Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə233/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   229   230   231   232   233   234   235   236   ...   306

üstünlükləri, bankın konkret ölkəyə münasibətdə yeritdiyi strategiya və verilən 

təklifin ətraf mühitə təsiri qiymətləndirilir. Adətən bu proses layihə haqqında 

tam informasiya alındıqdan sonrakı 2 ay ərzində davam edir. 

Özəl sektorun inkişafına, özəlləşdirməyə, xarici birbaşa investisiyaların 

dəstəklənməsinə;  maliyyə  qurumlarının  və  sənaye  sektoru  obyektlərinin 

yaradılmasına  və  möhkəmləndirilməsinə;  kiçik  və  orta  müəssisələrə  yardım 

göstərilməsinə; ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş layihələr bank üçün 

prioritet təşkil edir. Bank özəl və özəlləşdirilən müəssisələr tərəfindən təqdim 

olunan layihələrin güclü sponsorlarının və etibarlı biznes planlarının olmasını 

tələb edir. 



AYİB-in h'editfəaliyyəti maliyyələşdirmənin bu növlərini əhatə edir: 

 



maksimum  müddəti  kommersiya  müəssisələri  üçün  10  il, 

infrastrukturun  inkişafı  sahəsində  layihələr  üçün  isə  15  il  olan  kreditlərin 

verilməsi; 

 



nizamnamə kapitallarına investisiya qoyulması; 

 



borc  öhdəliklərinə  abunə  və  satın  alınmasına  zəmanət  verilməsi  və 

iştirak. 

Kommersiya  təşkilatlarına,  o  cümlədən  özəlləşdirilən  dövlət 

müəssisələrinə  kreditlər  hökumət  zəmanəti  tələb  olunmadan  verilir.  Adətən 

AYİB 

maliy- 


yələşdinuəsini 

borcalanm 

bazar 

dəyəri 


əsasında 

müəyyənləşdirilən xərclərinin 35%-i ilə məhdudlaşdırır. Bankın təqdim etdiyi 

maliyyələşdirmənin minimum məbləği təqribən 5 milyon EKYU həcmindədir. 

Bank faiz dərəcələrini bazadan yüksək bazar faiz dərəcəsindən (adətən LIBOR) 

marja  əsasında  müəyyən  edir.  Faizlər  üzən  yaxud  təsbit  olunmuş  (svop 

əməliyyatları  aparılmaqla)  faiz  dərəcələri  ilə  verilə  bilər.  Maıjamn  həcmi 

kreditin şərtlərindən asılıdır. 

Bank  100-dən  artıq  obyekt  üzrə  məsləhət-texniki  yardım  göstərir. 

Prioritet  sahələr  (o  cümlədən  Rusiyada)  özəlləşdirmə,  konversiya,  maliyyə 

sektorunun  inkişafı,  AES-in  təhlükəsizliyi,  kənd  təsərrüfatı,  aqrar  biznes, 

nəqliyyat,  telekom-munikasiya,  sosial  sahə,  ekologiyadır.  Mənzil-qərargahı 

Londonda yerləşir, dünyanın bir çox ölkələrində, ilk növbədə isə, AYİB-in əsas 

əməliyyatlarının istiqamətləndiyi Şərqi Avropa dövlətlərində nümayəndəlikləri 

vardır. 


AYİB-in  rəhbərliyi.  Bankın  işlərinə  prezidentin  başçılığı  altında 

Direktorlar Şurası rəhbərlik edir; direktorlar və prezident hər birinin maliyyə 

payı nəzərə alınmaqla, bankın təsisçiləri tərəfindən təyin olunur. 

596 



20.7.

 

Beynəlxalq Hesablaşmalar Bankı (BHB) 

BHB  bank  qurumlarının  fəaliyyətinin  tənzimlənməsində  vacib  rol 

oynayır.  Bu  bank  Bretton-Vuds  idarələri  sisteminə  daxil  deyil;  1930-cu  ildə 

Qərbi  Avropanın  bir  sıra  dövlətləri  üçün  kommersiya  əməliyyatlarının 

aparılmasını  əlaqələndirən,  qızıl-valyuta  əməkdaşlığının  təşkilatçısı  rolunu 

oynayan  dövlətlərarası  bank  kimi  yaradılmışdır.  Həmin  vaxtdan  onun 

funksiyaları əhəmİ3^ətli  dərəcədə dəyişərək və artaraq, bütün  İƏİT ölkələrinə 

yayılmışdır.  Bank  beynəlxalq  maliyyə  əməliyyatlarının  aparılmasında,  habelə 

valyuta  məzənnələri  siyasətinin  həyata  keçirilməsində  mərkəzi  banklarla  sıx 

əməkdaşlıq  edir.  İndi  bank  qlobal  xarakterli  beynəlxalq  idarələr  (BVF) 

sisteminin mühüm yardımçı orqanına çevrilmişdir. 

BHB-in məqsədləri. 

 



mərkəzi banklar arasında əməkdaşlığa yardım göstərmək

 



beynəlxalq maliyyə əməliyyatları üçün əlverişli şərait yaratmaq

 



beynəlxalq maliyyə müqavilələri bağlanarkən, tərəflərə vəkalət verilmiş 

şəxs qismində yardım göstərmək. 



BHB-in fəaliyyətinin əsas istiqamətləri 

 



səhmdarı  olan  mərkəzi  bankların  (onlar  banka  münasibətdə  müştəri, 

sahib yaxud rəhbər qismində çıxış edir) tapşırığı əsasında əməlİ3^atlar aparmaq; 

 

həm özünün, həm də mərkəzi bankların hesabına qızılın satın alınması, 



satılması, mübadiləsi və saxlanması; 

 



veksellərin və birinci dərəcəli başqa qısamüddətli öhdəliklərin uçotu və 

yenidən uçotu, alınması və satılması; 

 

həm özünün, həm də mərkəzi bankların hesabına xarici valyutanın və 



qiymətli kağızların (səhmlər istisna edilməklə) alınması və satılması; 

 



mərkəzi  banklardan  vəsaitlərin  cari  hesablara  və  əmanətə  qəbul 

olunması; 

 

İƏİT ölkələrinin valyuta məzənnələri sisteminə təsir göstərilməsi



 

bankın  vəkalət  verilmiş  şəxs  kimi  çıxış  etdiyi  müqavilələr  üzrə 



hökumətlərin  vəsaitlərinin,  habelə  Direktorlar  Şurasının  qərarı  əsasında  başqa 

vəsaitlərin qəbul edilməsi

Nizamnaməsinə əsasən, BHB-ə aşağıdakılar qadağandır. 

 



təqdimolunma əsasında ödənilən banknotlar buraxmaq

597 


 

köçünnə veksellərini akseptləşdirmək; 



 

hökumətlərə ssuda vermək (dövlət istiqrazlarının satın alınması istisna 



edilməklə); 

 



istənilən müəssisə üzərində nəzarəti əldə etmək; 

 



öhdəliyini  yerinə  yetirməməsi  səbəbindən  borcalandan  banka  keçən 

daşınmaz  əmlakın  fayda  ilə  satılması  üçün  tələb  olunan  müddət,  həmin 

öhdəliyinin yerinə yetirilməsi müddətindən çox olduqda, həmin əmlakı qəbul 

etmək. 


Bankın  kapitalı.  Səhmdar  kapitalı  əsasən  Avropa  dövlətlərinin  ən  iri 

mərkəzi  banJdarına  mənsubdur.  AYİB-in  ali  orqanı  səhmdarların  hər  il 

keçirilən  ümumi  yığıncağıdır.  Səsvermədə  yalnız  mərkəzi  bankların 

nümayəndələri  iştirak  edir.  Səslər  səsvemıə  anında  əldə  olan  səhmlərin 

sayından  asılı  olmayaraq,  abunə  zamanı  hər  banka  abunə  üçün  ayrılmış 

səhmlərin sayma əsasən bölünür. Ümumi yığıncaqda illik hesabat təsdiq edilir. 



Rəhbərlik.  Bankı  5  təsisçi  mərkəzi  bankın  rəhbərinin  daxil  olduğu 

Direktorlar Şurası idarə edir. Onlardan hər biri Şuraya öz ölkəsinin maliyyə, 

sənaye  yaxud  ticarət  dairələrindən  bir  təmsilçi  daxil  edir.  Mərkəzi  bankların 

rəhbərləri  istisna  olunmaqla.  Direktorlar  Şurasının  üzvü  vəzifəsinə  hökumət, 

qanunvericilik orqanlarının yaxud dövlət qulluqçuları təyin oluna bilməz. 

Şuranın  sədri,  onun  müavini  və  BHB-in  prezidenti  Şuranın  üzvləri 

sırasından  3  ildən  çox  olmayan  müddətə  seçilir.  BHB-in  Aparatı  Bank 

(əməliyyat) idarəsindən, Valyuta-İqtisad İdarəsindən və Katiblikdən ibarətdir. 

Dövlətlərarası  qurum  olmaqla,  BHB  səhmlər  üzrə  divident  ödəyən  səhmdar 

cəmiyyəti  kimi,  kommersiya  əsasında  fəaliyyət  göstərir.  1960-cı  ildən  BHB 

Avropa valyuta sisteminin dəstəklənməsi üzrə müxtəlif müqavilələrin mərkəzi 

olmuş, 1970-ci illərdən isə Avropa Valyuta Əməkdaşlığı Fondunun vəsaitlərini 

saxlayan  kimi  çıxış  etmiş,  Avropa  val}aıta  sisteminə  daxil  olan  ölkələrin 

valyutalarının  məzənnəsinin  dəstəklənməsi  üzrə  hesablaşmalarda  iştirak 

etmişdir. 

Bank  Nəzarəti  üzrə  Bazel  Komitəsi.  Bu  Komitənin  tənzimləyici 

fəaliyyəti adətən Bazel-1 adlandırılırdı. Müəyyən islahatlar aparıldıqdan sonra 

2004-cü ildən Bazel-2 adlanır. Qlobal böhranla əlaqədar olaraq, onun fəaliyyəti 

daha  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalmış  (bunların  bəzisi  2012-ci  ilin 

sonundan  qüvvəyə  minəcək)  və  Bazel-3  adlandınlır.  Dəyişikliklər  bunlardan 

ibarətdir. 

Birincisi, «beynəlxalq bank» statusu meyarına cavab verən bankların 

598 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə