Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə23/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   19   20   21   22   23   24   25   26   ...   306

mənada çıxarılmalı olan ümumi nəticə bundadır ki, bazar və dövlət həmişə və hər 

yerdə  bir-birini  tamamlayır,  zəruridir,  antaqonist  və  məhsuldardır.  Kapitalizm 

bir  sistem  kimi,  dövlət  tərəfindən  düşünülmüş  tənzimləmə  şəraitində  ən  yaxşı 

nəticələr  verir  və  Amerika  kapitalizmi  buradan  istisna  deyil.  Dövlət  və  bazar 

arasında dəqiq balans yaradılması siyasi məsələdir və hər bir ölkə bunu özü həll 

etməlidir. Lakin belə balansın zəmri olması fikri ilə dövlətlərin əksəriyyəti, hətta 

ABŞ razılaşır. 



2.7.

 

Səmərəli inkişaf və idarəetmə doktrinası: 

yeni təsisatlar 

UNCTAD -m bir çox hesabatlarında (2008-2010-cu illər) və son dövrün 

başqa  beynəlxalq  tədqiqatlarında  dövlətin  maliyyə-iqtisadi  və  kredit-büdcə 

siyasətinin əhəmiyyətli dərəcədə yenidən baxılması ideyaları ilə bağlı məsələlər 

nəzərdən  keçirilir.  Bu,  «yeni  kensçiliyin»  yaxud  «keynsçiliyə  qayıdışın» 

müəyyən  dərəcədə  əsaslandırılmasıdır.  Əsas  dəlil  bundan  ibarətdir  ki,  qlobal 

böhranın  nəticələri  dalğasında  bütün:  həm  inkişaf  etmiş,  həm  inkişaf  etməkdə 

olan,  həm  də  keçid  iqtisadiyyatlı  ölkələrdə  «dövlətin  rolu,  prinsipcə,  yenidən 

nəzərdən keçirilməlidir»'. 

Müasir dövrdə XXI əsrdə qarşılıqlı asılılığı olan dünya qarşısında duran 

çağırışlara uyğunlaşmış inkişaf dövləti tələb edilir. Bu dövlət problemlərin həll 

olunmasına  aşağıdan  gələn  təşəbbüslər  əsasında,  maraqlı  tərəflərin  və 

vətəndaşların  iştirakını  təmin  etməklə  yanaşmalı,  demokratik  praktikanın 

mikro-əsaslarını fonnalaşdırmalı və yenidən qunnalı, buna istiqamətlənmiş yerli 

qüvvələri  cəmiyyətin xidmətinə cəlb etməyə çalışmalıdır. O, həmçinin, qarışıq 

iqtisadiyyat  çərçivəsində  özəl  sahibkarlıq  təşəbbüsünün  fəallaşdırılması  üçün 

inkişaf 

prosesinin 

idarə 

olunmasının 



çoxsaylı 

modellərindən 

və 

mexanizmlərindən  istifadə  etməlidir.  Lakin  hazırda  bir  çox  ölkələrdə  səmərəli 



idarəetməyə yönəlmiş institusional islahatlar səmərəli idarəetmə konsepsiyasının 

çox dar mənada başa düşülməsi əsasında təbliğ olunur və həyata keçirilir. Həmin 

konsepsiya bu cür dar mənada təfsir olunarkən, inkişafın ölçülməsi özünə layiq 

yer  tutmur.  Bu  cür  anlamanın  mənbəyi  «yaxşı»  və  «pis»  dövlət  sistemləri 

arasında məşhur dixotomiyadadır. Belə halda səmərəli idarəetmə 

^ ЮНКТАД. Наименее развитые  страны. Государство и управление процессом развития. Обзор, 

представленный Генеральным секретарем ЮНКТАД, 2009. С. 9. 

63 



sisteminin  formal  tipi  qeyri-fomıal,  şəxslə  əlaqələndirilmiş  «pis  idarəetmə» 

sistemi  ilə  qarşı-qarşıya  qoyulur.  İdarəetmə  sisteminin  hər  iki  tipi  konkret 

ölkələrin  reallıqlarından  müeərrədləşdirilmiş  «ideal  tiplərdir»;  stereotip 

təsəvvürlərə  görə,  idarəetmənin  «yaxşı  sistemləri»  inkişaf  etmiş  ölkələr,  pis 

sistemlər isə yoxsul və keçid iqtisadi}^atlı ölkələr üçün səciyyəvidir. İslahatların 

həyata  keçirilməsi  proqramlarına  səmərəli  idarəetmə  mövqelərindən  yanaşma 

göstərir ki, onların həddən artıq iddialı olması islahatların yenidən başlanılmasma 

gətirib  çıxara  və  bununla  da  ölkələrin  imkanlarını  məhdudlaşdıra  bilər.  Son 

nəticədə belə bur sual yaranır: inkişaf etmiş ölkələrdəki idarəetmə qurumlarının 

yoxsul, çox da böyük maliyyə imkanları olmayan ölkələrə köçürülməsi mümkün 

və arzuolunandınm? Bu zaman əksər hallarda yoxsul ölkələrdə qüsurlu idarəetmə 

sistemi  mövcuddur,  hakimiyyət  iqtisadi  siyasətin  həyati  əhəmiyyət  kəsb  edən 

mühüm məsələləri üzrə əsaslandırılmamış qərarlar qəbul edir. Belə bir məqam 

tamamilə aydındır ki, inkişaf etmiş dövlətlərdə pozitiv nəticə verən təsisatların 

yoxsul  yaxud keçid  iqtisadiyyatlı  ölkələrə köçürülməsi  düzgün deyil;  buradakı 

şərait başqa olduğuna görə, onlar lazımi pozitiv nəticə verə bilməz. UNCTAD 

-m  Hesabatmdakı  bəzi  nəticələrə  görə,  Asiya  və  Latın  Amerikasının  sürətlə 

inkişaf edən ölkələrinin təcrübəsi və Rusiyadakı uğursuzluqlar bunu sübut edir. 

2.8.

 

İnkişaf prosesinin idarə olunmasının 

təmin edilməsi proqramı 

UNCTAD-m  Hesabatında  təsdiqlənir  ki,  indi  ümumi  vəzifə  institusional 

islahatlar  çərçivəsindən  çıxıb  inkişaf  prosesinin  səmərəli  idarə  olunması 

məsələlərinin  həllinə  keçməkdir.  İnkişaf  prosesinin  idarə  olunmasının  (inkişaf 

mövqeyindən  idarəetmənin)  məqsədi  iqtisadi  inkişafı  stimullaşdırmaq,  o 

cümlədən struktur islahatlarını sürətləndinnək üçün dövlətin nüfuzundan istifadə 

sayəsində cəmiyyət üzvlərinə daha yaxşı gələcək təmin etməkdir. Ümumi planda 

bu  cür  idarəetmə  hökumət,  dövlətin  rəsmi  təsisatları,  o  cümlədən  icra  və 

qanunvericilik hakimiyyəti, bürokratiya, məhkəmə hakimiyyəti və polis orqanları 

ilə cəmiyyət arasında qarşılıqlı əlaqələr prosesindən ibarətdir. 

İnkişaf  prosesinin  idarə  edilməsi  inkişaf  sahəsində  ümummilli 

problemlərin həllinə, milli inkişafın ümumi məqsədlərinə nail olunması vasitəsilə 

cəmiyyət üçün yeni imkanların yaradılmasına yönəldilmiş 

64 



idarəçilikdir.  Burada,  sadəcə  olaraq,  müvafiq  təsisatların  təşkili  yox,  onların 

işlənib hazırlandığı və yaradıldığı çərçivə daxilində siyasət və proseslər nəzərdə 

tutulur. Təsisatların seçilməsi həyata keçirilən siyasətdən ayrılmazdır. Beləliklə, 

inkişaf prosesinin idarə olunması, milli inkişafın məqsədyönlü həvəsləndirilməsi 

və  təmin  edilməsi,  onun  məsrəflərinin  və  xeyrinin  düşünülmüş  şəkildə 

bölüşdürülməsi  ilə  bağlı  olan  texnologiyaların,  siyasətin  və  təsisatların 

məsələsidir.  İcra  hakimiyyətinin  resursların  bölgüsünü  qəsb  etmək  hüququ 

yoxdur, bu başlıca məsələ cəmiyyətin nəzarəti altında olmalıdır. 

1960-1970-ci  illərdə  inkişafın  planlaşdırılması  çox  geniş  yayılmışdı. 

Bundan savayı, beynəlxalq maliyyə qurumları və donorlar da çox zaman ölkələrə 

planlaşdırma ilə məşğul  olmağı  tövsiyə edirdi. 1980-ci  illərdə inkişaf etməkdə 

olan  ölkələr  borc  böhranının,  habelə,  dövlətin  «məkrli»  rolu  barədə  ehkamçı 

təsəvvürlərin (SSRİ-nin süqutundan sonra) təsiri altında struktur yenidənqurması 

və  özəlləşdirmə  proqramları  qəbul  etdi;  planlaşdırma  tamamilə  dayandırıldı, 

bununla bağlı olan qurumlar dağıdıldı və inkişafın stimullaş- dırılması siyasəti 

həyata keçirilməyə başlandı. Bu ölkələrin (Çin və qismən Hindistanla Braziliya 

istisna  edilməklə)  iqtisadi  həyatında  dövlətin  rolu  kəskin  surətdə  aşağı  düşdü, 

sabitləşməyə,  özəlləşdirməyə,  liberallaşmaya  və  tənzimləmədən  imtinaya 

yönəlmiş «islahat proqramlarında» təcəssüm olunan «iqtisadiyyata qarışmama» 

prinsipləri  rəhbər  götürüldü.  Həmin  illərdə  keçid  iqtisadiyyatlı  ölkələrin  bir 

çoxunda bəzi sahələrə yaxud şirkətlərin işinə yüksək səvi)^ədə inzibati müdaxilə 

şəraitində  iqtisadi  idarəetmənin  rasional  sistemi  sındırıldı.  Bunun  nəticəsi  isə 

strukturlarda  tarazlığın  pozulması,  qeyri-sabitliyin  kəskin  güclənməsi,  hazır 

məhsul  istehsal  edən  sahələrin  «çökməsi»  oldu;  bu  proses  maddi  sektorun 

böhranlı  həcmədək  kiçildiyi,  hazır  məhsulların  idxalı  ilə  əlaqədar  ticari  kəsiri 

yaranan ABŞ iqtisadiyyatına da sirayət etdi. 

UNCTAD-m  Hesabatında  inkişaf  prosesinin  idarə  olunması  lehinə  çıxış 

edən  müəlliflər  inkişafın  planlaşdırılmasmm  «köhnə  üslubuna»  qayıdılmasım 

müdafiə  etmirlər.  Onlar,  həmçinin,  1960-1970-ci  illərdəki  inkişaf  dövləti 

modelinə  dönməyə  də  səsləmirlər.  Müəlliflər  buna  istinad  edirlər  ki,  ötən 

dövrlərdə  inkişaf  dövlətinin  hərəkətlərində  həm  müvəffəqiyyətlər,  həm  də 

uğursuzluqlar olmuşdur. Onlar təsdiq edir ki, daha dövlətin fəal iqtisadi roluna 

etinasızlıqla yanaşıb, bütövlüklə bazara etibar etmək olmaz, indi dövlətin iştirakı 

olmadan  bazar  «avtomatik  tənzimləyici»  rolunu  oynaya  bilməz.  Hesabatda 

göstərilir ki, yaxın keçmişdə öz inkişafında və XXI əsrin 



65 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə