Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə226/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   222   223   224   225   226   227   228   229   ...   306

20.2.

 

Beynəlxalq Valyuta Fondu (BVF) 

Beynəlxalq  maliyyə-iqtisadiyyat  sahəsində  güclü  nüfuza  malik  olan 

təşkilatlar sırasında mənzil-qərargahı Vaşinqtonda (ABŞ) yerləşən Beynəlxalq 

Valyuta Fondu (BVF) mühüm əhəmiyyət kəsb edir. Əhatə miqyasının qloballığı 

və  üzv-dövlətlərlə  əlaqələrinin  sıxlığı  sayəsində  dünyanın  çox  ölkələrində 

BVF-in  nümayəndəlikləri  açılmışdır.  BVF  1944-cü  ildə  Bretton-  Vudsda 

keçirilən,  Bretton-Vuds  valyuta  sisteminin  təməlini  təşkil  edən  yeni  valyuta 

siyasəti 

prinsiplərinin 

müəyyənləşdirildiyi 

Beynəlxalq 

konfransda 

yaradılmışdır. 

Hazırda  187  dövlət  BVF-in  üzvüdür.  Dövlətlər  üçün  üzvlük  BVF-in 

müəyyən  etdiyi  müddətlərdə  və  şərtlərlə  açıqdır.  Bolqarıstan,  Namibiya, 

İsveçrə, Rusiya (1992-ci ildən), Estoniya,  Latviya,  Litva, Albaniya, Moldova, 

Qazaxıstan, Ennənistan, Belarus, Qırğızıstan, Marşall adaları, Gürcüstan BVF- 

in yeni üzvləridir. 

BVF-in ali rəhbər orqanı üzv-dövlətlərin nümayəndələrindən ibarət olan 

(adətən,  valyuta  siyasətinin  həyata  keçirilməsinə  görə  cavabdeh  nazir  yaxud 

mərkəzi bankın müdiri ilə müavini), 5 il müddətinə təyin edilən  İdarəedicilər 

Şurasıdır  (Board  of  Governors).  İdarəedicilər  Şurası  özünün  bir  çox 

səlahiyyətlərini  İcra  Şurasına,  yəni  BVF-də  maliyyə-iqtisadi,  operativ  və 

inzibati  məsələlərin,  o  cümlədən  üzv-dövlətlərə  kreditlərin  verilməsi,  onların 

valyuta siyasətinə nəzarət edilməsi üzrə işlərin aparılmasını Müdiriyyətə həvalə 

edir. 

BVF-in  İcra  Şurası  5  il  müddətinə  sərəncamçı-direktoru  seçir  və  o. 



Fondun 140-dan çox ölkədən olan 2700 nəfər əməkdaşına başçılıq edir. Direktor 

Avropa ölkələrindən birinin nümayəndəsi olmalıdır. 

Dünya  Bankından  (yoxsul  ölkələrə  yardım  edir)  fərqli  olaraq,  BVF-in 

fəaliyyəti nisbətən qısa  müddət davam  edən makroiqtisadi böhranlar üzərində 

cəmləşmişdir. Dünya Bankı kreditləri yalnız yoxsul ölkələrə, BVF isə kreditləri 

qısamüddətli  maliyyə  öhdəliklərinin  yerinə  yetirilməsi  ünün  xarici  valyutaya 

ehtiyacı olan istənilən üzv-dövlətə verir. 

BVF-in rəsmi məqsədləri bunlardır: 

 

valyuta-maliyyə sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək



 

istehsal  resurslarının  inkişafı,  məşğulluğun  və  üzv-dövlətin  real 



gəlirlərinin  yüksək  səviyyəsini  əldə  etmək  üçün  beynəlxalq  ticarətin 

genişləndirilməsinə və tarazlaşdırılmış inkişafına yardım göstərmək; 



577 


 

valyutaların  sabitliyini  təmin  etmək,  üzv-dövlətlər  arasında  valyuta 



sahəsində nizamlanmış münasibətləri saxlamaq və rəqabət üstünlüyünün əldə 

olunması məqsədilə valyutanın dəyərsizləşdirilməsinin qarşısını almaq; 

 

üzv-dövlətlər 



arasında 

çoxtərəfli 

hesablaşmalar 

sisteminin 

yaradılmasına,  habelə  məhdudiyyətlərin  aradan  qaldırılmasına  yardım 

göstənuək; 

 

onun  üçün  imkanlar  yaradan  üzv-ölkələrə  tədiyyə  balansmdakı 



tarazlığın  pozulmasının  aradan  qaldırılması  üçün  müvəqqəti  olaraq  xarici 

valyutada vəsaitlər vermək. 

BVF  valyuta  sahəsində  beynəlxalq  əməkdaşlıq  üzrə  aparıcı  beynəlxalq 

valyuta-maliyyə təşkilatıdır. Onun əsas məqsədi beynəlxalq valyuta sistemində, 

yəni  ölkələrə  (və  onların  vətəndaşlarına)  bir-birindən  malları  və  xidmətləri 

satın  almaq  imkanı  yaradan  mübadilə  məzənnələri  və  beynəlxalq  ödəmələr 

sistemində  sabitliyi  qoruyub  saxlamaqdır.  Bu,  dayanıqlı  iqtisadi  artımın  və 

əhalinin həyat səviyyəsinin təmin olunması üçün zəruridir. 

BVF-in üzv-dövlətlərinin hamısı özünün milli, regional və qlobal iqtisadi 

siyasətlərinin nəticələrinin müzakirəsi üçün forum kimi fəaliyyət göstərən İcra 

Şurasında  təmsil  olunmuşdur.  İllik  hesabatlarda  İcra  Şurasının  və  BVF-in 

rəhbərliyinin və heyətinin 1 maydan 30 aprelədək dövrü əhatə edən maliyyə ili 

ərzində fəaliyyəti işıqlandırılır. 

BVF-in fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar daxildir: 

 

üzv-dövlətə 



maliyyə  böhranının  qarşısını  almaqda 

yaxud 


tənzimlənməsində  kömək  edə  biləcək  siyasətin  həyata  keçirilməsi, 

makroiqtisadi  sabitliyə  nail  olunması,  iqtisadi  artımın  sürətləndirilməsi  və 

yoxsulluq səviyyəsinin endirilməsi tədbirlərinə dair məsləhətlərin verilməsi

 



tədiyyə  balansında  yaranan  problemlərin,  yəni  başqa  ölkələrə  olan 

ödəmələr  üzrə  borcunun  valyuta  gəlirlərindən  çox  olduğu  vəziyyətin 

nizamlanması  məqsədilə  üzv-dövlətə  müvəqqəti  maliyyələşmənin  təmin 

edilməsi; 

 

üzv-dövlətin  əsaslandırılmış  iqtisadi  siyasət  həyata  keçirməsi  üçün 



lazım olan biliklər bazasının və qurumların yaradılması məqsədilə, onun xahişi 

əsasında texniki yardım və kadr hazırlığında kömək göstərilməsi. 



Fondun  idarə  olunmasının  ümumi  strukturu.  BVF  üzv-dövlətlərin 

hökumətləri  qarşısında  hesabatlıdır.  BVF-in  təşkilati  strukturunun  zirvəsində 

187 üzv-dövlətin hərəsindən bir direktor və onun bir müavininin daxil edildiyi 

Direktorlar Şurası durur. Direktor üzv-dövlət tərəfindən təyin edilir və adətən 

maliyyə naziri yaxud Mərkəzi Bankın sədridir. BVF-in bütün səlahiyyətləri 

578 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə