Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə225/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   221   222   223   224   225   226   227   228   ...   306

Bununla yanaşı, valyutaların hər ikisi xeyli zəifləmişdir və ABŞ ilə Aİ arasında 

kəskinləşmiş maliyyə-iqtisadi problemlərin güclü təsirinə məruzdur. 



Yoxlama sualları 

1.

 



Avropa  valyuta  sisteminə  və  avroya  keçiddə  hansı  mərhələlərin 

fərqləndirilməsi  vacibdir?  Avropa  Valyuta  Sistemi  necə  inkişaf  edirdi?  Bu 

sistemdə EKYU hansı rolu oynamışdır? 

2.

 



Vahid  valyuta  sisteminin  formalaşdırılması  və  avroya  keçid 

məqsədilə  AİB  -  Aİ-də  hansı  maliyyə  qurumları  yaradılmışdı?  Bu  prosesdə 

Avropa valyuta institutunun və Avropa Mərkəzi Bankının rolu nədən ibarətdir? 

Onların strukturunu və fəaliyyətinin xüsusiyyətlərini təsvir edin. 

3.

 

 Vahid  valyuta-pul  sisteminin  yaradılmasına  doğru  irəliləyişdə 



Maastrix razılaşmalarının hansı əhəmiyyəti olmuşdur? 

4.

 



Avroya keçmək 

istəyən ölkələr üçün hansı meyarlar 

müəyyənləşdirilmişdi? 

5.

 



Aİ  üzvü  olan  dövlətlərdən  bəzisi  avroya  keçməkdən  niyə  imtina 

etmişdir? 

6.

 

Avro ABŞ dollarını sıxışdıracaqmı? 



7.

 

2010-cu  ilin  payızında  avro,  dollar  və  yuan  arasında  baş  venniş 



«valyuta müharibəsinin» səbəbləri nədir? 

Referatlarm mövzuları 

1.

 



Avropa valyuta sisteminin təşəkkülü mərhələləri 

2.

 



Aİ  ölkələrinin  avroya  keçməsinin  çətin  yolu  və  bu  hadisənin 

beynəlxalq əhəmiyybti 

3.

 

Böyük Britaniya, Norveç və Danimarkanın avroya keçməkdən imtina 



etməsinin səbəblərinin təhlili 

4.

 



MDB məkanında ümumi pul vahidinin (avro tipində) yaradılmasının 

mümkünlüyü və Rusiyanın tam dönərli rubla keçməsi perspektivləri 



574 


Fəsil 20 

BEYNƏLXALQ BANKLAR VƏ 

MALİYYƏ MƏRKƏZLƏRİ 

Bu  fəsil,  birincisi,  transmilli  bankların,  o  cümlədən  Bretton-Vuds 

təsisatlarının  (BVF,  DB,  habelə  BHB);  ikincisi,  beynəlxalq  kommersiya 

banklarının, o cümlədən İslam banklarının (bank fəaliyyətinin təşkilinin yeni 

fomıasl  kimi);  üçüncüsü,  beynəlxalq  maliyyə  mərkəzlərinin  fəaliyyətinin 

təhlilinə  həsr  edilmişdir.  Beləliklə,  burada  ümumdünya  maliyyə  sisteminin 

kredit  resurslarının  beynəlxalq  maliyyə  bazarları  kanalları  vasitəsilə  bütün 

dünya  üzrə  nəhəng  miqyasda  bölüşdürülməsi  mexanizmində  son  dərəcə 

mühüm rol oynayan başlıca subyektlərindən bəhs olunacaq. 

20.1.

 

Transmilli banklar (TMB) 

Bank  əməliyyatlarının  universallaşmasına  doğru  meyiL  TMB-nin 

yaranma mənbələri və fəaliyyəti elmi ədəbiyyatda yaxşı təsvir olunsa da, bunun 

Ən Yeni dövrdə bəzi xüsusiyyətlərini göstərək: 

 



TMB-nin  pulun  (maliyyə  vəsaitlərinin)  sahibləri  ilə  investorlar 

arasındakı vasitəçi rolunun güclənməsi, yəni ssuda kapitalının toplanması və 

hərəkəti işində TMB-nin kredit rolunun artması; 

 



TMB-nin vəsaitlərin hərəkətinin (sahibdən borcalana doğru) çoxsaylı 

formaları  və  kanalları  ilə  xarakterizə  olunan,  fonnalaşan  dünya  maliyyə 

bazarlarında həlledici rolu; 

 



TMB-nin  kommersiya  bankları  tərəfindən  beynəlxalq  ödəmələrin 

geniş miqyasda yerinə yetirilməsi. Onların sərbəst pul vəsaitlərini cəlb edərək, 

beynəlxalq  bazarlarda  qaytarılma,  müddətlilik  və  ödənişlilik  şərtləri  ilə 

müxtəlif  əməlİ3^atlarm  aparılması  üçün  universal  maliyyə  həlqəsi  qismində 

çıxış etməsi; 

 



yüksək  dərəcədə  etibarlılığına  görə  TMB-nin  pul  sahibləri  üçün 

cazibəli olması. Güman ki, 1980-1990-cı illərdə və XXI əsrin başlanğıcından 

TMB-nin sayının partlayış sürəti ilə çoxalmasının və investisiya vəsaitlərinin 

həcmi baxımından bank idarələrinin artımını ümumilikdə üstələməsinin səbəbi 

də, məhz bundadır. İnvestisiyaların səviyyəsini əmanətlərin müvafiq payı ilə 

575 



şərtləndirilməsini və məhdudlaşmasını ifadə edən milli əmanətlər və yığımlar 

(investisiyalar)  arasındakı  məntiqi  əlaqədən  asılı  olmayaraq,  TMB-nin 

artımının nisbi müstəqilliyi də bununla izah edilir. 

Bütün  bunlar  bank  kapitalının  transmilliləşməsi  prosesinin  intensiv 

inkişafına, dünyanın aparıcı bank idarələrinin bir-biri ilə çarpazlaşmasma şərait 

yaratmışdır.  Qüdrətli  ABŞ  TMB-nin  böyük  məbləğdə  vəsaitləri  Böyük 

Britaniya,  Kanada,  Avstraliya  və  Avropanın  qiymətli  kağızlarla  ticarət  edən 

maliyyə  təşkilatlarına  yatınnası  halları  çoxalmışdır.  Keçirdiyi  staqnasiyaya 

baxmayaraq,  Yaponiyanın  aparıcı  bankları  son  onillik  ərzində  ABŞ,  Qərbi 

Avropa  və  Asiyanın  kommersiya  banklarının  və  bank  olmayan  maliyyə 

qurumlarının səhmlərinə xeyli vəsait qoymuşdur. Avropanın TMB-si də strateji 

alyanslara qoşulmaqla, başqa ölkələrin banklarını satın almaqla (o cümlədən 

inkişaf  etməkdə  olan  ölkələrin),  dünyanın  ən  müxtəlif  ölkələrində  fəaliyyət 

göstərən TMB-yə iri məbləğdə vəsait yatırmaqla, analoji hərəkət edirdi. 

Nəzərdən  keçirdiyimiz  proseslər  məhz  TMB-nin  daşıyıcı  kimi  çıxış 

etdiyi  ümumdünya  maliyyə  qloballaşması  prosesinin  inkişafının  əks 

olunmasıdır.  Bununla  bərabər,  dünyanın  maliyyə  cəhətdən  böyük  gücə  və 

iqtisadiyyatının  müxtəlif  sahələrində,  regional-sahə  seqmentlərində  nüfuza 

malik  olan  qüdrətli  bank-maliyyə  qrupları  arasında  bölüşdürülməsi  meyli 

formalaşır. 

Statistik məlumatlara əsasən aktivlərinin həcminə görə ən iri banklar və 

investisiya şirkətləri arasında ABŞ bankları liderdir; onlardan sonra Yaponiya

Böyük  Britaniya,  Almaniya,  İsveçrə  və  Fransanın,  Çin,  Cənubi  Koreya  və 

Latın Amerikası ölkələrinin bankları gəlir; Türkiyə, ərəb. Afrika, Şərqi Avropa 

banklarının  rolu  artır.  Qeyd  edək  ki,  hər  bir  bankın  aktivləri  onun  bazar 

dəyərini  2-3  dəfə  üstələ-yir  və  bu,  böyük  maliyyə  qüdrətinin  göstəricisidir. 

Digər  məqam,  ən  irilər  iyerarxiya-sında  müxtəlif  bankların  çevik  mövqe 

tutmasıdır.  Bunu,  bankların  daha  bir  neçə  onluğunun  göstəricisinin  ən  iri 

bankların  göstəricilərinə  təqribən  bərabər  olduğuna  və  artımda  dinamizm 

göstərərək,  asanlıqla  onların  yerini  tuta  bilməsi  ilə  izah  etmək  mümkündür. 

Bəzi  banklar  ən  irilərin  növbəti  siyahısının  yuxarı  mövqelərini,  sözün  əsl 

mənasında, zor tətbiq etməklə tutur. Bu hal son illərdə intensiv surətdə yayılan 

qovuşmaların, strateji alyansların yaxud qəsblərin nəticəsidir. 

576 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə