Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə239/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   235   236   237   238   239   240   241   242   ...   306

in  bəyəndiyi  iqtisadi  proqramın  həyata  keçiriləcəyi  öhdəliyini  qəbul  etməli  və 

onunla  borc  barədə  müqavilə  imzalamalıdır.  BVF-in  borclarının  verilməsinin 

ayrılmaz  şərti  olan  sabitləşdinnə  proqramı,  adətən  borcalan  ölkədə  məcmu 

tələbatın məhdudlaşdırılma-sına və milli ixracın artırılmasına istiqamətlənmişdir. 

Kreditorlar bu proqramı borcalan ölkənin xarici  borclar üzrə ödəmələri həyata 

keçirməsinə  başlaması  üçün  cari  əməliyyatlar  hesabının  tarazlaşdırıl-  masınm 

zəruri şərti hesab edirlər. 

Hazırda Paris klubuna 19 ölkə (o cümlədən 1997-ci ildən Rusiya) daxildir. 

Onun  iclaslarında  inkişaf  etməkdə  olan  ölkələrin  dövlət  borcu  məsələlərinə 

baxılır. İnkişaf etməkdə  olan ölkələr və postsovet  ölkələri tərəfindən borcların 

qaytarılması problemi kəskinləşdiyindən, klub 1980-1990- cı illərdə xüsusilə fəal 

işləmişdir;  onun  iclaslarında  BVF-in,  BYİB-in,  İƏİT-in,  UNIDO-nun 

müşahidəçiləri  iştirak  edir.  Rusiyanın  və  MDB-nin  başqa  ölkələrinin  Qərbi 

Avropadan  olan  kreditorlara  borcu  azaldığına  görə,  London  və  Paris  klubları 

Afrikanın  və  Latın  Amerikasının  inkişaf  etməkdə  olan  ölkələrinin  borclarına 

daha böyük diqqət yetinnəyə başlamışdır. 



London  klubu  başqa  ölkələrə  verdikləri  pul  vəsaitlərinin  qaytarılması 

zərurəti ilə qarşılaşan, Paris klubunun xidmətlərindən istifadə imkanlan olmayan 

özəl  kom-mersiya  banklarını  birləşdirir.  Bu  özəl  kredit  idarələri  danışıqların 

aparılması  üçün  ən  iri  kommersiya  banklarının  (400-dən  çox)  daxil  olduğu 

London  klubuna  müraciət  edir.  Klub  1980-ci  illərdə  beynəlxalq  borclar 

probleminin kəskinləşməsi ilə əlaqədar olaraq yaradılmışdır. London klubu BVF 

və «Böyük Yeddiliyin» tövsiyələrinə əməl edir. Ümumi etirafa əsasən, London 

klubu yalnız özəl bankları təmsil etdiyinə görə, onunla danışıqlar aparmaq Paris 

klubu ilə müqayisədə xeyli çətindir. 

Xülasə 

•  Vahid  beynəlxalq  maliyyə  sistemi  -  milli  maliyyə  sistemlərinin,  ilk 

növbədə onların xarici sektorlarının, çoxsaylı beynəlxalq maliyyə idarələrinin və 

təşkilatları-nm, bankların, habelə TMK-nın maliyyə bölmələrinin məcmusudur. 

Beynəlxalq  maliyyə  qurumlarına  güclü  özəl  kommersiya  bankları,  beynəlxalq 

dövlətüstü  və  başqa  idarələr,  be}məlxalq  maliyyə-bank  idarələri  (o  cümlədən 

BMT sistemində) daxildir. Beynəlxalq valyuta sistemi qlobal maliyyə sisteminin 

mühüm hissəsidir. 

613 



 

Beynəlxalq  valyuta  bazarlarında  müxtəlif  ölkələrin  val}aıtaları  dünya 



valyutalarına transfomıasiya olunur və maliyyə qurumları arasında hərəkət edir. 

Onların  transformasiyası  beynəlxalq  pul,  yəni  beynəlxalq  maliyyə-iqtisadi  və 

ticari  əməliyyatlara  xidmət  göstərən  valyuta  vasitəsilə  baş  verir.  ABŞ-m  milli 

valyutası olan dollar başlıca beynəlxalq pul vahididir. Avro da, ancaq nisbətən 

kiçik miqyasda analoji fıınksiyanı yerinə yetirir. 

 



Beynəlxalq banklar nəhəng məbləğdə maliyyə resurslarını səfərbər edib, 

mənfəət  əldə  olunması  üçün  investisiya  kimi  istifadə  edilməsi  məqsədilə  bir 

ölkədən başqasına köçürməklə, vahid dünya maliyyə sisteminin fonnalaşmasında 

getdikcə  daha  böyük  rol  oynayır.  Nəticədə  kapitalın  transmilliləşməsi,  onun 

dövlətlərarası  (ölkələr  arasında)  yerdəyişməsi  və  çarpazlaşması,  qlobal  və 

regional-qitə  xarakterli  iri  bank-maliyyə  qruplarının  əmələ  gəlməsi  prosesi 

sürətlənir. 

 



Bretton-Vudsun  qurumları  olan  BVF  və  DB,  onların  qitə-regional 

bankları  maliyyə  bazarlarının  tənzimlənməsində  mühüm  rol  oynayır.  Qlobal 

böhran  dövründə  bu  bankların  rolu  G-20-nin  tövsiyələrinə  müvafiq  olaraq 

gücləndirilmişdi. Amma əvvəlki uğursuzluqlarını nəzərə alsaq,  BVF-in  pozitiv 

nəticə əldə edəcəyi şübhə doğurur. 

 



Dünya  maliyyə  bazarı  maliyyə  qruplarının  və  maliyyə  mərkəzlərinin 

əsas fəaliyyət  sahəsidir;  TMB-lər kreditlər verir,  ödəmə əməliyyatlarını aparır, 

qiymətli kağızlarla çox müxtəlif işləri yerinə yetirir. TMB-lər tərəfindən, habelə 

hecinq fondları və derivativlər vasitəsi nəhəng həcmdə özəl kommersiya (ssuda) 

kapitalının  hərəkətə  gətirilməsi  dünya  maliyyəsinə  və  iqtisadiyyatına,  milli 

maliyyə və iqtisadi sistemlərinin vəziyyətinə xüsusilə güclü təsir göstərir. Onların 

açıq-aşkar  neqativ  rolunu  nəzərə  alaraq,  dünyanın  iqtisadi  güclərinin  liderləri 

G-20  çərçivəsində  keçirilən  sammitlərdə  fəaliyyətləri  üzərində  nəzarətin 

ciddiləşdirilməsi  barədə  qərar  qəbul  etmişdir.  Bu  məqsədlə  Maliyyə  Sabitliyi 

Şurası yaradılmış və ona BVF ilə birgə bu sahədə nəzarət instansiyası səlahiyyəti 

verilmişdir. 

 



Beynəlxalq  borclanma  məsələlərini  tənzimləyən  Paris  və  London 

klubları  fəaliyyətinin  səciyyəvi  olması  ilə  fərqlənir.  Bu  borclar  (xüsusilə  də 

yoxsul  ölkələrdə)  artdığına  görə,  həmin  qurumların  beynəlxalq  borclanma 

problemlərinin həllində tənzimləyici rolu güclənir. 



614 


Yoxlama sualları 

1.

 



Dünya  maliyyə  sisteminin  və  valyuta  sistemlərinin  tiplərinin 

mahiyyətini  izah  edin.  Onların  tarixi  təkamülü  necə  və  hansı  səbəblərdən  baş 

vennişdir? 

2.

 



BVF və DB niyə Bretton-Vuds idarələri adlanır? Onlar dünya valyuta 

sistemində hansı rolu oynayır? 

3.

 

Beynəlxalq maliyyə bazarlarının mahiyyətini və məzmununu izah 



edin. 

4.

 



BVF nə vaxt və hansı məqsədlə təsis olunmuşdu? Onun əsas vəzifələri 

nədir? Qlobal böhran dövründə BVF-in fəaliyyəti niyə tənqid olunurdu? 

5.

 

BYİB nə vaxt və hansı məqsədlə təsis olunmuşdu? DB sisteminə hansı 



başqa  beynəlxalq  maliyyə  qurumları  daxildir?  Bu  bank  hansı  ölkələrə  yardım 

göstərir? 

6.

 

BYİB  və  Bazelin  əsas  vəzifələri  nədən  ibarətdir?  Bank  fəaliyyətinə 



nəzarət üzrə Bazel Komitəsi hansı rolu oynayır? 

7.

 



AYİB nə vaxt və hansı məqsədlər üçün yaradılmışdır? 

8.

 



AMB-nin funksiyaları nədən ibarətdir? 

9.

 



İslam banklarının fəaliyyətinin özəlliyi nədədir? 

10.


 

Beynəlxalq  maliyyə  mərkəzlərinin  formalaşmasının  təhlilini  verin. 

Onlardan  əsasları  hansılardır  və  harada  yerləşir?  Bu  mərkəzlər  necə  fəaliyyət 

göstərir? 

11.

 

Ofşor  regional  maliyyə  mərkəzləri;  onların  xüsusiyyətləri.  Bu 



mərkəzlərin tipləri. 

12.


 

Paris  və  London  bank  klubları  («pulları»),  onların  fəaliyyətinin 

ümumi və özəl cəhətləri. 

13.


 

Dünya  iqtisadiyyatında  böhranların  aradan  qaldırılması  və 

inkişafındakı  tsikllərin  hamarlanması  məqsədilə  G-20  sammitlərində  hansı 

tədbirlər görülmüşdü? 



Referatların mövzuları 

1.

 



G-20  çərçivəsində  dövlət  və  hökumət  başçılarının  Vaşinqtonda  və 

Londonda keçirilən sammitlərinin əsas qərarları 

2.

 

BVF və DB qlobal maliyyə sistemində: fəalİ3^ətlərinin xüsusiyyətləri 



və nəticələri 

3.

 



Dünya iqtisadiyyatında beynəlxalq maliyyə mərkəzləri 

615 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə