövlətin milli 

valyutaları ilə paralel  istifadə olunması  və sonuncuların  avroya dəyişdirilməsi 

üçün dövriyyəyə buraxıldı; 

3)

 



30  avqust  2002-ci  ildə  AMB  Frankflırt-Ma3mda  nağd  avronun 

təqdimatını  keçirdi.  Qeyd  olunmalıdır  ki,  həm  bütövlükdə  Avropa  İttifaqının, 

həm  də  Avropa  Valyuta  İttifaqının  inkişafı  və  genişlənməsi  Avropanın  vahid 

valyutaya  keçidlə  tamamlanmadı.  Avropa  İttifaqına  12  yeni  üzv:  Macarıstan, 

Kipr,  Latviya,  Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya, Estoniya və 

Bolqarıstan  qəbul  olundu.  Amma  onlar  avtomatik  olaraq  avronu  tətbiq  edə 

bilməzdi və bunun üçün müvafiq hazırlıq mərhələsindən keçməli idilər. 

Bu  ölkələrin  qəbulu  planı  bəzilərinin  avroya  1  yanvar  2007-ci  ildən, 

qalanlarının isə 2010-cu ildən gec olmayaraq keçməsini nəzərdə tutsa da, qlobal 

böhranla  əlaqədar  olaraq  həmin  müddətlər  qeyri-müəyyən  vaxta  qədər  təxirə 

salındı. Aİ-nin yeni üzv-dövlətlərinin əhalisinin avroya münasibəti müxtəlifdir. 

Məsələn,  Baltikyanı  dövlətlərin  əhalisinin  əksəriyyəti  və  hökumətləri  2007-ci 

ilədək avroya keçidin tərəfdarı kimi çıxış edirdi (Estoniya 1 yanvar 2011-ci ildən 

avroya keçən 17-ci, keçmiş sovet respublikaları arasında isə 1-ci ölkə olmuşdur). 

Avropa İttifaqının başqa yeni üzvləri təmkinlik göstərir və milli pul vahidinin 

«dəyişməsində» və yaxın illərdə avroya keçiddə fayda görmür. 



563 


Meyarlar. Maastrix Müqaviləsi yeni valyutanı tanıyan və təsdiq edilmiş 

qrafik  üzrə  milli  valyuta  sistemlərinin  əvəzinə  onu  dövriyyəyə  buraxmaq 

niyyətində  olan  Aİ  ölkələrinə  dair  dəqiq  meyarlar  formalaşdırmışdır.  Həmin 

meyarlar aşağıdakılardır; 

1)

 

inflyasiyanın səvi}q/əsi; 



2)

 

Mərkəzi Bankın faiz dərəcələri



3)

 

dövlət büdcəsinin kəsirinin səviyyəsi



4)

 

valyuta məzənnələrinin tərəddüd hədləri



5)

 

dövlət  borcunun  həcmi  (ÜDM-ə  %  nisbəti)  və  iqtisadiyyatın 



vəziyyətini,  onun  perspektivlərini  xarakterizə  edən  başqa  əlavə  göstəricilər 

(bütün bunlar Kopenhagen meyarları adlanır). 



İnflyasiyanın  illik  səviyyəsi.

 

Onun  orta  səviyyəsi  qiymətləri  daha 

dayanıqlı olan 3 ölkənin orta səviyyəsindən 1,5%-dən yüksək olmamalıdır. Bu 

halda  göstəricinin  Ümumavropa  istehlak  qiymətləri  indeksinə  uyğun  olaraq 

təshihinə yol verilir. 

Faiz  dərəcələrinin  səviyyəsi.

 

Üzv-ölkənin  uzunmüddətli  dövlət 

istiqrazları üzrə orta gəlirliliyi, bir il ərzində inflyasiya səviyyəsi ən aşağı olan 3 

ölkənin müvafiq orta dərəcəsindən 2%-dən çox olmamalıdır. 



Dövlət büdcəsi kəsirinin səviyyəsi.

 

Həcminin kəskin azaldığı, azalmağa 

davam  etdiyi  və  baza  kəmiyyətinə  yaxınlaşdığı  hallar  yaxud  sonuncunun 

müstəsna qaydada müvəqqəti artırıldığı hallar (əmsal baza səviyyəsinə  yaxın 

qalır) istisna edilməklə, illik kəsir ÜDM-in 3%-dən yüksək olmamalıdır. 

Valyuta məzənnələrinin tərəddüd hədləri.

 

Üzv-ölkənin valyutası Avropa 

Valyuta Sisteminin valyuta məzənnələri mexanizminə qoşulmalı və tərəddüdün 

adi çərçivəsi daxilində ən azı 2 il ərzində saxlanmalıdır. 



Dövlət  borcunun  həcmi.

 

Bu  həcm  ÜDM-in  bazar  qiymətləri  üzrə 

məbləğinin 60%-dən çox olmamalıdır. 

Bu göstəricilərdən hər biri həlledicidir və avroya keçid qarşısında maneə 

rolunu oynayır. 

Vahid  valyuta  sisteminin  fəaliyyətini  təmin  edən  qurumlar.

 

Maastrix 

Müqaviləsi  Avropada  və  dünyada  formalaşan  yeni  valyuta-pul  sistemi  üçün 

güclü  təşkilati  təməlin  yaradılmasını  nəzərdə  tutmuşdur.  Avropa  Valyuta 

Sisteminin  üzvü  olan  dövlətlərin  Avropa  Mərkəzi  Banklar  Sistemi  (AMBS) 

yaradılmışdır  və  müvəffəqiyyətlə  fəaliyyət  göstərir.  Bu  təşkilat  aşağıdakı 

funksiyaları yerinə yetirir: 

564 



 

Aİ-nin valyuta siyasətini müəyyənləşdirir və həyata keçirir; 



 

beynəlxalq valyuta əməliyyatlarını yerinə yetirir; 



 

üzv-dövlətlərin rəsmi xarici valyuta ehtiyatlarını saxlayır və onları idarə 



edir; 

 



ödəmələr sisteminin fəaliyyətini dəstəkləyir. 

Avropa  Mərkəzi  Bankı  (AMB).  Avropa  Mərkəzi  Banklar  Sisteminin 

qarşısında  qojmIan  vəzifələrin  yerinə  yetirilməsində  AMB  müstəqil  surətdə 

yaxud  milli  mərkəzi  banklar  vasitəsilə  mühüm  rol  oynayır.  AMB-nin  kapitalı 

üzv-dövlətlərin  milli  mərkəzi  bankları  tərəfindən,  ölkələrin  demoqrafik  və 

iqtisadi  vəziyyəti  nəzərə  alınmaqla  fonnalaşmışdır.  Burada  hər  bir  ölkənin 

avrozonanm əhalisində və ÜDM-də orta çəkili payı həlledici göstərici qismində 

götürülmüşdür.  Milli  mərkəzi  bankların  valyuta  ehtiyatları  da  müəyyən 

miqdarda AMB-də cəmləşdirilmişdir. AMBS-nin ümumi millətüstü gəliri üzv- 

dövlətlərin  bankları  arasında  yuxarıda  göstərilən  meyarlar  əsasında 

bölüşdürülür. AMB Aİ üzvü olmayan aparıcı dövlətlərin valyutalarına nisbətən 

avronun  həddən  artıq  yaxud xaotik  tərəddüdlərinin  qarşısını  almaq  məqsədilə 

valyuta bazarlarına müdaxilə etmək imkanlarına malikdir. Bunun üçün AMB- 

nin  Nizamnaməsinə  uyğun  olaraq,  avrozona  dövlətlərinin  milli  emissiya 

bankları 99,6 milyard avro dəyərində (194,8 milyard alman markası ekvivalenti) 

qızıl  ehtiyatlarını  və  227  milyard  avro  məbləğində  (444  milyard  alman 

markasından  çox)  valyuta  ehtiyatlarını  mənzil-qərargahı  Frankfurt-  Maynda 

yerləşən Avropa Mərkəzi Bankına vermişdir. Həmin şəhər artıq Londondakına 

analoji  olaraq  Avrositi  yaxud  Nyu-Yorkdakı  kimi  Manhetten  adlandırılır. 

Burada Almaniyanın ən iri bankları, habelə xarici maliyyə qurumlarının 100-dən 

artıq  nümayəndəliyi  fəalİ3^ət  göstərir.  AFR-in  birja  dövriyyəsinin  80%-dən 

çoxu  bu  şəhərin  payına  düşür  və  burada  əhalinin  hər  10  nəfərindən  biri  bank 

sahəsində çalışır. 



19.3.

 

Avro və dollar müasir 

ümumdünya valyuta sistemində 

inteqrasiya  prosesi  nəticəsində  Avropa  vahid  iqtisadi  məkanın 

yaradılmasına və inteqrasiya proseslərinin daha da sıxlaşması üçün institusional 

bazanın hazırlanmasına doğru irəliləyir. 



565 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə