Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə236/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   232   233   234   235   236   237   238   239   ...   306

valyutada əməliyyatları aparan dünya maliyyə mərkəzlərinin yerləşdiyi ölkələr 

«ofşor» adını almışdır. Bu termin təxminən avrobazar anlayışının eynidir. Bu 

maliyyə mərkəzlərində aparılan əməliyyatlar üzrə yerli vergilər tutulmadığına 

və  valyuta  məhdudiyyətlərinə  məruz  qalmadığına  görə,  «vergi  limanları» 

qismində  istifadə  olunur.  Hazırda  Amerikanın,  Avropanın  və  Asiyanın  13 

dünya  mali}^ə  mərkəzində  xarici  bankların  10  mindən  çox  filialı  və  şöbəsi 

yerləşir. 

Eyni  zamanda  beynəlxalq  tranzit  maliyyə  əməliyyatlarını  fəal  surətdə 

yerinə yetirən ofşor bank mərkəzlərinin (Honkonq, Sinqapur, Baham, Havay, 

Kayman  adaları  və  s.)  dairəsi  genişlənir.  Şanxay  maliyyə  mərkəzinin 

əhəmiyyəti sürətlə artır. 

Başqa nöqteyi-nəzərə əsasən, çoxsaylı mali}^ə mərkəzləri mövcuddur və 

fəalİ3^ət  göstərir.  Onların  arasında  miqyasına  və  roluna  görə  əsasən  inkişaf 

etmiş  ölkələrdən  olan  1000  filialı  və  şöbəni  əhatə  edən,  Nyu-York,  London, 

Tokio,  Sürix,  Lüksemburq,  Lrankfurt-Mayn,  Honkonq  və  başqa  şəhərlərdə 

yerləşən  13  maliyyə  mərkəzi  vardır.  Bu  malİ3^ə  mərkəzlərini  şərti  olaraq  3 

qrupa bölmək olar: 

 



inkişaf etmiş ölkələrin - ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, 

İsveçrə,  fransa,  İtaliya,  İspaniya,  Avstriya,  Niderland  və  Kanadanın  bank 

sistemləri; 

 



Asiyadan,  Latın  Amerikasından  olan  (Cənubi  Koreya,  Braziliya, 

Argentina,  Meksika  və  s.)  yeni  sənaye  ölkələrinin,  habelə  Çin,  Hindistan, 

Yaxın Şərq və Afrikanın bəzi ölkələrinin bank sistemləri

 



TMB-nin  öz  güclü  milli  bank  və  maliyyə  idarələri  olmayan  inkişaf 

etməkdə olan ölkələrin (Honkonq, Sinqapur, Karib dənizi hövzəsi ölkələrinin 

əsasən ABŞ, Böyük Britaniya və Kanada banklarına xidmət göstərən ölkələri 

(Baham,  Kayman  və  Antil  adaları).  Yaxın  Şərqdə  neft  dollarlarınm  mərkəzi 

olan Bəhreyn) ərazisində yerləşən filiallarından ibarət bank sistemləri. 

Beləliklə,  ofşor  zonaları,  o  cümlədən  Men,  Kipr,  Malta  adaları, 

Lixtenşteyn  və  İrlandiya  müstəqil  maliyyə  mərkəzləri  qismində  nəzərdən 

keçirilir*. 



Nyu-York  beynəlxalq  maliyyə  mərkəzinin  dünya  maliyyə  bazarları  ilə 

əlaqələri.  ABŞ-m  maliyyə  bazarı  beynəlxalq  maliyyə  bazarları  ilə  3  mühüm 

kanal vasitəsilə əlaqələndirilmişdir: maliyyə qurumları, transmilli korpora- 

Ревинский И.А. Международная экономика и мировые рынки. Новосибирск, 1998. С. 272. 

605 



siyalar və qiymətli kağızlar bazarları. Son onilliklərdə TMK-lar və iri banklar 

ümumdünya  istehsal,  marketinq,  maliyyə  və  servis  şəbəkələrini  yaratmışdır. 

Milli  və  beynəlxalq  maliyyə  bazarlarının  mühüm  sektorları  üçün  nəhəng 

investisiya  kapitalı  toplamaq  qabiliyyətinə  malik  olduğuna  görə,  onların 

dinamik artım imkanları var. Bu mənada Nyu-York həm ABŞ, həm də xarici 

TMK və banklar üçün mühüm əməliyyat bazasıdır. 



London  beynəlxalq  maliyyə  mərkəzi.  Hesab  edilir  ki,  1690-cı  ildə 

İngiltərə  bankının  və  Kral  birjasının  yaradılması  London  maliyyə  bazarının 

təşkilati bazasının təməlini qoymuşdur. Merkantilist ticari-iqtisadi və maliyyə 

siyasəti, habelə XVIII əsrin sənaye inqilabı iki əsr ərzində Londonun dünyada 

yeganə  maliyyə  mərkəzinə  çevirmişdi.  Bu  status  Britaniya  imperiyasının 

iqtisadi qüdrətinə və funt sterlinq dünya valyuta (pul) sisteminin əsasında duran 

əsas  pul  vahidi  rolunu  oynadığına  görə,  Britaniya  qızıl  standartına  istinad 

edirdi. 


Birinci  və  İkinci  Dünya  müharibələri  arasındakı  dövrdə  Nyu-York 

dünyada  maliyyə  bazarı  kimi  birinci  yer  tutan  Londonun  mövqelərini  xeyli 

zəiflətsə  də,  0,  öz  aparıcı  mövqeyini  saxladı  və  1960-cı  illərdən  beynəlxalq 

avrovalyuta  bazarına  çevrildi.  Londonun  mövqeyinin  möhkəmlənməsi 

istiqamətində  atılan  növbəti  addım  1987-ci  ildə  Beynəlxalq  Fond  Birjasının 

yaradılması  nəticəsində  qiymətli  kağızlarla  ticarət  sahəsində  cəlbedici  yerə 

çevrilməsi oldu. XXI əsrin əvvəlində də bu rol dəyişmədən yüksək səviyyədə 

qalır. 


Tokio beynəlxalq maliyyə mərkəzi. Tokiodakı mali}ryə mərkəzi 1868-ci 

ildən,  Meydzi  İntibah  dövründə  yapon  hakim  dairələrinin  Qərbi  Avropa 

dövlətlərindən  və  ABŞ-dan  kapitalı,  texnologiyaları  və  istehsal-idarəçilik 

təcrübəsini intensiv surətdə mənimsəməyə başladıqda formalaşmışdır. 1878-ci 

ildə  Tokio  Fond  Birjası  fəaliyyətə  başlasa  da,  yalnız  1960-1970-ci  illərdə 

«yapon iqtisadi möcüzəsi» sayəsində Yaponiya dünyada ikinci sənaye dövləti 

kimi  tanındıqdan  sonra  beynəlxalq  status  əldə  etmişdir.  Tokio  beynəlxalq 

maliyyə mərkəzinin fonnalaşması qəti olaraq 1980-ci illərdə Yaponiya xarici 

valyutanın  iri  saxlayıcısma  çevrildikdə  başa  çatmışdır.  Həmin  vaxt  ölkə 

iyenanı  liberallaşdınmş  və  tərəfdaşlarının,  xüsusilə  də  ABŞ-m  uzun  müddət 

ərzində tələb etdiyi kimi, xarici valyuta axınları üçün qapılarını açmışdı. 

1990-cı  illərin  iqtisadi  çətinlikləri  başqa  mərkəzlərlə  müqayisədə 

Tokionun beynəlxalq maliyyə mərkəzi kimi artımını zəiflətsə də, ümumilikdə 

onun statusuna güclü təsir göstəmıədi. Bu zəifləmə 1997-ci ildə Asiyada baş 



606 


verən  böhran  nəticəsində  oradakı  pul  və  qiymətli  kağızlar  bazarlarının  başqa 

mərkəzlərə,  o  cümlədən  Tokioya  köçməsi  sayəsində  bir  qədər  kompensasiya 

olunmuşdu. Sürətlə inkişaf edən bir sıra regional fond birjalarının (Şanxay, Seul, 

Kuala-Lumpur,  Sidney)  meydana  çıxmasına  baxmayaraq,  2002-ci  ildən  yapon 

iqtisadiyyatının  dinamik  artımı  və  bank  sektomnun  bir  qədər  sağlamlaşması 

Tokio fond birjasının rolunun güclənməsinə imkan vermişdir. 



20.10.

 

Ofşor maliyyə mərkəzləri 

Ofşor  mərkəz  anlayışı  {ingiliscə  off-shore  -  sahildən  uzaqda  yerləşən, 

ölkə  ərazisindən  kənar).  Bu  mərkəz  ölkənin  bütün  ərazisində  yaxud  onun 

işgüzar, istehsal, maliyyə-bank, ticari və başqa şərait barəsində xüsusi imtiyazlı 

rejimin  qüvvədə  olduğu  bölgələrində  yerləşə  bilər.  Onun  mahiyyəti  şirkətlərə, 

banklara  və  başqa  təsərrüfatçılıq  subyektlərinə,  ilk  növbədə,  vergitutmada, 

habelə  fımalarm  qeydiyyata  alınmasında,  maliyyə,  idxal-ixrac  fəaliyyəti 

sahəsində  maneəsiz  fəaliyyətdə  güzəştlərin  tətbiqinin,  aşağı  tariflərinin  müəy- 

yənləşdirilməsinin (və ya ümumİ3^ətlə, rüsum tutulmamasmm) qanunvericiliklə 

rəsmiləşdirilməsidir.  Bu  ölkələrdə  və  bölgələrdə  (zonalarda,  mərkəzlərdə) 

müvafiq  fınnalara  və  banklara  münasibətdə  xüsusi  konfidensial  rejim  tətbiq 

edilir. 

Ofşor  maliyyə  mərkəzlərinin  formalaşması.  Ofşor  bank  mərkəzlərinin 

yaranması  1960-cı  illərə  avrovalyuta  bazarının  sürətli  artımı  dövrünə  təsadüf 

edir.  Bir  çox  ölkələr,  xüsusilə  də  kiçik  dövlətlər  ofşor  maliyyə  mərkəzləri 

yaratmaqla,  sırf  yerli  problemləri  (məşğulluğun  artımı,  maliyyə  resurslarının 

cəlb  olunması  və s.) həll etməyə cəhd  göstərirdi. Buna  görə də həmin ölkələr 

bankların, şirkətlərin və başqa təşkilatların öz əməliyyatlarını həyata keçirmək 

üçün  nail  olmaq  istədikləri  güzəştləri  həvəslə  onlara  təqdim  edirdi.  Ofşor 

maliyyə mərkəzlərinin sürətli inkişafı bir sıra məqamlarla şərtləndirilirdi: 

 

malİ3^ə  vəsaitlərinin  ölkəyə  və  ölkədən  axınını  tənzimləyən 



xüsusi qaydaların olmaması; 

 



əqdlərin  beynəlxalq  əsasının  olması  nəticəsində  onların  ölkənin 

daxili qanunvericiliyinin tətbiqindən azad edilməsi və mərkəzin anklav tipində, 

xüsusi rejim şəraitində fəaliyyətinin asanlaşması; 

 



yaradılan  maliyyə  mərkəzləri  əsasında  müasir  rabitə  vasitələrinin  və 

informasiya texnologiyalarının inkişafı; 

607 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə