Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə228/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   224   225   226   227   228   229   230   231   ...   306

dövlətlərin vətəndaşıdır, hər il keçirilən auditor yoxlamalarına nəzarəti həyata 

keçimıək üçün lazımi biliklərə və ixtisas dərəcəsinə malik olmalıdır. Bir qayda 

kimi,  XAK  üzvlərinin  beynəlxalq  mühasibat-auditor  firmalarında,  dövlət 

qulluğunda və ya elmi idarələrdə iş təcrübəsi olmalıdır. 

XAK öz üzvləri arasından sədr seçir, işinin qaydasını müəyyənləşdirir və 

illik  auditin  keçirilməsinə  nəzarət  etmək  məsələlərində  BVF  rəhbərliyindən 

asılı deyil. Adətən, XAK öz yığıncaqlarını Vaşinqtonda (ABŞ), ildə 3 dəfə  - 

audit  keçirildikdən  sonra  yanvarda  və  iyunda  və  İcra  Şurasına  Hesabatın 

təqdim olunması üçün iyulda - keçirir. BVF heyəti və xarici auditorlar XAK 

üzvləri ilə il ərzində məsləhətləşmələr aparır. İllik yoxlama keçirildikdən sonra 

XAK auditin nəticələri barədə İcra Şurasına qısa məlumat verir, xarici auditor 

fınnasınm  hesabatını  Sərəncamçı  Direktor  və  İcra  Şurası  vasitəsilə 

İdarəedicilər Şurasının baxılmasına təqdim edir. 

BVF-in əsas funksiyaları bunlardır: 

 



fondun 

üzv-dövlətlərinin 

pul  siyasəti  sahəsində  beynəlxalq 

əməkdaşlığının dəstəklənməsi

 

dünya ticarətinin inkişafının dəstəklənməsi; 



 

dondun üzv-dövlətlərinin kreditləşdirilməsi; 



 

fondun  üzv-dövlətlərinin  pul  mübadiləsi  məzənnələrinin  sabitləş- 



dirilməsi; 

 



fondun debitorları olan ölkələrə məsləhətlərin verilməsi. 

Fondun  nizamnamə  kapitalı  üzv-dövlətlərin  üzvlük  haqlan  hesabına 

formalaşır.  Adətən  Fondun  hər  bir  üzvü  öz  kvotasının  25%-ni  XBH  yaxud 

başqa üzv-dövlətin valyutasında, qalan 75%-i isə öz milli valyutasında ödəyir. 

BVF-in  rəhbər  orqan-larmda  səslər  üzv-dövlətlərin  kvotalarının  həcminə 

əsasən  bölünür.  Qeyd  etdiyimiz  kimi.  Fondun  yenidən  təşkili  ilə  əlaqədar 

olaraq,  kvotalara  yenidən  baxılacaq,  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatlı  ölkələrin  kvotası  5%  artırılacaq,  buna  müvafiq  olaraq,  bir  sıra 

inkişaf etmiş ölkələrin kvotası isə azaldılacaq. 

BVF-də səslərin «orta çəki» prinsipi qüvvədədir: üzv-dövlətlərin Fondun 

fəaliyyətinə  səsvermə  vasitəsilə  təsir  göstərmək  imkanı  onların  kapitaldakı 

payı  əsasında  müəyyənləşdirilir.  Hər  bir  dövlət  kapitala  ödədiyi  üzvlük 

haqqının məbləğindən asılı olmayaraq 250 «baza» səsinə malikdir və bundan 

əlavə, ödənişin hər 100 min XBH-ə görə bir əlavə səs qazanır. Bu qayda aparıcı 

dövlətlərə həlledici səs çoxluğu təmin edir. Qeyd etdiyimiz kimi, həmin 

582 



qaydaya dəyişiklik ediləcəkdir. 

İdarəedicilər  Şurasında  qərarlar,  adətən  sadə  səs  çoxluğu  ilə  (səslərin 

yarısından az olmayaraq), operativ yaxud strateji əhəmiyyət kəsb edən mühüm 

məsələlər üzrə isə «xüsusi çoxluqla» (üzv-dövlətlərin səslərinin müvafiq olaraq 

70 yaxud 85%-i) qəbul olunur. 

BVF-in təşkilati strukturunda Beynəlxalq Valyuta və Maliyyə Komitəsi 

(BVMK)  əhəmiyyətli  rol  oynayır.  Onun  sələfi  Beynəlxalq  Valyuta  Sistemi 

Məsələləri  üzrə  Müvəqqəti  Komitə  olmuşdur.  Komitə  BVF-in  24 

direktorundan  (o  cümlədən  Rusiyadan  olan)  ibarətdir  və  ildə  2  dəfə  öz 

sessiyalarına toplanır. Bu Komitə Direktorlar Şurasının məşvərət orqanıdır və 

direktiv qərarlar qəbul etmək hüququna malik deyil. Buna baxmayaraq, mühüm 

funksiyalar  yerinə  yetirir;  İcra  Şurasının  fəaliyyətini  istiqamətləndirir;  dünya 

valyuta  sisteminin  və  BVF-in  fəaliyyətinə  dair  strateji  qərarları  işləyib 

hazırlayır;  Direktorlar  Şurasına  BVF-in  Müqavilələrinin  maddələrinə 

dəyişikliklər  edilməsi  barədə  təkliflər  verir.  İnkişaf  üzrə  Komitə  -  BVF  və 

DB-nin Direktorlar Şuralarının Birləşmiş Nazirlər Komitəsi (Joint IMF - World 

Bank Development Committee) də buna bənzər rol oynayır. 

BYİB  və  BHB  borclu  ölkələrin  dövlət  tənzimlənməsi  proqramlarına 

maliyyə yardımı göstərmək, özəl və dövlət kredit əməliyyatları üçün katalizator 

kimi təsir etmək imkanı verən mövqe tutduğu üçün Beynəlxalq Valyuta Fondu 

onlarla  sıx  əməkdaşlıq  edərək,  bir  sıra  «xilasedici»  müqavilələrin 

bağlanmasında həlledici rol oynamışdır. 

Kreditlərin  verilməsinin  çoxsaylı  qaydaları  {tranşlar  siyasəti  kimi 

məlumdur) BVF üzvlərinin onun ümumi resurslarından istifadə etmək imkanını 

nəzarətə  götürür.  Ümumilikdə,  qaydalar  üzv-dövlətlərin  xarici  valyuta 

almasını,  onların  BVF-də  olan  kvotasını  tam  bölünə  bilən  müəyyən  hədlə 

məhdudlaşdırır,  lakin  bu  kəmiyyət  bütün  mövcud  imkanlardan  istifadə  edə 

bilən  ölkələr  üçün  440%-dən  çox  olmamalıdır.  Bu  imkanlar  tədiyyə  balansı, 

iqtisadi artım, iş yerlərinin yaradılması, maliyyə sabitliyi, struktur islahatları, 

ödəmələr və ticarət məhdudiyyətləri siyasəti üzrə BVF-in irəli sürdüyü şərtlərə 

əməl edən ölkələrə verilir. Borcalanın qəbul etməli olduğu şərtlər  kreditlərin 

şərtlənməsi  adlanır.  Adi  ehtiyat  yaxud  qarantiyalı  kreditlərdən  başqa,  BVF 

tərəfindən  üzv  dövlətlərin  tədiyyə  balansının  struktur  çətinliklərinin  aradan 

qaldırılmasına  və  struktur  islahatlarını  həyata  keçirməsinə  imkan  yaratmaq 

üçün ixracdakı müvəqqəti tərəddüdlərin maliyyələşdirilməsi, xarici valyuta 



583 


ehtiyatlarının  kreditləşdirilməsi,  ortamüddətli  kreditlərin  4  ilədək  prolon- 

qasiyası 

(vaxtının 

uzadılması) 

üzrə 

kompensasiya 



sxemi 

müəyyənləşdirilmişdir. (Son 2 xidmət gəlirləri aşağı olan ölkələrə iqtisadi artım 

imkanlarını yaxşılaşdırmaqda yardım məqsədi daşıyır). 

1960-cı  illərin  əvvəlində  qızıl  hasilatının  qeyri-adekvat  həcmdə 

çoxalması  ilə  bağlı  olaraq,  beynəlxalq  likvidliyin  artırılması  barədə 

müzakirələr  başlandı.  1967-ci  ildə  BVF-in  Rio-de-Janeyroda  keçirilən 

iclasında  ilk  dəfə  olaraq  XBH-dən  istifadə-nin  sxemi  təklif  olunmuşdu. 

1969-cu ildə BVF üzvləri Fondun Əsasnaməsinin müvafiq maddəsinə XBH ilə 

işləməyə  icazə  verən  düzəlişlər  edilməsinə  razılıq  verdilər.  Onun  birinci 

buraxılışı 1970- ci ildə, növbəti buraxılışları isə 1970-1990-cı illərdə baş verdi. 

1976-cı 

ilin  mayında  Kinqstonda  (Yamayka)  Yamayka  Sazişinin 

bağlanmasından  sonra  BVF-in  Nizamnaməsində  əsaslı  dəyişikliklər  aparıldı. 

Saziş  qızılın  beynəlxalq  valyuta  sistemindəki  əhəmiyyətini  azaltdı,  üzən 

valyuta məzənnələri sistemini bəyəndi, XBH-nin qiymətləndirilməsi və istifadə 

olunmasının  mümkün  sahələrinə  yenidən  baxdı,  BVF-in  qızıl  ehtiyatlarının 

inkişaf  etməkdə  olan  üzv-  dövlətlərə  yardım  göstərilməsi  üçün  satılmasına 

icazə verdi. Kreditlərin verilmə-sindən başqa, BVF-in mühüm vəzifələrindən 

biri 

üzv-dövlətlərin 



makroiqtisadi  siyasətinin  istiqamətlərini  dünya 

səviyyəsində  saxlamaq  üçün  valyuta  məzənnələri  sahəsində  siyasətə  nəzarət 

etməkdir.  Bu  nəzarət  üzv-  dövlətlərin  ildə  bir  dəfə  yaxud  iki  ildə  bir  dəfə 

toplantılarının keçirilməsi ilə həyata keçirilir. 

BVF-in  əsas  vəzifəsi  beynəlxalq  pul-kredit  və  maliyyə  sistemlərinin  - 

beynəlxalq ticarətin aparılması mümkün olmayan beynəlxalq hesablaşmalar və 

mübadilə  məzənnələri  sistemlərinin  sabitliyini  təmin  etməkdir.  BVF-in 

fəaliyyəti  iqtisadi  sabitliyə,  iqtisadi  böhranların  qarşısının  alınmasına  və  baş 

verdiyi  hallarda  nəticələrinin  aradan  qaldırılmasına  imkan  yaratmalıdır.  Bu 

fəaliyyət  iqtisadi  artımın  stimullaşdırılmasına  və  yoxsulluğun  azaldılmasına 

yönəlmişdir.  Həmin  məqsədlərə  çatmaq  üçün  Fond  3  əsas  funksiyanı  yerinə 

yetirir: maliyyə sahəsində qlobal nəzarət, ölkələrə texniki yardım göstərilməsi, 

hökumətlərin sabitləşdirmə proqramlarının kreditləşdirilməsi. 

Nəzarət  funksiyası, ilk növbədə, iqtisadi siyasət məsələləri üzrə dialoq 

rejimində aparılan mütəmadi məsləhətləşmələr vasitəsilə yerinə yetirilir. Fond 

ildə  bir  dəfə  üzv-dövlətlərin  hər  birində  iqtisadi  vəziyyəti  təfsilatı  ilə 

qiymətləndirir. Buna müvafiq olaraq, ölkələrin rəhbərliyi ilə məsləhətləşmələr 



584 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə