Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə222/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   218   219   220   221   222   223   224   225   ...   306

Keyfi}^ət  yeniliyi  bundan  ibarətdir  ki,  Avropanın  regional  pul  vahidi 

yaradılmışdır və özünün iqtisadi bazasına və iqtisadi məkanına istinad etdiyinə 

görə, avronun uğur qazanacağına ümid bəsləmək olar. Avropa ilə ABŞ arasında 

sadəcə  siyasi  mübarizə  getmir,  burada  obyektiv  iqtisadi  proseslər  təsirini 

göstərir. Avronun iqtisadi bazası genişləndikcə, dünya pulu funksiyasını yerinə 

yetirməsində  payı  və  rolu  artacaq,  ABŞ  dollarının  xüsusi  çəkisi  isə  aşağı 

düşərək,  bu  dövlətin  dünya  iqtisadiyyatında  tutduğu  real  yeri  əks  edəcək. 

Deməli, dolların başqa ölkələrdə də dünya pulu funksiyasını yerinə yetirməsi 

imkanları zəifləyəcək. Əlbəttə, burada Aİ-nin daxili vəzi}^ətindən asılılıq çox 

güclüdür: qlobal böhran onun mühüm ziddiyyətlərini açıb göstənnişdir. 

Aİ ilə ABŞ arasında iqtisadi potensialın nisbəti avro və dollar arasındakı 

nisbətdə  əks  olunur.  Avronun  ilkin  məzənnəsi  1,17  dollar  olmuşdu.  Avro, 

sadəcə  olaraq,  EKYU-nun  məzənnəsini  qəbul  etdiyinə  görə,  bu  məzənnənin 

bazar  üzrə  deyil,  hesablamalar  əsasında  müəyyənləşdirildiyi  yeganə  haldır. 

Bundan sonrakı 2,5 il ərzində avronun məzənnəsi dollara nisbətdə 1 EKYU = 

0,89  dollar  nisbətinə,  yəni  40%  düşmüşdü.  2001-ci  ilin  ortasından  böyük 

dəyişiklik  baş  verdi  və  avronun  məzənnəsi  dollara  nisbətdə  indiyədək 

artmaqdadır.  2004-cü  ildə  bu  nisbət,  demək  olar  ki,  1  avro  =  1,3  dollara 

çatmışdı.  Ümumilikdə  isə  2004-cü  ildə  məzənnə  1,2  dollar  ətrafında  olmuş, 

2011-ci ilin iyununda isə 1,4 dollara çatmışdı. 

Dünyanın qədəm qoyduğu XXI əsrdə avroya əsaslanan yeni ümumdünya 

valyuta  sisteminin  mühüm  xüsusiyyəti  ilk  dəfə  olaraq  regional  beynəlxalq 

valyutanın  meydana  çıxmasıdır.  Əvvəlki  valyuta  sistemləri  isə  milli 

valyutaların  qarşılıqlı  əlaqəsi  ilə  xarakterizə  olunurdu.  Avro  məhz  bununla 

dollardan və dünya ölkələrinin başqa milli valyutalarından fərqlənir. Avronun 

peyda olması nəticəsində onun hələlik mövcud olmayan vahid dünya valyutası 

funksiyasını yerinə yetirilməsinə doğru mahiyyət baxımından addım atılmışdır. 

Əvvəlki  hər  iki  ümumdünya  valyuta  sistemi  (Bretton-Vuds  və  Yamayka) 

dollara istinad etdiyinə görə, mahij^ətcə, amerikapərəst idi. XBH və EKYU isə, 

əslində bir neçə milli valyutaya əsaslanan sintetik pul vahidləri olmuşdur. Avro 

milli deyil, getdikcə daha böyük iqtisadi məkanı fəth edən regional beynəlxalq 

pul  vahididir.  Analoji  beynəlxalq  valyuta  sistemlərinin  dünyanın  başqa 

bölgələrində də, məsələn. Latın Amerikasında və Asiyada yaradılacağı istisna 

deyil. Hazırda ümumdünya valyuta sistemində əsas yeri, sözsüz ki. 



566 


dollar  tutur.  Valyuta  bazarlarında  aparılan  əməliyyatların  80%-dən,  dünya 

valyuta  ehtiyatlarının  60%-dən,  istiqrazlarla  yerinə  yetirilən  əməliyyatların 

yarısından  çoxu  dolların  payına  düşür.  Beynəlxalq  İnkişaf  Bankının 

məlumatlarına görə, ümumdünya ticarətinin  yarısından çoxuna dollar xidmət 

göstərir. Avroda nominasiya olunmuş beynəlxalq tranzaksiyalarm həcmi artıq 

25%-ə  çatmışdır.  Təkcə  Avropa  və  ABŞ-a  gəldikdə  isə  indiyədək  ABŞ-dan 

idxalın 90%-i və hətta Avropadan ABŞ-a ixracın 80%-i dollarda nominasiya 

olunmuşdur. 

Avro öz fəaliyyətinə Avropa iqtisadi məkanında başlamışdır və ən azı, 

daxili ticarəti öz üzərinə götürmüşdür. Bununla bərabər, avrozona üzvləri olan 

dövlətlərin  mərkəzi  banklarının  valyuta  ehtiyatlarından  dolların  çıxarılması 

prosesi başlamışdır. Maliyyə alətlərinin hələlik dollarla aparılan əməliyyatları 

da avro ilə əvəz olunacaqdır. Dünya iqtisadiyyatının indiyədək dollarla xidmət 

edilən seqmentləri də avroya keçəcək. Bunlar dolların bir qismini azad etməklə, 

ona  olan  tələbatı  deyil,  təklifini  artıracaq.  Beləliklə  də,  valyuta  məzənnələri 

sahəsində avronun dollarla müqayisədə perspektivləri daha əlverişlidir. 

Avronun Avropa iqtisadi məkanı  yaxud avrozona çərçivəsindən kənara 

çıxması  dolların  əsaslandığı  prinsiplər  üzrə  həyata  keçirilir.  Avro  hələlik  17 

dövlətin iqtisadi potensialına istinad edən regional beynəlxalq valyuta olsa da, 

yuxarıda qeyd etdiyimiz kimi,  onun ÜDM hissəsində fəaliyyət  miqyası  artıq 

dollarla  bərabərləşir  və  xarici  ticarətdə  onu  xeyli  üstələyir.  Beləliklə, 

ümumdünya valyuta sistemində ilk dəfə olaraq, iqtisadi potensialı baxımından 

dollardan geri qalmayan valyuta meydana çıxmışdır. 

Yuanın dollar, avro və başqa valyutalarla rəqabət perspektivləri. 2010- 

cu ilin payızında «valyutaların dünya müharibəsi», ilk növbədə isə, dollar, avro 

və  Çin  yuanı  arasında  mübarizənin  real  əlamətləri  müşahidə  olunurdu.  Həm 

amerikalılar,  həm  də  avropalılar  Çini  yuanın  məzənnəsini  süni  olaraq  aşağı 

salmaqla,  mallarının  ABŞ  və  Avropa  bazarlarındakı  mövqelərini  möhkəm- 

lətməsində təqsirləndirirdi. Ancaq bu müharibədə Çin ABŞ ilə tərəfdaş olmaqla 

bərabər, həm də ən yaxşı müdafiə olunmuş iştirakçı idi. Çin valyutası sərbəst 

dönərli olmadığına görə, ona hücum olunması məhdudlaşırdı. Dünya böhranı 

başladıqda,  Pekin  beynəlxalq  ticarət  əməliyyatlarında  öz  valyutasından  daha 

geniş istifadə etməyə başladı. 

2010-cu  ilin  noyabrında  Vaşinqtonda  səfərdə  olarkən,  Ümumçin  Xalq 

Nümayəndələri Məclisinin (Çinin qanunvericilik orqanı) Xarici İşlər üzrə 



567 


Komitəsi  sədrinin  müavini  Ça  Peysin  bəyan  etmişdi  ki,  «Çin  dünya  ehtiyat 

valyutası  qismində  dolların  yuanla  əvəz  olunmasını  planlaşdırmır».  BVF 

yuanm cari əməliyyatlar üzrə dönərli olmadığından, dünya valyutalarından biri 

kimi  tanınmasının  qeyri-mümkünlüyünü  və  onu  XBH  səbətinə  daxil  etmək 

niyyəti  güdmədiyini  bildirərək,  Çin  məmurunun  sözlərinin  düzgünlüjninü 

təsdiqlədi'. 

Yuanm  dönərli  olmaması  ona  bir  sıra  ciddi  üstünlüklər  təmin  edir. 

Məsələn,  oktyabrın  əvvəlində  «Financial  Times»in  səhifələrində  ÇXR  ilə 

valyuta  müharibəsi  planının  mümkünlüyünü  müzakirə  edərkən.  Beynəlxalq 

iqtisadiyyatın öyrənilməsi üzrə Peterson İnstitutunun direktoru Fred Berqsten 

(prezident  Barak  Obamanm  komandasına  yaxın  olan,  ABŞ-ın  ən  nüfuzlu 

iqtisadçılarından biri) belə nəticəyə gəlmişdir ki, Çin vaİ3nıtasma hücum etmək 

0 qədər də asan olmayacaq. Sərbəst dönərli olmadığına görə, Vaşinqton lazımi 

qədər yuanı bazardan əldə edə bilmir. 

Çin  ticari  hesablaşmalarda  yuandan  istifadə  olunması  üzrə  səylərini 

gücləndirmişdir.  Eyni  zamanda  Çin  məmurları  və  hakimiyyətə  yaxın  olan 

ekspertlər  bu  hərəkətlərin  daha  geniş  planın  bir  hissəsi  olduğunun  gizli 

saxlanmasının  mənasız  olduğunu  hesab  edir.  Çox  güman  ki,  yuanı  tədricən 

dünya  valyuta  ehtiyatına  çevirmək  strategiyası  mövcuddur.  Onun  əsas 

prinsiplərini  partiya  kabinetlərinə  yaxın  olan  iqtisadçıların  fikirlərini 

öyrənməklə  dərk  etmək  mümkündür.  Böhran  başlayan  kimi,  Çinin  ekspert 

dairələrində  ən  çox  müzakirə  olunan  mövzu  3aıanm  dünya  valyutasına 

çevrilməsi  idi.  Məsələn,  Çin  İctimai  Elmlər  Akademiyasının  Dünya 

Maliyyəsinin  Öyrənilməsi  Mərkəzindən  Li  Tzın  əsərlərində  4  mərhələdən 

ibarət  olan  bu  strategiyanı  təsvir  edir.  Birinci  mərhələ  qonşu  ölkələrlə 

hesablaşmaların  yuanla  aparılmasını  nəzərdə  tumr.  İkinci  mərhələdə  bütün 

dünya ölkələrinin Çinlə ticari hesablaşmalarında yuandan istifadə olunmalıdır. 

Üçüncü  mərhələdə  yuan  ev  təsərrüfatlarının,  müəssisələrin  və  maliyyə 

qurumlarının  vəsait  qoyuluşları  üçün  dollar  və  avro  kimi  cəlbedici  alətinə 

çevrilməlidir.  Dördüncü,  yekun  mərhələ  çərçivəsində  yuan  dünya  ehtiyat 

valyutalarından birinə çevrilməli, başqa ölkələrin mərkəzi bankları tərəfindən 

həvəslə alınmalıdır. 

Pekin qarşıya qoyduğu məqsədə doğru ardıcıllıqla və inamla addımlayır. 

Belə  ki,  2000-ci  illərdə  strategiyanın  birinci  mərhələsini  həyata  keçirərkən, 

Pekin müqavilələrdə ticari hesablaşmaların milli valyuta ilə aparılmasının 

^ KoMMepcaHT, 2010. 23 

Hoa6pa. 

C. 

8.

 

568 




Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə