Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə231/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   227   228   229   230   231   232   233   234   ...   306

kapitalı,  bölüşdürülməmiş  mənfəət,  habelə  bankın  varlı  üzvlərinin  ödədiyi 

haqlardır.  Maliyyənin  ehtiyatla  idarə  olunması  zəmanət  verilmiş  kapitaldan 

borclar  yaxud  inzibati  xərclər  üçün  istifadənin  qadağan  edilməsində  öz 

ifadəsini  tapır.  Geri  qaytarılmamış  borcların  ümumi  məbləği,  ödənil-miş  və 

ödənilməmiş abunə kapitalının, bölüşdürülməmiş mənfəətin və aktiv saldonun 

ümumi  məbləğindən  çox  olmamalıdır  (kommersiya  bankları,  adətən  öz 

kapitalından  dəfələrlə  artıq  olan  kapitalla  riskə  gedir).  Bank  apardığı 

əməliyyatlar üzrə risklərin minimuma endirilməsi üçün başqa tədbirlərdən də 

istifadə  edir.  Üzv-dövlətlərə  borc-ları  onların  hökumətlərinin  zəmanəti  ilə 

verir. Borcun geri qaytarılması, adətən 5 illik güzəştli müddətlə 10-15 il təşkil 

edir. BYİB-in faiz dərəcələri hər 6 aydan bir dəyişir və adətən 7%-dir. Borc 

almaq  hüququna  yalnız  əhalinin  hər  nəfərinə  düşən  gəliri  ən  azı  5055  ABŞ 

dolları olan ölkələr malikdir. Varlı ölkələrin, o cümlədən yuxarıda göstərilmiş 

ən iri 5 səhmdarın borc almaq hüququ yoxdur. 



Bankın rəhbərliyi. BYİB-in ali idarəetmə orqanı İdarəedicilər Şurasıdır. 

Şuraya bankın üzvü olan hər dövlətdən bir idarəçi və onun bir müavini daxildir. 

Banka  yeni  üzvlərin  qəbul  olunması  və  üzvlüyün  dayandırılması,  səhmdar 

kapitalının  artırılması,  mənfəətin  bölgüsü  və  başqa  beynəlxalq  təşkilatlarla 

müqavilələrin  bağlanması  İdarəedicilər  Şurasının  müstəsna  səlahiyyətidir. 

Adətən idarəedici vəzifəsinə BYİB üzv-dövlətlərinin maliyyə nazirləri və ya 

mərkəzi banklarının rəhbərləri təyin olunur. İdarəedicilər Şurası ildə bir dəfə, 

payızda BVF ilə birgə yığıncağını keçirir. 



İcraçı Direktorlar Şurası Dünya Bankının prezidentini təyin edir. Həmin 

şəxs  idarəçi,  icraçı  direktor  yaxud  onların  müavinləri  vəzifəsini  eyni  vaxtda 

yerinə yetirə bilməz. Prezident İcraçı Direktorlar Şurasının iclaslarında sədrlik 

edir, amma səslərin tam yarı bölündüyü hallar istisna edilməklə, səs hüququna 

malik deyil. 

Bankın Prezidentinin səlahiyyətləri çox genişdir. O, vəzifəli şəxslərin və 

işçi heyətin işə qəbul olunmasına və azad edilməsinə, işin təşkilinə və struktur 

islahat-larma  görə məsuldur. Bundan başqa,  İcraçı  Direktorlar Şurası  şərtləri 

və  məbləği  yalnız  prezident  tərəfindən  bəyənilmiş  borcları  təsdiq  edə  bilər. 

Bretton-Vuds  qurum-ları  yaradılarkən  əldə  olunmuş  qeyri-rəsmi  razılaşmaya 

görə, BYİB-in Prezidenti amerikalı, BVF-in Sərəncamçı Direktoru isə avropalı 

olmalıdır.  Ənənəyə  görə,  bankın  prezidentinin  namizədliyini  ABŞ-dan  olan 

icraçı direktor müəyyənləşdirir. 



590 


Bankın Parisdə, Brüsseldə, Londonda və Tokioda 4 xarici ofisi, habelə 

bütün borcalan ölkələrdə daimi nümayəndəlikləri vardır. XXI əsrin əvvəlində 

bankın Vaşinqton ofisinin 9 mindən çox işçisi vardı. 

Dünya Bankı «Yeni minillikdə inkişafın məqsədləri (2005-2015-ci illər)» 

adlı  onillik  fəaliyyət  proqramını  hazırlamışdır.  Bu  proqrama  aşağıdakı 

vəzifələr daxil edilmişdir: 

 

yoxsulluğun və aclığın aradan qaldırılması; 



 

ümumi ibtidai təhsilin təmin olunması; 



 

kişi  və  qadınların  bərabərliyinin  dəstəklənməsi,  qadınların 



hüquqlarının və imkanlarının genişləndirilməsi

 



uşaq ölümünün azaldılması; 

 



analığın mühafizəsinin yaxşılaşdırılması; 

 



İİV/QİÇS, malyariya və başqa xəstəliklərlə mübarizə aparılması; 

 



ətraf mühitin dayanıqlı inkişafının təmin edilməsi; 

 



bütün ölkələrin sosial-iqtisadi inkişafı məqsədilə qlobal tərəfdaşlığın 

formalaşdırılması. 

Dünya  Bankı  öz  konkret  fəaliyyətində  BYİB  kreditlərinin  verilməsi 

mexanizmindən istifadə etməklə, gəlirləri orta səviyyədə olan ölkələri onların 

bazarlarının  inkişaf  səviyyəsinə  uyğun  olan  faiz  dərəcələri  ilə  kreditləşdirir. 

DB-nin  başqa  maliyyə  qurumu  -  Beynəlxalq  İnkişaf  Assosiasiyası  (BİA) 

gəlirləri aşağı səviyyədə olan ölkələri minimum faiz dərəcələri ilə yaxud faizsiz 

kreditləşdirir. 

Dünya Bankının fəaliyyətinin növləri və istiqamətləri: 

 



pul vəsaitlərinin səfərbər edilməsi

 



kreditlər; 

 



qrantlar. 

Dünya  Bankı  BYİB  və  BİA  vasitəsilə  əsasən  2  növ  kredit  verir: 

investisiya kreditləri  və  inkişaf məqsədləri üçün  kredit.  İnvestisiya kreditləri 

müxtəlif  sektor-larda  sosial-iqtisadi  inkişaf  layihələri  çərçivəsində  malların 

istehsalı,  xidmətlərin  göstərilməsi  və  işlərin  görülməsi  məqsədlərinə  verilir. 

İnkişaf üçün kreditlər

 

(əvvəl struktur dəyişiklikləri üçün kredit adlanırdı) siyasi 

və  institusional  islahatların  aparıl-masına  yardım  göstərilməsi  məqsədilə 

maliyyə vəsaitlərinin ayrılması yolu ilə verilir. 



Qrantların

 

məqsədi  layihələrin  işlənib  hazırlanmasına  yeniliklərin 

tətbiqinin, təşkilatlar arasında əməkdaşlığın dəstəklənməsi və marağı olan yerli 

591 



idarələrin  layihələrə  cəlb  olunmasıdır.  Son  illərdə  BİA-nın  qrantları  birbaşa 

maliyyələşdimıə yaxud tərəfdaşlıq sazişləri çərçivəsində aşağıdakı məqsədlərə 

istifadə olunmuşdur; 

 



borc yükünün yüngülləşdirilməsi; 

 



kanalizasiya və su təchizatı xidmətlərinin işinin təkmilləşdirilməsi; 

 



malyariya  kimi  yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısını  almaq 

məqsədilə immunizasiya və vaksinasiya proqramlarının dəstəklənməsi

 

İİV/QİÇS pandemiyası ilə mübarizə; 



 

vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsi; 



 

istixana qazları tullantılarının azaldılması üçün stimulların yaradılması; 



 

başqa xidmətlərin göstərilməsi (ölkənin problemlərinin həllinə imkan 



yaradan  təhlil  və  məsləhətvenrıə  xidmətləri,  ınaarifləndinTiə  fəaliyyəti  və 

biliklərin yayılması və s.). 



20.4.

 

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) 

Müstəqil surətdə, lakin BYİB rəhbərliyinin ümumi siyasəti çərçivəsində 

(və  deməli,  BVF  siyasətinin  məcrasında)  fəaliyyət  göstərən  bir  sıra  regional 

banklar  və  başqa  mühüm  maliyyə  qurumları  Dünya  Bankının  struktur 

bölmələridir.  Bunların  arasında  1960-cı  ilin  sentyabrında  müstəqillik  əldə 

etmiş  yeni  ölkələrə  maliyyə  yardımı  göstərilməsi  məqsədilə  yaradılan 

Beynəlxalq İnkişaf Assosiasiyası mühüm rol oynayır. Hüquqi baxımdan BİA 

BYİB-dən müstəqil fəaliyyət göstərən malİ3q/ə təşkilatı olsa da, əslində onun 

strukturuna daxildir: ümumu rəhbər işçi heyətdən istifadə olunur, ümumi illik 

hesabatlar  nəşr  edilir,  BYİB  prezidenti  eyni  zamanda  BİA-nın  prezidentidir. 

BİA-nın  öz  İdarəedicilər  Şurasının  və  Statistika  Şurasının  olmasına 

baxmayaraq,  əslində  BYİB-in  rəhbərliyi  altında  olan  etimad  fondudur,  onun 

maliyyələşdirdiyi  layihələri  eyni  standartlar  əsasında  seçir,  eyni  layihələri 

həyata  keçirir,  və  e}mi  prosedurlar  tətbiq  edir.  Fərq  yalnız  borca  xidmət 

göstərilməsi şərtlərinin nisbətən yüngül olmasıdır. 

BİA-nın  kreditləri,  10  illik  güzəştli  müddət  daxil  olmaqla,  35-40  ilə 

verilir. Kreditlərin məbləği XBH ilə ifadə olunsa da, əslində vəsaitlər xərclərin 

çəkiləcəyi  valyutada  verilir.  Faizlər  tutulmur,  amma  kreditin  istifadə 

olunmamış  məbləğinin  0,5%  həcmində  xidmət  haqqı  alınır.  Beynəlxalq 

ictimaiyyət BİA-nı yoxsul ölkələrə kömək edən səmərəli təşkilat kimi qəbul 

592 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə