Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə227/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   223   224   225   226   227   228   229   230   ...   306

Direktorlar Şurasına həvalə olunmuşdur və bunların bəziləri istisna edilməklə, 

onun tərəfindən İcra Şurasına verilə bilər. Direktorlar Şurasının iclasları adətən 

ildə bir dəfə, BVF və DB-nin İllik Yığıncağı zamanı keçirilir. 

BVF-in  gündəlik  işi  onun  mənzil-qərargahında,  üzv-dövlətlər  yaxud 

onların qrupları tərəfindən seçilmiş 24 icraçı direktor və İcra Şurası tərəfindən 

təyin  edilən,  onun  Sədri  olan  Sərəncamçı-direktor  tərəfindən  yerinə  yetirilir. 

Sərəncamçı-direktor  eyni  zamanda  BVF  heyətinin  rəhbəridir.  İcra  Şurasının 

iclasları adətən həftədə bir neçə dəfə keçirilir. 

Bütün  üzv-dövlətlərin  təmsil  olunduğu  iki  idarəedicilər  komitəsi  - 

Beynəlxalq  Valyuta-Maliyyə  Komitəsi  (International  Monetary  and  Financial 

Committee)  və  İnkişaf  üzrə  Komitə  (Joint  IMF  -  World  Bank  Development 

Committee)  mövcuddur.  BVMK  -  məşvərətçi  orqandır  və  hazırda  BVF-in  24 

direktorunun  təmsil  etdiyi  eyni  ölkədən  yaxud  ölkələr  qrupundan  olan  24 

direktordan (və ya onların müavinlərindən) ibarətdir. BVMK tövsiyələr verir və 

Direktorlar  Şurası  qarşısında  Fondun  rəhbərliyinə  nəzarət  və  beynəlxalq 

valyuta-maliyyə  sisteminin  uyğunlaşdırılınası  sahəsində  onun  vəzifələrinə  aid 

olan məsələlər üzrə hesabat verir. Adətən onun iclasları ildə iki dəfə, yaz və illik 

yığıncaqları vaxtı keçirilir. 

İnkişaf üzrə Komitə (rəsmi olaraq; Bankın və Fondun Real Resursların 

İnkişaf etməkdə olan ölkələrə Verilməsi üzrə İdarəedicilər Şuralarının Birləşmiş 

Nazirlər  Komitəsi)  Dünya  Bankı  ilə  BVF-in  müştərək  orqanıdır  və  onun 

tərkibinə  DB-nin  yaxud  BVF-in  24  direktoru  və  ya  onların  müavini  daxildir. 

Komitə BVF və DB-nin İdarəedicilər Şuralarına inkişafın ən mühüm məsələləri 

üzrə, habelə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın dəstəklənməsi üçün 

lazım olan maliyyə  resurslarına dair tövsiyələr verir. BVMK-də olduğu  kimi, 

onun iclasları da, adətən ildə iki dəfə keçirilir. 



Müstəqil  qiymətləndirmə  şöbəsi.  Müstəqil  Qiymətləndirmə  Şöbəsi 

(MQŞ) 2001-ci ildə BVF-də şəffaflığın və hesabatlığın təmin olunması, onun 

biliklərin toplanması ənənələrinin möhkəmləndirilməsi məqsədilə siyasətinin və 

fəaliyyətinin  müstəqil  və  obyektiv  tərzdə  qiymətləndirilməsi  üçün 

yaradılmışdır.  MQŞ-nin  işinin  əsas  metodu  Fondun  mandatına  uyğun  olan 

məsələlər:  BVF-in  siyasətinin  ümumi  tədbirlərinin  mütəmadi  qaydada 

qiymətləndirilməsi;  BVF-in  iqtisadi  siyasətə  dair  tövsiyələrinin  həm  nəzarət, 

həm  də BVF-in  resursları  ilə dəstəklənən proqramlar baxımından ölkələrarası 

müqayisəli təhlilinin aparılması; ölkələrdə yerinə yetirilmiş əməliyyatların 

579 



qiymətləndirilməsi  üzrə  müstəqil  təhlilin  həyata  keçirilməsidir.  MQŞ  öz 

səlahiyyətləri  çərçivəsində  Fondun  rəhbərliyindən  asılı  deyil  və  çıxardığı 

nəticələri təqdim etdiyi Fondun İcra Şurasından ayrıca fəaliyyət göstərir. 

BVF-in beynəlxalq ticarət siyasəti məsələlərinin həllinə cəlb olunmasının 

qiyıuətləndirilməsi  MQŞ  tərəfindən  2009-cu  maliyyə  ilinin  sonunda  başa 

çatdırılmış və 2009-cu ilin iyununda Şurada baxılmaq üçün qəbul edilmişdir. 

Şura  ilin  əvvəlində  BVF-in  idarə  olunmasının  MQŞ  tərəfindən 

qiymətləndirilməsinin  müzakirəsi  ilə  yanaşı,  onun  2008-ci  ilin  yanvarında 

BVF-in  resursları  ilə  dəstəklənən  proqramlarda  nəzərdə  tutulan  struktur 

dəyişikliklərinin  aparılması  tələblərinin  yerinə  yetirilməsinə  dair  rəhbərlik 

planına  da  baxmışdır.  Tövsiyələrin  yerinə  yetirilməsi  üzrə  rəhbərlik  planları 

MQŞ tərəfindən xarici qiymətləndirilmə keçirildikdən sonra yaradılan təməlin 

bir  hissəsidir  və  MQŞ-nin  Şura  tərəfindən  bəyənilən  tövsiyələrinin  yerinə 

yetirilməsi üzərində mütəmadi nəzarətin və monitorinqin aparılması məqsədi 

daşıyır. 

2009-


 

cu ilin yanvarında Şura MQŞ-nin 2008-ci il üzrə tövsiyələrin 

yerinə yetirilməsi barədə dövri Hesabatını müzakirə etdi. Müzakirə nəticəsində 

Şura MQŞ-nin tövsiyələrinin Fondun fəaliyyətinə güclü təsir göstərdiyi barədə 

qənaətə gəldi. Hesabatın nəticələri İcraçı direktorlar tərəfindən dəstəkləndi və 

növbəti  dövri  hesabatın  həyata  keçirilməsi  üçün  nəzarət  göstəriciləri  təsdiq 

edildi. 

2009-cu  maliyyə  ilinin  sonuna  MQŞ  qiymətləndirmə  üzrə  iki  hesabat 

hazırladı: «BVF-in üzv-dövlətlərlə qarşılıqlı münasibətləri» və «BVF-in elmi 

tədqiqatlar  proqramı».  Bunlarla  yanaşı,  qlobal  iqtisadi  və  maliyyə  böhranı 

ərəfəsində  Fondun  rolunun  qiymətləndirilməsi,  o  cümlədən  inkişaf  etmiş 

ölkələrə münasibətdə nəzarətin səmərəliliyi məsələləri: sistemli risklərin aşkar 

olunması 

(məsələn,  zəif  cəhətlərin  qiymətləndirilməsi);  çoxtərəfli 

məsləhətləşmələr və bazarları formalaşan bəzi ölkələrdə kapitalla əməliyyatlar 

və  maliyyə  sektoru  sahəsində  tövsiyələrə  münasibə-tin  öyrənilməsinə 

başlanılması bəyan edildi. MQŞ-in direktoru Tomas Beme 2009-cu il iyulunda 

tutduğu vəzifədən istefa vermək haqqında niyyətini bildirdikdən sonra gələcək 

mövzuların təklifi və seçimi yeni direktor təyin olunanadək təxirə salındı. 

MQŞ-nin  fəaliyyəti  və  hesabatları  barədə  əlavə  məlumatlar 

www.ieo- 

imf


 org saytında yerləşdirilmişdir. 

B VF-in audit mexanizmlərinə xarici auditor firması, daxili audit bölməsi 

580 


və bu iki strukturun işinə nəzarət edən Xarici Audit üzrə Komitə daxildir 

(XAK). 


İcra Şurası XAK ilə məsləhətləşməklə xarici auditor firmasım seçir və 

İcraçı Direktor tərəfindən təyin olunur. Firma hər il xarici audit yoxlamalarının 

aparılma-sına və BVF-in maliyyə hesabatlarının, V Maddənin 2 (b) bölməsinə 

və  heyətin  pensiya  təminatı  Planına  uyğun  olaraq  idarə  edilən  hesabların 

auditinin  yekunları  üzrə  hesabatların  təqdim  olunmasına  görə  cavabdehdir. 

Xarici auditor fınnası, adətən 5 il müddətinə təyin olunur. Hazırda BVF-in xarici 

auditoru  Deloitte&Touche  LLP  fınnasıdır.  Firma  30  aprel  2009-cu  ildə  başa 

çatmış  maliyyə ilində  BVF-in  maliyyə hesabatlarının auditinin nəticələri üzrə 

məruzəsini qeyd-şərtsiz təqdim etmişdir. 

Daxili  audit  Daxili  Təftiş  və  Nəzarət  İdarəsi  (DDTNİ)  tərəfindən, 

risklərin  idarə  olunması  proseslərinin  səmərəliliyinin,  BVF-in  fəaliyyətinə 

nəzarət və idarəçiliyin yoxlanılması məqsədilə müstəqil həyata keçirilir. DDTNİ 

Risklərin  İdarə  Olunması  üzrə  Məşvərət  Komitəsinin  (RİOMK)  katiblik 

funksiyalarını da yerinə yetirir. DDTNİ hər il təqribən 25 auditor yoxlaması və 

təftişi, 0 cümlədən maliyyə təftişləri, informasiya texnologiyalarının, əməliyyat 

mexanizmlərinin  və  səmərəlili-yin  yoxlanmasını  həyata  keçirir.  Maliyyə 

təftişləri  zamanı  nəzarət  mexanizmlərinin,  BVF-in  maliyyə  aktivlərinin  və 

hesablarının  qorunmasının  təmin  olunması  və  idarə  edilməsinin  adekvatlığı 

nəzərdən  keçirilir.  İnformasiya  texnologiyalannm  yoxlan-ması  aparılarkən 

informasiya  sistemlərinin  münasibliyi  və  informasiyanın  qorunması  səviyyəsi 

qiymətləndirilir.  Əməliyyat  mexanizmləri  və  onların  səmərəliliyi,  mövcud 

proseslər  və  bununla  bağlı  olan  nəzarət  mexanizmləri,  əməliyyatların 

səmərəliliyi  və  təsiri  onların  BVF-in  ümumi  məqsədlərinə  uyğunluğunu 

yoxlamaq üçün aparılır. DDTNİ-nin mütərəqqi təcrübəyə uyğun olaraq BVF və 

XAK  rəhbərliyi  qarşısında  hesabatlı  olması  onun  müstəqilliyini  təmin  edir. 

Bundan başqa, DDTNİ hər il İcra Şurasını öz iş proqramı, apardığı yoxlamalar 

və  təftişlər  nəticəsində  çıxardığı  nəticələr  və  verdiyi  tövsiyələr  barədə 

məlumatlandırır. 

XAK  İcra Şurası  tərəfindən seçilən və Sərəncamçı  Direktor tərəfindən 

təyin edilən 3 üzvdən ibarətdir. Fondun reqlamentinə uyğun olaraq, XAK illik 

auditor  yoxlamaları  üzərində  nəzarəti  həyata  keçirir.  Onun  səlahiyyətləri  İcra 

Komitəsi  tərəfindən  təsdiqlənir.  Komitənin  üzvləri  rotasiya  qaydasında  3  il 

müddətinə təyin olunur və Fonda tabe deyil. XAK üzvləri müxtəlif üzv- 

581 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə