Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə229/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   225   226   227   228   229   230   231   232   ...   306

aparılır  və  milli  valyutanın  mübadilə  məzənnəsinin  sabitləşməsinə,  iqtisadi 

artıma  şərait  yaradan  proqramlar  müzakirə  olunur.  Fərdi  məsləhətləşmələr 

zamanı əldə olunan məlumatlar ümumiləşdirilir, dünya və regional inkişaf və 

proqnozlar haqqında Hesabata daxil edilir. Yekun göstəricilər ildə 2 dəfə dünya 

iqtisadiyyatının  icmalında  və  dünyada  maliyyə  sabitliyi  haqqında  Hesabatda 

dərc olunur. 

BVF-in  texniki  yardımı  və  müxtəlif  treninqlər  ölkələrin  səmərəli 

maliyyə-kredit  siyasəti  hazırlaması  və  həyata  keçinnəsi  imkanlarını 

genişləndinnək  məqsədi  ilə  əsasən  vəsaitləri  geri  qaytarılmaması  qaydasında 

göstərilir. Bu yardım bir neçə istiqamət üzrə, o cümlədən vergi və pul-kredit 

siyasəti, valyuta siyasəti, bank və maliyyə sistemlərində tənzimləmə və nəzarət, 

habelə  milli  statistikanın  indikatorlarının  beynəlxalq  standartlara  yaxınlaş- 

dırılması istiqamətində göstərilir. 

BVF  üzvü  olan  dövlət  tədiyyə  balansının  maliyyələşdirməkdə  çətinlik 

çəkdikdə, Fond güzəştli şərtlərlə kredit ayırmaqla yardım edir. Ölkələrə tədiyyə 

balansının problemlərini aradan qaldınnağa imkan verən  maliyyə  yardımı da 

buna yönəlmişdir. BVF tərəfindən maliyyələşdirilən müvafiq proqramlar milli 

hökumətlər  tərəfindən  Fondla  sıx  əməkdaşlıq  şəraitində  hazırlanır;  Fond 

tərəfindən  sonrakı  maliyyə  yardımlarının  göstərilməsi  isə  ölkənin  işlənib 

hazırlanan proqramı necə yerinə yetinnəsindən asılıdır. 

BVF  həm  təkbaşına,  həm  də  Dünya  Bankı  və  başqa  beynəlxalq 

təşkilatlarla birlikdə yoxsulluğun aradan qaldırılmasına (inkişaf etməkdə olan 

ölkələrdə)  istiqamətlənmiş  tədbirləri  həyata  keçirir.  Güzəştli  kreditlərin 

verilməsi  yolu  ilə  maliyyə  yardımı  Yoxsulluğun  Azaldılması  və  Artımın 

Stimullaşdırılması Proqramı (PRGF - Poverty Reduction and Grown Facility), 

habelə  Xarici  Borcu  Yüksək  Olan  Yoxsul  Ölkələrin  Borc  Yükünün 

Azaldılması  Proqramı  (Heavy  Indepted  Poor  Countries;  HIPC  Initiative) 

vasitəsi ilə göstərilir. Gəlirləri aşağı olan ölkələrin əksə-riyyətində bu yardım 

yoxsulluğun azaldılması strategiyası üzrə sənədlər (PRSP - Poverty Reduction 

Strategy  Parers)  əsasında  göstərilir.  Hökumətlər  tərəfindən  hazır-lanan 

(ictimaiyyət nümayəndələri və xarici tərəfdaşlarla məsləhətləşmələrdən sonra) 

bu  sənədlər  ölkələrdə  iqtisadi  artımın  və  yoxsulluğun  azaldılmasının 

stimul-laşdırılmasma  istiqamətlənmiş  iqtisadi,  struktur  və  sosial  siyasətlərin 

əsasında durur. 

BVF  dünya  maliyyə  sisteminin  tənzimlənməsində  səmərəliliyinin 

zəifliyini nümayiş etdirmişdir, onun siyasəti isə bir çox təhlilçilərin və dövlət 



585 


xadimlərinin  fikrincə,  2008-2010-cu  illərin  qlobal  böhranının  xüsusilə  ağır 

fonuada keçməsinə səbəb olmuşdur. Buna görə də BVF son dövrlərdə əsaslı 

tənqidlərə məruz qalır, onun yenidən təşkilinin müxtəlif yolları və beynəlxalq 

maliyyə  sistemi  subyektlərinin  fəaliyyəti  üzərində  nəzarətin  gücləndirilməsi 

təklif olunur. Görünür ki, qarşısıalınmaz, nəzarətsiz radikal liberallaşma dövrü 

arxada  qalmışdır.  Son  dövrdə  BVF-in,  Vaşinqtonun  və  onların  avropalı 

müttəfiqlərinin qlobal böhrandan qorxuya düşmüş və daha böyük faciələrin baş 

verəcəyini güman edən liderlərinin hələ 2008-ci ildə zəruri hesab olunan dərin 

islahatlar çərçivəsində etdiyi bəzi güzəştlər bunu söyləməyə əsas verir. 

BVF-in yeni nəzarət funksiyaları. 2010-cu ilin sentyabrında BVF G-20- 

nin qərarlarına uyğun olaraq, hər il 25 aparıcı ölkənin (o cümlədən Rusiyanın) 

milli  maliyyə  sisteminin  dayanıqlığını  yoxlamağa  başladığını  bəyan  etdi.  Bu 

cür  testin  metodikası  hələ  müəyyənləşdirilməsə  də,  bura  iri  milli  bankların, 

dövlət  büdcəsinin  stress-testlərinin  keçirilməsinin,  maliyyə  nəzarətinin 

keyfiyyətinin  və  bir  sıra  başqa  mövqelərin  beynəlxalq  normalara  və 

standartlara cavab verməsi baxımından yoxlanılmasının daxil ediləcəyi bəllidir. 

BVF-in  ekspertlərinin  sözlərinə  görə,  maliyyə  qurumları  kafılik  və  risk 

səviyyələri üzrə qiymətləndiriləeək, suveren risklər isə dövlət borcunun həcmi 

(ÜDM-ə  nisbətdə),  dövlət  büdcəsinin  kəsirinin  məbləği,  ticarət  balansının 

saldosu və başqa indikatorlar əsasında təhlil olunacaq. 

Aydındır ki, bu yenilik yaxın dövrdə (böhran başlayanadək) beynəlxalq 

təşkilatlar  və  təhlilçilərin  ümumdünyadünya  maliyyə  təhlükəsizliyinin 

müəyyən  sisteminin  BVF-in  fəaliyyət  çərçivəsindən  kənarda  yaradılmasının 

zəruriliyi  haqqında  ideyasından  qaynaqlanır.  Bu  ideya  son  illərdə  keçirilən 

sammitlərdə aparıcı dövlətlərin liderləri tərəfindən dəfələrlə təqdir olunmuşdur. 

Amma  BVF-in  bu  cür  fəaliyyətdə  iştirakının  konstruktiv  xarakterdə  olacağı 

aşkar  bir  fakt  səbəbindən  şübhəlidir:  onun  çoxsaylı  təhlilçi  aparatı  və  illik 

hesabatların  hazırlanması  üçün  cəlb  etdiyi  ekspertlər  Hayek-Fridmanm 

libertarian  ideyaları  əsasında  son  dərəcə  siyasiləşmiş,  doqmatik  ruhlu 

nümayəndələrdir.  Bu  ideyalar  isə,  tamamilə  düzgün  olaraq,  qlobal  böhranın 

səbəblərindən biri kimi qiymətləndirilir. Buna görə də BVF-in öneül vəzifəsi - 

təhlilçilərin və ekspertlərin yeni tərkibini formalaşdırmaqdır. Əks halda, baha 

başa  gələn  bu  təşkilatın  dünya  maliyyəsini  sağlamlaşdınuaq  üzrə  son  dərəcə 

mürəkkəb  məsələlərin  həllində  heç  bir  faydası  olmayaeaq.  Məsələn,  bütün 

əlamətlər fəlakətli böhranın yaxınlaşmasını göstərdiyinə, bir sıra iqtisadçıların 



586 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə